Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
 
 
 
 
104
xüsusi internat mәktәbinin vә Buzovna qәsәbәsindә ARDNŞ-nin qonaq evinin tikintisi 
davam etdirilir.  
 
Sumqayıt şәhәrindә 3050 nәfәrlik stadionun tikintisi obyekti 1 әdәd süni örtükdәn 
vә 1 әdәd tәbii örtükdәn ibarәtdir. Hal-hazırda inzibati binada tikinti quraşdırma işlәri 
davam etdirilir. 
ARDNŞ-nin dünya standartlarına uyğun yeni inzibati binasının vә irimiqyaslı sosial 
layihәlәrdәn olan Bakı Olimpiya stadionunun tikintisi işlәri davam etdirilir. 
Hәmçinin Bakı  şәhәrindә parkların, yaşayış binalarının fasadlarının vә dam 
örtüklәrinin bәrpa abadlıq işlәri yerinә yetirilmişdir. 
Bundan  әlavә ilin әvvәlindәn  8342,3 km qaz kәmәri çәkilmiş (o cümlәdәn 
regionlarda 7749,2 km), 1358,8 km qaz kәmәri tәmir edilmişdir (o cümlәdәn regionlarda  
664,2  km). 
ARDNŞ üzrә hal-hazırda 4504 nәfәr işçi mәnzil növbәsindә qeydiyyatdadır ki, 
onların 448 nәfәri Respublikanın müxtәlif rayonlarında (Siyәzәn,  Şabran,  İmişli, 
Kürdәmir, Salyan, Neftçala vә Şirvan şәhәri), 4056 nәfәri isә Bakı şәhәrindәdir.  
2013-cü il әrzindә ARDNŞ tәrәfindәn 779 neftçi ailәsi mәnzillә tәmin olunmuşdur. 
Onlardan 93 nәfәri ARDNŞ tәrәfindәn yeni tikilmiş, eyni zamanda ARDNŞ-nin balansında 
olan qeyri-yaşayış sahәlәrindә müvafiq tәmir işlәri aparılaraq yaşayış sahәlәrinә 
çevrilmiş  mәnzillәrlә, 686 nәfәr, o cümlәdәn 641 nәfәr ARDNŞ üzrә  mәnzil uçotunda 
olanlar, 45 nәfәr isә ARDNŞ-nin Tәqaüd Proqramı  çәrçivәsindә  tәhsilini başa vuraraq 
ARDNŞ-dә işә qәbul edilәnlәr “Neftçi” mәnzil-tikinti kooperativi vasitәsilә mәnzillә tәmin 
olunmuşdur.  
Eyni zamanda Şirvan  şәhәrindә ARDNŞ-nin balansında olan qeyri-yaşayış 
sahәlәrindә müvafiq tәmir işlәri aparılaraq yaşayış sahәlәrinә çevrilmiş 30 mәnzilin 
ARDNŞ-nin Şirvan şәhәri üzrә mәnzil uçotunda olanlar arasında bölgüsü aparılmışdır. 
“Neftçi” MTK tәrәfindәn Yeni Yasamal yaşayış massivindә Xarici Dairәvi küçәsi ilә 
Talıblı küçәsinin kәsişmәsindә tikintisi başa çatmış 3 bloklu yaşayış binasında 232 
mәnzilli yaşayış binası tikilәrәk istifadәyә verilmişdir. Xәtai rayonu Arif İsmayılov 35 
ünvanında 303 mәnzilli yaşayış binasında yekun işlәr görülür vә bu yaxınlarda tәhvil 


 
 
 
 
 
 
 
105
verilmәsi nәzәrdә tutulur. Hazırda “Neftçi” MTK tәrәfindәn Qaradağ rayonu Lökbatan 
qәsәbәsindә 312 mәnzilli, Sahil qәsәbәsindә isә 187 mәnzilli yaşayış binalarının tikintisi 
aparılır. Bundan başqa Pirallahı  qәsәbәsindә 144 mәnzilli yeni yaşayış binasının, 
Bibiheybәt  әrazisindә isә 1200-dәn çox ailәnin mәnzillә  tәmin olunması üçün yeni 
yaşayış kompleksinin tikintisi mәqsәdilә hazırlıq işlәri aparılır. Eyni zamanda ARDNŞ üzrә 
mәnzil uçotunda olanlara fәrdi mәnzil tikintisi üçün Suraxanı rayonu Hövsan qәsәbәsinin 
qәrb hissәsindә 12,51 ha torpaq sahәsi ayrılmışdır ki, hazırda bununla bağlı 
sәnәdlәşdirmә işlәri aparılır.  
 
ARDNŞ üzrә rayonlarda mәnzil uçotunda olanların yaşayış sahәlәri ilә  tәmin 
olunması üçün hәmin rayonlarda yerlәşәn ARDNŞ-nin istifadәsindә olan sәnaye tәyinatlı 
31,05 ha torpaq sahәsinin kateqoriyasının dәyişdirilәrәk yaşayış  mәntәqәlәri torpaqları 
kateqoriyasına keçirilmәsi barәdә sәnәdlәşdirmә işlәri aparılmışdır. 
Bundan başqa işçilәrin ARDNŞ üzrә  mәrkәzlәşdirilmiş qaydada bağ sahәlәri ilә 
tәmin olunmaları üçün müvafiq işlәr davam etdirilir. 
Neftçilәrin sosial problemlәrinin hәllini hәr zaman diqqәt mәrkәzindә saxlayan 
Dövlәt Neft Şirkәti bu istiqamәtdә genişmiqyaslı  tәdbirlәr hәyata keçirir. Ötәn dövr 
әrzindә ARDNŞ  әmәkçilәrinin sosial rifahının yaxşılaşdırılması  mәqsәdilә sosial 
obyektlәrin fәaliyyәtinin müasir tәlәblәrә uyğunlaşdırılması istiqamәtindә aparılmış işlәr 
xüsusi qeyd olunmalıdır. ARDNŞ-nin vә Azәrbaycan Neft vә Qaz Sәnayesi  İşçilәri 
Hәmkarlar  İttifaqı Respublika Komitәsinin birgә müvafiq әmr-qәrarı ilә  tәsdiq edilmiş, 
494 bәnddәn ibarәt  «Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin qurumlarında 
çalışan işçilәrin sosial rifahının yaxşılaşdırılması mәqsәdilә 2011-2015-ci illәr üçün Sosial-
İnkişaf Proqramı»na uyğun olaraq, yerinә yetirilmәsi nәzәrdә tutulmuş tәdbirlәrdәn 122 
bәnd üzrә işlәr tam, 74 bәnd üzrә işlәr qismәn yerinә yetirilmiş vә digәr bәndlәr üzrә 
işlәrin başlanması üçün hazırlıq işlәri aparılır.  
“Azәriqaz”  İstehsalat Birliyindә  işçilәrin iş  şәraitinin müasir tәlәblәrә cavab verәn 
standartlar sәviyyәsindә qurulması üçün Nәqliyyat Xüsusi Texnika İdarәsi, Nizami, 
Zaqatala, Siyәzәn,  Şabran, Qusar, Salyan, Tәrtәr,  Şamaxı, Lәnkәran rayonlarında 


 
 
 
 
 
 
 
106
Qaz  İstismar Sahәlәri üçün yeni inzibati binaların tikintisi aparılmış, Yevlaxda QİS-nin 
inzibati binasında son tamamlanma işlәri yerinә yetirilir. İstifadәyә verilmiş yeni inzibati 
binalar müasir avadanlıq vә ofis mebellәri ilә tәchiz olunmuşdur. Tәmirә ehtiyacı olan 13 
sahәdәki inzibati binalarda әsaslı  vә cari tәmir işlәri aparılmış, hәyәtyanı sahәlәrdә 
abadlaşdırma vә yaşıllaşdırılma işlәri yerinә yetirilmişdir. Yeni tikilmiş  vә  әsaslı  tәmir 
olunmuş binalarda istilik sistemlәri quraşdırılmış, işçilәr üçün normal iş  şәraiti 
yaradılmışdır.  İstehsalat Birliyi üzrә 2013-cü il әrzindә 9 duşxana, 9 soyunub-geyinmә 
otağı, 11 istirahәt guşәsi, 7 köşk tikilib istifadәyә verilmişdir. “Azәriqaz”  İstehsalat 
Birliyinin hәyәtindә 120 yerlik müasir tәlәblәrә cavab verәn yeni yemәkxana binası 
tikilәrәk istifadәyә verilmiş, Abşeron, Xәzәr, Qaradağ rayonları QİS-dә istifadәyә verilmiş 
yemәkxanalar lazımi inventar vә avadanlıqlarla tәchiz olunmuşdur.  İşçilәrin nahar 
fasilәsi zamanı istirahәtlәrinin tәşkili mәqsәdi ilә 20 sahәdә istirahәt guşәlәri yaradılmış, 
bәzi sahәlәrin hәyәtindә açıq tipli mini-idman meydançalarının tikintisi aparılaraq 
avadanlıqlarla tәchiz edilmәsi yerinә yetirilmişdir. 
“Azәrikimya” İstehsalat Birliyinin tabeliyindә olan “Etilen-polietilen” zavodunun  Qaz 
mәhsullarının qәbulu vә buraxılması sexinin inzibati binası әsaslı tәmir olunmuş, binada 
kişi vә qadınlar üçün soyunub-geyinmә otaqları, bir anbar otağı, duşxanalar, sanitar 
qobşaqları tam tәmir olunub işçilәrin istifadәsinә verilmişdir. Qaz mәhsullarının qәbulu 
vә buraxılması sexi müasir avadanlıqlarla vә ofis mebel dәsti ilә  tәchiz olunmuşdur. 
Sexdә qida qәbulu otağı yaradılmış, mәtbәx mebeli, stol vә digәr avadanlıqlarla tәmin 
olunaraq işçilәrin istifadәsinә verilmişdir. “Tәmir-tikinti” İdarәsinin T-2 mәişәt binasında 
kişilәr vә qadınlar üçün soyunub-geyinmә otaqlarında, 36 әdәd duşxanada vә sanitar 
qovşaqlarında  әsaslı  tәmir işlәri başa çatdırılmışdır. Soyunub-geyinmә otaqları 150 
nәfәrlik şkafla tәmin olunmuşdur. 
28 May NQÇİ-nin 2, 9, 15, 19 saylı DDÖ-nin vә  NİH vә NS-nin yaşayış blokları 
әsaslı tәmir edilmiş, (ümumilikdә 8 DDÖ-dә) bütün zәruri mebel vә materiallarla tәchiz 
edilәrәk işçilәrin istifadәsinә verilmiş, 6, 10 vә 11 saylı DDÖ-dә bu işlәr davam etdirilir. 4 
saylı DDÖ-dә tikilәn qazlift kompressor stansiyasında çalışacaq işçilәr üçün (60 nәfәr) 
yeni yaşayış blokunda yenidәnqurma işlәri aparılmış, lazım olan mebel vә avadanlıqlarla 
tәchiz edilmiş, 12 әdәd split tipli kondisioner quraşdırılmış, sanitar qovşaqlarında 
tamamlama işlәri aparılır.  3,  5,  vә 8 saylı DDÖ-dә isitmә-soyutma sistemi istifadәyә 
verilmişdir. 10 saylı DDÖ-dә  mәişәt evi, ETİİS vә ESS işçilәri üçün yeni inzibati bina 
tikilib istifadәyә verilmişdir. Bütün DDÖ-lәrin kayut-kompaniya, qırmızı guşә  vә 
yemәkxanalarında müasir split tipli kondisionerlәr,  3, 4, 5, 8, 10, 11 vә 14 saylı DDÖ-
lәrin kayut-kompaniyalarında, qırmızı guşәlәrindә yumşaq mebellәr quraşdırılmışdır. 
Yaşayış otaqları  zәruri mәişәt vә yataq dәstlәri ilә  tәmin olunmuşdur. DDÖ-dә çalışan 
işçilәr üçün soyunub-geyinmә sahәlәri 600 әdәdә yaxın dәmir paltar şkafları ilә  tәmin 
olunmuşdur. Çilov adasında yerlәşәn  İXB, QӘYTS vә  İATS-nin inzibati binalarının dam 
örtüklәri dәyişdirilmiş,  İXB-da  әsaslı  tәmir işlәri aparılmış, 4 saylı ailәvi yataqxananın 
dam örtüyünün dәyişdirilmәsi hazırda davam edir. Ada sakinlәrinin suya olan tәlәbatının 
ödәnilmәsi mәqsәdi ilә su şirinlәşdirmә sahәsindә 2 әdәd hәr biri 1000 m³ olmaqla su 
anbarı tikilib istifadәyә verilmişdir. Sakinlәrin dayanaqlı elektrik enerjisi ilә  tәmin 
olunmaları üçün adada Qazturbin stansiyası tikilib istifadәyә verilmişdir. Adada tam 


 
 
 
 
 
 
 
107
abadlaşdırma işlәri aparılaraq 5 mindәn çox ağac  әkilmişdir. Bundan әlavә adada 
hazırda müasir idman sağlamlıq vә istirahәt kompleksinin, çay evinin, 250 yerlik 
mәdәniyyәt evinin, gәmi yanalma körpüsündә yeni gözlәmә zalının tikintisi davam 
etdirilir. İşçilәrin yataqxana sahәsi ilә tәlәbatları nәzәrә alınaraq keçmiş uşaq bağçasının 
inzibati binasında yenidәnqurma işlәri aparılaraq yaşayış sahәsinә çevrilmәsi nәzәrdә 
tutulmuşdur. 
“Neft Daşları” NQÇİ-nin balansında olan yataqxana korpuslarının dәhlizlәrindә, 
otaqlarında, binanın fasadında cari tәmir işlәri aparılmışdır. NQÇİ-nin  İstismar 
avadanlığının tәmiri, Avtomobil nәqliyyatı  vә xüsusi texnika, Neftin kompleks 
hazırlanması  vә  nәqli, Lay tәzyiqinin saxlanması  vә  tәdqiqat  İşlәri sexlәri üçün yeni 
inzibati bina tikilmiş, binalar lazım olan mәişәt avadanlıqları ilә  tәchiz edilәrәk istifadәyә 
verilmişdir. Neft Daşlarında yeni müasir tipli İstilik Elektrik Stansiyası tikilmiş, mövcud 
yemәkxanasında tәmir işlәri aparılaraq avadanlıqlarla tәchiz edilmişdir.  İl  әrzindә 22 
әdәd müxtәlif tәyinatlı vaqon-evciklәr alınaraq zәruri avadanlıqlarla tәchiz olunaraq 
özüllәrdә çalışan işçilәrin istifadәsinә verilmişdir. 1, 2, 4 vә 5 saylı NQÇS-in inzibati 
binalarında, sanitar qovşaqlarında, mәtbәxlәrindә  әsaslı  vә cari tәmir bәrpa işlәri 
görülmüşdür. 1841, 1517, 1201, 741, 1887 vә 2585 saylı SDÖ-dә tәmir işlәri aparılmış 
vә  zәruri mәişәt avadanlıqları ilә  tәmin olunmuşdur. Görülmüş  tәdbirlәr nәticәsindә 
NQÇİ-nin inzibati binası vә 1 saylı yataqxanalar kompleksi sutka әrzindә fasilәsiz isti su 
ilә tәmin edilmişdir. Çörәkbişirmә sexindә 2-ci ehtiyat çörәkbişirәn soba quraşdırılmışdır. 
Әrazidә abadlaşdırma işlәri aparılmış, asfalt örtüyü tәzәlәnmişdir. 
“Azneft”  İstehsalat Birliyinin tabeliyindә olan N.Nәrimanov adına, ”Abşeronneft”, 
Ә.C. Әmirov adına, H.Z. Tağıyev adına, “Bibiheybәtneft” neft-qazçıxarma idarәlәrindә vә 
digәr strukturlarında işçilәrin sosial-mәişәt  şәraitlәrinin yaxşılaşdırılması ilә  әlaqәdar 
müvafiq tәdbirlәr hәyata keçirilmışdir. 
“Günәşli” yatağında yerlәşәn Dәrin Dәniz Özüllәrindә, "Ümid" strukturu 1 saylı 
Dәrin Dәniz Stasionar Özülündә, hәmçinin "28 May" NQÇİ-nin Neft Daşları  әrazisindә 
yerlәşәn QYHK vә KTS-nin Sıxıcı kompressor stansiyalarında növbәli iş üsulu ilә (vaxt 
metodu ilә) işlәyәn 3 min nәfәrә yaxın işçi gündәlik keyfiyyәtli vә yüksәk kalorili isti 
yemәklә pulsuz tәmin olunmuşdur.  
Әlahiddә  dәniz özüllәrindә, estakadalarda vә sahildәki istehsalat sahәlәrindә 
çalışan işçilәrin iş  şәraitinin yaxşılaşdırılması üçün 87 әdәd vaqon-ev alınaraq 
quraşdırılmış  vә  zәruri avadanlıqlarla tәchiz edilmişdir. Bәzi sahәlәr isә  әsaslı  tәmir 
edilmiş vә yeni mәişәt avadanlıqları ilә tәchiz olunmuşdur. İstehsalat sahәlәrindә çalışan 
işçilәrin sosial-mәişәt  şәraitinin yaxşılaşdırılması  mәqsәdilә 18 sahәdә  müasir üslubda 
yeni inzibati binalar tikilmiş, 36 sahәdә inzibati binalar әsaslı  vә cari tәmir olunaraq iş 
otaqları müasir avadanlıqlarla tәchiz edilmiş  vә 5 sahәdә isә bu işlәr davam etdirilir. 
Bundan  әlavә 31 sahәdә yeni duşxanalar tikilmiş, 97 sahәdә duşxanalar  әsaslı  tәmir 
olunmuş, 32 sahәdә soyunub-geyinmә otaqları  tәmir edilәrәk 1216 әdәd yeni paltar 
şkafları ilә tәchiz edilmiş, 2 istehsalat sahәsindә isә qadın gigiyena otağı yaradılmışdır.  
Bәzi idarә  vә müәssisәlәrdә  tәlәbat nәzәrә alınaraq, 819 әdәdә yaxın su dispenseri 
quraşdırılmış  vә istehsalat sahәlәrindә çalışan işçilәrin mütәmadi olaraq içmәli su ilә 
tәmin olunması üçün 5 әdәd 8-10 tonluq su maşınları alınmışdır.  İşçilәrin 


 
 
 
 
 
 
 
108
qidalanması  mәqsәdi ilә 7 sahәdә yeni yemәkxana binası tikilmiş, 30 sahәdә mövcud 
yemәkxanalar  әsaslı  tәmir olunaraq müasir tipli avadanlıq vә  lәvazimatlarla tәchiz 
olunmuşdur. İşçilәrin iş yerlәrinә rahat aparılıb-gәtirilmәsi üçün  70 әdәd, o cümlәdәn 1 
әdәd iri tutumlu, 53 әdәd orta tutumlu vә 16 әdәd kiçik tutumlu avtobuslar alınaraq, 
işçilәrin istifadәsinә verilmişdir. 
ARDNŞ-nin Sosial İnkişaf  İdarәsinin nәzdindә  fәaliyyәt göstәrәn “Neftçi” İdman 
Sağlamlıq Mәrkәzi ölkәmizdә idmanın inkişafına öz töhfәlәrini verir. Mәrkәzin tabeliyindә 
13 idman qurğusu fәaliyyәt göstәrir ki, bu idman qurğularında idmanın 36 növü üzrә 
183 peşәkar mәşqçi-müәllimin rәhbәrliyi altında beş minә yaxın yeniyetmә  vә  gәnc, 
elәcә dә 1500-dәn çox neft-qaz sәnayesi işçisi idmanla mәşğul olur. Ötәn dövr әrzindә 
yüzlәrlә idmançı 300-dәn artıq yarışda iştirak edәrәk yüksәk nәaliyyәtlәr әldә etmişlәr. 
Belә ki, bu müddәt  әrzindә olimpiya vә  qeyri-olimpiya növlәri üzrә bir sıra dünya vә 
Avropa sәviyyәli yarışlarda, nüfuzlu beynәlxalq turnirlәrdә, respublika, Bakı  vә digәr 
yarışlarda iştirak edәrәk 687 qızıl, 447 gümüş vә 596 bürünc olmaqla, ümumilikdә 1730 
medal qazanılmışdır.  
İşçilәrin istirahәt vә asudә vaxtlarının tәşkili dә ARDNŞ-nin hәyata keçirdiyi sosial 
yönümlü fәaliyyәtinin bir hissәsidir. Belә ki, ötәn dövr әrzindә Balakәn rayonunda 
yerlәşәn «Qubek Hotel» İstirahәt Mәrkәzindә, Nabran qәsәbәsindә yerlәşәn «Geofizik» 
vә «Nabran» istirahәt zonalarında, respublikanın digәr istirahәt guşәlәrindә,  
ümumilikdә 12 min nәfәrә yaxın neftçinin vә onların ailә üzvlәrinin, 2-3 günlük vә 
çoxgünlük istirahәtlәri tәşkil edilmişdir. Müalicәyә ehtiyacı olan 945 nәfәr neftçi 
sanatoriya-kurort müalicә  mәrkәzlәrinә göndәrilmiş  vә bunlardan Naftalan şәhәrindә 
yerlәşәn sanatoriyada 1200 nәfәrә yaxın işçinin müalicәsi tәmin olunmuşdur.  
Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin işçilәrinә “Maddi yardım verilmәsi 
haqqında  Әsasnamә”yә uyğun olaraq ötәn dövrdә  dә  işçilәrә maddi yardım verilmәsi 
davam etdirilmiş,  şәhid ailәlәri vә müharibә  әlillәri daimi diqqәt mәrkәzindә 
saxlanılmışdır.    
Azәrbaycan Respublikası Prezidentinin müvafiq Sәrәncamı ilә ARDNŞ-nin 
himayәsinә verilmiş, Ağdam rayonu әrazisindә yerlәşәn, «Dördyol 1, 2», «Tәzәkәnd» 
qәsәbәlәrindә  vә Dördyol-Mamırlı  әrazisindә, Tәrtәr rayonunda, Fizuli rayonunun 
Әhmәdalılar, Mirzәnağılı  vә Qazaxlar kәndlәrindә  mәskunlaşmış 27522 nәfәr mәcburi 
köçkünә vә Sumqayıt şәhәrindә müvәqqәti sığınacaq tapmış 1700 nәfәr mәcburi köçkün 
vә şәhid ailәlәrinә bayramlar münasibәti ilә әrzaq yardımı verilimәsi davam etdirilmişdir. 
ARDNŞ-nin müәssisә  vә  tәşkilatların balansında olan binalarda vә sosial 
obyektlәrdә müvәqqәti mәskunlaşmış mәcburi köçkün ailәlәrinә daim qayğı göstәrilir vә 
onlardan 2500 nәfәri Şirkәtin idarә vә müәssisәlәrindә işlә tәmin olunmuşdur.  
 
 
 
 
 


 
 
 
 
 
 
 
109
XXIII.  MALİYYӘ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
110
MÜNDƏRİCAT
   
I.
 
NEFT STRATEGİYASININ TӘNTӘNӘSİ ........................................................................... 2 
 
II.
 
AZӘRBAYCAN RESPUBLIKASI DÖVLӘT NEFT ŞIRKӘTININ TӘŞKILATI 
STRUKTURU ................................................................................................................................... 8 
 
III.
 
ARDNŞ VӘ XARİCİ ŞİRKӘTLӘRİN TӘSİSÇİLİYİ İLӘ YARADILMIŞ  BİRGӘ 
MÜӘSSİSӘLӘR, ӘMӘLİYYAT ŞİRKӘTLӘRİ VӘ ALYANSLAR HAQQINDA ............................. 9 
 
IV.
 
GEOFİZİKİ VӘ GEOLOJİ İŞLӘR ...................................................................................... 12 
 
V.
 
NEFT VӘ QAZ YATAQLARININ İŞLӘNMӘSİ ................................................................. 20 
 
VI.
 
QAZMA ............................................................................................................................... 23 
 
VII.
 
NEFT-QAZ HASİLATI ........................................................................................................ 26 
 
VIII.
 
QAZIN YIĞILMASI VӘ NӘQLİ ......................................................................................... 29 
 
IX.
 
NEFT-QAZ EMALI VӘ NEFT-KİMYA ............................................................................... 31 
 
X.
 
MAYA DӘYӘRİ .................................................................................................................. 37 
 
XI.
 
PERSONAL VӘ ӘMӘK HAQQI ......................................................................................... 40 
 
XII.
 
MEXANİKA VӘ ENERGETİKA .......................................................................................... 43 
 
XIII.
 
KAPITAL QOYULUŞU VӘ ӘSASLI TİKİNTİ ................................................................... 52 
 
XIV.
 
ӘSASLI TӘMIR.................................................................................................................. 55 
 
XV.
 
MADDİ-TEXNİKİ TӘCHİZAT ........................................................................................... 60 
 
XVI.
 
ELM  VӘ TEXNİKA ............................................................................................................ 61 
 
XVII.
 
KADRLARLA İŞ .................................................................................................................. 68 
 
XVIII.
 
TӘLİM VӘ İNKİŞAF .......................................................................................................... 75 
 
XIX.
 
ӘMӘYİN MÜHAFİZӘSİ ..................................................................................................... 82 
 
XX.
 
EKOLOGIYA ....................................................................................................................... 85 
 
XXI.
 
NӘQLİYYAT ....................................................................................................................... 90 
 
XXII.
 
SOSİAL MӘSӘLӘLӘR ..................................................................................................... 103 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə