Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri 



görürlər.  

 

Maddə 36  İştirakçı dövlətlər uşağı onun rifahının istənilən cəhətinə ziyan 

vuran istismarın bütün digər formalarından müdafiə edirlər. 

 

 Maddə 37 İştirakçı dövlətlər təmin edirlər ki:  



a) heç bir uşaq işgəncələrə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan 

digər rəftar və ya cəza növlərinə məruz qalmasın. 18 yaşına çatmayan şəxslər 

tərəfindən törədilmiş cinayətlərə görə nə ölüm cəzası, nə də azad edilmək 

imkanını nəzərdə tutmayan ömürlük həbs cəzası kəsilmir;  

b) heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın 

həbsə alınma-sı, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata 

keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq 

müddət ərzində tətbiq edilir;  

c) azadlıqdan məhrum edilmiş hər bir uşaqla humanist rəftar edilsin və 

həmyaşıdları olan şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin 

ayrılmaz ləyaqətinə hörmət bəslənsin. Məsə-lən, azadlıqdan məhrum edilmiş 

hər bir uşaq, onun ən yaxşı mənafeyinə zidd deyilsə, yaşlılardan ay-rı 

saxlanılmalı və xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz 

ailəsi ilə əlaqə saxlamaq hüququna malik olmalıdır;  

d) azadlıqdan məhrum edilmiş hər bir uşaq ləngidilmədən hüquqi və digər 

müvafiq yardım al-maq hüququna, habelə azadlıqdan məhrum edilməsinin 

qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli, müstəqil və qərəzsiz orqan 

qarşısında etiraz etmək hüququna və istənilən belə prosessual təd-bir barəsində 

onların təxirə salmadan qərar çıxarması hüququna malik olsun.  

Maddə 38 1. İştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən 

və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət 

bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər.  

2. İştirakçı dövlətlər 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa 

iştirak etmə-məsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.  

3. İştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində 

xidmətə çağırmaqdan çəkinirlər. İştirakçı dövlətlər 15 yaşına çatmış, lakin 18 

yaşı hələ tamam olmamış şəxslərin orduya cəlb edilməsi zamanı daha yaşlı 

şəxslərə üstünlük verməyə çalışırlar.  

4. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq 

humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı 

münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin 

etmək üçün bütün mümkün tədbirləri görürlər.  



 

 

 



Maddə 39 İştirakçı dövlətlər hər hansı növ etinasızlığın, istismarın və ya sui-

istifadənin, işgəncələrin və ya hər hansı digər qəddar, qeyri-insani və ya 

ləyaqəti alçaldan rəftar, cəza növlərinin və ya silahlı münaqişələrin qurbanı 

olmuş uşağın fiziki və psixoloji bərpasına və sosial reinteqrasiyasına kömək 

etmək üçün bütün lazımi tədbirləri görürlər.  

Maddə 40 1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, 

onu pozmaqda təqsirlən-dirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə 

bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik 

hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının 

əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və 

onun reinteqrasi-yasına və cəmiyyətdə faydalı rol oynamasına kömək 

göstərilməsinin arzu edildiyini nəzərə alır.  

2. Bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq müddəalarını nəzərə alaraq, 

iştirakçı dövlətlər təmin edirlər ki:  

a) edildiyi zaman milli və ya beynəlxalq hüquqla qadağan olunmamış hərəkətə 

və ya hərəkətsizliyə görə heç bir uşaq cinayət qanunvericiliyi pozmuş hesab 

edilməsin, onu pozmaqda təq-sirləndirilməsin və təqsirli sayılmasın;  

b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda 

təqsirləndirilən hər bir uşaq ən azı aşağıdakı təminatlara malik olsun:  

i) onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyası;  

ii) özünə qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zərurət 

olduqda isə, vali-deynləri və ya qanuni qəyyumları vasitəsilə məlumat 

verilməsi və öz müdafiəsinə hazırlaşarkən və müdafiəsini həyata keçirərkən 

hüquqi və digər lazımi yardım göstərilməsi;  

iii) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə 

məsələyə ədalətlə baxı-larkən səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya 

məhkəmə orqanı tərəfindən həmin məsələyə dair qərarın təxirə salınmadan və 

əgər uşağın ən yaxşı mənafeyinə zidd deyilsə, onun yaşı və ya valideynlərinin 

və ya qanuni qəyyumlarının vəziyyəti də nəzərə alınmaqla çıxarılması;  

iv) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən 

azad olmaq; itti-ham şahidlərinin verdiyi ifadələri ya müstəqil surətdə, ya da 

digər şəxslərin köməyi ilə öyrənmək və müdafiə şahidlərinin bərabər hüquqlu 

iştirakının və ifadələrinin öyrənilməsinin təmin edilməsi;  

v) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna 

uyğun olaraq müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı 

tədbirlərə səlahiyyətli, müstəqil və qərəzsiz yuxarı orqan və ya məhkəmə 

orqanı tərəfindən təkrar baxılması;  




 

 

vi) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, 



tərcüməçinin pulsuz köməyi;  

vii) araşdırmanın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət 

edilməsi.  

3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu 

pozmaqda təqsirlən-dirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti 

olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən 

aşağıdakılara kömək göstərməyə çalışırlar:  

a) elə minimum yaş həddi müəyyən edilməsinə ki, bu həddən aşağı yaşda 

uşaqlar cinayət qanunvericiliyini pozmağa qadir sayılmırlar;  

b) zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi 

təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən 

rəftar edilməsi üçün tədbirlər gö-rülməsinə.  

4. Uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, 

sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı 

proqramları və müəssisələrdə uşağa qulluğu  

əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. 

Bunlardan məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə 

vəziyyətinə və cinayətin xarakterinə uy-ğun olsun.  



Maddə 41 Bu Konvensiyada heç nə uşaq hüquqlarının həyata keçirilməsinə 

daha çox kömək edən və aşağıdakı sənədlərdə ola bilən hər hansı müddəalara 

toxunmur:  

a) iştirakçı dövlətin qanununda; və ya  

b) həmin dövlət barəsində qüvvədə olan beynəlxalq hüquq normalarında.  

II Hissə  

Maddə 42  İştirakçı dövlətlər lazımi və təsirli vasitələrdən istifadə edərək, 

Konvensiyanın prinsipləri və müddəaları barədə istər yaşlılara, istərsə də 

uşaqlara geniş məlumat verməyi öhdələrinə götürürlər.  

Maddə 43 1. Bu Konvensiyaya müvafiq surətdə qəbul edilmiş öhdəliklərin 

yerinə yetirilməsində iştirakçı dövlətlər tərəfindən əldə olunmuş tərəqqini 

nəzərdən keçirmək məqsədilə Uşaq Hüquqları Komitəsi təsis edilir. Komitə 

aşağıdakı funksiyaları yerinə yetirir.  

2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi 

sahədə səriştəsi təsdiq edilmiş on ekspertdən ibarət olur. Komitənin üzvləri 

iştirakçı dövlətlər tərəfindən öz vətəndaşları sırasından seçilir və şəxsən 

fəaliyyət göstərirlər, həm də ədalətli coğrafi bölgüyə, habelə əsas hüquq 

sistemlərinə diqqət yetirilir.  



 

 

3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri şəxslərin siyahısından 



gizli səsvermə yolu ilə seçilirlər. Hər iştirakçı dövlət öz vətəndaşları sırasından 

bir nəfərin namizədliyini irəli sürə bilər.  

4. Komitəyə ilk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən 

altı aydan gec olmayaraq, sonralar isə iki ildə bir dəfə keçirilir. Hər seçkinin 

keçirilməsinə ən geci dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi 

iştirakçı dövlətlərə öz namizədlərini iki ay ərzində təqdim etmək təklifi ilə 

məktub göndərir. Sonra Baş katib namizədlikləri bu qaydada irəli sürülmüş 

bütün şəxslərin əlifba sırası ilə siyahısını, onların namizədliyini irəli sürmüş 

iştirakçı dövlətləri göstə-rməklə tərtib edir və bu Konvensiyanın iştirakçısı olan 

dövlətlərə təqdim edir.  

5. Seçkilər iştirakçı dövlətlərin Baş katibin Birləşmiş Millətlər Təşkilatının 

Mərkəzi idarələrin-də çağırdığı müşavirələrində keçirilir. İştirakçı dövlətlərin 

üçdə iki hissəsinin yetərsay təşkil etdiyi bu müşavirələrdə iştirakçı dövlətlərin 

səsvermədə olan və və iştirak edən nümayəndələrinin daha çoxunun səsini və 

mütləq əksəriyyətinin səsini alan namizədlər Komitənin tərkibinə seçilmiş 

sayılır-lar.  

6. Komitənin üzvləri dörd il müddətinə seçilirlər. Namizədlikləri təkrar irəli 

sürüldükdə onların yenidən seçilmək hüququ vardır. İlk seçkilərdə seçilən beş 

üzvün səlahiyyət müddəti iki illik dövrün sonunda bitir; ilk seçkilərdən sonra 

dərhal bu beş üzvün adları Müşavirənin sədri püşkatma vasitəsilə 

müəyyənləşdirir.  

7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə və ya Komitənin 

üzvü vəzifələrini hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə, 

Komitənin həmin üzvünü irəli sürmüş iştirakçı dövlət qalan müddət üçün öz 

vətəndaşları sırasından, Komitənin bəyənməsi şərti ilə, başqa ekspert təyin 

edir.  


8. Komitə öz prosedur qaydalarını müəyyən edir.  

9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.  

10. Komitənin sessiyaları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının 

Mərkəzi idarələ-rində və ya Komitənin müəyyənləşdirdiyi hər hansı digər 

münasib yerdə keçirilir. Komitə öz sessiyalarını, bir qayda olaraq, hər il 

keçirir. Komitənin sessiyasının davam etməsi müddəti bu Konvensiyanın 

iştirakçısı olan dövlətlərin müşavirəsində, Baş Məclisin bəyənməsi şərti ilə, 

müəyyənləşdirilir və zərurət olduqda ona yenidən baxılır.  

11. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyaya uyğun olaraq 

Komitənin öz funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi heyət və 

maddi vəsait ayırır.  



 

 

12. Bu Konvensiyaya uyğun təsis edilmiş Komitənin üzvləri Baş Məclis 



tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə Birləşmiş Millətlər 

Təşkilatının vəsaitindən Baş Məclisin təsdiq etdiyi məbləğdə haqq alırlar.  



Maddə 44 1. İştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların təsbit 

olunması üçün gördükləri təd-birlər haqqında və bu hüquqların həyata 

keçirilməsində əldə edilmiş tərəqqi haqqında Komitəyə Birləşmiş Millətlər 

Təşkilatının Baş katibi vasitəsilə məruzələr təqdim etməyi öhdələrinə 

götürürlər:  

a) Konvensiya müvafiq iştirakçı dövlət üçün qüvvəyə mindikdən sonra iki il 

ərzində;  

b) bundan sonra hər beş ildən bir.  

2. Bu maddəyə müvafiq surətdə təqdim olunan məruzələrdə bu Konvensiya 

üzrə öhdəliklərin yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər, 

əgər varsa, göstərilir. Komitənin həmin ölkədə Konvensiyanın qüvvəsini tam 

başa düşməsini təmin etmək üçün məruzələrdə kifayət qədər informasiya da 

olur.  

3. Komitəyə hərtərəfli ilkin məruzə təqdim etmiş iştirakçı dövlətin bu 



maddənin 1b bəndinə uyğun təqdim etdiyi sonrakı məruzələrdə əvvəl verilmiş 

əsas informasiyanı təkrarlamasına ehtiyac yoxdur.  

4. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aid 

əlavə informasiya istəyə bilər.  

5. Komitənin fəaliyyəti haqqında məruzələr hər iki ildən bir İqtisadi və Sosial 

Şura vasitəsilə Baş Məclisə təqdim olunur.  

6. İştirakçı dövlətlər öz məruzələrinin öz ölkələrində geniş aşkarlığını təmin 

edirlər.  



Maddə 45  Bu Konvensiyanın səmərəli həyata keçirilməsinə kömək göstərmək 

və Konvensiyanın əhatə etdiyi sahədə beynəlxalq əməkdaşlığı həvəsləndirmək 

məqsədilə:  

a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinin, Uşaq 

Fondunun və digər or-qanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların 

səlahiyyət dairəsinə daxil olan müddəalarının həyata keçirilməsi məsələlərinə 

baxılmasında təmsil edilsinlər. Komitə məqsədəuyğun saydığı halda Birləşmiş 

Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər 

səlahiyyətli orqanlara təklif edə bilər ki, onların müvafiq səlahiyyət dairəsinə 

daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi barədə ekspertlərin 

rəyini təqdim etsinlər. Komitə Birləşmiş Millətlər Təşkilatının 

ixtisaslaşdırılmış idarəlinə, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər 

ki, onların fəaliyyət dairəsinə daxil olan sahələrdə Konvensiyanın həyata 

keçirilməsi haqqında məruzələr təqdim etsin-lər;  




 

 

b) İştirakçı dövlətlərin texniki məsləhət və ya yardım barədə xahiş edilən və ya 



buna tələbatı göstərilən hər hansı məruzələrini, habelə həmin xahiş və ya 

göstərişlərlə əlaqədar Komitənin irad və təklifləri varsa, bunları Komitə 

məqsədəuyğun saydığı halda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış 

idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli orqanlara göndərir;  

c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, uşaq hüquqlarına aid ayrı-ayrı 

məsələlər barədə Baş Məclisin adından tədqiqatlar aparılmasını Baş katibə 

təklif etsin;  

d) Komitə bu Konvensiyanın 44-cü və 45-ci maddələrinə müvafiq surətdə 

alınmış informasiya əsasında ümumi xarakterli təklif və tövsiyələr irəli sürə 

bilər. Ümumi xarakterli bu təklif və tövsiyələr marağı olan hər hansı iştirakçı 

dövlətə göndərilir və iştirakçı dövlətlərin iradları varsa, bunlarla birlikdə Baş 

Məclisə bildirilir.  



III Hissə  

Maddə 46   Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün 

açıqdır.  



Maddə 47   Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün 

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.  



Maddə 48   Bu Konvensiya hər hansı dövlətin ona qoşulması üçün açıqdır. 

Qoşulma haqqında sənədlər saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının 

Baş katibinə təhvil verilir.  

Maddə 49 1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma sənədinin 

saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verildiyi 

gündən sonra otuzuncu gün qüvvəyə minir.  

2. İyirminci təsdiqnamə və ya qoşulma sənədi saxlanılmağa təhvil verildikdən 

sonra bu Kon-vensiyanı təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün bu 

Konvensiya onun öz təsdiqnaməsini və ya qoşulma sənədini saxlanmağa təhvil 

verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.  

Maddə 50 1. İstənilən iştirakçı dövlətin düzəliş təklif etmək və onu Birləşmiş 

Millətlər Təşkilatının Baş katibinə təqdim etmək  ixtiyarı vardır. Sonra Baş 

katib təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə göndərərək onlardan həmin 

təkliflərə baxılıb səsvermə keçirilməsi məqsədilə iştirakçı dövlətlərin 

konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirməyi xahiş edir. 

Əgər belə məlumatın verildiyi gündən dörd ay ərzində iştirakçı dövlətlərin ən 

azı üçdə biri bu konfransın çağırılmasına tərəfdar çıxarsa, onda Baş katib 

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Bu 

konfransda səsvermədə olan və iştirak edən iştirakçı dövlətlərin əksəriyyətinin 

qəbul etdiyi hər hansı düzəliş Baş Məclisin təsdiqinə verilir.  




 

 

2. Bu maddənin 1-ci bəndinə uyğun qəbul olunmuş düzəliş Birləşmiş Millətlər 



Təşkilatının Baş Məclisi tərəfindən təsdiq edildikdən və iştirakçı dövlətlərin 

üçdə ikisindən ibarət əksəriyyəti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə 

minir.  

3. Düzəliş qüvvəyə mindikdə onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi 

olur, digər işti-rakçı dövlətlər üçün isə bu Konvensiyanın müddəaları və qəbul 

etdikləri bütün əvvəlki düzəlişlər məcburi olaraq qalır.  



Maddə 51 1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiqetmə 

və ya qoşulma anında irəli sürdükləri qeyd-şərtlərin mətnini alır və bütün 

dövlətlərə göndərir.  

2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlərə 

yol verilmir.  

3. Qeyd-şərtlər istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə 

müvafiq bildiriş göndərmək yolu ilə geri götürülə bilər. Sonra Baş katib bu 

barədə bütün dövlətlərə məlumat verir. Belə bildiriş Baş katib tərəfindən 

alındığı gündən qüvvəyə minir.  

Maddə 52 Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə yazılı bildiriş göndərmək yolu ilə bu Konvensiyanı etibarsız elan edə 

bilər.  

Etibarsız elanetmə Baş katibin bildirişi aldığı vaxtdan bir il keçdikdən sonra 

qüvvəyə minir.  

Maddə 53  Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın 

depozitarisi təyin edilir.  



Maddə 54  Bu Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində 

mətnləri eyni dərəcədə autentik olan əsli saxlanmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə təhvil verilir.  

Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada 

vəkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı 

imzaladılar. 

 

 



 

Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə