Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,84 Mb.
səhifə7/8
tarix30.12.2017
ölçüsü0,84 Mb.
#18403
1   2   3   4   5   6   7   8

Kinayə. Hər hansı bir frazeoloji vahidi bədii ədəbiy­yat­da həm əsl mənasında,həm də kinayəli şəkildə işlətmək müm­­­­­­­­­kündür. «Kinayə incə, gizli gülüş deməkdir. Ki­­nayə mən­­­­tiqi zid­­diyyətlərdən, konstrastlardan istifadədə yaranır. Hər han­sı bir mənfi hadisəyə, yaxud tipə ona yaraşmayan, zidd olan key­fiyyətləri vermək kinayə doğurur. Kinayə ilk baxışda nə­zə­rə çarpmayan, lakin ən kəskin, öldürücü, ifşaedici bir si­lah­dır» [64,83]. «Kinayə üçün xarakterik cəhət ondan ibarətdir ki, fikrin ifadə tərzi onun məzmununa, daxili mənasına qarşı qo­yulur. İfadəyə, danışığa emosional təsir göstərir. Bu təsir gü­­cü nəticəsində kinayə olunan mənfi tip demək olar ki, sar­sı­lı­r» [6,156].

Kinayə xarakteri daşıyan ifadə üçün həyəcan, yüksək ton, hiddət deyil, sakitlik əsas şərtdir. Sakit, adi şəkildə de­yil­miş söz­lər daha dərin və ciddi məna kəsb edir.

Qeyd edək ki, ifadəyə kinayə çaları verən həm də in­to­na­siyadır. Lakin kinayə çaları ilə birlikdə sabitləşən–məz­mu­nu­nu kinayə çaları təşkil edən frazeoloji vahidlər də vardır. Bun­­­lar müstəqim mənada işlənmir. N.Xəzri yara­dı­cı­lığında ki­nayəli fra­ze­oloji birləşmələrin özünəməxsus, rənga­rəng ça­lar­­­ları diq­qə­ti xüsusilə cəlb edir:
Köhnə dəblər itib gedir

Şair olmaq qəbahətdir

Şöhrət indi var-dövlətdir

Bu şöhrətdən nə umarsan?



Hər gün dondan-dona girən

Həqiqətdən nə umarsan? [123, 196]

Ürəyin doludur - bu meyar deyil,

Ciblərin boşdursa - bax bu meyardır! [123, 39]

Bura humanitar yardım gələndə,



Bizim «humanistlər» yarı bölürlər [123, 94].
Bədii sual. Frazeoloji vahidlərin tərkibində özünü gös­tə­­rən poetik keyfiyyətlərdən biri də bədii sualdır. Belə vahid­lər­də heyrət, təəccüb hissi üstündür.

Bədii sual mahiyyət etibarilə qrammatik sualdan fərq­lə­nir. Belə ki, sualdan nitqdə, adətən, hər hansı bir hadi­sə, və­ziy­­­yət, əhvali-ruhiyyə haqqında müəyyən məlumat öy­rən­mək məq­sədilə istifadə olunur. Lakin bədii sual heç bir şey öy­rən­mək,məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, söz sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fi­kir təsdiq edilir.Mahiyyəti,meydanagəlmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhvali-ruhiyyəni poetik sual şəklində ifa­də etmək onun emosional təsirini daha da qüvvətləndirir.

Sənətkar bədii sualın köməyi ilə güclü emosiya yarat­ma­ğın, şeirin bədii təsirini artırmağın mümkün olduğunu nə­zə­rə alaraq, hətta bu və ya digər fikri bütövlükdə sual əsa­sın­da verməyə cəhd edir:
Qışqıran sevgilər məyər sevgimi? [123, 32]

Zər saçaqlı tər güllərə səcdə qılaq?

Torpaqlara qara çöksə zülmət deyək?

Pambıqla baş kəsənlərə rəhmət deyək?

Ümid şəmi parlayanda günəş sayaq? [123, 38]

Meşə pıçıldayır, bulaq danışır? [123, 62]

Ümidlər xəyala dönəndə qaldı?

Eşqim bir ürəkdə sönəndə qaldı?

Ömrü dara çəkmək kəməndə qaldı?

Bəlkə bu günün də dünəndə qaldı? [123, 74]

Bəlkə sən beləcə arzuna yetdin? [123, 108]

Bəlkə bir üşütmə düşdü canına?... [123, 124]

Elə ehtiyac da mənimlə gəlib? [123, 119]

Çaylar xəyal olub,

hara axdılar? [123, 130]

Könlümü yandırıb-yaxırsan, maral? [123, 131]


Ümumiyyətlə, sualda xüsusi intonasiya, vurğu möv­cud­dur. Odur ki,poeziyada ekspessivliyi artırmaq,fikri daha can­­­lı ifadə etmək üçün bədii sualdanı geniş istifadə olunur. Nəbi Xəz­rinin üslubu üçün də bu səciyyəvidir, məhz belə bədii su­al­larla şair öz fikirlərini vurğulaya bilmişdir.

İnversiya. Bədii ədəbiyyatda çox işlənən ifadə vasitə­lə­rin­dən biri də inversiyadır.Nitqin,ifadənin bədii təsirini ar­tır­­­maq məqsədilə sözlərin qrammatik ardıcıllığının qəsdən po­zul­­­­ması inversiya yaradır. Frazeoloji vahidlərdə mübtəda ilə xə­bərin, xəbərlə tamamlığın inversiyasına rast gəlirik. Yəni bir qayda olaraq, dilimizdə xəbər cümlənin axırında iş­lənir, ta­mamlıq mübtədadan sonra gəlir. Sözlərin belə müəy­­yən sı­ra­­­sının po­zul­ma­sı qrammatikanın tələbi baxımından nöq­­­san sa­yılmasına bax­ma­yaraq, şair inversiya əsasında sa­bit­ləş­mə­yən frazeoloji vahid­lə­­ri şeirin tələbinə uyğunlaşdırır. Daha doğ­­­­rusu, kom­po­nent­lərin yerini şeirin vəzn və qafi­yəsinin tə­lə­binə görə dəyişir. Bu cür yerdəyişmə kom­po­nent­­­lər ara­sın­dakı məna sabitliyini pozmur. Əksinə, şair, sənətkar şeirdə müb­­­­təda ilə xəbəri, xəbərlə ta­mam­lığı qrammatikanın tələb et­­­­diyi kimi işlətsə, bəlkə də şeirdəki ifa­dənin gözəlliyi itər, es­te­­tik təsiri azalar. Şeirdə inversiya poetik ifadə vasitə­lə­rin­dən­­­dir. N.Xəzrinin poeziya dilində güclü inversiya vasi­tə­­lə­ri­nə tez-tez rast gəlinir:
İlahi səs gəlir qədim Gəncədən,

Odlu köynək geyib eşq atəşindən

Ney tək ürək yaxır nalələrilə

Qana susadıqca əli-qanlılar,

Onun harayından titrəyir cahan

Mən göydə tuturam tənə daşını,

Deyir: - Yara dəydi vətən köksünə,

Birdən üşütmələr gəzdi canımda,

Hətta yaddan çıxdı, öz adım, Allah! [123, 29-30]

Əzəl başdan açarıdır sirlərin,

Öz gücünü ürəklərdən alar söz

Müşkül olan dərdə çarə qılar söz

Söz ucaldar bu cahanda insanı,

Əzizləyər bu cahan da insanı.

Vaxt olar ki, bircə anda insanı,

Əlli ilin hörmətindən salar söz.

Çalış, Nəbi, gecə-gündüz yarat sən,

Bəd sözləri öz sinəndən yar, at, sən.

İnci seçib, dürr toplayıb yaratsan,

Səndən eldə bir nişanə qalar söz [123, 11].


N. Xəzrinin «Bu gecə» şeirindən gətirdiyimiz nümu­nə­də qrammatikanın tələbi baxımından birinci misrada «Qə­dim Gən­cə­dən ilahi səs gəlir», ikinci misrada «Eşq atəşindən od­lu köy­nək geyib», üçüncü misrada «Nalələrilə ney tək ürək ya­xır», dör­düncü misrada «Əli-qanlılar qana susadıqca», be­şin­ci mis­ra­da «Cahan onun harayından titrəyir», altıncı mis­rada «Mən tənə daşını göydə tuturam», yeddinci misrada «Və­tən köksünə yara dəydi», səkkizinci misrada «Birdən ca­nım­da üşütmələr gəzdi», doqquzuncu misrada «Allah, öz adım hətta yaddan çıxdı», eləcə də «Söz» şeirindən gətir­di­yi­miz nümunədə birinci misrada «Əzəl başdan sirlərin aça­rı­dır», ikinci misrada «Söz öz gücünü ürəklərdən alar», üçün­cü misrada «Söz müşkül olan dərdə çarə qılar», dördüncü mis­­rada «Bu cahanda söz insanı ucaldar», beşinci misrada «Bu cahan da insanı əzizləyər», altı-yeddinci miss­ralarda «Vaxt olar ki, söz bircə anda insanı əlli ilin hörmətindən sa­lar», səkkizinci misrada «Nəbi, sən çalış, gecə-gündüz yarat», doqquzuncu misrada «Sən bəd sözləri öz sinəndən yar, at», on-on birinci misralarda «İnci seçib, dürr toplayıb yaratsan, söz səndən eldə bir nişanə qalar» formasında olmalıdır. La­kin göründüyü kimi, şair bu misralarda komponentlərin ye­ri­ni şeirin vəzn və qafiyəsinin tələbinə görə dəyişməklə gözəl in­­versiya nümunələri yarat­mış­­dır. Nəbi Xəzrinin poe­zi­ya­sın­da sintaktik səviyyədə – cüm­­­­­­lə üzvlərinin bu cür yerdəyişməsi onun əsərlərinə xüsusi çalarlar gətirməklə yanaşı, fikrinin də oxuculara daha qa­ba­rıq çatmasına kömək etmişdir.

Bədii ifadə və təsvir vasitələrinin – məcazların bədii üs­lub­­­­dakı rolu çox mühümdür,onlarsız bədii üslubu təsəvvür et­­mək mümkün deyil. Məhz məcazlar vasitəsilə ədəbi-bədii dil­də bədii ifadələr yaradılır, adi sözlərə qeyri-adi mənalar ve­ri­lir və nəticədə, ədəbi dil zənginləşir, ifadə imkanları geniş­lə­nir, sə­lis­lə­şir. Bütün bu keyfiyyətlərə əsaslanaraq, deyə bi­lə­rik ki, Nəbi Xəz­ri dildə olan söz və ifadələrə yeni məna incəlikləri ve­rə­rək on­ları öz məqsədinə uyğun işlətməklə,fikrini oxu­cu­lara çat­dır­maqla yanaşı, həm də sözlərin məna çalarlıqlarını ar­tır­mış­dır.



Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti
«Məlum olduğu kimi, «frazeologiya» anlayışı olduqca ge­­­nişdir;buraya yalnız mənası komponentlərinin məna­sın­dan asılı olmayan parçalanmaz leksik birləşmələr deyil, baş­qa sa­bit birləşmələr də: atalar sözü, məsəllər, aforizmlər, qa­nad­­lı söz­­­­­­lər, peşə ifadələri, klassik poeziyada rast gəldiyimiz çox­iş­lə­­­nən formul şəklinə düşmüş spesifik ənənəvi ifadələr və s. da­­­­­­­xildir» [18,17].

«Obrazlı fikrin ilk yaradıcısı xalq, ilk beşiyi onun şifahi ya­radıcılığıdır. Bütün qüdrətli söz üstaları həmişə bu mü­qəd­dəs sənət məbədinə söykənmiş bu tükənməz qaynar söz çeş­mə­­­­­­sindən faydalanmışlar» [21,165].

Hər bir sənətkar kimi N.Xəzri də ümumxalq dilinə, folk­­­­­lorumuza dərindən bələd idi. Çünki hər iki mənbə ya­ra­dı­­cı insan üçün əsas mənbə, əvəzedilməz söz xəzinəsidir. «Ya­zı­­­çı nə dərəcədə istedadlı olursa olsun, onun yardıcılığı, ci­la­la­dığı və beləliklə meydana çıxartdığı poetik incilər yenə də xalq dili, xalq təfəkkürü sayəsində mümkün olur» [1,131]. «Sə­­­nətkarın ustalığı da məhz belə bir mənbədən necə istifadə etməsi, ümumxalq dili ifadələrini bədii əsərin dilində işlədə bil­mə bacarığı ilə ölçülür. Çünki ümumxalq dili elə tükənməz im­kanlara malikdir ki, onu heç bir fərdi yaradıcılıq məhsulu əvəz edə bilməz» [56,157].

Frazeoloji vahidlərin bir qismini xalq,bir qismini isə ya­zıçılar,şairlər yaradırlar.Atalar sözləri, xalq məsəlləri xalq ya­­radıcılığının, aforizm,hikmətli sözlər isə sənətkar ya­ra­dı­cı­lı­ğı­nın məhsuludur.

Bədii ədəbiyyatda frazeoloji vahidlərin bütün növ­lə­rin­dən istifadə olunur. Bu vahidlər içərisində atalar sözləri, xalq mə­səlləri və hikmətli sözlər başlıca yeri tutur.

Məlumdur ki, «yazıçının yaradıcılığı, müəlliflik şəxsiy­yə­­ti,qəhrəmanları,mövzusu, əsərdə irəli sürdüyü fikirlər onun dilində cəmləşdirilir. Dil bədii əsərlərə ancaq sözlərin öz ye­ri­nə görə düzgün işlədilməsi nöqteyi-nəzərindən bağlı olmur. Di­­­­lin ixtiyarında olan ifadə vasitələri öz daxili xüsu­siyyətləri ilə daha mühüm rol oynayır. Q.O.Vinokurun fikrincə, dilin də bədii əsər kimi daxili forması vardır – özün­də bəzi məz­mun­­­lu keyfiyyətlər saxlayır» [6, 140].

Bu cəhətdən frazeoloji vahidlər çox səciyyəvidir. Atalar söz­­­­­­ləri, xalq məsəlləri və hikmətli sözlər öz daxili məziy­yət­lə­ri­nə görə bədii ədəbiyyatla bağlıdır. Buna görə də «Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti» mövzu­sundan da­nışarkən əsas diqqət atalar sözləri, xalq məsəlləri və hik­mət­li sözlərin daxili xüsusiyyətlərinə yönəldilir.Atalar sözləri, xalq məsəllərinin əsl yaradıcısı xalqdır. Burada xalqın həyat tərzini, məişətini, adət və ənənəsini təmsil edən epizodlar əks olun­muş­dur. Xalq öz ağıllı və müdrik sözlərinin məna dərinliyinə fi­kir verdiyi kimi, ifadə formasını da gözəl­ləş­dir­mişdir.

Atalar sözləri,xalq məsəllərinin tərkibini təşkil edən səs­­lərin yaratdığı ahəngdarlıq, melodiya, daxili qafiyə və s. din­lə­­­­­­­yiciyə, oxucuya ləzzət verir, onun estetik zövqünü oxşa­yır. Bu poetik keyfiyyətlər bədii şeirin əsas tələbləri,ümumi ahən­­­­­gi ilə birləşərkən daha təsirli olur.

Həcmcə kiçik, mənaca dərin və təsirli olan atalar sözü və məsəllər müəyyən ibrətamiz fikirləri qısa, lakonik və ob­raz­lı şəkildə ifadə edir. «Məsəllər və atalar sözləri mükəm­məl bə­dii poetik nümunələr kimi məişət və cəmiyyətin ən müxtəlif sa­hələrini əhatə edərək eyibləri açır, yaraları neş­tər­lə­yir... Cə­mi bir neçə sözdən, bir cümlədən ibarət olan atalar sözü və ya məsəl yazılı ədəbiyyatın böyük həcmli əsərlərinin siqlətini özündə təcəssüm etdirir» [36,11].

N.Xəzri öz yaradıcılığında fikri daha təbii, canlı, təsirli, emo­sional, rəngarəng nəzərə çatdırmaq üçün ümumxalq di­lin­­­dən, onun folklorundan, xalqımızın əsrlər boyu sınanmış hə­­­­­­­yat təcrübəsinin dildə təsdiqlənmiş,sabitləşmiş müdrik ata­­­­­­­­­­lar sözləri və məsəllərin üslubi imkanlarından ustalıqla is­ti­fa­də etmişdir. Eyni zamanda şair həm atalar sözləri və mə­səl­lə­rə heç bir dəyişiklik etmədən canlı xalq danışıq di­lində ol­du­ğu kimi, həm də onlara konkret olaraq bədii üslu­bun tələbi ilə müəyyən dəyişikliklər edərək öz poeziyasında işlətmişdir. Be­lə ki, şair əsərlərində «Hayla gələn vayla getdi» [123,92]; «Za­­hirə aldanma baxıb uzaqdan» [123,12]; «Ağıl yaşda deyil, ağıl başdadır» [123,23]; «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora» [123,217]; «Bil iki gül ilə olmayır bahar!» [123,234]; «Toxun acdan xəbəri yox» [124, 62]; «Sözü deməmişdən-söz sənin qulun, Elə ki, söylədin–özün qul oldun [124,97]; «İgid bir yol ölər, qorxaq min kərə» [123, 90]; «Ulu sözünə baxmayan, Qalar ulaya-ulaya» [124, 91] və s. kimi dərin mənalı müdrik xalq ifadələrinə, kə­lam­la­rı­­­­na heç bir dəyişiklik etmədən işlət­miş­dir.

Xalq təfəkkürünün dərinliyini qeyri-adi bir tamlıqla ifa­də edən atalar sözlərini misralara bölüb onlarda qafiyə, rə­dif axtarmaq heç də düzgün deyil, çünki onsuz da onlar sim­met­rik və ritmikdir. «Qanadlı söz», «ipə-sapa düzül­mə­miş in­­ci­lər», «dilin gülzarı» kimi adlar verilən, az sözlə geniş mə­na­lar ifadə edən bu xalq ifadələri təkcə dilin gözəlliyinə xidmət et­mir. Bir dili öyrənərkən o dildəki idiomlarla, fra­zeoloji ifa­də­lərlə yanaşı, o dilin canlı paremik vahidlərini də bilmək va­cib­dir. Mərhum dilçi alim S.Əlizadə elm aləminə bəlli etdiyi «Oğuz­namə» abidəsinə yazdığı «Müdrikliyin sön­məz işığı» ad­lı ön sözündə doğru,düzgün olaraq yazmışdır:»Atalar söz­ləri bugünkü oxucuya nə verir, hər bir paremik vahidin ən qiy­­­­­mətli cəhəti nədədir: yığcamlığındamı, nəsi­hətamiz ru­hun­da,obrazlılığında, ahəngindəmi və ya dərin ictimai-fəlsəfi məz­­­­­­­­­­­­munundamı? Əlbəttə, bu xüsu­siy­yət­lə­­rin ideal vəh­də­tin­də!

Hətta biz atalar sözlərinə su,çörək,udduğumuz hava­tək o qədər vərdiş etmişik ki, az qala onları adiləşdirmişik: gün­də­lik məişət nitqimizdə də, elmi tədqiqatlarda da. Bu əsl mö­cü­­­­­­zədir ki, «atasız-anasız» doğulan hər bir paremik vahid uzun məsafələr, dolambac yollar keçib, əcdadlarımızın canlı sə­­­sini, nəfəsini, gah nikbin, gah bədbin əhval-ruhiyyəsini, təc­rü­bədən çıxmış öyüd-nəsihətini, müzəffər dərrakəsini tari­xin qa­­ranlıq girdabından çıxarıb bizə çatdırır. Doğrudan da, ata­lar sözü bütün sözlərdən uludur, cümlə miqyaslı, traktat siq­lət­li sözdür; hər bir atalar sözündə bir kitablıq fikir, məlu­mat xəzinəsi vardır.

Düzlüyü, sərrastlığı, aydınlığı, emosionallığı, lakonizmi və bədii təsir gücü ilə atalar sözünə bərabər tutulası söz ha­nı?! Min illik zülmətin söndürə bilmədiyi bu idrak qı­ğıl­cım­la­rı hər kəsin yaddaşında həmişə günəş qədər hərarətli, su kimi hə­yatidir.

Xalqın müşahidələrini,təsəvvür və təfəkkür tərzini, can­­­­­­­­­lı məntiqini hifz eləyən atalar sözü sıxılmış yaydır: onun əsl enerjisi, təsir qüvvəsi nitq məqamında, konkret zaman, şərait da­xilində bilinir. Bu halda hər bir paremik vahid əyrini doğ­ra­yan qılınca, zülməti dağıdan işığa, yaxud dərdlərə şəfa ve­rən məlhəmə çevrilir» [77,10-11].

Bəzən sənətkar bu hikmətamiz ifadələri işlədərkən on­la­­rın xalq dilindən alındığını nəzərə çatdırmaq məqsədi ilə mis­ranın əvvəlində və ya sonunda «söz var»,»deyirlər», «de­­­dilər», «deyiblər» və s. söz və ifadələrlə atalar sözü və mə­səl­lərin mənbəyini göstərmişdir.Məsələn; «Söz var ki, na­­musu itə at, yeməz!» [123,90]; «Deyirlər göz görür, könül də se­vir» [123,206]; «Söz var, gözəl doğma, ay anam məni, Ay anam gözəl doğ, mənim bəxtimi» [124,134]; «Deyiblər duz gə­­rək dadınca olsun!» [124,64]; «Artar küsəyənin Payı, - de­­­yir­lər» [123,238]; «Dərdlərin əlindən o, dağa çıxdı, Dedilər: bəx­­təvər yaylağa çıxdı» [124,53] və s.

Mənzum atalar sözləri və xalq məsəlləri epik və dra­ma­tik əsərlərdə işlənməklə yanaşı, poeziya dilində də işlədilir. Fra­zeoloji vahidin tərkibindəki vəzn bu zaman şeirə xüsusi ritm və ahəngdarlıq verir. Lakin frazeoloji vahid burada da əsa­sən öz mənzumluğunu saxlayır. Onu da qeyd edək ki, ata­lar sözləri və zərb-məsəllərdə bütövün məna vahidliyi və bu mə­nanın ümu­mi­ləş­dirilmiş xarakteri ümumi şəxsli cümlə for­ma­sında ifadə edilir. Nə əkərsən, onu biçərsən; İşləməyən diş­ləməz;Cücəni payızda sayarlar.Bu baxımdan N.Xəzri əsər­lərində yerli-yerində işlənmiş atalar sözləri, hikmətli sözlər fik­­ri obrazlı, ifadəli, aydın, səlis ifadə etməklə, eyni zamanda mü­­əyyən üslubi məqsədə xidmət edir.Buna görə də atalar sö­­­zü və hikmətli ifadələrin poeziyada işlənməsi müx­təlif məq­səd­­­­­­lər daşıdığı kimi olduqca rəngarəng üslubi effekt yaradır. Hik­mətli xalq ifadələri şeirdə öyüd, nəsihət vermək məqsədi ilə işlədilir:

Hər kəlməsi öz yerində deyilsə,

Qılınclardan daha kəskin olar söz [123, 11].

Elə bil söylədi yenidən bu an:

«Zahirə aldanma baxıb uzaqdan» [123, 12].

Ağıl yaşda deyil, ağıl başdadır,

Namərd eləməyin qovaraq mərdi [123, 23].

Sözü deməmişdən-söz sənin qulun,

Elə ki, söylədin-özün qul oldun [124, 97].

İki şey məhv edir mütləq hər kəsi,

Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 99].

Ulu sözünə baxmayan,

Qalar ulaya-ulaya [124, 91].

Əgər başqasına sən quyu qazsan

Özün düşəcəksən gec ya tez ora! [123, 217]


Sadə, qısa, yığcam yazmaq tələbi, ədəbi dili xalq dilinə ya­­xınlaşdırmaq arzusu şifahi xalq ədəbiyyatı nümu­nə­lə­rin­dən istifadə etmək zərurətini doğurur. Burada, xüsusən ata­lar sözü və xalq məsəllərinin rolu misilsizdir.Çünki onlar xal­­­­­qın müdrikliyini, xalq zəka və düşüncəsini, xalqın həyat təc­­rü­bələrinin nəticələrini özündə əks etdirir, bunlar xalqın dün­ya­görüşünün, onun əməli həyat fəlsəfəsinin xülasəsi, qısa və dol­ğun, yığcam və mənalı şəkildə, aforizmlər halında ifa­də­­si­dir. Şairin ayrı- ayrı şeirlərindən gətirdiyimiz nümunələr bu­nu bir daha sübut edir. N.Xəzri şeirlərində anlaşılmaz, qə­liz söz­­­lərə çox yer verməmiş, onların əvəzinə canlı həyat ifa­də­lə­ri işlətmiş, ədəbiyyata, bədii dilə xalq dilinin obrazlılığını, onun ahəng­dar­lı­ğı­nı gətirmişdir.

N. Xəzrinin yaradıcılığına xas olan üslubi xüsu­siy­yət­lər­dən biri də onun obrazın xarakterini, təbiətini, daxili aləmini ata­lar sözü və məsəllər vasitəsilə daha dəqiq qiymət­lən­di­rə­rək sərrast ifadə etməsidir.Çünki poeziyada məhz bu hik­mət­li ifadələr vasitəsilə obrazın mənəvi aləmi, əxlaqi keyfiy­yət­­ləri qı­sa, lako­nik və obrazlı şəkildə oxucuya çatdırılır. «Tor­­­pağa sancılan qı­lınc» dramatik poemasında Dədə Qorqud ayrı-ayrı personajlar haqqında deyir: «Qara fikir bəllidir ki, Qa­ran­lıqda ayaq tutar» [121,127], «Nə vaxtdır düşmənik, mən də, Qazan da, Qaynamaz iki baş bircə qazanda» [121,130], «İn­sanlar kor olur gözü qızanda; Belə günə qaldı bizim Qa­zan da» [121,133], «Od tüstülü, köz dumanlı; Kabab qanlı, igid canlı» [121,135], «Gəlinlər evləri ayıran deyil; Gəlinlər el­lə­ri qovuşdurandır» [121,160], «Ara xəlvət oldu-tülkü bəy ol­du» [121,180], «Zərgərəm - verərəm mən zərə qiymət!» [121, 192] və s.

Qeyd edək ki, N.Xəzri yaradıcılığında bu cür hikmətli söz­lərə təkcə «Torpağa sancılan qılınc» dramatik poe­ma­sın­da deyil,onun əsərlərinin əksəriyyətində rast gəlinir. Sənət­kar atalar sözləri və hikmətli sözləri heç də söz xatirinə deyil, on­la­rı işlənmə məqamına,hadisələrin tələbinə uyğun olaraq iş­lə­dir.

Dilimizin incəliklərinə dərindən bələd olan şair bəzi ata­lar sözləri və məsəllərə özünəməxsus yaradıcı şəkildə ya­na­şaraq, onların məzmununu saxlamaqla, yalnız quru­lu­şun­­da cüzi dəyişikliklər etmişdir. Üslubi məqsədlə atalar sözləri və məsəllər üzərində dəyişikliklər aparan sənətkar bu yolla bir daha əsərlərinin dilini canlı,obrazlı və emosional edir. Be­­­­lə ki, ümumxalq dilində işlənən «Hər sözün bir mə­qamı var» [7,127], «Söz bir olsa, zərbi kərən sındırar» [7,211], «Söz - var gələr keçər, söz var dələr keçər», «Sözü yerində söylə», «Sö­zün doğrusu dəmiri dələr» [7,212] atalar sözlərini «Hər kəl­mə­si öz yerində deyilsə, Qılınclardan daha kəskin olar söz» [123,11], «Özgəyə quyu qazan özü düşər» [7,199] atalar sözü «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora!» [121,217], «Bir gül ilə bahar olmaz» [7,58] atalar sö­­zü­­nü «Bil iki gül ilə olmayır bahar» [123, 234], «Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb» [7,162] «Dərdlərin əlindən o,dağa çıxdı,Dedilər:bəxtəvər yay­lağa çıxdı» [124,50],»Hayla gələn huyla gedər» [7,124], «Hay­­­­­la gələn vayla getdi-bircə anın içində» [123,92], «Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var» [7,126] «Taleyin də öz işi var, hər yoxuşun enişi var» [124,55], «Söz sahibi ölsə də, söz qalar!» [7,211] «Mən ölmərəm, əgər bircə Sözüm qalsa xal­­­­­qa, xalqa!» [124,59], «Toxun acdan nə xəbəri?!» [7,222] «To­­­­­xun acdan xəbəri yox, görmüsənmi?» [124,62], «Öz gö­zün­­­­­də tiri görmür,özgə gözündə qıl axtarır» [7,197] «Eyib­lə­rin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola başqasında gə­zəsən» [124,96], «Dil adamı bəyan elər» [7,90] «Tanınar kim nə vaxt danışıb dinər: «İnsan öz dilinin altda gizlənər» [124,96], «Söz ağızdan çıxıncan sənindi» [7,211] «Sözü de­mə­miş­dən – söz sənin qulun, Elə ki, söylədin - özün qul oldun» [124,97], «Əmanətə xəyanət olmaz» [7,107] «Kim ki əmanətə xəyanət etsə, Sayılsın ən böyük cinayət kimi!» [124,122], «Qor­­­­xaq gündə yüz yol ölər, igid ömründə bir yol» [7,171] ata­lar sözlərini «İgid bir yol ölər, qorxaq min kərə» [123, 90] şək­lində işlətməklə oxucuya çatdırmaq istədiyi nəsihətamiz fi­­kirlərini xalqın düşüncəsi, psixologiyasını özündə bir­ləş­di­rən atalar sözləri və məsəllər vasitəsilə verərək şeirlərinin di­li­ni daha rəvan və axıcı edə bilmişdir.

Ən böyük hikmətləri sadə və dərin şəkildə anladan hik­mət­li sözlər sərhədsiz bir aləmdir. Fikrin daim canlı olduğu, duy­ğu dolu bu sözlərdə sözün əsl mənasında xalq ruhunun axı­cılığı, sərrastlığı, dərin və təsirli ifadəsi var. Qəlb­­ləri riq­qə­tə gətirən, gözəl və incə olan, möhkəm milli xüsusiyyətə, ko­­­­­­lo­ritə malik olduğu üçün başqa dillərə də çox zaman ey­ni­lə tərcümə oluna bilməyən bu söz inciləri bütövlükdə bir hik­mət xəzinəsidir və incilərin hər biri xalq ruhunun də­rin­lik­lərindən doğur,əsrlər boyu təcrübələrdən çıxmış və sı­nan­mış olub dillərdə dolaşan, el içində gəzdikcə isə incələnən və ci­­­lalanan qəti fikirləri bildirir.

Atalar sözlərinin daha dərin və dolğun növü hesab edi­lən hikmətli sözlər mənalı və ibrətamiz semantikaya malik olan sabit söz birləşmələridir. Hikmətli sözlər həm mənasına, həm də quruluşuna görə atalar sözlərinə formal olaraq se­man­­­­­­tik cəhətdən oxşasalar da,bir-birlərindən fərqlənirlər. Be­­­lə ki, hikmətli sözlərin işlənmə dairəsi atalar sözlərinə nis­bə­tən məhduddur. Ən əsası isə atalar sözləri şifahi xalq ədə­biy­ya­tına, hikmətli sözlər isə yazılı ədəbiyyata məxsusdur. Çün­ki atalar sözlərinin müəllifi konkret olaraq məlum olmadığı hal­da, hikmətli sözlərin müəllifi məlumdur. Bundan başqa, həm müsbət, həm də mənfi xüsusiyyətli hadisələri xarakterizə et­­­mək üçün atalar sözləri olduğu halda, hikmətli sözlər isə öyüd, nəsihət xarakterli olduğu üçün onlarda, əsasən, müs­bət münasibət öz əksini tapır.

«Bu xüsusiyyətlərə əlavə olaraq demək lazımdır ki, hik­mət­li sözlər ekspressiv-emosional xüsusiyyətə malikdir; fikrin məz­mununu dolğunlaşdırır; onların ömrü uzun olur; müx­tə­lif struktura, fərdi quruluş cizgilərinə malik olur; tərki­bində həm­cins üzvlərə, nidalara, ara sözlərə, xüsusiləşmiş üzv­lərə tə­­­sadüf edilmir; didaktik səciyyə güclüdür, mənası müs­tə­qim­dir;nəsihət,məsləhət,yol göstərmə xüsusiyyətləri möv­cud­dur» [31, 92-93].

N.Xəzri yaradıcılığında atalar sözləri və məsəllərlə ya­na­­şı, şairin özünəməxsus, fərdi təxəyyülünün məhsulu olan ok­­­­­­­kazional hikmətli sözlərə də təsadüf edilir. Bildiyimiz kimi, hikmətli sözlər dərin və dolğun ibrətamiz məna ifadə edən sa­bit söz birləşmələridir. «Hikmətli sözlərin dəqiq məna ifadə et­­­məsi onların xalq kütlələri arasında sürətlə yayılmasına im­kan yaradır. Buna görə bəzi hallarda hikmətli sözlərə qanadlı sözlər [крылатые слова] da deyilir» [ 23,114].

Hikmətli sözlərin bədii-emosional, üslubi funksiyaları müx­təlif və çoxşaxəli olduğu kimi, onların mövzuları da mə­na etibarilə rəngarəngdir. Buna görə də N.Xəzri əsərlərində iş­­­­­lənmiş hikmətli sözləri ifadə etdikləri mənalarına görə aşa­ğı­­­dakı kimi qruplaşdırmaq olar:

1) Xasiyyət və xarakter haqqında: Bağırmaq cürət de­yil, susan mərdlik,cürətdir;Bağırmaq şöhrət deyil, səssiz gə­lən şöhrətdir [123,97], Saman altdan astaca su yeridənlər; Key­­­findədi, nə ağlayar, nə də inlər [124,55], Yerində da­nış­maq bəlkə qələbə;Yersiz susmaq isə məğlubiyyətdir! [124, 75], Eyiblərin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola baş­qasında gəzəsən. Kimlər ki, çox danışdı; Səhvi də başdan aş­dı [124,96-97], Yaltaqlıq üstündə ucalan ömür, Xalqın ürə­yin­də lənətə dönür; Yaltaq tikən evi - Yel asan yıxar; Yaltaq yı­xan evi - el tikə bilməz; Yaltaq öləziyən qara çıraqdır. Bu bəl­­kə qəribə həqiqətdir ki,Sözü açıq dedin nifrətə dönür [124, 128-129].



  1. Xalq, millət, el-oba, vətən, torpaq haqqında: Xalqın namusudur Vətən torpağı; Hər şeydən ucadır namus bayrağı; Şair, sən də yurdun keşiyində dur, Vətən müqəddəsdir, Vətən əzizdir [123, 90], Millət tarac olan vaxtı; Sərvəti də hərrac olur, Qudurğanlar tox gəzərkən; Əzab çəkən el ac olur [123, 181], Bə­li, kimin ürəyində torpağına sevgi varsa, o böyükdür; Məgər kiçik xalq olurmu? O, xalqdırsa, o böyükdür! Xalq öl­çül­mür miqdarıyla; Xalq ölçülür vüqarıyla; Xalq ölçülür də­ya­nəti, qeyrətilə; Bir də dosta məhəbbəti, bir də yada nif­rə­tiy­lə! Qeyrətsizə can əzizdir, qeyrətliyə ana torpaq [124,93-95], Son sözü xalq deyir, zaman söyləyir, Şair ki, olmayır hər şeir ya­­zan; Kim ki, öz elinin dərdini bildi; El onun ömrünü uza­da­caqdır; Kim ki, öz elilə ağladı, güldü; El onu qəlbində ya­şa­dacaqdır [124,188].

  2. Dilin xalqın, insanın həyatındakı rolu haqqında: Dil xalq ürəyinin ənginliyidir ;Yox dil əsrlərin tale səsidir, Azə­r­bay­can dili - Büllur bir bulaq... Dil xalqın adıdır,Xalqın özü­dür; Dilin ixtiyarı Xalqdadır ancaq... [123,117-118], Tanınar kim nə vaxt danışıb dinər: İnsan öz dilinin altda gizlənər; İn­sa­nı ağılmı, dilmi tanıdar? Bil ki, dil ağılın tərcümanıdır [124, 96-97], Millətin bəxtidir, dilin taleyi, Dilin taleyi də xalqın bax­tıdır [124,201-203].

  3. Sözün qüdrəti haqqında: Hər kəlməsi öz yerində de­yil­­­sə; Qılınclardan daha kəskin olar söz [123,11], Kim ki, va­rıb gedər uzunçuluğa; Tapdayar insanlıq ləyaqətini; Deyiblər duz gərək dadınca olsun! Biz deyək söz gərək dadınca olsun! [124,64-65],Yerində danışmaq bəlkə qələbə,Yersiz susmaq isə məğlubiyyətdir! [124,75-76],Mən ölmərəm, əgər bircə; Sözüm qalsa xalqa, xalqa! [124,59],Sözü deməmişdən söz sənin qu­lun, Elə ki, söylədin özün qul oldun; Söz var bir əbədi kitaba dö­nər, Söz var, ömür boyu əzaba dönər [124, 97], Bilin qo­ru­duqca səmimiyyəti - Daha dəhşətlidir bu söz rüşvəti! [124, 121], Bu bəlkə qəribə həqiqətdir ki, Sözü açıq dedin nifrətə dönür [124,128].

  4. Sevgi,məhəbbət, gözəllik haqqında: Məhəbbət öl­çül­­mür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir [123,149], Göz­lər gözəlliyi görməsə kordur! Ağıllı gözəllik baş ucalıqdır [123,104],Sevgi həm ölümdür, həm əbədiyyət! [123,107], Za­man tarlasında gərək böyüklər; Mehribanlıq əkib, məhəbbət bi­çə [123,207], Fəqət dərk elədim bir həqiqəti; Məncə əsl sev­gi talesiz olur [123,224], Ali gözəlliyi duy­ma­yan kordur; Ya­lan olan yerdə məhəbbət olmaz, Məhəbbət yoxdursa sədaqət ol­maz; Məhəbbəti səslə sən; Ki, özün seviləsən [124, 97-98], Gö­zəllik yaranıb əzəldən əzəl; Gözəllik əzizdir baş tac­la­rın­dan; Qadını qürurla gözəllik bəzər; Cu­mar bəd nəzərlər gö­zəl­lik üstə; Milçəklər şirəyə daraşan kimi; Dəhşətdir gözəllik yad qucaqlarda; Dönürsə göyümtül əski­naslara;Gözəllik bir də­fə ənam verilir,Fəqət əbədilik sönür gözəllik [124,134-135].

  5. İgidlik, qoçaqlıq, cəsarət, qeyrət, qorxaqlıq haq­qın­da: Bu bir həqiqətdir düşüb dillərə: İgid bir yol ölər, qorxaq min kərə [123,90], Cəsarət qorxusu; Acı tufandır; Qorxu cə­sa­­­­rəti;Daha yamandır!Cəsarət qorxusu;Dərdə dözəndir, Qor­­xu cəsarəti; Başlar üzəndir [124,63], Mərd sözü - ədalət ça­­­ğı­rışıdır! [124,75], Qeyrətsizə can əzizdir, qeyrətliyə ana tor­paq [124,95], Onunçün yaltaqlar qorxaqlar təki; Bir gündə min dəfə ölüb – dirilər [124,128].

Qeyd etmək lazımdır ki, bədii üslubda sentensiya ha­di­sə­si özünü göstərir.»Üslubiyyatda sentensiya adlanan ha­di­sə­nin mahiyyəti belədir ki, söz sənətkarları ümumxalq atalar söz­lərinə müvafiq gələn səciyyəvi,tipikləşmiş ifadələr ya­ra­dır­lar və bu zaman xüsusilə onların [atalar sözlərinin] struktur – se­mantik xüsusiyətlərinə əsaslanırlar. Sentensiya kimi işlənən va­­­­­hidlər daxili ritmi,ahəngdarlığı, obrazlılığı və yığcamlığı ilə fərqlənir» [3,79].
Dəhşət diri-diri ölü olmaqdır! [123, 123]

Min zəhmət çəksə də insan qış, bahar,

Hər əkilən toxum nədənsə bitmir [123, 194].

Hər parlayan şüşə almas deyildir

Hər suya baş vuran qəvvas deyildir [123, 209]

Bu haqqın sözünü nədimlər dedi:

Namus doğuluşdan büllura bənzər,

Şüşə qab ya sındı, ya cingildədi! [124, 134]


Beləliklə, atalar sözləri ilə sentensiyanın əlaqəsi dedikdə, ümumxalq dilinə məxsus hikmətli ifadələrlə hər hansı bir sə­nət­karın yaratdığı fərdi ifadələrin əlaqəsi başa düşülür. Çün­ki hər bir yazıçının, şairin yaratdığı özünəməxsus fərdi hik­mət­li sözlər ilk növbədə, atalar sözlərinə əsaslanır, onların baş­­lıca keyfiyyətlərini özündə əks etdirir və onun təzahür for­ması kimi nəzərə çarpır. Bu cəhətdən N.Xəzri senten­si­ya­la­rını ümumxalq dili atalar sözlərindən fərqləndirmək bə­zən çə­tinlik yaradır. Deməli, şairin fərdi ifadələri ümumxalq dili hik­­mətli ifadələrinin tərkibinə qaynayıb-qarışmaqla, onun zən­­­­­­ginləşməsinə xidmət edir:
Həqiqət acıdır-fəqət dərmandır,

Yalan şirindirsə-əfi ilandır.

Tamah zülmətli yoldur,

Tamahkar əbədi quldur.

Dünyada yuxuya gedir insanlar,

Ancaq ölüm vaxtı oyanır onlar.

İki şey məhv edir mütləq hər kəsi,

Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 96-100]

Yaltaq tikən evi-

Yel asan yıxar

Yaltaq yıxan evi-

el tikə bilməz [124, 128].

Qeyri adilik də ilk adilikdir,

Müdriklik ən böyük bir sadəlikdir [124, 136].

Son sözü xalq deyir, zaman söyləyir,

Şair ki, olmayır hər şeir yazan [124, 188]


Nümunələrdən göründüyü kimi, N.Xəzri nəsihətamiz də­­­­­­rin fikirlərini yığcam və özünəməxsus sadə dildə ifadə et­mək­lə, bir çox misra və beytlərini hikmətli sözə çevirmişdir. Çün­­­ki «xalqımızın ağlı,kamalı,misilsiz mənəvi qüdrəti, əmək­­­sevərliyi, həyat və azadlıq eşqi,vətənpərvərliyi, humanizmi öz parlaq ifadəsini ilk əvvəl məhz atalar sözü, məsəl və hikmətli ifadələrdə tapmışdır» [21,165]. Şairin poe­ziyasında istər ata­lar sözləri və məsəllər, istərsə də hikmətli sözlərin tər­ki­bin­də­ki leksik vahidlər ilk, nominativ məna­sından başqa məcazi mə­­­na kəsb edərək frazeologiyanın xü­susi bir layını təşkil et­di­yi üçün bu bəhsə daxil edilmişdir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə