Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.

səhifə10/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

28 

 

 



 

8.4 Aktivliyin olmaması intellektual və emosional sferalarda ifadə oluna bilər

tez-tez cavabdehliyin başqalarının üzərinə yıxmaq meyli ifadə olunur. Növləri: (• 

astenik • qeyri - adekvat • passiv • özünü məyus edən). 

9.

 

F60.8 - şəxsiyyətin digər spesifik pozuntuları: (• ekssentrik • qarşısı alınmaz • 



infantil • özünəməftun (narsistik) • passiv-aqressiv • psixonevrotik). 

10.


 

 F60.9 - dəqiqləşdirilməmiş şəxsiyyət pozuntusu (ƏGO xarakterli nevroz, 

ƏGO patoloji şəxsiyyət)

18

 



 

 

2.2. Alkoqolizm və şəxsiyyət pozuntuları 



 

Xəstəlik inkişaf etdikcə alkoqol bir motiv kimi o biri normal motivləri özünə tabe 

edir  və  yeganə  mənalandırıcı  bir  motivə  çevirilir.  Motivlər  ierarxiyasında  ən 

yüksəkdə duran içki motivi obiri motivləri məhv edir. Insanın bütün fəaliyyəti spirtli 

içkini  tapmağa  yönəlir.  Bununla  ən  vacib  təlabat  içki  olur.  İçkiylə  “doğmalaşan” 

insanda “alkoqol şəxsiyyət” formalaşmağa başlayır. Mənəvi tərəfdən davaranış artıq 

qiymətləndirilmir,  məsələn,  əvvəl  nəvacibin  yarısı  cizlədilir,  sonradan  bütövlüklə, 

və  hətta  oğurluq  baş  verə  bilir.  Xəstəlik  inkişaf  etdikcə,  insanda  bu  xüsusiyyətlər 

artıq özü tərəfindən normal hal kimi qəbul edilir.  

Alkoqol  şəxsiyyətlərdə  hipobuliya  simptomu  və  ya  iradəsizlik  (iradənin  az 

olması)  müşahidə  olunur.  Bəzi  avtorların  fikrinə  görə,  iradəsizlik  yalnız  alkoqola 

olan  meylə  yönəlir,  bəzi  avtorların  fikrinə  görə  isə,  bu  patoloji  xüsusiyyət  bütöv 

şəxsiyyətə aid olunur.  

Növbəti  patoloji  xüsusiyyətlərdən  biri  də  qeyri-tənqidi  münasibət  və 

ağlağanlıqdır. 

Emosiyalar qatma-qarışıq formada özlərinin büruzə verir. Zarafat zamanı aqressiv 

notları  müəyyən  etmək  çox  asandı.  “Alkoqol  yumorunu”  bəzən  “qəmgin  alkoqol 

yumoru” adlandırırlar. Xəstələr öz yaxınlarının nailiyyətlərini lağa qoyurlar, həyatın  

                                                           

18

 XBT-10, Ümumdünya səhiyyə təşkilatı, Cenevrə, 2012. s. 247-248 



 


29 

 

 



 

intim  tərəfləri  barədə  danışırlar.  Lakin,  daha  çox  məhs,  içkiylə  bağlı  hadisələr 

haqqında danışan xəstələr, həvəslə içki-dostlarından danışırlar, polisə döşməklərini 

yada  salırlar.  Judronun  fikrinə  görə,  hətta  çox  pis  vəziyətdə  olan  alkoqolik,  içki 

barədə söhbət düşürsə, dəyişir, üzündə gülüş yaranır, gözlər parlayır və o şən olur. 

Qeyd  etmək  lazımdır  ki,  alkoqolizmdən  əziyyət  çəkən  insanlar,  inkişaf  etmiş 

yumor  hissinə  malik  olmurlar.  Deqradasiya  inkişaf  etdikcə,  insan  zarafatın  gizli 

mənasını  anlaya  bilmir.  Lakin  normal  insan  tərəfindən  gülməli  olmayanı,  onlar 

gülməli sayır.  

Alkoqoldan  istifadə  əsas  fəaliyət  növünə  çevirilən  kimi,  bütün  ətrafdakı  əşyalar 

pozitiv və ya neqativ qiyməti bu fəaliyətə aidiyyatından asılı olaraq alırlar. Alkoqol 

artıq  yalnız  bu  şəxsiyyətin  tələbatını  ödəyən  bir  amil  kimi  çıxış  etmir,  artıq  bütün 

insanların vacib bir tələbatı kimi qavranılır. 

Şəxsiyyətin deqradasiya prosesisin analizi göstərirki, bu proses uzunmüddətlidir. 

Anomal  şəxsiyyətin  formalaşmasında  daha  çox  psixoloji  mexanizmlər  oynayır, 

hansılar ki, normal şəxsiyətin inkişafındada müşahidə edilir. Hələ 1880 ildə psixiatr 

Kandinskiy  yazırdıki,  “bütün  xəstəlik  həyatına  aid  olanlar  o  həyatdırki,  normal 

həyata  uyöun  qanunlarla  axır,  lakin  dəyişdirilmiş  vəziyyətlərlə”.  Xəstəlik  elə 

vəziyyət yaradırki, insan ətrafı təhrif olunmuş formada qavrayır, dünyaya münasibət 

dəyişir və insanda patoloji xüsusiyyətlər baş qaldırır. 

Bütün dəyişikliklər patoloji şəxsiyyətin formalaşmasına yol aşır. Psixopatizasiya 

inkişafa başlayır. 

Bəzi  mənbələrə  görə,  kişilər  arasında  20%  alkoqoliklərdə  şəxsiyyət  pozuntuları 

vardır, qadınlardan isə 5% . 

Alkoqoliklar  arasında  42%  xəsətələr  şəxsiyyətlər  pozuntuları  var,  bu  isə  adi 

populasiyadan  20 dəfə daha artıq rast gəlməsidir.  

Səbəblərdən  biri  də  odu  ki,  patoloji  xasiyyətin  formalaşması  insand  sosial 

dezadaptasiya  yaradır  və  bununla  sərxoşluq  və  sonradan    isə  alkoqolizm  yaranır. 

Əsasən,  alkoqolizm  psixopatlarda  gənc  dövrdə  formalaşmağa  başlayır.   

Alkoqolizmin  başlanmasının  ilk  simptomlarından  biri  mənəviyyatın  ölməsidir. 

Etikaya  uyğun  olmayan  fikirlər,  ümumi  inkişafın  pozuntusudur.  Alkoqol  qəbulu 



30 

 

 



 

nəticəsində  psixopatoloji  xüsusiyyətlər  dahada  çoxalır.  Alkoqolizm  hətta  ilkin 

səviyyədə  kəskin  sosial  problemlər  yaradır.  Ümumilikdə,  alkoqolizm  və  şəxsiyyət 

pozuntusunun biryerdə olması pis proqnozlarla nəticələnir. 



 

2.3.Narkomaniya zamanı şəxsiyyətdə baş verən dəyişikliklər 

 

Narkotizasiya və alkoqolizasiya bu günki bütöv cəmiyyət və səhiyyə üçün böyük 



problemlərdən biridir. Bu problem  tibbi, psixoloji və sosial göstəricilərə  istinadən 

zərərli  nəticələndiyinə  görə  psixoaktiv  maddələrin    qadağa  olmasına  qərar  verildi. 

Insanda  baş  verən  metamorfozlardan  biridə  şəxsiyyətin  xüsusi  dəyişiklikləridir. 

Insanda  işsizliyə  meyl,  kriminogen  davranışın,  sui-qəsdin,  delikventliyin  artması, 

ailə münasibətlərinin pozulması. 

Hamı bilirki, psixoaktiv maddələrdən istifadə zamanı insan gepatit, QİÇS, VİÇ- 

infeksiyaya tutulmasında risk qrupuna düşür. 

Psixoaktiv  maddələr  qrupunun  genişlənməsi  ilə  insandakı  dəyişikliklərdə  çox 

fərqli  olur.  1916-cı  ildə  E.Bleyler  psixoorqanik  sindrom  anlayışını  gətirirki,  bu 

anlayış  narkomaniya  və  alkoqolizm  zamanı  özünü  büruzə  verir.  Psixoorqanik 

sindromun əsas simptomatikası: 1. hafizə pozuntusu 2. affekt pozuntusu 3. beyinin 

diffuz  pozuntusu  4.  qavrayış  pozuntusu  5.  Ümumi  psixi  proseslərin  zəifləməsi  6. 

Tənqidin azalması 7. Somatovegetativ pozuntular. 

Xəstəliklər təsnifatında narkoloji xəstəliklər ekzogen psixi pozuntulara aiddirlər. 

Intellektal-mnestik  pozuntuların  çoxu  narkotik  (PAM  növündən  asılı  olaraq) 

istifadəsi  zamanı  özünü  qabarıq  formada  biruzə  verir.  Məsələn,  tiryək,  heroin, 

morfin  narkomaniyasında,  bəzi  avtorlar  intellektin  astenizasiyasından  danışırlar, 

zehni aktivliyin aşağı enməsi, hafizənin qeyri-dəqiqiliyi, təfəkkürün produktivliyinin 

enməsi, yorğunluğun artması, planlı işlərin qeyri-mümkünlüyü. Bəzi avtorlar qeyd 

edirlər ki, intellektual səviyyənin enməsi müşahidə edilmir. Sintez, analiz, müqayisə 

kimi təfəkkür prosessləri aktiv formada işləməsədə, təmamilə qeyb olmur. Asteniya 

və anergiya vəziyyətləri isə bütövlüklə qeri qaytarıla bilər, bir şərtləki, alkoqol və ya 

narkotik  maddənin  qəbulunu  dayandırasan.Lakin,  texnikanın  inkişafı  ilə  sinir 





Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə