Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiTƏSİ TƏHSİl faküLTƏSİ



Yüklə 89,1 Kb.
tarix10.11.2017
ölçüsü89,1 Kb.
#9596

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

XƏZƏR UNİVERSİTƏSİ

TƏHSİL FAKÜLTƏSİ

BİOLOJİ ELMLƏR DEPARTAMENTİ


Life Science

Həyat fəaliyyətinin təhlükəsizliyi
Kursun proqramı

(Fənn sillabusunun təxmini strukturu)


Tədris ili və semestri

2014 / 2015 Payız

Müəllim: MD, PhD Müşfiq Orucov



Razılaşdırılmışdır


Təsdiq edirəm


Dekan:

PhD Cabir Xəlilov

Departament müdiri:

MD, PhD Müşfiq Orucov




Ümumi məlumat

Fənnin kodu və adı

MED315 Life Science

Kreditlərin sayı

3 kredit

Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

2014/2015 Payız

Fənni tədris edən müəllimlər

Tibb elmləri namizədi Müşfiq Orucov

E-mail

morujov@khazar.org

Telefon

(+99412) 421-10-93 (daxili nömrə: 214)

Dərs otağı, dərs cədvəli

Məhsəti küç., 11 (Neftçilər kampusu), 403N saylı otaq

Mühazirə: Cümə günü, saat 15.10-16.30

Seminar məşğələ: Cümə günü, saat 16.40-18.00


Məsləhət saatı

Çərşənbə axşamı, saat 16.00-18.00

Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Məcburi seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

1. Şadlinski V.B., Hüseynova G.A. İnsan anatomiyası. Dərslik. Bakı, “Müəllim” nəşriyyatı, 2009, 240 s.

3. Əliyev S.C. Tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2004

4. Ocaqov H.O. Fövqəladə hallarda təhlükəsizlik (Defensiologiya) (Ali məktəblər üçün dərslik). Bakı, 2012, 368 s.

5. Musayev A.H. Mülkü müdafiə tibbi xidmətinin təşkili. Dərslik. Bakı, “Təbib” nəşriyyatı, 2011, 165 s.

6. Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. Mülki müdafiə və tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2006.

7. Əzizov A. Əməyin mühafizəsi. Bakı, 2008.

Əlavə vəsaitlər:

1. Vəliyev Ş.Q. İnsan anatomiyası və fiziologiyası. Dərslik. Bakı, 2001.

2. Məmmədov A.M., Sudakov K.V. Normal fiziologiya. Dərslik. Bakı, “Təbib” nəşriyyatı, 2011.

3. Həsənov Ə.B. Patoloji anatomiya. Dərslik. Bakı, “Elm” nəşriyyatı, 2003, 780 s.

4. Məmmədov Y.C., Təqdisi C.H., İslamzadə F.İ. Patoloji fiziologiya. Dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1989, 752 s.

5. Məmmədhəsənov R.M. Daxili xəstəliklər. Dərslik. Bakı, Qismət, 2008, 464 s.

6. Cəfərov Ç. Ümumi cərrahlıq. Dərslik. Bakı, 2006, 552 s.

7. İsayev C.P. İnfeksion xəstəliklər. Dərslik. Bakı, Təhsil, 2009, 443 s.

8. Əzizov V.Ə., Axunbəyli A.Ə., Alimetov S.N. Təbabətdə böhranlı hallar və təxirəsalınmaz tibbi yardım. Dərs vəsaiti. Bakı, “Təbib” nəşriyyatı, 1995, 112 s.

9. Tibb bacısının məlumat kitabı / N.R.Paleyevin redaktəsi ilə (Tərcümə edəni: Ə.Q.Cəfərov). Bakı, 2008, 528 s.

10. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları. Dərs vəsaiti. Bakı, 2008, 140 s.

11. Орлов А.Т. Охрана труда в строительстве. Учебник. М., 1987.

12. Сахно И.И., Сахно В.И. Медицина катастров (организационные вопросы). М., 2001, 560 с.

13. Руководство для врачей скорой помощи. Под редакцией В.А.Михайловича. 2-е изд. Л.: Медицина, 1989, 544 с.

13. Михайлов Л.А. Безопасность жизнелеятельности. 2-е издание. Учебник. М., 2008.

14. Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik vəsait / DIPECHO layihəsi.



Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktik tapşırıqlar

x

Praktik məsələnin təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestrin sonunda

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (Quiz)

Semestr ərzində 2 dəfə

10

Prezentasiya

Semestr ərzində

10

Aralıq imtahanı

Cədvəl üzrə

30

Final imtahanı

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Bu kurs insanın həyat fəaliyyətinin təhlükəsizliyi (tibbi biliklərin əsasları, əmək mühafizəsi və mülki müdafiə) məsələlərini əhatə edir.

Tibbi biliklərin əsasları bəhsi həyat fəaliyyətinin təhlükəsizliyinin tibbi əsasları, insan orqanizminin normal anatomiyası və fiziologiyası haqqında, fövqəladə hallarda zəhərlənmələr və xəstələnmələr zamanı ilk yardım və xəstələrə qulluq, xəstəlik haqqında anlayış, müxtəlif sistemlərin xəstəliklərinin təsviri, həkiməqədər yardım və profilaktikası, qəzalar və fəlakətlər zamanı tibbi yardım barəsindəki biliklərə həsr olunmuşdur.

Əmək mühafizəsi bəhsi özündə istehsalatda həyat fəaliyyətinin ümumi məsələlərini, insan-yaşayış və iş mühiti sistemində neqativ amilləri, təhlükəsizlik texnikasını, yanğın və partlayış hadisələrində həyat fəaliyyətinin təhlükəsizliyini əks etdirir.

Mülkü müdafiə bəhsi fövqəladə hallar və onların xarakteristikası, fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi və əhalinin mühafizəsi, obyektlərin işinin dayanıqlığı, rabitə, xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təhlükəsizliyinin təmini, fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması haqqındakı məlumatları cəmləşdirir.

Kursun məqsədi

Tələbələrə insan orqanizminin anatomo-fizioloji xüsusiyyətləri və xəstəlikləri haqqında biliklərin öyrədilməsi, əmək təhlükəsizliyi məsələləri, mülkü-müdafiə tədbirləri, fövqəladə hallarda tibbi fəaliyyətin prinsipləri, ilk tibbi yardım və onun təşkili haqqındakı məlumatların çatdırılmasıdır.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrin nəyi bilməlidirlər:

1. Insan orqanizminin inkişaf qanunauyğunluqlarını

2. Sağlamlıq və xəstəlik haqqında ümumi məlumatları,

3. Tipik patoloji proseslərin bəzi formalarının (hüceyrə zədələnməsi, mikrosirkulyasiya və periferik qan dövranının pozulması, iltihab və qızdırma) baş vermə səbəblərini və gedişini

4. İnsan orqanizminin ayrı-ayrı sistemlərinin anatomik-fizioloji xüsusiyyətlərini və bu sistemlərdə rast gəlinən xəstəlikləri, ilk yardımın göstərilməsini

5. İstehsalat sahələrində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini və insanlar üçün təhlükə törədən amilləri

2. İstehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını

3. Fövqəladə hallar və onların baş vermə səbəblərini

4. Fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələrini, fövqəladə hallarda davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarını

5. Fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsullarını, zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini



Qaydalar

(tədris siyasəti və davranış)

Dərsin təşkili


Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Mühazirə materialları əsasən yuxarıdakı ədəbiyyat siyahısında göstərilmiş ədəbiyyatlardan hazırlanmışdır. Təcrübə məşğələləri zamanı müvafiq əyani vasitələrdən də istifadə etməklə yeni mövzu daha ətraflı müzakirə ediləcək və tələbələrə praktik vərdişlər öyrədiləcəkdir. Hər bir təcrübə məşğələ dərsində tələbələrə əvvəlki mövzuya aid suallar veriləcək və semestrin sonunda nəticəyə əsasən tələbələrin fəallığı qiymətləndiriləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Semestrin əvvəlində tələbələrə fənnin müxtəlif bölmələrinə aid prezentasiya mövzuları tapşırılacaqdır. Tələbələr hər bir dərs ərzində müvafiq mövzular üzrə hazırladıqları prezentasiyanı təqdim etməlidirlər.

Ümumi qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Gecikmə

Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.



Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.



Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.



İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.



Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.



Dərs zamanı mobil telefonlardan və digər elektronik cihazlardan istifadə qəti qadağandır!


MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftə

Tarix

(planlaşdırılmış)

Mövzular

Saatlar

Qeyd

Mühazirə

Təcrübi məşğələ

1

17.09.2014

Life Science (Həyat fəaliyyətinin təhlükəsizliyi) fənni, onun vəzifələri. İnsan orqanizminin müxtəlif şəraitə adaptasiyası, ekoloji faktorlar, onların insan orqanizminə təsiri.

2







İlk tibbi yardım, onun təşkili prinsipləri. Günvurma zamanı ilk yardım.




2




2

24.09.2014

İnsan orqanizminin hüceyrə və toxumalarının quruluş və funksional xüsusiyyətləri. İnsan orqanizminin inkişaf qanunauyğunluqları.

2







Histoloji texnika haqqında anlayış. Hüceyrələr, toxumalar və embriogenezin müxtəlif mərhələlərinə aid olan mikropreparatların nümayişi.




2




3

01.10.2014

Sağlamlıq və xəstəlik anlayışları. Tipik patoloji proseslərin bəzi formaları (hüceyrə zədələnməsi və iltihab). Epidemiologiyanın əsasları. Dezinfeksiya, dezinseksiya, deratizasiya. İmmunitet və peyvənd işi. HİV infeksiyası.

2







Peyvənd təqviminin öyrənilməsi. Dəri üzəri, dərialtı, əzələdaxili və venadaxili inyeksiyaların yerinə yetirilmə üsullarının öyrədilməsi.




2




4

08.10.2014

Dayaq-hərəkət aparatının morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Qapalı və açıq zədələnmələr. Zədə şoku.

2







Yumşaq toxumaların əzilməsi. Bağların, vətərlərin və əzələlərin gərilməsi və qırılması. Çıxıqlar, sümük sınıqları. Bu proseslər zamanı ilk tibbi yardım. İmmobilizasiya, şinaların qoyulması.




2




5

15.10.2014

Qanın tərkibi və bioloji funksiyaları. Qan qrupları və rezus-amil haqqında anlayış. Donorluq və qan hazırlığı. Qanın laxtalanması. Qan sisteminin xəstəlikləri.

2







Qanaxmaların təsnifatı, qanaxmaların saxlanılması üsulları.




2




6

22.10.2014

Ürək-damar sisteminin morfo-funksional xüsusiyyətləri. Ürəyin quruluşu və işi. Ürək-damar sisteminin xəstəlikləri. Miokard infarktı: əlamətləri, klinik gedişi.

2







Bədən hərarəti, nəbz, arterial təzyiq: onların təyini və qiymətləndirilməsi. Miokard infarktı, kəskin ürək (ürək astması, ağciyər ödemi) və damar (bayılma, kollaps) çatmamazlığı zamanı zamanı ilk tibbi yardım. Ürəyin qapalı masajı.




2




7

29.10.2014

Həzm sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Bağırsaq infeksiyaları. Virus hepatitləri.

2







Qida zəhərlənmələri zamanı ilk yardım tədbirləri. “Kəskin qarın” haqqında anlayış. Kəskin peritonit, əlamətləri, ilk tibbi yardım.




2




8

05.11.2014

Tənəffüs sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Tənəffüs yollarının infeksiyaları. Suda boğulma, onun növləri.

2







Mexaniki asfiksiya zamanı ilk yardımın texnikası. Suda batanların xilas edilmə üsulları və onlara ilk tibbi yardımın göstərilməsi. Süni tənəffüsün verilmə qaydaları.




2










Aralıq imtahan

9

12.11.2014

Dəri örtükləri, sidik-cinsiyyət və endokrin sistemlərin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Maddələr mübadiləsi haqqında anlayış. Şəkərli diabet. Tetanus və qazlı qanqrena.Yanıqlar, donmalar, elektrozədələr, ilk tibbi yardım.

2







Yaralar. Cərrahi infeksiya, antiseptika və aseptika üsulları. Desmurgiya. Sidiyin miqdarı, tərkibi və xassələri. Kateterizasiya.




2




10

19.11.2014

Sinir sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Nevrozlar, nevrasteniya. Psixi xəstəliklər. Alkoqolizm və narkomaniya haqqında anlayış. Duyğu orqanları və onların xəstəlikləri.

2







Dərmanların növləri və onların orqanizmə təsiri. Ağrısızlaşdırıcı maddələr. Qıcolma sindromu, qıcolmanın növləri, onların qarşısının alınması.




2




11

26.11.2014

İstehsalatda həyat fəaliyyətinin ümumi məsələləri (insan fəaliyyətinin formaları; təhlükə haqqında anlayış; əmək fəaliyyətinin təmin edilməsində profilaktik tədbirlərin rolu).

2







İnsanın yaşayış və iş mühitində neqativ amillər (metroloji parametrlər və onların insan orqanizminə təsiri, onlardan mühafizə tədbirləri).




2




12

03.12.2014

Təhlükəsizlik texnikası və həyat fəaliyyətinin təhlükəsizliyi (elektrik təhlükəsizliyinin təmini, texnoloji avadanlıqların istifadəsində təhlükəsizlik tədbirləri).

2







Yanğın, partlayış hadisələri və həyat fəaliyyətinin təhlükəsizliyi.




2




13

10.12.2014

Mülki müadfiə haqqında anlayış. Fövqəladə hallar və onların xarakteristikası. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, anlayışı və təyini. Kimyəvi və bioloji zədələnmə ocaqları.

2







Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi.




2




14

17.12.2014

Fövqəladə hallarda əhalinin mühafizəsi. Mülki müdafiə konsepsiyasının əsas məsələləri.

2







Fövqəladə halların nəticələrinin aradan qaldırılması, bərpa işlərinin növləri. Xilasetmə və digər təxirəsalınmaz işlərin məqsədi, tərkibi və icrasının xüsusiyyətləri.




2




15

24.12.2014

Fövqəladə hallarda rabitə, xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təhlükəsizliyinin təmini. Obyektlərdə, şəhər və rayonlarda xəbərdarlıq siqnallarının verilmə qaydaları və vasitələri.

2







Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması. İşləyən və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi. Mülki müdafiənin təlimlərinin prinsipləri, metod və formaları.




2










Final imtahanı


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.
Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə