Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

25 

 

 



 

suliyyət  daşıyıyan  bir  varlıqdır.  Şəxsiyyətin  xüsusiyyətləri  onu  fərqli  edərək 

cəmiyyətə dahada maraqlı edir(ekstrovert- həyat sevən, ünsiyyətçil və ya introvert- 

özünəqapanan və çox düşünən).  

Şəxsiyyət o anlayışdır ki, insan cəmiyətə çıxanda onunla məhs öz rolunu yerinə 

yetirilir. K.Yunqun “Persona” arxitipi şəxsiyyəti bu baxımdan çox gözəl təsvir edir. 

Psixiatriyada və psixologiyada daha çox münasibətlər nəzəriyyəsi qəbul edilirki, 

Lazurskiy və Myasişev tərəfindən təqdim olunub. Şəxsiyyət insanlara (sosial ətrafa) 

və özünə olan münasibətdən irəli gəlir.  

Əgər,  şəxsiyyətin  inkişafı  patoloji  formada  baş  verirsə,  burada  əlbətdəki, 

şəxsiyyət  pozuntusundan  söhbət  getməlidir.  XBT  10  şəxsiyyət  pozuntuları  F60 

qrupuna aiddirlər: 

1.

 

F60.0 – paranoid şəxsiyyət pozuntusu.  



Simptomatika: 

1.1 İncikliyi bağışlaya bilməməklə xarakterizə olunur 

    1.2 Uğursuzluqlara hədsiz həssaslıqla yanaşma 

1.3  Şübhəliliklə  və  ətrafdakıların  neytral  və  dostcasına  hərəkətlərini 

düşməncəsinə  və  saymazlıq  kimi  qəbul  etmə  yolu  ilə  reallığın  dəyişdirilməsinə 

meylliliklə xarakterizə olunan şəxsiyyət pozuntusudur.  

1.4 Həyat yoldaşına və ya seksual partnyora sədaqətsizlikdə təkrari, əsaslanmamış 

şübhələnmələr, davakarcasına və inadkarcasına həmişə yalnız özünün haqlı 

olduğuna inam hissi müşahidə olunur.  

1.5  Belə  adamlar  özü  haqda  yüksək  fikirdə  olmağa,  özündən  bədgümanlığa 

meylli olurlar.  

Növləri:  (•  ekspansiv  –  paranoid  •  fanatik  •  kverulyant  •  paranoid  •  həssas 

paranoid). 

2.

 



F60.1 – şizoid şəxsiyyət pozuntusu.  

Simptomatika:  

    2.1 Sədaqətliliyin, sosial və digər kontaktların zəifliyi ilə xarakterizə olur 

2. 2 Fantaziyalara, tərkdünyalıqla və özünüanalizlə meyllilik şəxsiyyət 

    2.3 Öz hisslərini məhdud şəkildə ifadə etmək və həzz almaq mövcud ola bilər. 



26 

 

 



 

3.

 



F60.2 – şəxsiyyətin dissosial pozuntusu.  

Simptomatika:  

3.1  Sosial  vəzifələrə  etinasızlıqla,  ətrafdakılara  daşürəkli  laqeydliklə  xarakterizə 

olunur. 


3.2  Xəstənin  davranışı  və  əsas  sosial  normalar  arasında  uyğunsuzluq  müşahidə 

olunur.  

3.3 Davranış sınaqdan çıxmış tərbiyəvi üsullarla, o cümlədən cəzalandırma yolları 

ilə çətinliklə dəyişikliyə məruz qalır.  

3.4  Xəstələr  uğursuzluqları  pis  həzm  edirlər  və  zorakılıq  da  daxil  olmaqla 

aqressiyanı biruzə verirlər.  

3.5 Onlar digərlərini günahlandırmağa və ya onların cəmiyyətlə konfliktinə səbəb 

olmuş  davranışlarına  doğruyabənzər  izahat  verməyə  meyllidirlər.  Növləri:  (• 

əxlaqsız • antisosial • asosial • psixopatik • sosiopatik). 

4.

 



F60.3 - şəxsiyyətin emosional davamsız pozuntusu. 

        Simptomatika: 

4.1 Nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə      

        meylliliklə xarakterizə olunur.  

4.2 Əhval-ruhiyyə əvvəlcədən deyilə bilən deyil və şıltaqcasınadır.  

4.3 Emosiyaların partlamasına və partlamış davranışın idarə edilməsinin 

mümkünsüzlüyünə meyllik olur.  

4.4 Deyingənlik və xüsusilə impulsiv əməllər əgər kəsilmirsə və tənqid olunursa,      

     ətrafdakılarla konfliktlik müşahidə olunur.  

4.5  Burada  iki  tip  pozuntu  ayırmaq  olar:  əsasən  qeyri-stabilliklə  və  emosional    

kontrolun  çatmamazlığı  ilə  xarakterizə  olunan  impulsiv  tip  və  deyilənlərə  əlavə 

olaraq  özünüdərk,  məqsədlər  və  daxili  niyyətlər  pozuntuları,  gərgin  və  qeyri-stabil 

şəxsiyyətlər  arası  münasibətlər  və  supsidal  jestlər  və  cəhdlər  də  daxil  olmaqla 

özünüməhv  etmə  davranışlarına  meyllər  xarakter  olan  sərhədi  tip.  Növləri:  (• 

aqressiv • sərhədi • oyanıcı). 

5.

 



F60.4 – şəxsiyyətin isterik pozuntusu.  

Simptomatika:  




27 

 

 



 

5.1Səthi və davamsız oyanıqlıqlıq  

5.2 Hər şeyi dramatikləşdirmək, tamaşaya çevirməyə, həmçinin emosiyaların 

artıq ifadə olunmasına, təsirlənməyə, eqosentrizmə, ətrafdakılara məhəl qoymamaq 

5.3 Asan toxunulan hissiyatlara və daima müvəffəqiyyət və diqqət əldə etməyə 

meylliliklə xarakterizə olunan pozuntudur. Növləri:(• isterik • psixoinfantil). 

6.

 

F60.5 - anankast şəxsiyyət pozuntusu. 



     Simptomatika:  

6.1 Özünə inamsızlıq hissiyatı 

6.2 Hədsiz xırdaçılıq 

6.3  Təmkinliliklə  və  nüanslara  qarşı  olmaq,  inadkarlıqla,  ehtiyatlılıqla  və 

yenilməzliklə  xarakterizə  olunan  şəxsiyyət  pozuntusu.  Obssesiv-kompulsiv 

pozuntusu dərəcəsinə çatmayan inadlıq və ya beynə girmiş fikirlər və ya hərəkətlər 

mövcud ola bilər. Növləri: (• kompulsiv • obsessiv • obsessiv-kompulsiv). 

7.

 



F60.6 – şəxsiyyətin həyəcan (yayındırıcı) şəxsiyyət pozuntusu.  

          Simptomatika:  

   7.1 Daxili gərginlik hissiyatı ilə, tutqun hissiyatların olması ilə müşahidə olunur  

   7.2 Təhlükəsizlik hissiyatının olmaması  

   7.3 Qeyri-tamlıq kompleksi 

   7.4 Şəxsi bağlılığın məhdud olması ilə  

   7.5 Potensial təhlükələrin və adi situasiya risklərinin adəti üzrə artırılması yolu ilə 

bəzi hərəkətlərdən uzaqlaşmağa meylliliklə yanaşı 

   7.6 Daimi güclü bəyənilmə, hamı tərəfindən qəbul edilmə arzusu, rəddlərə və 

tənqidə yüksək həssaslıq reaksiyası ifadə olunur. 

8.

 

F60.7 - asılı şəxsiyyət tipli pozuntusu.  



      Simptomatika:  

8.1 Böyük və kiçik həyati qərarların qəbulunda ətraf insanlara dərin passiv 

tabeçilik 

8.2 Tənhalıq qarşısında güclü qorxu, köməksizlik, səriştəsizlik hissiyatı ilə  

8.3 Yaşlıların və ətrafdakıların arzuları ilə passiv razılaşma ilə və gündəlik 

həyatın tələblərinə zəif reaksiya ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə