Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

22 

 

 



 

6.

 



Tradision  –  içkilər  bayram  zamanı  qəbul  edilir  və  sonralar  artıq  vərdiş 

formasında davam edir. 

14

 

Alkoqolizmdə  psixoloji  müdafiə  mexanizmləri  vardır.  Sistematik və  ya  vaxtaşırı 



alkoqoldan istifadə edənlərin hamısı onlarda problem olduğunu təksib edirlər. İnkar 

edən  emosional  affektiv  komponent  psixoloji  müdafiə  mexanizmi  tərəfindən  idarə 

edilir və anozognoziya – yani xəstəliyi və simptomları inkar etmə yaradır. Müdafiə 

mexanizmləri  alkoqolizm  xəstəliyinin  inkaşaf  etdikcə  əlamətlərini  dəyişir  və 

xəsətəyə  daha  uyğun  formada  emosional  vəziyyətini  təmin  edir.  Şüuraltı  formada 

yarandığına  görə  müdafiə  mexanizmləri  bəzən  xəstədə  əminliklə  öz  dediyinə 

inanmağa  gətirib  çıxarır.  Problem  sadəcə  qəbul  edilmir.  Alkoqolun qəbulunu  artıq 

inkar etməyə mümkün olmadığında xəstədə fikir (aksent) dəyişikliyi baş verir. Xəstə 

qəbul  etdiyi  içki  miqdarını  başlayır  gizlətməyə.  Öz  maraqlarına  uyğun  vəziyyətlər 

uydururlar, ətrafdakıları aldadırlar. Özlərinə bəraət qazanmaqla problem uydururlar. 

Motiv  şüuraltı  formada  psevdo-motivlə  əvəzlənir.  Alkoqol  eksseslər  yaradacaq 

yalançı  misallar  gətirirlər.  Psevdoanlatan  sistem  yaranır  –  alibi  misalları  həmişə 

hazırdır. 

15

 



Universal  “başasalan  sistemin”  yaranması  ikinci  mərhələyə  təsadüf  edir.  Xəstə  öz 

al-koqolizasiyasına bəraəti  “hamı  içir, məndə  onlarla”,  “sərxoşluq  – indiki  həyatda 

normaldır”. Üçüncü mərhələdə şəxsiyyətin deqradasiyası inkişaf etdikcə, qiymətdən 

salma yaranır- sərxoşluğun pis komponentləri xəstənin gözündə itir. 

2.

 

Tibbi – bioloji faktorlar. 



İrsiyyətin kimyəvi asılılıqda  oynadığı rol  hal-hazırda şübhə doğurtmur. 

Alkoqolikın uşağının alkoqola olan meyli 7-15 dəfə daha artıqdır ki, burada artıq 

faktlar göz qarşısındadı. İrsiyyətin nə qədər təsiri göstədiyini lonqetud tədqiqatlar 

göstərdi. Tədqiqatda alkoqolik ailəsində doğulmuş, lakin normal ailəyə tərbiyəyə 

verilmiş və qeyri-doğma bacı-qardaşla eyni vəziyyətdə tərbiyələnən uşaqlar iştirak 

                                                           

14

 Егоров А. Ю. Возрастная наркология. М.: Институт общегуманитарных исследований, 2002. — с. 



272 (Серия: «Лечение зависимостей»)  

 

15



 А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971.с.287-296 


23 

 

 



 

etdilər.  Tədqiqatlar göstərdiki, alkoqolik ailəsində doğulan insanlarda PAM-dan 

asılılığın yaranma riski 25 dəfə daha çoxdu.  

Növbəti tədqiqatlar əkizlər arasında aparılıbki, burada tək yumurtalı əkizlərdə 

ayrı yumurtalı əkizlərdən 2-2,5 dəfə daha çox risk siyahısındadılar.  

Narkomaniyaya yönəliş daha çox kişi xəttində görsənir. Narkomanların uşaqları 

arasında daha çox aqressivlik, depressivlik, emosionallıq və s. xüsusiyyətlər 

müşahidə olunur. Qadınların hamiləlik zamanı narkotikdan istifadə etməsi uşağın 

artıq formalaşmış narkotik asılılıqla dünyaya gəlir.   

Alkoqolizmin yaranma səbəbləri sırasında  nevroloji və psixi pozuntular da varki, 

burada beyində natamam inkişaf gedir (məsələn, kəllə-beyin travmasının nəticəsi, 

epilepsiya)  və ya şəxsiyyət pozuntuları (psixopatiyalar). 

16 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

16

 Лекции по наркологии. 2-е изд. / Под ред. Н. Н. Иванца. — М.: Нолидж, 2000. с.48-49



 


24 

 

 



 

II FƏSİL. PSİXOAKTİV MADDƏLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ 

ŞƏXSİYYƏTDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR  

 

 1.1. Psixologiya və psixiatriyada şəxsiyyət anlayışına yanaşma  

 

 “Homo  Sapiens”  sinifinə  aid  olaraq  insan  hər  şeydən  əvvəl  bioloji  varlıqdır  və 



müəyyən anatomik-fizioloji imkanlara malik olur. Bu imkanlar, insanın şəxsiyyətə 

çevrilməsini  mümkün  edir.  Müəyyən  anadagəlmə  xüsusiyyətlərə  malik  olaraq 

insanın  irsiyyəti  həmişə  başda  durur.  Amma  insanın  sosial  varlığa,  yanı  insanın 

mahiyyəti  sosial  amillərlə  müəyyənləşir. Yalnız  cəmiyyətdə,  sosial  rollarını  yerinə 

yetirməklə  insan  öz  “insanlığını”  yerinə  yetirə  bilər.  “Mauqli”  fenomeni  sosial 

həyatdan  uzaq  qalan  insanların  sonradan  adaptasiyanın  nə  qədər  çətin  olduğunu 

göstərir.  Sosializasiya-  yəni  şəxsiyyətə  çevrilmə  doğum  anından,  insanlar  arasına 

daxil olandan başlanır.  

Sosiallaşma prosesi yalnız insanın özünü cəmiyyətə aid etmək istəyi ilə başlayır 

və özünüdərk etməklə yerinə yetirilir. Əlbətdəki, ilk öncə, bu proses güzgüdə özünü 

tanıma  ilə  təməl  qoyulur.  Əlbətdəki  özünütanıma  onun  subyektiv  fikirlərinin 

formalaşmasınıda  özündə  ehtiva  edir.    Həm  filogenetik  həmdə  ontogenetik 

baxımından  özünüdərketmə  insanın  şəxsiyyətə  çevirilməsində  ən  böyük  rolldan 

birini  oynayır.  İnsanı  orqanizm,  fərd,  şəxsiyyət  və  individuallıq  kimi  xarakterizə 

etmək  olar.  Orqanizm  anlayışı  baxımından  biz  ilk  öncə  bir  bioloji  varlıq  kimi, 

şəxsiyyət anlayışı baxımından isə sosial varlıq kimi qavranılır. 

17 

Fərd –  ayrıca  bir  insanın  anadangəlmə  və  sonradan  əldə  edilən  xüsusiyyətlərin 



unikal toplusudur.  

Individuallıq – bir fərdi o biri fərddən fərqləndirən xüsusiyyətlər; şəxsiyyətin və 

psixikanın özünəməxsusluğu. 

Psixologiya  insanı  ilk  öncə  həm  fərd,  həm  bioloji  varlıq  kimi  qəbul  edərək 

insanın həyatda yerinə yetirən rollarını analizini edir.  

Şəxsiyyət özü müstəqilcəsinə öz həyatını quran, ona nəzarət edən və ona görə mə- 

                                                           

17

 Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2002.s.128-138  



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə