Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə15/190
tarix29.09.2017
ölçüsü5,13 Mb.
#2399
1   ...   11   12   13   14   15   16   17   18   ...   190

Pulun  

diktaturası 

 

 



40 

faizinin ayrılmasını təklif etmişdi

1

Bu zaman ölk

ə siyasətçi-

l

ərinin hamısı: «Məmləkət ağır dünya savaşından çıxıb. Ölkə 



başdan-başa  bombalanıb,  dağılıb.  Sosial-iqtisadi  problem-

l

ərə daha çox önəm verməlidir» fikrini bildiriblər. 

Bu zaman Adenauer: 



«Əbədi, güclü Almaniya istəyirsinizsə  mən deyən ol-

ma

lıdır. Ancaq pul, hakimiyyət hərisliyi ilə yanan, başdan-

ba

şa fahişəxanalara çevrilmiş cəmiyyət istəyirsinizsə öz bil-

di

yiniz qanunları qəbul edin» cavabını vermişdi. 

Bu ağır sözlərdən sonra bütün alman cəmiyyəti Adenau-

erun yanında durdu. İyirminci yüzillikdə iki dəfə Dünya mü-

harib

əsində  ən  ağır  məğlubiyyətləri dadan Almaniya bu 

gün dünyanın ən güclü bir dövlətidir, alman xalqı bununla 

qürur duyur

2

.  

Əsl elmi qorumaq üçün zamanında heç kimin bacarmadı-

ğı prinsipiallığı ilə seçilən, dünya şöhrətli alim akademik Azad 

Mirz


əcanzadənin məşhur  bir  ifadəsi  vardır:  «İndi  bir  damla 

istedad, bir st

əkan zəhmət və  bir vedrə  həyasızlıqla  alim 

olmaq d

əbdədir»

3

.  

                                                 

1

 Qeyd: ümumiyy



ətlə elmə ayrılan vəsaitlər ümumi daxili məhsulun 2 

faizind

ən azdırsa, elmin iqtisadiyyata heç bir təsiri olmur.  

2

 



 Bax: “Hürriyy

ət” qəzeti  2007. 12-14 mart

 

3

 Qeyd: Azad Mirz



əcanzadə 1992-2002-ci illərdə Azərbaycan Respublikası 

Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  sədri olub. Onun sədr 

olduğu  dövrdə  elmə  «dolayı»  yolla  daxil  olanların  sayı  minimuma 

endirilmişdir.  Ədalətlə  demək  lazımdır  ki,  akademik bütün təzyiqlərə 



dözmüş,  lakin  bəzən nadir də  olsa, məlum «insanların»  təsir 

dair

əsindən  çıxa bilməmişdir.  Bunu özü də  dəfələrlə  etiraf  etmişdir.  Bu, 

z

əmanənin eybəcərliyi idi. Belə insanlar, həm öz ətrafında mövcud idi, həm 



d

ə  vəzifə  sahibləri idilər.  Bütün cüzi təsirləri nəzərə  almasaq 



A.Mirz

əcanzadəni öz şəxsi elmi tədqiqatlarına və «yad» ünsürlərin elmə 

«soxulmalarının»  qarşısını  çətin  zamanda,  mümkün  olmayan  şəraitdə 

aldığına görə minnətdarlıq hissi ilə daim yad etmək lazımdır. 


Pulun  

diktaturası 

 

 



41 

B

əli, yalnız alim olmaq elmə yenilik gətirmək deyil, Kon-



futsi demişkən, köhnə elmlərdən istifadə edərək yeni elmlər əldə 

etm


ək elmin təməlidir. 

M

əşhur  qazax  şairi  və  ictimai xadimi Oljas Süleymanov 



is

ə daha kəskin şəkildə yazır ki: «… elmdə məsuliyyət hissi ol-



ma

lıdır, günahkar mütləq öz cəzasına çatmalıdır!»

1

. 

H

əqiqət naminə  göstərmək  lazımdır  ki,  30  ildən  artıq 



Az

ərbaycana rəhbərlik etmiş H.Əliyev XX əsrin 70-80-ci illə-

rind

ə vəzifə başında olan insanların dissertasiya müdafiə etmə-



sin

ə qəti qadağa qoymuşdu. Bu olduqca çətin, lakin ədalətli qə-

rar idi. Elml

ə məşğul olanlara məlumdur ki, bir məqalə yazmaq 

v

ə onu çap etdirmək üçün nə qədər əziyyət, zəhmət çəkmək la-



zımdır. Bu gün də, gec də olsa Ali Attestasiya Komissiyası ye-

nid


ən belə  bir qərar  çıxarıb.  Ancaq  buna  necə  əməl ediləcək

dem


ək çətindir. 

Bir gün Şam şəhərinin fəthi zamanı Əmir Teymura şəhə-

rin sayılıb-seçilən alim və üləmalarının, şairlərinin, ziyalılarının 

Böyük Fatehl

ə görüşə gəldiklərini xəbər verirlər. Teymur bütün 

hakimiyy


əti dövründə ilk dəfə olaraq özünü «yığışdırıb», onları 

qarşılamaq üçün taxtından enir. İçəri girənlər Əmirin qarşısında 

yer

ə sərilirlər. 



Teymur nifr

ətlə, qəzəblə  geri-taxtına  qalxır  və  deyir: 

«Heyf o adları ki, siz daşıyırsınız, rədd olun, gözüm sizin yaltaq 

xisl


ətinizin şahidi olmasın, hökmdarlar sizin qarşınızda baş əy-

m

əlidirlər, sizin kimi yaltaq və riyakarlara mənim yanımda 



yer ola bilm

əz». 

Türk  dünyasının  qüdrətli  hökmdarı  olmuş  Sultan  Səlim 

1512-ci ild

ə taxta çıxmış, cəmi 8 il Osmanlı dövlətinə başçılıq 

et

mişdir. O, çox sərt təbiətə malik bir şəxs idi. Buna görə də ta-



rixd

ə Yavuz Sultan Səlim kimi tanınır. 

 Bununla bel

ə Sultan Səlim elm adamlarına, şairlərə çox 

böyük qayğı ilə yanaşırdı. Yürüşlərin birində Sultanın çox hör-

                                                 

1

 Oljas Süleymanov. Az-Ya.-B.: Az



ərnəşr, 1993, s. 11. 


Pulun  

diktaturası 

 

 



42 

m

ət  etdiyi  elm  adamı  alim  Kamal  Paşazadənin  atı  bir  nohura 



girmiş, oradan çıxdıqdan sonra silkələnərkən çirkablı su Sultan 

S

əlimin  paltarını  batırmışdı.  Son  dərəcə  qəddarlığı  ilə  ad  çı-



xarmış Sultan Səlimin qəzəblənəcəyini və artıq ömrünün sonu-

na çatdığını yəqin edən alimin rəngi kağız kimi ağarmışdı. La-

kin Sultan S

əlim bu hadisəyə əhəmiyyət verməyərək demişdi: 



«Bir  alimin  atının  ayağından  sıçrayan  çamır  mənim üçün 

şərəfdir.  Öldüyüm  zaman  bu  paltarı  bu  cür  sandıqçamın 

üstün

ə qoyarsınız». 

Sultan v


əfat etdikdən sonra onun bu vəsiyyəti yerinə ye-

tirilmişdir

1



Ür



ək ağrısı ilə qeyd etmək lazımdır ki, müasir dövrdə 

(y

əni bizim nəslin  yaşadığı  dövr  nəzərdə  tutulur) elm və 

t

əhsil sahəsində çalışanların, dissertasiya müdafiə edənlərin 

bir  çoxu  bu  şərəfə  nail  olmağa  layiq  olmayanlardır.  Buna 

gör

ə də elm və təhsil hörmətdən düşüb. 

T

əəssüflər olsun ki, son zamanlar elə  «elmi»  əsərlərə 

rast g

əlinir ki, keçmişdə və bu gün qoyulan problemlər haq-

qındakı məlum fikirlər sanki müəllifin özünə aiddir. Bu ha-

la elml

ər namizədindən tutmuş «akademik»lərin əsərlərin-

d

ə də rast gəlinir. Mənbəsiz yazılan monoqrafiyalar, kitab-

lar v

ə məqalələr bu qəbildən olanlardır. 

Elmi t

ədqiqatlarda söylənilən hər  hansı  bir  fikrin 

m

ənbəyi göstərilməlidir və  sonra  şərhi verilməlidir: mənfi 

v

ə  ya müsbət.  Bu həm dəqiq, həm də  ictimai elmlərə  aiddir. 

Tarixd


ə ciddi elmi araşdırmalar həmişə belə olub. 

Misirin  İsgəndəriyyə  şəhərində  yaşamış  Evklidin  riyazi 

əsəri  olan  «Başlanğıc»ın  iki  mindən  artıq  yaşı  var.  Əsrlər öt-

müş, xalqlar dəyişmiş, bəzi dövlətlər yer üzündən itib getmiş, 

başqa dövlətlər yaranmış, şəhərlər dağılmış, kitablar və kitabxa-

nalar alovlardan yanıb külə dönmüşdü. Lakin ilk dəfə çox zərif 

                                                 

1

 Bax: H



əbiboğlu Vəli. Türk Dünyasının  qüdrətli  hökmdarları, xaqanları, 

s

ərkərdələri. Bakı:  Örnək, 1995, s. 291-301. 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə