Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ 

İNSTİTUTU 

 

Mövzu 16 

 

2012 – ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə yerinə 

yetirilmiş “Azkomplektli məktəblərin mövcud problemləri” 

mövzusunda tədqiqat işinə dair  

 

                                            H E S A B A T 



 

 

 

 

 

 

 

 

                                           Məsul şəxslər: p.ü.e.d. İ.H. Cəbrayılov 

                                                                  f.ü.f.d. Ə.M. Əhmədov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2012 

 

 

                                                                      

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  təhsilin  struktur  və 

məzmununda  əsaslı  dəyişikliər  baş  vermişdir.  Məqsədyönlü  aparılan  təhsil 

islahatları  bu  gün  də  davam  etdirilir  və  uğurlu  nəticələr  əldə  olunur.  Belə  bir 

dövrdə  təhsilin  daha  da  inkişafı  cəmiyyət  üçün  layiqli  vətəndaşlar  yetişdirilməsi  

məqsədilə ciddi elmi -pedaqoji araşdırmaların aparılmasına ehtiyac vardır. 




 Məlumdur  ki,  ölkəmizdə,  xüsusilə,  kənd  rayonlarında  azkomplektli 

məktəblər  də  fəaliyyət  göstərir.  Azkomplektli  məktəblərdə  təlim-tərbiyə  işi  digər 

məktəblərdən  fərqli  olaraq  daha  mürəkkəbdir.  Təcrübə  göstərir  ki,  azkomplektli 

məktəblər  dünyanın  müxtəlif  ölkələrində  də  mövcuddur  və  onların  da  ciddi 

problemləri  vardır.  Belə  məktəblərdə  kadr  hazırlığı,  maddi-texniki  baza,  təlim-

tərbiyə  işinin  təşkili,  idarəolunma  və  digər  məsələlər  tədqiqatçıların  diqqətini 

xüsusilə cəlb edir. Bu baxımdan tədqiq etdiyimiz problem olduqca aktualdır. 

Tədqiqatın  məqsədi  azkomplektli  məktəblərin  mövcud  problemlərinin 

öyrənilməsi  və  müasir  informasiya  cəmiyyətində  əsas  təhsil  infrastrukturu  kimi 

fəaliyyət göstərən azkomplektli  məktəb  modelinin  formalaşdırlması  üçün təkliflər 

hazırlamaqdır. 

Tədqiqatın vəzifələri aşağıdakılardan ibarətdir: 

-  azkomplektli  məktəblərin  təcrübəsini  öyrənmək,  fəaliyyətinin  elmi-

pedaqoji təhlilini vermək, xüsusiyyətlərini aşkar etmək; 

-  respublikanın  azkomplektli  məktəblərinin  fəaliyyətinin  şəbəkəsinə, 

tipologiyasına  və  vəziyyətinə  kəmiyyət  və  keyfiyyət  xarakteristikası  vermək  və 

statistik təhlil aparmaq; 

-  azkomplektli  məktəblərdə  təlim  prosesinin  elmi-metodik  təminatını 

öyrənmək; 

-  beynəlxalq  təcrübədə  bu  sahədə  mövcud  olan  mütərəqqi  ideyaları  tətbiq 

etmək; 

-  azkomplektli  məktəblərin  təlim  prosesinə  daxil  ediləcək  pedaqoji 



innovasiyaları və texnologiyaları nəzərdə tutan metodik tövsiyələr hazırlamaq.   

Tədqiqatın nəzəri əhəmiyyəti. Tədqiqatın elmi nəticələri pedaqogikanın, o 

cümlədən  ibtidai təhsil pedaqogikası və  metodikasının  (azkomplektli  məktəblərdə 

təlim-tərbiyə işinin təşkili ilə bağlı) nəzəriyyəsinin zənginləşməsinə töhfələr verir. 

Tədqiqatın praktik əhəmiyyəti. Hesab edirik ki, azkomplektli məktəblərin 

mövcud  problemlərinin  araşdırlması  nəticə  etibarilə  ölkəmizdə  bu  təhsil 

müəssisələrində  təlim-tərbiyə  işinin  yaxşılaşdırılmasına,  təlimin  məzmununun  və 

idarəetmənin təkmilləşdirilməsinə ciddi təsir göstərə bilər. 




               

Tarixi  reallıq  ondan  ibarətdir  ki,  Azərbaycan  Respublikası 

“YUNESKO”  tərəfindən  “Təhsil  əsri”  elan  edilmiş,  XXI  əsrə  təhsil  sistemində 

əsaslı  islahatların  reallaşdırılması  şəraitində  daxil  olmuş,  dövlət  siyasətinin 

müəyyənləşdirdiyi  inkişaf  strategiyası  əsas  götürülməklə  təhsil  sahəsində 

məqsədyönlü  islahatın  aparılması,  qarşıya  çıxan  problemlərin  müvəffəqiyyətli 

həlli,  sahə  üzrə  xüsusi  korrektə  planları  və  perspektiv  proqramlar  çərçivəsində 

intensiv fəaliyyət artıq öz müsbət nəticələrini verməkdədir. 

Bu  gün  Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəbləri  şəbəkəsi 

özündə  4505  tədris  müəssisəsini  birləşdirir.  Burada  1  milyon  800  mindən  artıq 

şagirdin  təlim-tərbiyəsi  ilə  170  min  nəfərə  qədər  pedaqoji  kadr  məşğul  olur.  

Azərbaycanda  vətəndaş  tərbiyəsi  formalaşdırılır,  gənc  nəslin  ilkin  biliklərə 

yiyələnməsi kimi dövlət əhəmiyyətli bir iş görülür. 

Hazırda  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  4505  məktəbdən 

368-i ibtidai (I-IV siniflər), 849-u ümumi orta (I-IX siniflər), 3288-i tam orta (I-XI 

siniflər)  məktəblərdir.  Bu  məktəblərdən  1336  məktəbdə  şagirdlərin  sayı  100 

nəfərdən  aşağıdır.  Belə  ki,  315  ibtidai  məktəbdə  şagirdlərin  sayı  30-dək,  38 

məktəbdə 50-dək, 9 məktəbdə isə 100-dəkdir. 89 ümumi orta məktəbdə şagirdlərin 

sayı 30-dək, 154 məktəbdə 50-dək, 325 məktəbdə 100-dəkdir. Eyni zamanda 9 tam 

orta məktəbdə şagirdlərin sayı 30-dək, 74 məktəbdə 50-dək, 323 məktəbdə isə 100-

dəkdir. Beləliklə, 413 məktəbdə şagirdlərin sayı 30-dək, 266 məktəbdə şagirdlərin 

sayı 50-dək, 657 məktəbdə 100-dəkdir. 

Məlumdur  ki,  təhsil  müəssisələrində,  ümumilikdə  isə  təhsil  sistemində 

prosesin  effektivliyinin  obyektiv  meyarı  kimi  təhsilin  keyfiyyət  göstəricisi  qəbul 

edilir. 

Ümumi təhsilin keyfiyyət parametrlərinə təsir göstərən faktorlar necədir? 

Təhsil sistemində aparılan islahatların əsas istiqamətləndirici sənədləri kimi 

qəbul  edilən  “Təhsil  sahəsində  İslahat  Proqramı”nda  və  II  Kredit  Sazişi 

çərçivəsində  nəzərdə  tutulmuş  fəaliyyət strategiyasında  ümumi təhsilin  keyfiyyəti 

və  real  tələbatlara  uyğunluğu  ilə  əlaqədar  olan  tədbirlər  ön  plana  çəkilir,  bunlar 

perspektiv inkişafın əsasını təşkil edir. 



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə