Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 
 
 
 
4
mövcud infrastrukturların köçürülmәsi mәqsәdilә müvafiq işlәr görülür. Eyni zamanda
әrazidә geofiziki, geotexniki vә hidroloji işlәr hәyata keçirilir. Paralel olaraq, Әtraf mühitә 
vә sosial sahәyә  tәsirin qiymәtlәndirilmәsi (ӘMSSTQ) hesabatlarının hazırlanması 
istiqamәtindә tәdqiqatlar aparılır. Hazırda ARDNŞ tәrәfindәn NQNK layihәsinin icrası ilә 
әlaqәdar maraqlı tәrәflәrin cәlb olunması prosesinә başlanılmışdır. Görülәn işlәr ARDNŞ 
tәrәfindәn istehsal olunan neft-qaz emalı  vә neft-kimya mәhsullarının keyfiyyәtinin 
yüksәldilmәsi vә Bakıda ekoloji vәziyyәtin yaxşılaşdırılması baxımından xüsusi önәm 
daşıyan bu layihәnin uğurla başa çatacağına әminlik yaradır. 
Mәlumdur ki, Türkiyәnin “Petkim” neft-kimya holdinqinin idarәçiliyi artıq bir neçә 
ildir, ARDNŞ  tәrәfindәn hәyata keçirilir. “Petkim” bu illәrdә ümumi mәhsul istehsalı, 
gәlir, mәnfәәt vә ixrac üzrә rekord göstәricilәrә nail olub. 2011-ci ildә Azәrbaycan 
Prezidenti İlham Әliyev vә Türkiyәnin Baş naziri Rәcәb Tayyib Әrdoğanın iştirakı ilә illik 
mәhsuldarlığı 10 milyon ton tәşkil edәcәk “STAR” neft emalı zavodunun tәmәli 
qoyulmuşdur. Bu,  Türkiyәdә özәl sektor xәtti ilә  hәyata keçirilәn  әn böyük investisiya 
layihәsidir. Ötәn ilin mayında ARDNŞ ilә  “STAR”  neft  emalı zavodunun inşasını  hәyata 
keçirәcәk  İspaniyanın “Tecnicas Reunidas” şirkәtinin rәhbәrlik etdiyi konsorsium 
arasında saziş imzalanmışdır.  Ekoloji cәhәtdәn  әn qabaqcıl texnologiyalar әsasında 
qurulacaq “STAR” zavodunun istehsala başlaması ilә Türkiyә idxal mәhsulları üzrә 
milyardlarla dollarlıq valyutaya qәnaәt edәcәk,   ARDNŞ isә hazır emal mәhsullarının 
realizә edilmәsindәn böyük hәcmdә әlavә mәnfәәt götürәcәkdir. 
 
Dövlәt Neft Şirkәti Sumqayıtda azot gübrәsi – karbamid istehsalı zavodunun 
inşasına başlamışdır. Müasir beynәlxalq standartlara uyğun azot gübrәsi istehsal 
olunacaq zavodun inşası Azәrbaycan Respublikası Prezidentinin müvafiq Sәrәncamı ilә 
tәsdiq edilmiş “2008-2015-ci illәrdә Azәrbaycan Respublikasında  әhalinin  әrzaq 
mәhsulları ilә etibarlı tәminatına dair Dövlәt Proqramı”na әsasәn hәyata keçirilir. Tәmәli 
möhtәrәm Prezidentimiz İlham  Әliyev cәnabları  tәrәfindәn qoyulmuş Karbamid 
Zavodunun tikintisi dövlәt investisiyaları hesabına maliyyәlәşdirilir. Zavodda sutkada 
1200 ton ammonyak vә 2000 ton karbamid istehsal edilmәsi nәzәrdә tutulur. Әsas 
xammal kimi tәbii qazdan istifadә olunacaqdır. Ötәn il “Samsung Engineering Co. Ltd.” 
şirkәti ilә imzalanmış müqavilә  çәrçivәsindә zavod bütün lazımi sınaqlar hәyata 
keçirilmәklә “açar tәhvili”  әsasında istifadәyә tam hazır  şәkildә  tәhvil verilmәlidir. Bu 
layihәnin hәyata keçirilmәsi ilә ARDNŞ ölkә iqtisadiyyatının  әsas sektorlarından olan 


 
 
 
 
 
 
 
5
kәnd tәsәrrüfatının inkişafına ciddi dәstәk verәcәkdir. Regionda azot gübrәsinә tәlәbatın 
güclü olması nәzәrә alınaraq ARDNŞ Gürcüstanda da analoji zavodun inşasına başlayır. 
Azәrbaycan Prezidenti İlham  Әliyevin Sәrәncamı ilә “Azәriqaz”  İstehsalat Birliyi 
ARDNŞ-nin tәrkibinә daxil edildikdәn sonra ölkәnin qaz tәchizatı sisteminin yenilәnmәsi, 
әhalinin vә  sәnayenin fasilәsiz tәbii qazla tәmin edilmәsi istiqamәtindә böyük hәcmdә 
işlәr görülmәkdәdir. Bakı  şәhәri,  әtraf qәsәbә  vә  kәndlәrin qaz tәchizatı sisteminin 
beynәlxalq tәlәblәr sәviyyәsindә qurulması istiqamәtindә  işlәr sürәtlәnmişdir. ARDNŞ-
nin “Azәriqaz” İstehsalat Birliyi ilә Almaniyanın “E. ON Ruhrgas AG” şirkәti arasında Bakı 
şәhәrindә  vә Abşeron yarımadasında qaz tәchizatı sisteminin müasirlәşdirilmәsi üçün 
texniki-iqtisadi  әsaslandırmanın hazırlanması haqqında imzalanan xidmәt müqavilәsinә 
әsasәn, qaz itkisinin qarşısının alınması, habelә  әhalinin artımı  vә  sәnayenin davamlı 
inkişafı  nәticәsindә  gәlәcәkdә daha da yüksәlәcәk  tәlәbatı ödәmәk mәqsәdi ilә Bakı 
şәhәri vә Abşeron yarımadasında mövcud qaz tәchizatı  şәbәkәsinin genişlәndirilmәsi, 
müasirlәşdirilmәsi vә yenidәn qurulmasını  hәyata keçirmәk istiqamәtindә aparılan 
layihәlәndirmә işlәri uğurla davam etdirilir. 
Bu gün ARDNŞ-nin işgüzar imici durmadan yüksәlir, onun beynәlxalq mövqelәri 
daha da möhkәmlәnir. Türkiyә,  İsveçrә, Gürcüstan, Ukrayna, Rumıniya vә başqa 
ölkәlәrdә  şirkәtin göstәrdiyi uğurlu fәaliyyәt tutulan yolun müvәffәqiyyәtlә davam 
edәcәyinә böyük inam yaradır.  ARDNŞ artıq beynәlxalq maliyyә institutlarında öz 
öhdәliklәrinә vaxtında vә layiqincә  әmәl edәn qurum kimi yaxşı tanınır. ARDNŞ-nin 
korporativ reytinqi dünyanın 3 böyük reytinq şirkәti tәrәfindәn stabil 
qiymәtlәndirilmişdir.  Şirkәtimizin  әn böyük uğurlarından biri yeni maliyyә alәtlәrindәn 
yararlanmaq, beynәlxalq kapital bazarından sәrmayә  cәlb etmәk mәqsәdi ilә 
avrobondların tәdavülә buraxılması olmuşdur. 2012-ci ildә Londonda dövriyyәyә 
buraxılan bu qiymәtli kağızlar sәrmayәdarlar arasında yüksәk maraq doğurmuşdur. 
2013-cü ildә ARDNŞ beynәlxalq maliyyә bazarındakı potensial dәyişikliklәri düzgün 
qiymәtlәndirәrәk, daha 1 milyard ABŞ dolları hәcmindә qiymәtli kağız buraxmışdır. Әgәr 
mövcud bazar qiymәtlәri nәzәrә alınsa, ARDNŞ 10 il müddәtinә orta hesabla tәxminәn 
10 milyon, ümumilikdә isә 100 milyon ABŞ dollarına qәnaәt etmişdir. Bütün bunlar 
әlbәttә ki, böyük uğurdur vә Azәrbaycan iqtisadiyyatının güclәnmәsinin, qlobal 
iqtisadiyyatda rolunun artmasının bariz nәticәsidir.  
Şirkәtdә kadr hazırlığı istiqamәtindә dә davamlı vә mәqsәdyönlü iş aparılır. Hәr il 
onlarla tәlәbә  Şirkәtin xarici tәqaüd proqramı  çәrçivәsindә dünyanın nüfuzlu ali 
mәktәblәrindә  tәhsil almağa göndәrilir, tәhsilini başa vurub geri dönәnlәr idarә  vә 
müәssisәlәrimizdә müvafiq işlә  tәmin olunur. Bununla belә,  Şirkәtin daim inkişafda 
olması yeni kadrlara tәlәbatı durmadan artırır. Bu tәlәbatın ödәnmәsi, beynәlxalq 
standartlara uyğun  әn müasir tәdris planları  vә  tәdris texnologiyaları  әsasında tәhsil 
prosesini tәşkil etmәklә  sәnayenin müasir tәlәblәrinә cavab verәn yüksәk ixtisaslı 
mütәxәssislәrin yetişdirilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı 
ilә Dövlәt Neft Şirkәtinin strukturunda Bakı Ali Neft Mәktәbi yaradılmışdır. Qısa 
müddәtdә dünyanın neft-qaz sahәsindә aparıcı elm vә tәhsil mәrkәzlәri ilә sıx әlaqәlәr 
yaradılmışdır vә sәmәrәli birgә iş aparılır.  
Ölkәmizdә әtraf mühit vә ekoloji tarazlığın qorunması ilә bağlı geniş miqyaslı dövlәt 
proqramları, iri maliyyә tutumlu layihәlәr hәyata keçirilir. Dövlәt Neft Şirkәti bu prosesin 
öncüllәrindәndir. H.Z. Tağıyev adına NQÇİ-nin neftlә çirklәnmәdәn tәmizlәnmiş 9,3 
hektarlıq  әrazisindә Ekologiya parkı yaradılmışdır vә  uğurla fәaliyyәt göstәrir. Park 
Abşeron yarımadasında ekoloji vәziyyәtin normallaşdırılması üçün yaşıllıq zolaqlarının 
artırılması, buradakı iqlim şәraitinә uyğunlaşa bilәn ekzotik ağac-kol vә dekorativ 
bitkilәrin becәrilmәsi, Abşeronun nәsli kәsilmәk tәhlükәsi olan nadir bitkilәrindәn ibarәt 
kolleksiyanın yaradılması  mәqsәdlәrinә xidmәt edir. Parkın enerji tәchizatı alternativ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə