Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 
 
 
 
16
Qәrbi Abşeron yatağında 0,25 km
2
 (10 km), Darvin bankası sahәlәrindә 0,25 km
2
 (15 km) vә 
Neft Daşları yatağında 0,64 km
2
 (16 km), (sifarişçi “Neftqaztikinti” tresti), cәmi 1,95 km

(66km) hәcmindә aparılmışdır. 
Sonar planaalma, batimetriya, fasilәsiz seysmoakustik profillәmә  vә multibim işlәri 
“Mәmmәd Süleymanov” vә “Orion-3” gәmilәri vasitәsilә yerinә yetirilmişdir. 
2. Struktur-axtarış qazma işlәri.
 «Azneft» İB-nin sifarişi ilә, quruda Şimali Şıxıqaya 
sahәsindә 2012-ci ildә qazma ilә qurtarmış 5 nömrәli struktur-axtarış quyusunda 2013-cü ildә 
sınaq-mәnimsәmә işlәri aparılmışdır.  
Şimali  Şıxıqaya 5 №-li struktur-axtarış quyusunun layihә  dәrinliyi 1000 m, layihә 
horizontu MQ-nin X horizontudur (Şıxtәpә bölgüsü üzrә). 5 №li struktur-axtarış quyusunun 
qazılmasına 17.01.2012-ci il tarixindәn başlanılmışdır.  İl  әrzindә 1000 m hәcmindә qazma 
işlәri görülmüşdür. Quyu 2013-cü ilә mәnimsәmә ilә keçmiş, götürülmüş süxur nümunәlәrinә 
vә aparılmış kompleks mәdәn-geofiziki tәdqiqatların nәticәlәrinә görә neftlilik-qazlılıq 
baxımından müsbәt sәciyyәlәndirilәn intervallarda sınaq-mәnimsәmә  işlәri aparılmışdır. 
Belәliklә, I obyektdә (MQ-nin IX horizontu) 857-853m; 829-822m intervallarından 40 m
3
/gün, 
II obyektdә (MQ-nin IV horizontu) 348-341m; 340-337m intervallarından 6 m
3
/gün lay suyu 
alınmışdır. III obyektdә (MQ-nin III horizontu) 261-259 m intervalından heç bir axın 
müşahidә edilmәmişdir. Müsbәt nәticә alınmadığından quyu I
a
 kateqoriyası ilә geoloji 
sәbәbdәn lәğvә tәqdim edilmişdir 
3. Axtarış-kәşfiyyat qazma işlәri. 
2013-cü ildә axtarış-kәşfıyyat qazma işlәri 
Azәrbaycan Respublikasının quru vә  dәniz sahәlәrindә (neft vә qaz yataqlarında vә 
perspektivli strukturlarda) ARDNŞ-nin öz daxili imkanları hesabına vә xarici şirkәtlәrlә birlikdә 
aparılmışdır. 
Ümumilikdә struktur-axtarış vә axtarış-kәşfiyyat qazma işlәri altı sahәdә-quruda Şimali 
Şıxıqaya (№ 5), Tumbul (№ l, № 2) sahәlәrindә, dәnizdә Bulla-dәniz (№ 90), Әlәt-dәniz (№ 
23), Şah-dәniz (operator bp, № SDX-7) yataqlarında vә Qoşadaş sahәsindә (№ 2) 8234 m 
hәcmindә, o cümlәdәn ARDNŞ-nin öz gücü ilә 6991 m, xarici şirkәtlәrlә birlikdә 1243 m 
aparılmışdır. 
İl әrzindә 3 quyu qazma ilә başlamış - Tumbul (№ l, № 2 ), Qoşadaş (№2),  4 quyu 
qazmadan qurtarmış - Әlәt-dәniz (№ 23), Bulla-dәniz (№ 90), Tumbul (№ l), Şah-dәniz 
(operator bp,  № SDX-7) vә 5 quyu - Әlәt-dәniz (№ 23), Bulla-dәniz (№ 90), Şimali Şıxıqaya 
(№ 5), Tumbul (№ l), Şah-dәniz (operator bp,  № SDX-7) tikinti ilә qurtarmışdır.  
Әlәt-dәniz yatağı 23 №-li axtarış quyusu (özül № 63). Quyunun layihә dәrinliyi 
4900 m, layihә horizontu MQ-nin Qirmәkialtı lay dәstәsi (QA), azimutu 270°, inhirafı 250 m, 
dәnizin dәrinliyi 6 m, rotorun hündürlüyü 15,45 m-dir. Qazma işlәrinә 17.03.2011-ci il 
tarixindә başlanılmışdır. Quyuda aparılmış QGT işlәrinin nәticәsinә әsasәn 4795m dәrinlikdә 
layihә horizontu tam açıldığından qazma işlәri dayandırılmışdır. Quyu 2013-cü ilә mәnimsәmә 
ilә keçmişdir. QGT işlәrinin nәticәsinә әsasәn neftli-qazlı qiymәtlәndirilmiş bәzi intervallarda 
2013-cü ildә  sınaq-mәnimsәmә  işlәri aparılmışdır. MQ-nin QA horizontu 4632-4637m 
intervalında perforasiya olunmuş vә mәnimsәmә nәticәsindә laydan axın alınmamışdır. Sınaq-
mәnimsәmә  işlәrini davam etdirmәk mәqsәdilә MQ-nin VII horizontunun 3847-3837m 
intervalı perforasiya olunmuş vә mәnimsәmә işlәri nәticәsindә gündәlik 70 min m
3
 qaz, 9 m
3
 
kondensat alınmışdır.  


 
 
 
 
 
 
 
17
Quyu 17.05.2013-cü il tarixdәn “Azneft” İB, N.Nәrimanov adına NQÇİ-nin balansına 
verilmişdir.                                                                                               
Bulla-dәniz yatağı 90 №-li kәşfiyyat quyusu (özül № 29). Quyunun layihә 
dәrinliyi 5800 m, layihә horizontu MQ-nin VIII horizontu, azimutu 320°, inhirafı 800 m, 
dәnizin dәrinliyi 26,5 m, rotorun hündürlüyü 19,5 m-dir. Qazma işlәrinә 06.11.2012-ci il 
tarixindә başlanılmışdır. Quyu 2013-cü ilә 1998 m (Suraxanı LD) dәrinliklә qazma ilә 
keçmişdir. İl әrzindә 3870 m hәcmindә qazma işlәri görülmüşdür. 17.08.2013-cü il tarixinә 
quyunun faktiki dәrinliyi 5868 m olmuşdur (5784m-dә faktiki ümumi orta azimut-322
0

inhirafı-777,14m). 17.08.2013-cü il tarixindә 5868 m dәrinlikdә qazma zamanı quyu açıq 
fontana keçmiş vә yanğın baş vermişdir. 18.08.2013-cü il tarixdәn 25.10.2013-cü il tarixinә 
qәdәr (68 gün әrzindә) quyuda yanğına qarşı tәdbirlәr aparılmış vә 25.10.2013-cü il tarixdә 
quyu bәrpa edilәrәk istismara buraxılmışdır. Quyuda ilkin orta gündәlik hasilat 4300 min m
3
 
qaz, 600 ton kondensat olmuşdur. 90 №-li kәşfiyyat quyusunda MQ-nin VIII horizontundan 
yüksәk nәticәnin alınması  hәmin blokda VIII horizonta yeni quyuların qazılmasına tәkan 
verdi. 
Quyu 25.10.2013-cü il tarixdәn “Azneft” İB, N.Nәrimanov adına NQÇİ-nin balansına 
verilmişdir.                                                                                               
Qoşadaş 1 №-li axtarış quyusu (“Xәzәr-6” üzәn qazma qurğusu).  Quyunun 
layihә dәrinliyi 3500 m, layihә horizontu Mezozoy (Alt tәbaşir+Yura), dәnizin dәrinliyi 25 m, 
rotorun hündürlüyü 25 m-dir. Qazma işlәrinә 11.07.2012-ci il tarixindә başlanılmışdır.  İl 
әrzindә 1584 m hәcmindә qazma işlәri görülmüşdür. 1584m dәrinlikdә quyuda 
mürәkkәblәşmәlәr (qaz tәzahürlәri, udulmalar) baş verdiyindәn sementlәmә  işlәri 
aparılmışdır. Alәt qaldırılarkәn onun tutulduğu aşkar olunmuşdur. Tutulmuş qazma alәtini 
azad etmәk vә mürәkkәblәşmәni lәğv etmәk mәqsәdi ilә müxtәlif texniki-texnoloji tәdbirlәr 
hәyata keçirilsә  dә quyuda baş vermiş  qәzanı mövcud olan çәtin geoloji-texnoloji şәraitlә 
әlaqәdar aradan qaldırmaq mümkün olmamışdır.
 
Quyu 2013-cü ilә qazma ilә keçmişdir.
 
Baş 
vermiş  qәzanın lәğv edilmәsi işlәrinin mümkünsüzlüyünü nәzәrә alaraq, hәmçinin yarana 
bilәcәk әlavә mәsrәflәrin qarşısının alınması mәqsәdi ilә,
 
“Qoşadaş” strukturunda “Xәzәr-6” 
ÜQQ ilә 1584 m dәrinliyә qazılmış 1 nömrәli axtarış quyusunda baş vermiş  qәzanın lәğv 
edilmәsi tәdbirlәrinin dayandırılması  vә quyunun III

kateqoriyası ilә texniki sәbәbdәn lәğv 
edilmәsi qәrara alınmışdır. 
Quyu  2014-cü ilә lәğvinin  gözlәnilmәsi ilә  keçir. 
Qoşadaş 2 №-li axtarış quyusu (“Xәzәr-6” üzәn qazma qurğusu).  Quyunun 
layihә dәrinliyi 3500 m, layihә horizontu Mezozoy (Alt tәbaşir+Yura), dәnizin dәrinliyi 25 m, 
rotorun hündürlüyü 25 m-dir. Qazma işlәrinә 02.06.2013-cü il tarixindә başlanılmışdır.  İl 
әrzindә 1314 m hәcmindә qazma işlәri görülmüşdür. Qazma zamanı 1221-1227m (3,6 m) vә 
1300-1305m (2,5 m) süxur nümunәlәri götürülmüşdür.  Qazma  qurğusunun  quyunun  
layihә  dәrinliyinә  qәdәr çatdırılması gücünә malik olmaması, qazma nasoslarının aşağı 
mәhsuldarlığa malik olması, üzәn qurğuda sahә  mәhdudluğu vә  әlavә avadanlıqların 
yerlәşdirilmәsinin mümkünsüzlüyü, mәhlul tәsәrrüfatı  sisteminin vәziyyәtinin aşağı sәviyyәdә 
olması, ayaqların hidravliki sisteminin zәif olması, dizel generatorların nasaz olması, 
preventorlar sisteminin texniki tәlәblәrә cavab vermәmәsi vә s. çatışmazlıqların olması  vә 
bundan sonra qazılacaq intervalda yüksәk tәzyiqli qazla doymuş layların olacağını nәzәrә 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə