Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

34 

 

 



 

şəxslərdə  dayanıqlı  davranış  stereotipləri  formalaşır  ki,  bunları  da  pasientin 

həyatından uzaqlaşdırmaq lazımdır.  

Stereotiplər:  “məndə  hami  kimi  içirəm”,  “arada  bir  həzz  almaqda  nə  varki”, 

“həyat mənimdir,özüm bilərəm”. Əlbətdəki hər insanın öz seçimi var. Lakin, burada 

insanın düşünmə forması biraz adaptiv sayılmır. Burada böyük rol yenədə düşüncə 

tərzini dəyişməkdədir.    

Pasientlərin  ən  çox  verildikləri  sual:  “Məndə  hamı  kimi  arada  bir  içəcəm?”  –

Əfsuslar  olsunki,  alüdəçilikdən  əziyyət  çəkən  insanlar  heç  vaxt  asılılıqdan  əziyyət 

çəkməyən  insanlar  kimi,  arada  bir  içə  bilməyəcəklər.  Psevdodipsomanın  qarşısını 

almaq  üçün  onlara  anlatmaq  lazımdır  ki,  alkoqolizm,  narkomaniya  və 

toksikomaniya  heç  vaxt  müalicə  olunmur.  Onları  yalnız  həmişəlik  remissiyaya 

salmaq  olur.  Bu  qorxuducu  səslənsədə,  pasient  və  onun  ailəsi  bunu  bilməlidir. 

Onları düzgün formada məlumatlandırmaq psixoterapevtin öhdəsinə düşür. 

Stiqmasizasiya  problemi  bu  günlərdə  dünyada  yayıldığına  görə,  psixoloqun 

vəifələrindən biridə, xəstənin özünədə, ailəsinədə anlatmaqdır ki, həyatda hər bir baş 

verən  problemi  alüdəçiliklə  bağlamaq  düzgün  deyil.  Bəzən  alkoqolizm  və  ya 

narkomaniyanın  səbəblərinin  üstünü  açmaq  üçün  pasientin  ailəsini  dəqiqliklə 

araşdırmaq  lazımdır.  Buraya  həyat  yoldaşının,  valideynlərlə  olan  münasibətini 

analiz  etmək  mütləqdir.  Ailənin  köməyi  olmadan  psixoterapiyanın  effektivliyini 

gözləmək düzgün deyildir.  

PAM-siz    yaşamaq    çox  çətindir.  Onlarda  yeni  yaşama  stereotipləri,  davranış 

formalarını  dəyişmək  çox  çətindir.    Ayıq,  sərxəş  olmayan,  qətiyyətli  bir  insanın 

yanında onlar yenədə istifadə etmək istəyirlər ki, bütün çətinliyi  yaşamasın. Onlar 

yeni həyata öyrəşirlər. Psixoterapevtin əsas məqsədlərindən biridə  odur ki, pasientlə 

onun münasibəti simbiotik münasibətə keçməsin. Pasienti “öyrətmək” lazım gəlir. 

 

3.2.Psixoterapiya növləri 



 

Istifadə  olunan  psixoterapiya  növlərindən  biridə  rasional  psixoterapiyadır. 

Əlbətdəki, söhbətdən başlayan psixoterapiya  elə formada keçirilmələdirki, pasientə 



35 

 

 



 

anlaklı  formada  onun  xəstəliyi  və  asılılığı  barədə  informasiya  verilsin.    “konkret 

söhbət məzmunu ” olan psixoterapiya pedaqoq- tələbə münasibətini özündə ehtiva 

edir.  Söhbət  əsnasında  pasientə  faktlar  və  nümunələr  ilə  dolu  informasiya  təqdim 

olunur. Psixoteapiya  eyni zamanda insanda emosional durum  yaratmalıdır ki, təsir 

də  gözləyə  bilək.  Informasiya  əsasən  PAM-in  zərəri  barədə,  mənəviyyata  və 

şəxsiyyətə  dəydiyi  dağıdıcı  effektdən  olur.  Daha  sonra  cinsi problemləri  müzakirə 

zamanı insanın alkoqol nəticəsində potensiyanı itirməsi barədə məlumat verilir.

 

 

2.  Şərti-reflektor  psixoterapiya-  pasientdə  içkinin  iyinə  və  dadına  ürək  bulantı 



yaradan reaksiyanı yaratmadan ibarətdir. Bu metodika Bexterev tərəfindən 1915- ci 

ildə təklif edilib. 

22 

3.  Hipno-suggestiv  psixoterapiya.  Hipnotik  trans  zamanı  xəstədə  alkoqola  qarşı 



nifrət və ürək bulantı hissləri yaratmaq məqsədi ilə şüuraltı informasiya yeridilirdi. 

Əgər  psixoanalitik  nəzərdən  baxsaq,  insanda  içki  qənul  etmə  məqsədi  özünü 

məhv  etmə  fikirləri  ilə  bağlıdır.  Burada  tanatos  instikinin  mortido  hissəsi  işə 

düşərək, insanı içkiyə vadar edir. Bütün bu proseslər, əlbətdəki, şüuraltı gedir.  

4.Autogen  məşqlər  -  əzələ  relaksasiyasan  və  özünü  məqsədyönlü  inandırmadan 

ibarət  bir  psixoterapiya  növüdür.  Yoqanın  bəzi  elementlərini  özündə  ifadə  bu 

psixoterapiya  növü  insanı  sakitləşdirməyə  və  pis  neqativ  fikirlərdən  azad  olmağa 

yönəldir. “Sakitləşmə” anlayışı həyatda passiv rol tutmaq mənasını vermir. Aktiv və 

düzgün  həyat  tərzi  insanı  rahatlaşdırır.  “Mənə  çaxır  heçdə  lazım  deyil”,    “Mən 

yaxşıyam”, autosuggestiv anlayışları bəzən pasient özüdə fikirləşməyə başlayır.  

5.Pasientin şəxsiyyətinə yönələn effektiv metodiklardan biridə A.R. Dovjenkonun 

“kodlaşdırma”  metodikasıdır.    Dovjenonun  əsas  nailiyyəti  pasinetlə  hələ  tanıç 

olmadan  onun  özünə  təsirini  aktivləşdirmək  idi.  Pasinet  özü  artıq  müaləcəyə 

yönəlişli bir formada terapiyaya gəlirdi. Müalicəyə yalnız 3 həftə öz gücünə içkidən 

uzaq qala bilənlər buraxılırdı. 

 

Dovjenkonun fikrinə görə, psixoterapiya xəsətnin öz 



istəyi  ilə,  onun  fikirlşmə,  qərar  qəbul  etmə  və  müalicəyə  can  atmaqdan  sonra 

                                                           

22

 Методическое письмо МЗ СССР от 12.06.75 г. 



 


36 

 

 



 

başlayır


Əlbətdəki, pasientin qohumları ilə də iş gedir. Həkimlər, psixoloqlar, sosial 

işçilər tərəfindən lazımlı məlumat və kömək edilir. 

Metodikanın  əsas  anı,  pasinti  transa  salaraq  xüsusi  sözlərdən  istifadə  edərək, 

asılılıqdan  azad  etməkdir.  Bugunki  gündə  istifadə  olunan  suggestiv  metodlar  daha 

çox içkidən uzaqlaşmaq üçün yönəlmiyib, yanı biz pasientə kimyəvi maddənin pis 

olduöuna  inandırmırıq,  pasientin  özünəgüvənin  artırırıq,  özünə  inam  üzərində 

çalışırıq. “Eqo-yüksəldən” texnikaları istifadə edərək nəticə əldə etmək daha da tez 

alınır.   

 “Əvəz  etmə”  texnikası  refleksologiya  elmindən  götürülən  və  içki  qəbulunu  

hansısa başqa bir davranış forması ilə əvəzləmədən ibarətdir.  

Əsas məqsədlərdən biridə ailədəki münasibətlərin düzəlməsidir.Ailədə homeostaz 

–balans düzəldikcə problemlər aradan qalxır. Konfliklərin vaxtında aradan qalxması 

asılı insanı bu dərddən uzaqlaşmasına gətirir. Əlbətdəki, sosial adaptasiyanı həyata 

keçirərək, diskriminasiyadan uzaqlaşaraq insanlara inamını artırır.  

6.  Ən  əsas  köməklərdən  biridə  krizis  qaynar  xəttidir  ki,  ən  ağır  anda,  heç  kəs 

insanın yanında olmayanda, asılı insana dəstək məqsədi ilə telefonla məsləhət və ya 

pis  addımdan  qorumaqdır.  PAM-ın  zərərli  tərəflərini  göstərir,  alüdəçi  insana  çıxış 

yollarını anlatır. Ailə üzvlərinə kömək, əlbətdəki, burada böyük rol oynayır.  

Tədqiqatlar  göstərirki,  ana-uşaq  münasibətləri  belə  ailələrdə  korreksiya 

olunmalıdır.  Narkoman  –  yeniyetmələr,əsasən,  analarının  neqativ  cəhətlərini  qeyd 

edən  zaman,  daha  çox  aqressivlik,  əsəbilik  kimi  xüsusiyyətlərini  qeyd  edirlər. 

Valideynlərlə  gərgin  münasibətlər,  daha  çox  ana  ilə  olan  konfliktlər,  uşaqda 

özünüqiymətləndirməni  salır,  təşvişi  artırır,    və  narkotik  maddədən  istifadəni 

çoxaldır.  Belə  problemlər  aşkarlananada  əlbətdəki  ailə  psixoterapiyası  lazımdır, 

çünkü,  anada  və,  ümumiyyətlə,  valideynlərdə  problem  olması  dəqiqdir  və  onları 

aradan  qaldırmaq  mütləqdir.  ən  effektiv  problem  həllərindən  biri  belə  vəziyyətdə, 

tipik  ailə  rollarını  yenidən  korrektə  etmək  və  düzəlişləri  bərkitmək.

 

Ailə 


psixoterapiyası  əsasən  aşağıdaki  problemləri  həll  etməlidir  ki,  asılı  pasinetlərin 

müalicəsi dahada effektiv getsin: ailədəki konfliktlərin vaxtında həll olunması, ailə 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə