Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

digər şəraitin vaxtaşırı qiymətləndirilməsi barədə uşağın hüququnu təsdiq 



edirlər.  

Maddə 26   1. İştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla, 

sosial təminat nemətlərindən istifadə etmək hüququnu tanıyır və özlərinin milli 

qanunvericiliyinə uyğun olaraq bu hüququn tam həyata keçirilməsinə nail 

olmaq üçün lazımi tədbirləri görürlər.  

2. Zərurət olduqca bu nemətlər mövcud ehtiyatlar və uşağın imkanları və onun 

saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları, habelə uşaq 

tərəfindən və ya onun adından nemətlərin əldə edilməsi ilə bağlı istənilən 

mülahizələr nəzərə alınmaqla verilir.  



Maddə 27  1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və 

sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq 

edirlər.  

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün 

lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində 

təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.  

3. İştirakçı dövlətlər valideynlərə və uşaqları tərbiyə edən digər şəxslərə həmin 

hüququn həya-ta keçirilməsində kömək göstərilməsi üçün özlərinin milli 

şəraitinə müvafiq surətdə və öz imkanları daxilində lazımi tədbirlər görür və 

lazım gələrsə, xüsusən ərzaq, paltar və mənzil təminatına dair proqramlara 

maddi yardım göstərir və onları dəstəkləyirlər.  

4. İştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə 

valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər 

tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün 

lazımi tədbirləri görürlər. Məsələn, əgər uşaq üçün maliyyə məsuliyyəti da-

şıyan şəxs və uşaq müxtəlif dövlətlərdə yaşayırlarsa, iştirakçı dövlətlər 

beynəlxalq sazişlərə qoşul-mağa və ya bu cür sazişlər bağlanmasına, habelə 

digər müvafiq razılaşmalar əldə olunmasına kömək edirlər.  



Maddə 28 1. İştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və bərabər 

imkanlar əsasında bu hüququn həyata keçirilməsinə tədricən nail olmaq 

məqsədilə onlar:  

a) pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər;  

b) orta təhsilin istər ümumi, istərsə də peşə təhsili kimi müxtəlif formalarının 

inkişaf etdirilmə-sini həvəsləndirir, bu təhsilin bütün uşaqlar üçün mümkün 

olmasını təmin edir və pulsuz təhsilin tətbiqi və lazım gəldikdə maliyyə 

yardımı göstərilməsi kimi zəruri tədbirlər görürlər;  

c) bütün lazımi vasitələrin köməyi ilə ali təhsilin hər kəsin bacarığı əsasında 

hamı üçün müm-kün olmasını təmin edirlər;  




 

 

d) təhsil və peşə hazırlığı sahəsində informasiyanın və materialların bütün 



uşaqlar üçün müyəssərliyini təmin edirlər;  

e) məktəblərdə müntəzəm davamiyyətə kömək göstərilməsi və məktəbi tərk 

edən şagirdlərin sayının azaldılması üçün tədbirlər görürlər.  

2. İştirakçı dövlətlər uşağın insan ləyaqətinə hörməti əks etdirən metodların 

köməyi ilə və bu Konvensiyaya müvafiq surətdə məktəb intizamının 

saxlanmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.  

3. İştirakçı dövlətlər bütün dünyada cəhalətin və savadsızlığın ləğvinə kömək 

göstərilməsi və elmi-texniki biliklərə və təlimin müasir metodlarına 

yiyələnməyin asanlaşdırılması məqsədilə təhsilə aid məsələlərdə beynəlxalq 

əməkdaşlığı həvəsləndirir və inkişaf etdirirlər. Bununla əlaqədar, inkişaf 

etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.  

Maddə 29 1. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara 

yönəldilməlidir:  

a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə 

inkişaf etdiril-məsinə;  

b) insan hüquqlarına və əsas azadlıqlara, habelə Birləşmiş Millətlər 

Təşkilatının Nizamna-məsində bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə 

edilməsinə;  

c) uşağın valideynlərinə, onun mədəni özgünlüyünə, dilinə və dəyərlərinə, 

uşağın yaşadığı ölkənin və mənşəcə olduğu ölkənin milli dəyərlərinə, öz 

sivilizasiyasından fərqlənən sivilizasiyalara hörmətin tərbiyə edilməsinə;  

d) anlaşma, sülh, dözümlük, kişilərlə qadınların hüquq bərabərliyi və bütün 

xalqlar, etnik, mil-li və dini qruplar arasında, habelə yerli əhali sırasından olan 

şəxslər arasında dostluq ruhunda uşağın azad cəmiyyətdə şüurlu həyata 

hazırlanmasına;  

e) ətraf mühitə hörmətin tərbiyə edilməsinə.  

2. Bu maddənin və ya 28-ci maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və 

orqanların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək azadlığının 

məhdudlaşdırılması kimi yozulmur, bir şərtlə ki, bu maddənin 1-ci bəndində 

şərh olunmuş prinsiplərə daim riayət edilsin və belə təhsil mü-əssisələrində 

verilən təhsilin dövlət tərəfindən qoyula bilən minimum normalara uyğun 

gəlməsi tələbi yerinə yetirilsin.  

Maddə 30   Etnik, dini və ya dil azlıqlarının və ya yerli əhali sırasından olan 

şəxslərin yaşadıqları dövlət-lərdə belə azlıqlara və ya yerli əhaliyə mənsub olan 

uşaq öz qrupunun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, 

öz dininə etiqad etmək və onun ayinlərini yerinə yetirmək, habelə ana dilindən 

istifadə etmək hüququndan məhrum edilə bilməz.  



 

 

Maddə 31  1. İştirakçı dövlətlər uşağın istirahət və asudə vaxt hüququnu, 

yaşına uyğun oyunlarda və əy-ləncəli tədbirlərdə iştirak etmək və sərbəst 

surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququnu 

tanıyırlar.  

2. İştirakçı dövlətlər uşağın mədəni və yaradıcılıq həyatında hərtərəfli iştirak 

etmək hüququna hörmət bəsləyir və rəvac verir, mədəni fəaliyyət və yaradıcılıq 

fəaliyyəti, asudə vaxt və istirahət üçün müvafiq və bərabər imkanlar 

verilməsinə kömək göstərirlər.  

Maddə 32  1. İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün 

təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına 

və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi 

yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar.  

2. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün 

qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində 

tədbirlər görürlər. Bu məqsədlə digər bey-nəlxalq sənədlərin müvafiq 

müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:  

a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş hədlərini müəyyən 

edirlər;  

b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən 

edirlər;  

c) bu maddənin səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza 

növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.  



Maddə 33  İştirakçı dövlətlər müvafiq beynəlxalq müqavilələrdə nəzərdə 

tutulduğu kimi, uşaqları narko-tik vasitələrin və psixotrop maddələrin 

qanunsuz istehlakından qorumaq və belə maddələrin qanunsuz istehsalında və 

ticarətində uşaqlardan istifadə edilməsinə yol verməmək üçün bütün lazımi 

tədbirlər, o cümlədən qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, 

habelə təhsil sahəsində tədbirlər görürlər.  



Maddə 34  İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola 

çəkmənin bütün formalarından müdafiə etməyi öhdələrinə götürürlər. Bu 

məqsədlə iştirakçı dövlətlər aşağıdakıların qarşısını almaq üçün milli, ikitərəfli 

və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər:  

a) uşağın hər hansı qanunsuz seksual fəaliyyətə sövq və ya məcbur edilməsi;  

b) istismar məqsədilə uşaqlardan fahişəlikdə və ya digər qanunsuz seksual 

praktikada istifadə edilməsi;  

c) istismar məqsədilə uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda 

istifadə edilməsi.  

Maddə 35   İştirakçı dövlətlər uşaqların hər hansı məqsədlərlə və hər hansı 

formada oğurlanmasının, uşaqlarla ticarətin və ya qaçaqmalçılığın qarşısını 




Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə