Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 
 
 
 
14
Ümid sahәsindә aparılan 3D seysmik kәşfiyyat mәlumatlarının emal vә interpretasiyası 
nәticәsindә  tәdqiqat sahәsinin geoloji quruluşu dәqiqlәşdirilmiş, mövcud olan tektonik 
qırılmalar, onların amplitudu vә istiqamәtlәri, eyni zamanda seysmik dalğa sahәsinin 
parametrlәrinin müqayisәli tәhlili  әsasında müxtәlif horizontlar üzrә kollektor layların 
karbohidrogenlә doyumluluq hüdudları müәyyәnlәşdirilmişdir;  
Bulla dәniz sahәsinin cәnub-şәrq pereklinalında aparılan 2D seysmik kәşfiyyat 
mәlumatlarının emal vә interpretasiyası  nәticәsindә  tәdqiqat sahәsinin geoloji quruluşu 
dәqiqlәşdirilmiş, mövcud olan tektonik qırılmalar, onların amplitudu vә istiqamәtlәri 
müәyyәnlәşdirilmişdir;  
Eldaroyuğu-Böyük Palantökәn sahәsindә  әldә edilmiş geofiziki mәlumatların emal vә 
interpretasiyası nәticәsindә sahәnin geoloji quruluşu dәqiqlәşdirilmiş, yeni tektonik elementlәr 
aşkar edilmiş, neftli-qazlı sahәlәr ayrılmışdır;  
Naftalan-Şimali Naftalan sahәsindә  әldә edilmiş geofiziki mәlumatların emal vә 
interpretasiyası  әsasında  әrazinin geoloji quruluşu dәqiqlәşdirilmiş, Maykop vә  Tәbaşir 
çöküntülәrinin tavanları arasında dörd seysmik horizont üzrә struktur xәritә tәrtib edilmişdir. 
Seysmik vә quyu mәlumatlarının kompleks tәhlili nәticәsindә geoloji kәsilişi tәşkil edәn 
çöküntülәrin petrofiziki parametrlәrinin sahә üzrә dәyişmә qanunauyğunluğu öyrәnilmiş, neftli 
layların yayılma arealı proqnozlaşdırılmışdır. 
Korporativ bazanın yaradılması qrupu tәrәfindәn 67 hesabat, 322 xәritә, 666 operator 
vәrәqi, 1168 zaman kәsilişi rәqәmlәşdirilmişdir. 
Mәdәn geofizika işlәri
Hesabat ili әrzindә GGİ-nin “Mәdәngeofizika” idarәsi 
tәrәfindәn, “Azneft” İB-nin, Kompleks Qazma İşlәri trestinin, Azәrbaycanda fәaliyyәt göstәrәn 
әmәliyyat  şirkәtlәrinin, birgә müәssisәlәrin vә  kәnar tәşkilatların sifarişlәrinә  әsasәn 
Azәrbaycanın quru әrazilәrindә  vә  Xәzәr dәnizinin Azәrbaycan sektorunda qazmada vә 
istismarda olan neft-qaz vә hәmçinin qeyri neft-qaz quyularında aparılmışdır.  
Sifarişlәrin ümumi miqdarı 4247 (1161 quyuda) tәşkil edir ki, bunlardan 1536-sı (192 
quyu) açıq lülәdә, 2711-i (1145 quyu) isә  kәmәr buraxılmış quyularda yerinә yetirilmişdir. 
Karotaj işlәri üzrә yerinә yetirilmiş sifarişlәrin ümumi miqdarı 3080 (711 quyuda), ölçülmüş 
diaqramların sayı 9053 olmuşdur.  
Perforasiya işlәri üzrә 793 quyuda 1167 sifariş yerinә yetirilmiş, 110836 dәlik açılmışdır. 
Azәrbaycanda 57 sahәdә: dәnizdә 19 vә quruda 38 sahәdә qazmada vә istismarda olan 
quyularda geofiziki tәdqiqat (QGT) vә perforasiya (partlayış-atma) işlәri yerinә yetirilmişdir.  
İl әrzindә QGT işlәrinә әsasәn 6511 lay dәyәrlәndirilmişdir. Bunlardan 2611 lay sәnaye 
әhәmiyyәtli neftli-qazlı, 8 lay qeyri-müәyyәn, 3892 lay isә sulu kimi dәyәrlәndirilmişdir. 
Dәyәrlәndirilmiş 6511 laydan 237 layda perforasiya işlәri aparılmış, neftli-qazlı kimi 
qiymәtlәndirilmiş  210  laydan 201-dәn neft, 9-dan su, sulu kimi qiymәtlәndirilmiş 27 laydan 
25-dәn su, 2-dәn isә neft alınmışdır. 
Hesabat ili әrzindә kompleks geofiziki tәdqiqat işlәri qazmadan qurtarmış 157 quyuda; 
yataqların işlәnmәsinә geofiziki üsullarla nәzarәt 447 quyuda (756 sifariş); qaz karotajı  vә 
qazmaya geoloji-geokimyәvi-texnoloji nәzarәt 20 quyuda aparılmışdır. 
2013-cü ildә korporativ mәlumatlar bazasının yaradılması mәqsәdilә idarәnin emal vә 
interpretasiya ekspedisiyası  tәrәfindәn 613 quyu üzrә geofiziki materialların 9 053460 m 
hәcmindә  rәqәmlәşdirmә, skan köçürmә, PDF formatına çevirmә, 523 quyu üzrә isә 


 
 
 
 
 
 
 
15
inklinometriya materiallarının skan köçürmә, PDF formatına çevirmә  vә  cәmlәnmәsi işlәri 
yerinә yetirilmişdir. 
Mühәndis-geoloji işlәr.
  İl  әrzindә GGİ-nin “Kompleks mühәndisi axtarış 
ekspedisiyası” tәrәfindәn - cәmi 34399 m qazma, o cümlәdәn 1041 m müqavilә әsasında, 
3900 m isә illik iş proqramına uyğun olaraq struktur xәritәalma vә mühәndisi-geoloji; Bakı 
Olimpiya Stadionun yerindә 300 m maşınla mühәndisi-geoloji qazma vә seysmik-kәşfiyyat 
işlәrinin aparılması üçün partlayış quyusu mәqsәdilә 29158 m qazma, 1859 km fasilәsiz 
seysmoakustik profillәmә (FSAP), 2729,9 km sonar planalma, 2700,8 km hidroqrafiya 
(batimetriya) vә 1,95 km
2
 (66 km) hәcmindә multibimlә tәdqiqat (dәniz dibinin 3D formatda 
ölçüsü) işlәri aparılmışdır.   
Mühәndisi-geoloji qazma işlәri - 2013-cü ildә (cәmi 34399 m, o cümlәdәn 3900 m plan 
üzrә  vә 30499 m isә müqavilәlәr  әsasında) dәnizdә (4941 m)  “Zöhrab Vәliyev” gәmisi 
vasitәsilә Xәzәr dәnizinin Azәrbaycan sektorunun Zorat-dәniz, Qәrbi Abşeron, Qoşadaş, Bulla-
dәniz vә  Ağburun sahәlәrindә 4551 m (sifarişçi “Azneft” İB) vә  Xәzәr dәnizinin Rusiya 
sektorunun Titonskaya sahәsindә 220m (sifarişçi Latviya Respublikasının “Morinjgeologiya” 
SC), Ümid yatağında 170 m (sifarişçi “SOCAR-ÜMİD” MMC); quruda (29458 m) - Naxçıvan 
MR-in Tumbul-Nehrәm sahәsindә seysmik-kәşfiyyat işlәrinin aparılması üçün partlayış 
quyularının qazılması  mәqsәdilә 29158 m (sifarişçi “Kәşfiyyatgeofizika”  İdarәsi) vә “Böyük 
Şor” sahәsindә Bakı Olimpiya Stadionu tikilәcәyi  әrazidә 300 m (sifarişçi “Sosial İnkişaf” 
idarәsi) yerinә yetirilmişdir. 
FSAP işlәri - Zorat-dәniz, Qoşadaş vә Ağburun sahәlәrindә 1347 km (sifarişçi “Azneft” 
İB), Qoşadaş sahәsindә 498 km (sifarişçi “Kәşfiyyatgeofizika” İdarәsi) vә Ümid yatağında 14 
km (sifarişçi “SOCAR-ÜMİD” MMC) cәmi 1859 km (o cümlәdәn 1291 km plan üzrә vә 568 km 
müqavilәlәr әsasında) FSAP işlәri aparılmışdır.  
Sonar planaalma işlәri - Zorat-dәniz, Qoşadaş, Sәngәçal – Duvannı - Xәrә-Zirә, Bulla-
dәniz, Günәşli, Darvin bankası, Sәngәçal-Duvannı, Ümid- Bulla dәnizarası, Neft Daşları-
Günәşli arası vә Ağburun sahәlәrindә 1973,2 km (sifarişçi “Azneft” İB), Bulla-dәniz yatağında 
36,2 km (sifarişçi “Kompleks qazma işlәri” tresti), Qoşadaş sahәsindә 671,5 km (sifarişçi 
“Kәşfiyyatgeofizika”  İdarәsi), Qәrbi Abşeron vә Neft Daşları sahәlәrindә 25 km (sifarişçi 
“Neftqaztikinti” tresti), Cәnub hövzәsi ATA (AzFen, TekFen vә AMEC) şirkәtinin  әrazisindә 
4km (sifarişçi “Azәri Fugro” MMC) vә Ümid yatağında 20 km (sifarişçi “SOCAR-ÜMİD” MMC) 
cәmi 2729,9 km (o cümlәdәn 945 km plan üzrә vә 1784,9 km müqavilәlәr әsasında) sonar 
planaalma işlәri yerinә yetirilmişdir.  
Batimetriya işlәri - Zorat-dәniz sahәsindә, Qoşadaş, Sәngәçal-Duvannı – Xәrә-Zirә, 
Bulla-dәnizı, Günәşli, Darvin bankası, Sәngәçal-Duvannı vә Ağburun sahәlәrindә 1870,3 xәtti 
km (sifarişçi “Azneft” İB), Qoşadaş sahәsindә 671,5 km (sifarişçi “Kәşfiyyatgeofizika” İdarәsi), 
Qәrbi Abşeron sahәsindә 22 km, o cümlәdәn 18 km sahәvi vә 4 km ulduzvari vә Darvin 
bankası sahәsindә 76 km (sifarişçi “Neftqaztikinti” tresti), Cәnub hövzәsi ATA (AzFen, TekFen 
vә AMEC) şirkәtinin әrazisindә 6 km (sifarişçi “Azәri Fugro” MMC) vә Ümid yatağında 55 km 
(sifarişçi “SOCAR-ÜMİD” MMC) cәmi 2700,8 km (1011 km plan üzrә, 1689,8 km müqavilәlәr 
әsasında) batimetriya işlәri aparılmışdır. 
Multibimlә (dәniz dibinin 3D formatda ölçüsü) tәdqiqat işlәri Qoşadaş sahәsindә 0.25 
km

(10 km) vә  Sәngәçal–Duvannı sahәsindә 0,56 km
2
 (15 km) (sifarişçi “Azneft” İB), 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə