40
Smit tərəfindən Birləşmiş Ştatlarda peydə olub.
23
Anonim Alkoqliklərin əsas
məqsədi alkoqoliklərə ayıqlıq əldə etməkdir və başqa alkoqoliklərə ayıqlığı əldə
etmək üçün kömək etməkdir.
24
Lakin məqsədə çatmaq yolunda olan insanlar bütün
həyatlarını, həyat tərzlərini dəyişirlər. 12 addımı keçəndən sonra ruhi inkişaf
sayəsində alüdəçilər görüşləri davam etdirirlər, təzə üzvlərin adaptasiyası və daha
səmərəli müalicə keçməsində rol oynayırlar. “Kömək edən davranış” deyilən
aktivlik forması yaranır ki, altruistik yönəliş inkişaf edir. İcmaya qatılan ilk üzvlərlə
birlikdə Bil və Bob 12 addım proqramını kəşf edirlərki, bu proqramın köməyi ilə
insanın ruhi və xarakter dəyişikliyini əldə etmək olar. Qrupun gücü ondan
ibarətdirki, üzvlər anonim olaraq qalır və başqa insanlara köməyini əsirgəmir.
Anonim Alkoqoliklər əsasında Anonim Narkomanlar icması yaranır ki, buradada 12
addım ənənələrini qoruyub saxlayır.
2014 ilin dünya üzrə statistikasına baxdıqda anonim alkoqoliklərin üzvlərindən
27% 1 ildən çox təmiz, 24% 1-5 il təmiz, 13% 5-10 il təmiz, 22% 20 ildən daha
artıq təmiz qala bilir.
Hal-hazırda bu terapiya üzrə müalicə alan insanların sayı 2 milyondan artıqdır.
Anonim Alkoqoliklərin herbi dairənin içində üçbücaqdan ibarətdir ki, bu herbin
mənası – üçbücağın üç tərəfi sağalmaq, birlik və kömək, dairə isə bütün dünyada
yayılması mənasını daşıyır.
12 addım proqramı bu gün hər bir xəstəliyə aid edilə bilər, çünkü asılılıqdan ən
gözəl çıxış yollarını insanlara təqdim edir. 12 addım proqramın mərhələləri və ya
addımları:1-ci addım. Biz alkoqol qarşısında öz acizliyinimizi tanıdıq və öz
həyatımiz üzərində nəzarəti itirdiyimizi anladıq.
2-ci addım. Biz inama gəldik ki, yalnız bizdən daha qüdrətli Güc bizə sağlamlığı
qaytara bilər.
Ilk iki addımda məğlub olmağı qəbul etmək alkoqolikdə “nəyisə dəyişmək”
lazımdır hissini yaradır. İdarə etmə alkoqolikin əlində olmamağı daha güclü varlığın
23
"Доктор Боб и славные ветераны", с. 75, строка 10. Copiright © 1980 by. Alcoholics Anonymous
World Services, Inc. All rights reserved. Первое издание русского перевода 2008.
24
Анонимные алкоголики (Большая книга)— Нью-Йорк: Alcoholics Anonymous World Services,
2011 — с.29
41
peydə olması ilə təsdiqini tapır. Mən anlayışının çox kiçik və səhv olduğunun və
sistemin böyük və güclü olduğunu qəbul etmək əsas anlardan biri sayılır.
3-ci addım. Biz bizim iradəmizi və bizim həyatımızı Allaha tapşırmağa (necə biz
Onu anlayırıqsa) qərara aldıq.
4-ci addım. Biz özünü dərin və çəkinmədən qiymətləndirdik və əxlaqlı nöqteyi-
nəzərdən öz həyatınımıza baxış keçirdik.
5-ci addım. Biz Allahın, özümüzün və hər hansı başqa insanın qarşısında yanlış
fikirlərin həqiqi təbiətini qəbul elədik.
6-cı
addım. Biz tamamilə özümüzü Allahın bizi bütün bizim
çatışmazlıqlarımızdan qurtarsmasına hazırladıq.
7-ci addım. Biz Ondan itaətkarlıqla bütün bizim çatışmazlıqlarımızı düzəltməyi
xahiş edirdik.
8-ci addım. Biz bütün pislik etdiyimiz insanların siyahısını tutduq ki, onlar
qarşısında öz günahlarımızı qəbul edək.
9-cu addım. Biz, şəxsən, bu insanlara vurulmuş zərəri əvəzini verdik, harada
mümkündürse, o hadisələrdən başqa, nə vaxt ki, bu onlara və ya kimsə başqasına
zərər vura bilərdi.
10-cu addım. Biz özümünü təhlil etməni davam edirdik və, nə vaxt ki, səhvlər
güman edilirdisə, onları dərhal anlayırdıq.
11-ci addım. Dua və düşüncə yolu ilə cəhd etdik ki, Allahla təması yaxınlaşdıraq,
(necə biz Onu anlayırıqsa), dua etdik ki, yalnız Onun iradəsinin biliyinin gücü ilə,
bizə güc bağışlansın.
12-ci addım. Mənəvi oyanışdan sonra biz başqa əyyaşlara qədər bizim
ideyalarımızın mənası çatdırmağa və bütün bizim işlərimizdə bu prinsipləri tətbiq
etməyə çalışdıq.
25
Ən əsas addımlardan biridə 5-ci addım sayılır. Burada səmimi söhbət başqa bir
üzvlə və ya psixoloqla olmalıdır. Bu söhbət əsnasında alkoqolik bütün ürəyindəki
sirlərini başqa insana danışmalıdır. Bütün günahlarını boynuna almaqla və onları
25
12 addım . Internet resurs: http://12step.org/references/12-step-versions/na/
42
yumaq arzusu ilə yaşamaq və başqa insandan dəstək görmək xəstəyə sağalamağa
daha çox motivasiya verir. Qrupdan hansısa dinin Allahını qəbul etməsi tələb
edilmir, AA və AN qruplarında həmdə ateistlər iştirak edə bilər. İlahi Güc onlar
üçün qrup, ailə, elm şəklində çıxış edə bilər. Heç bir dini ayinlərin keçirilməsi tələb
edilmir.
Nə üçün məhs İlahi Gücə inam olmalıdır? Gregori Beytsonun fikrincə, əgər
içkisiz həyat alkoqoliki içməyə vadar edirsə, necə biz ümid edə bilərikki, hansısa
bizim gücümüz insanı içməkdən uzaq saxlaya bilər və ya nəzarət altına götürə
bilər?!
Əgər təmiz həyat insanı içməyə vadar edirsə, deməli təmiz həyatda hansısa səhv
(patologiya) var və içməklə insan həyatını subyektiv olaraqda hansısa dəyişiklik
etməyə can atır. “in vino veritas” anlayışı, yani “doğru çaxırdadır” anlayışı sırf
buradaki səhv həyatını içməklə dəyişib düzəltmək.yani alkoqolizm subyektiv
korreksiya rolunda çıxış edir. Alternativa kimi buarada demək məhs alkoqolik
düzgün həyat aparır, səhvi düzəltməyə çalışmaq, haçan ki, içməyən insan səhvdə
yaşamağa davam edir anlayışı ortaya çıxır.
Bernard Smit- AA-nın üzvü, lakin özü alkolik olmayıb. Onun fikrincə alkoqolik
içkinin qulu deyil, o içkinin və ya narkotikin köməyi ilə yalançı ideallardan
qaçmağa çalışıb. Sadəcə, alkoqolik daha sensitiv olduğu üçün, cəmiyyətin qəbul
etdiyi ideyalarla (lakin düz olmadığı halda) barışa bilmədiyinə görə içkiyə üz tutur.
Beytsonun “alkoqolik qüruru” anlayışı böyük maraq yaradır.
26
12 addım zamanı
“mən edə bilərəm” fikri əsas çoçemtlərdən biri sayılır. Xəstəliyi qəbul edən edən
kimi, onda “mən təmiz qala bilərəm” anlayışı aktivləşir. Lakin, bəzən, bu qürur o
qədər güclü olurki, alkoqolik gücünü həddən çox hesab edərək “sına” bilər və
dipsomaniyaya uğraya bilər. Ona görə Beytson təqid edirki, “bir dəfə alkoqolik-
həmişə alkoqolik” – yani ürəkdə qorxu və çəkinmə hissi həmişə olmalıdır. “PAM-
dən asılı heç vaxt riskə getməli deyil.” Bu sözlər 1939-cu ildə hələ Bil tərəfindən
26
Бейтсон Г. Кибернетика Я: теория алкоголизма. Перевод: Д.Я. Федотова и М.П. Папуша.
G.Bateson: The Cybernetics of "Self": A Theory of Alcoholism: University of Chicago Press edition, 2000.
s.8
Dostları ilə paylaş: |