Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix29.09.2017
ölçüsü5,13 Mb.
#2399
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

Pulun  

diktaturası 

 

 



46 

Siyasi v


ə iqtisadi inkişafı təxirə salmaq, laqeyd surətdə 

durub gözl

əmək, sabah da yenə də həmin problemlərlə üzləş-

m

ək deməkdir. İqtisadi siyasətdə uzunmüddətli və təxirə salın-



maz v

əzifələr üzvi surətdə  əlaqələndirilməlidir.  Əks  təqdirdə 

heç bir nailiyy

ət əldə etmək olmaz. 

H

ər bir dövrdə  iqtisadi təfəkkür  obyektiv  şəraitin dəyişil-



m

əsinin passiv nəticəsi kimi təşəkkül tapa bilməz.  İqtisadi  tə-

f

əkkür  daim  inkişaf  etməli, təkmilləşməli,  formalaşmalıdır.  Ob-



yektiv  şəraitin özü dəyişməzdən  əvvəl insanlar bu dəyişikliyin 

z

əruriliyini dərk etməlidirlər. Hər dövrün iqtisadi təfəkkürü cə-



miyy

ətin gələcək inkişafını təmin etmək gücünə malik olmalıdır. 

İqtisadi təfəkkürü olan insan dünyaya nəzər salarkən, pla-

netimizd


əki ölkələrin nə dərəcədə rəngarəng olduğunu təsəvvür 

ed

ə bilər. 



Arktikanın buzlaqları, tayqanın ucsuz-bucaqsız meşə-

l

əri, ucu-bucağı görünməyən okean suları, Afrikanın qum-

luq s

əhraları,  tropik  ölkələrin cəngəllikləri, bir sözlə, mö-

cüz

əli  dünya  haqqında  təsəvvürümüz olsa da onlardan in-

sanların xeyrinə istifadə etməklə iqtisadiyyatı inkişaf etdir-

m

ək olar. Bütün bunları reallığa çevirmək üçün qlobal dü-

şüncə tərzi, qlobal təfəkkür, qlobal iqtisadiyyat lazımdır. 

İqtisadi təfəkkür həyatın bütün sahələri ilə birbaşa və ya 

do

layısı ilə bağlıdır. Müasir dünyada iqtisadi vəziyyət, konsep-



siya xeyli d

əyişilmişdir. İndi artıq başlıca rəqabət amili məhsu-

lun keyfiyy

ətidir. Onun texniki səviyyəsi,  çeşidin  təzələnməsi 

sür

əti, resurslardan istifadənin səmərəliyi və nəhayət ən başlıca-



sı dünya standartlarına uyğun istehsal ən öndə olan məsələlər-

d

əndir. Postsosialist ölkələri və inkişaf etməkdə olan ölkələrin 



hamısı bazar iqtisadiyyatına keyfiyyət dəyişikləri ilə keçir. Ye-

gan


ə olan bu yol nə qədər mürəkkəb və çətin olsa da, keçilmə-

lidir. Çünki müasir dünyada h

ələlik  başqa,  dolayı  yol  sadəcə 

olaraq yoxdur. 




Pulun  

diktaturası 

 

 



47 

Müasir qlobal iqtisadiyyat t

əbii ehtiyatlardan çox, 

«beyin gücün

ə» söykənir. İnnovasiyalı informasiya texnolo-

gi

yası əsas istehsal amili olaraq ön plana çıxır. 

Bazar iqtisadiyyatı istedadlı insanların prinsipcə yeni key-

fiyy

ətini yaradır. Bu şəraitdə texnoloji amillər, keyfiyyət amilləri 



h

əlledicidir və insan resurslarının idarə edilməsinə yeni qaydada 

yanaşmağı tələb edir. 

İndi bazar münasibətlərinin mövcud olduğu təzadlı dün-

ya

da  yaşayırıq.  «Diktatura»,  «demokratiya»  və  «bazar iqtisa-



diy

yatı» adı altında ölkələr bir-biri ilə müqayisə olunur və inki-

şaf edir. Monoqrafiyada məqsədimiz siyasi və iqtisadi prob-

leml

ərə təkan verən və bu proseslərin normal gedişinə mane 

olan hadis

ələri, prosesləri və  mexanizmləri  araşdırmaqdır. 

Burada siyas

ətə və iqtisadiyyata təsir edən şəxsiyyət amili, 

iqtisadi amill

ər ― pul, rüşvət, korrupsiya, təbii resurslar və 

onlardan 

əldə  edilən gəlirlərdən istifadə  mexanizmi tədqiq 

edilir v

ə  müəllif  öz  yanaşma  mövqeyinə  görə  şəxsi 

mülahiz

ələrində  yeni-yeni  sualların, problemlərin yaran-

masına  bir  növ  şərait  yaradır.  Bəzi problemlər isə  sanki 

«ezop» dilind

ə  qoyulur. Ona görə  də  müəllifin fikirləri 

ətrafında geniş diskussiya yarana bilər və gələcək tədqiqat-

çılar üçün yeni-yeni problemlər meydana çıxa bilər. Bütün 

prosesl

ərin, hadisələrin və  siyasətin iqtisadiyyatdan, daha 

doğrusu, puldan asılılığı nəzəri cəhətdən təsdiq edilir. 

Müasir dövrd

ə əksər problemlərin kökündə pul amili 

dayanır. Sanki pul diktator rolunu oynayır. Siyasi, iqtisadi, 

ideoloji, ail

ə, vəzifə  və  s.  –  bütün bunlar pul üzərində  qu-

rulur v

ə uyğun münasibətlər yaranır. «Müasir iqtisadiyyat» 

d

ərsliyində  yazıldığı  kimi:  müasir  iqtisadi  nəzəriyyə  pul nə-



z

əriyyəsidir. Bu aydın məsələdir: müasir iqtisadiyyat – pul tə-

s

ərrüfatıdır; pul - hər hansı bir biznesin başlanğıcı və məqsədi-



dir; pulun 

əldə olunması, xərclənməsi və yığılması – ailə iqtisa-

diyyatının mahiyyəti məhz budur; bu qayğılar həm də hökumə-

tin qayğılarıdır (pulu haradan götürmək və necə xərcləmək). Bir 




Pulun  

diktaturası 

 

 



48 

sözl


ə, müasir iqtisadiyyatı bilməkdən ötrü, pul haqqında geniş 

informasiyaya malik olmaq lazımdır. 

Pul b

əşəriyyətin ən böyük ixtirasıdır; hələ qədimdə yara-



nan pul bu gün d

ə müəmmalıdır və qabaqcadan xəbər verilmə-

y

əndir. Məhz buna görə də pulun təbiətinin tədqiq edilməsi və 



onun iqtisadiyyata t

əsiri indiyə qədər iqtisad elminin başlıca is-

tiqam

əti olaraq qalır



1

Ukrayna  iqtisadçısı,  professor  A.A.Mazaraki  yazır:  “Pul 



problemi q

ədim dövrlərdən tədqiqatçıların diqqətini özünə cəlb 

edir.  İqtisadi  nəzəriyyənin çətin ki, elə  bölməsi olsun ki, onun 

haq


qında puldan daha çox danışılsın və yazılsın. Bununla yanaşı, 

ç

ətin  ki,  puldan  başqa  hər  hansı  bir  məsələ  haqqında  bu  qədər 



düzgün v

ə bəzən tamamilə fantastik nəzəriyyələr formalaşdırıl-

sın.” O, sözünə davam edərək göstərir ki, əgər daha geniş planda 

da

nışsaq, pulun tədqiqi, mahiyyət etibarilə elə həyatın tədqiqidir. 



Çün

ki pul insanın ona hansı münasibət bəslədiyindən asılı olma-

yaraq, onun bütün h

əyatına “nüfuz edir”. Çünki həyat – insanı və 

ya bütün elml

əri maraqlandıran, onlar tərəfindən onun dərk edil-

m

əsi və bir tam kimi dünyanın tabe etdirilməsi üçün istifadə edi-



l

ən əsasdır (bazisdir). Pul fəlsəfəsi məhz həyatı və onun bütünlü-

nü başa düşmək üçün öz diqqətini pul üzərində cəmləşdirir.



2

 

Biz is



ə daha dərinə gedərək şərh edirik: pul – siyasətdir-

mi,  iqtisadiyyatdırmı,  vəzifədirmi, ailədirmi, məhəbbətdir-

mi, dostluqdurmu, yoldaşdırmı, namusdurmu, qeyrətdirmi, 

m

ənəviyyatdırmı?  Bir  sözlə  -  bütün münasibətlərin  əsa-

sıdırmı? Bazar iqtisadiyyatı pul iqtisadiyyatıdırmı? Pul ya-

şadığımız cəmiyyətdə bütün hadisə və proseslərdə diktator-

durmu? Bütün bu ziddiyy

ətli, paradokslu, təzadlı  suallara 

cavab verm

əyə  çalışmışıq.  Məhz sadalanan bu məsələlər

                                                 

1

 Bax: 


Современная экономика. Общедоступный учебный курс. Ростов 

Н/Д.: // Феникс, 1999, c. 611. 

2

 Bax: Mazaraki A.A. Ticar



ət. Pul. Mentalitet. Bakı: “İqtisad Universiteti” 

N

əşriyyatı, 2010,  s. 355, 359  (rus dilindən tərcümə). 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə