Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə1/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   221


 

MÜBARİZ ƏMİROV 

 

 

 



 

TAM ORTA MƏKTƏBDƏ TARİXİN FƏAL/İNTERAKTİV 

TƏLİMİ METODİKASI 

 

(Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti) 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI - 2011 




 

 



 

AZƏRBAYCAN  DÖVLƏT  PEDAQOJİ  UNİVERSİTETİNİN  90  İLLİK 

YUBİLEYİNƏ HƏSR EDİRƏM 

 

 

    

 

 

  Mübariz Əmirov 

pedaqogika üzrə elmlər doktoru 

 

Elmi redaktor:    

 

 

Oqtay Sultanov 

 

 

 

 

 

 

tarix üzrə elmlər doktoru, professor 

 

 

 

 

Rəyçilər:    

 

 

 

Akif Abbasov 

pedaqogika üzrə elmlər doktoru,  

professor 

 

Mais Əmrahov 

tarix üzrə elmlər doktoru, professor 

 

Anar Ġskəndərov 

tarix  üzrə elmlər doktoru, professor 

Mübariz  Mirəziz  oğlu  Əmirov.  Tam  orta  məktəbdə  tarixin  fəal/interaktiv 

təlimi  metodikası  (Ali  məktəblərin  tarix  fakültəsi  tələbələri  üçün 

dərs vəsaiti). Bakı, 2011 

 

ərs  vəsaitində  fənnin  proqramı  verilib.  Proqrama  uyğun  olaraq 

problemlər  şərh  edilib. Şərh  edilən problemlərə  müasir  prizmadan 

baxılıb.  Dərs  vəsaitində  verilən  materiallar  tarixin  təlimi 

metodikasının ən aktual məsələlərinə aydınlıq gətirir. Tarixin təlimi ilə 

bağlı  tələbələri  maraqlandıran,  onların  məcburi  öyrənmələri  üçün 

nəzərdə  tutulmuş  60  saatlıq  mühazirə  materialları  verilib.  Vəsaitdə 

fəal/interaktiv təlim metodları və onların təsnifatına geniş yer verilib. 

Tarix təlimində yeni təlim texnologiyalarından istifadənin həm nəzəri, 

həm  də  təcrübi  məsələləri  işıqlandırılıb.  Dərs  vəsaiti  bakalavr, 

magistr,  doktorant,  elmi  işçilər  və  tarix  müəllimləri    üçün  nəzərdə 

tutulub. 

95

652



0803010407



M



qrifli nəşri 

© M.Əmirov, Yeni nəşr, 2011 




 

 



 

Ön söz 

 

Mən yer üzündə müəllimdən yüksək ad 



tanımıram! 

 

 

 

 

            

 

Heydər Əliyev 

Əziz tələbələr, hörmətli oxucular! 

Cəmiyyətin  5559  illik  yazıdan  sonrakı  tarixində  14513  müharibə  qeydə 

alınıb.  Tarix  elmi  xalqların,  dövlətlərin,  mühparibələrin  və  ümumilikdə 

cəmiyyətin  inkişafını  izləyə-izləyə  gələn  elm  sahəsidir.  Bu  baxımdan 

Azərbaycan  da  çoxsaylı  dövlətlərdən  biri  kimi  tarix  boyu  cəmiyyətin  inkişafı 

prosesində məğlubiyyətlər, qələbələr, tənəzzül və inkişaf proseslərini keçərək bu 

günkü inkişaf etməkdə olan dövlətlər sırasındadır. 

Vətənimiz təxminən 70 il Sovet müstəmləkəsi altında olub. 

Sovetlərin  I  qurultayı  adlandırılmış  məclisdə,    yaranmış  SSRİ-nin 

tərkibində olan Azərbaycan 1922-ci il dekabrın 30-da saat 17.36 dəqiqədə böyük 

təmtəraqla  meydana  gəlmiş  bu  imperiya  Belarusun  Belovejskaya  meşəsindəki 

Biskuli sarayında, üç slavyan respubilkası rəhbərlərinin görüşündə, gizli şəraitdə 

1991-ci ilin dekabrın 8-də saat 14.17 dəqiqədə süqut etməsi olmuşdur. Beləliklə, 

Sovet imperiyası 68 il 11 ay 7 gün 21 saat 19 dəqiqədən sonra mövcudluğu sona 

yetirdi.  Tarix  elmindəki  bu  qəbildən  olan  yeniliklərin  və  maraqlı  hadisələrin 

səmərəli  təlimi  həyati  zərurətdən  irəli  gəlir.  Bundan  əlavə  yeni  qəbul  edilmiş 

Təhsil  Qanunumuzun  tələbləri  əsasında  hazırladığımız  dərs  vəsaiti  sosial 

sifarişin nəticəsinə əsaslanaraq meydana gəlib. 

Peşəkar  tarix  müəllimləri  yaxşı  bilirlər  ki,  onlar  neçə  il  dərs  deyirsə-

desinlər, bütün bu müddət ərzində onların özləri də öyrənməkdə davam edirlər. 

Bu baxımdan qədim latın məsəlində deyilir: ―Nə qədər ki, öyrədirik, özümüz də 

öyrənirik‖.  Müəllim  təkcə  tarix  elminin  inkişafını  izləmir,  həm  də  öz  fənnini 

tədris  etməyi  öyrənir.  Novator  müəllimlər  həm  başqalarının  qabaqcıl 

təcrübələrini  mənimsəyirlər,  həm  də  öz  fəaliyyətlərindəki  rasional  təcrübədən 

istifadə  edirlər.  Təcrübəli  tarix  müəllimlərində  özünü  doğrultmuş  üsullar 




 

 



 

toplanır.  Bunların  sayı  artdıqca  müəllimin  də  pedaqoji  ustalığı  və  peşəkarlıq 

məharəti yüksəlir.  

―Tam  orta  məktəbdə  tarixin  fəal/interaktiv  təlimi  metodikası‖  adlı  dərs 

vəsaiti  bakalavr,  magistr,  orta  məktəbin  tarix  müəllimləri,  elmi  işçilər  və 

doktorantura  pillələrində  təhsil  alanlar  üçün  nəzərdə  tutulub.  Dərs  vəsaitinin 

hazırlanmasında Rusiya və Avropanın mütəxəssislərinin bu sahədə əldə etdikləri 

nəticələrindən  və  internet  resurslarından  da  istifadə  etmişik.  Vəsaiti 

hazırlayarkən A.A.Vaginin, F.P.Korovkinin, N.J.Zaporojetsin, Q.M.Donskoyun, 

M.İ.Kruqlyakın,  A.A.Yanko-Trinitskayanın,  P.S.Leybenqrubun,  İ.İ.Merzonun, 

S.A.Yejovanın, 

İ.M.Lebedevanın, 

A.V.Drujkovanın, 

O.E.Lebedevin, 

N.Q.Dayrinin, A.Q.Koloskovun və Azərbaycan Respublikasının tarixçi-metodist 

alimlərinin əsərlərinə istinad etmişik. 

Tarixin  təlim  metodikası  pedaqoji  fənn  olduğu  üçün  Ə.A.Ağayevin, 

A.N.Abbasovun, 

Ə.X.Paşayevin, 

F.A.Rüstəmovun, 

N.M.Kazımovun, 

F.Yusifovun, S.Hüseynoğlunun, Z.Veysovanın əsərlərindən faydalanmışıq. 

Ali  məktəblərin  təhsil  planının  (tarix  fakültələri  üçün)  tərkib  hissəsi 

―Tarixin  təlimi  metodikası‖  kursudur.  Bu  kurs  gələcək  müəllimlərin  tarixin 

təlimində yüksək səmərəliliyin təmin olunmasında, yeni cəmiyyətin fəal, əqidəli 

qurucularının tərbiyə və inkişaf etdirilməsi üçün lazımi bacarıq və vərdişlərinin 

qazanılmasında vacib olan müasir metodikanın nəzəri əsasları ilə silahlanmasına 

yönəldilmişdir.  Tarixin  təlimi  kursu  tələbənin  pedaqogika  və  psixologiyadan 

qavradığı  bilikləri,  eləcə  də  sonradan  seminar  və  laboratoriya  məşğələlərində, 

pedaqoji  təcrübədə,    sərbəst  və  müstəqil  işlərin  yerinə  yetirilməsində,  kurs  və 

buraxılış  işlərində  qazandığı  metodiki  hazırlığı  nəzərə  almaqla  qurulur.  Bütün 

təhsil  formaları  tarixin  təlimi  metodikası  kursunda  alınmış  nəzəri  biliklərin 

möhkəmləndirilməsinə,  dərinləşdirilməsinə  və  genişləndirilməsinə  xidmət  edir, 

gələcək  müəllimlərin  lazımi  tədris  bacarıq  və  vərdişlərinə,  təlim-təhsil 

fəaliyyətinin təşkilinə yiyələnməsinə yönəldilir. 

Vəsaitdə  tarixin  təlimi  metodikasını  elmi-pedaqoji  fənn  kimi  xarakterizə 

edilir, pedaqoji elmlər sistemində onun yeri yetərincə şərh edilir. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə