7
bilməmişdir. Bəzilərdində maddi problemlər olduğuna görə, bəzi pasientlər qrup
gücünə inamı olmadığına görə, bəzi pasientlər rayonda yaşadığına görə iştirak edə
bilmədilər. Tədqiqata cəlb olunanlar “Bərpa” Psixiatrik xəstəxanaya müraciət edən
xəstələrdən ibarətdir. Araşdırmaya cəlb olunanlar 18-50 yaş arası insanlar təşkil
edir. Psixoaktiv maddələrdən istifadə stajı 1ildən 30 ilədək təşkil edirdi. Hər bir
pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah
edilmişdir. Beləliklə, tədqiqatda iştirak edənlər məlumatlı razılıq vermişdilər.
Tədqiqatın predmeti. Psixoaktiv maddələrdən istifadə edən insanların
şəxsiyyətində
baş
verən
dəyişiklərin
müəyyənləşməsi,
psixopatiyanın
dəqiqləşdirilməsi.
Tədqiqatın fərziyyəsi.
1.
Psixoaktiv
maddələrin
istifadəsi
asılı
pasientin
şəxsiyyətinin
psixopatizasiyasına təkan verir.
2.
Xəstəlik nəticəsində pasientlərin sosial həyatı məhdudlaşır və psixoterapevtik
reabilitasiya tədbirləri onların yenidən cəmiyyətə daha yaxşı adaptasiya
olunmasına, həyati dinamikasının yaxşılaşmasına kömək edir.
3.
Psixoaktiv maddələrdən istifadə edən asılılar daha çox F60.2 (dissosial
şəxsiyyət pozuntusundan) əziyyət çəkirlər.
4.
Şəxsiyyətin psixopatik amilləri və 12 addım proqramında iştirakı arasında
korrelyasiya vardır.
Tədqiqatın məqsədi. Tədqiqat işinin başlıca məqsədi psixoaktiv maddələrdən
istifadə edən şəxslərdə psixopatiya varmı və onun əsas formaları, hansı növ
psixoaktiv maddə hansı psixopatiyanı yaradır. Qoyduğum məqsədə çatmağımığı bir
neçə suala cavab tapmağımla reallaşdırmağa çalışdım.
Tədqiqatın vəzifələri. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıda qeyd
olunan vəzifələrin həlli vacib bilinmişdir:
1. Psixoaktiv maddələrdən istifadə zamanı xüsusiyyətlərin müəyyənləşməsi.
2. Şəxsiyyət pozuntusunun müəyyənləşməsi.
3. Alınmış nıticələrin klinik-psixoloji, müqayisəli və riyazi-statistik təhlili.
8
4. Psixoaktiv maddələrdən azad olma yollarında psixoterapevtik üsulların tədbiqi
və effektivliyi.
5. Psixokorreksiyanın, reabilitasiyanın pasientə təsiri.
Tədqiqatın gedişində istifadə olunan metodikalar.
1. “Ocean” –şəxsiyyət müəyyət edən metodika.
2. Xüsusi işlənib hazırlanmış anket vasitəsilə psixoterapiya zamanı sosio-
demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə alınmışdır.
3. Klinik- psixopatoloji müsahibə əvvəlcədən müəyyən edilmiş intervü
formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə olunması ilə).
4. Nəticələr hər bir pasientə uyğun olan xüsusi xəritəyə keçirilirdiki, orada ona
aid bütün məlumatlar yerləşdirilir.
5. 12 addım qrup terapiyası.
Tədqiqatın elmi əhəmiyyəti. Apardığım tədqiqat işinin elmi əhəmiyyəti olduqca
böyükdür. Tədqiqat hal-hazırda çox yayılmış psixoaktiv maddələrin insan
şəxsiyyətinə təsirini nümayiş etdirir və gələcəkdə bu istiqamətdə aparılacaq
tədqiqat işləri üçün zəmin rolunu oynayır. Dissertasiya materialları əsasında
“Asılılığa stop” adı altında prezentasiya və seminarlar keçirilmişdir.
Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki,
Azərbaycanda ilk dəfə olaraq psixoaktiv maddələrdən istifadə nəticəsində məhs
müəyyən şəxsiyyət pozuntusunun dominant yer tutması araşdırılmışdır. Tədqiqat
nəticəsində ilk dəfə Azərbaycanda asılı xəstələrə 12 addım proqramının təsiri
müəyyənləşmişdir. Azərbaycana uyğun olan və qeyri adaptiv olan tərəfləri qeydə
alınmışdır. İlk dəfə pasientlərdə baş vermiş pozitiv klinik və sosial göstəriciləri
qeydə alınmışdır.
Dissertasiya işinin quruluşu. Dissertasiya işi giriş, 4 fəsil, nəticə, ədəbiyyat
siyahısı və əlavələrdən ibarətdir.
9
I FƏSİL. PSİXOAKTİV MADDƏLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT
1.1. Alüdəçilik nədir
Alüdəçilik və ya asılılıq problemi – addiktologiya sahəsinin öyrənmə predmetidir.
Addiktologiya — kimyəvi və qeyri-kimyəvi asılılıqlar haqqında elmdir. Onların
formalaşma mexanizmlərini, inkişafını, diaqnostikasını, profilaktikasını, müalicəsini
və bərpasını öyrənir. Hal-hazırda addiktiv davranışla olan pasiyentlərin sayı
əhəmiyyətli dərəcədə çoxaldığına görə, narkalogiyaynan yanaşı yeni biliklərin cəlb
edilməsi hesabına sərhədlərinin genişlənilməsinə tələb var. Buraya klinik
psixologiyanın, psixoterapiyanın, biotibb əxlaqın təsiri əlbəttə ki, böyük olacaq.
Addiktogoqiya — müasirin psixiatriyanın və kliniki psixologiyanın yeni bölməsidir,
prinsipial olaraq yeni yanaşmaların hazırlamasını tələb edir.
“Addictus” latın dilindən borcu olduğuna görə qulluğa verilmə demekdir, yani
reallıqdan qaçaraq, asılılığın tələsinə düşməkdir. Sən “onu” idarə edə bilmirsən,
çünkü artıq o səni idarə edir. Sən hiss edirsən ki, başqa yolun yoxdu: götürürsən,
vurursan, və necə “o” istəsə, elədə edirsən.
Psixoaktiv maddələr nəticəsində insanın psixi və fiziki sağlamlığı, davranışı,
emosional sferası, iradəsi, sosial münasibətləri zərər çəkir. Addiktiv davranışın 2
mexanizmi vardır:1. Bioloji və 2. Psixoloji
1.Addiksiyanın bioloji mexanizmlərinin aktivləşməsinə beyinin bəzi sahələri
cavab verir. Bu prosesdə daha çox dopaminin nucleus accumbens mərkəzinə
(gücləndirmə mərkəzi) ifraz olması mexanizmi vurğulanır ki, o proses çox narkotik
maddələrin qəbulu zamanı işə salınır və bununla asılılıq dahada güclənir.
Dopaminin ifrazatı təbii bir stimullaşdırıcı mexanizmdır və başqa instiktiv proseslər
(yemək və seksual akta) zamanıda ifraz olur.
5
Narkotiklərdə analoji formada ozünü
aparır. Bəzi narkotiklər isə dopaminin ifraz olması beyində 5-10 dəfə daha artıq
5
Salamone, J.D. (1992). «Complex motor and sensorimotor function of striatal and accumbens dopamine:
Involvement in instrumental behavior processes».Psychopharmacology: p.160-174