Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

Başlıq:       



       Dünyanı verəlim cocuqlara heç deyilsə bir günlüyə 

                             Allı-pullu bir balon kibi verəlim, oynasınlar... 

                                                                                                                Nazim Hikmət 

                     Sərgidə aşağıdakı sitatlardan istifadə edə bilərik: 

 

Uşaq da meyvə tək yetişən olar, 

Əsəbi bərkiyər, ət-qana dolar. 

Elə ki, sümüklə dəri bərkiyər, 

Qafada beyninin yeri bərkiyər. 

O uşaq kamala can ata-ata

Ağlına ağıllı söz bata-bata. 

Təlim məktəbinə çapar atını, 

Arzu şərbətinin duyar dadını. 

                                                                                              Nizami Gəncəvi

Ana istəyir ki, onun övladı –  

Aslan kimi qorxmaz, pərvüqar olsun. 

Ətəkdən yapışan, əl açan deyil, 

Özgəyə əl tutan, havadar olsun. 

                                                                                               S. Həlimşah 

 

... Elə düşünməyin ki, siz uşağın tərbiyəsilə yalnız onunla danışarkən və ya 

öyrədərkən, ya da ona əmr edərkən məşğul olursunuz. Siz onu hər an hətta evdə 

olmadığınız vaxtda da tərbiyə edirsiniz. 

                     

A.S. Makarenko 

Uşaq üçün hər bir oyun ciddi xarakter daşıyır, çünki o, oynayarkən yaşayır. O, 

yalnız oynayarkən öyrənir. Ruhən və cismən böyüyür. 

                                                                                               A.V. Lunaçarski. 

Az təhqir görən uşaq, öz ləyaqətini dərindən dərk edən insan kimi yetişər. 

                                                                                               N.Q. Çernişevski.  

Uşaqlar - bizim sabahkı hakimlərimizdir, bizim dünyagörüşümüzün, 

əməllərimizin tənqidçiləridir. 

                                                                                       M. Qorki. 

... Uşaqların özlərini görmək , düşünmək və hiss etmək qabiliyyəti var, bunu öz 

duyğularımızla əvəz etməyə çalışmaqdan ağılsız şey ola bilməz. 

                                                                                         J. J. Russo                                                          



 

 

           



                      

   


 

                               

                   

  

                                                 



                                                   

 

                                         



İntelektual oyun

 

Bilirik ki, kitabxanalar uşaqları maarifləndirməklə yanaşı onların intellektual 



səviyyələrinin  yüksəldilməsində də xüsusi rol oynayır. Bu səbəbdən də uşaqlara 

hüquqlarından bəhs edən oyunların keçirilməsidə məqsədəuyğundur.  

Bu mövzuda uşaqlar arasında bir sıra oyunlar keçirə bilərik.  

Bu təşəbbüs  uşaqların İnkişaf  hüququna uyğun olaraq fərdlər arasında irqindən, 

cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün uşaqların eyni hüquqa malik 

olmaları haqqında uşaqları məlumatlandıracaqdır. Oyunu təşkil etmək üçün uşaqlardan 




 

 

ibarət qruplar və komandalar yaradırıq. Oyun konvensiyaya uyğun iki mərhələdə 



keçirilir. Hər bir mərhələ ayrı-ayrı hüquqlardan bəhs edir. Sonda uşaqların fikirlərini 

öyrənirik. 

                                       

I oyun -  İnkişaf  hüququ

 

A - Kollecdə oğlan və qızlardan ibarət komputer kurslarnın 

təşkilatçısı. B – Gənclər qrupunun rəhbəridir  

 A kollecdə komputer kurslarına yalnız oğlanları qəbul edir. O fikirləşir ki, 

qızlar, kursa getsələr də öyrəndiklərindən istifadə edə bilməyəcəklər. İşlə onların 

təmini çətin olacaq.Sabah ailə qurduqdan sonra onlara  öyrəndikləri lazım 

olmayacaq. 

B isə tamam əks olaraq fikirləşir. O A-nı dəstəkləmir. Bu əslində ədalətsizlikdir. 

Həm oğlan həm də qızlar gələcəkdə ailələrin təmini üşün iş qabiliyyətinə 

malikdirlər.Əgər qızlar da yaxşı təlim almasalar gələcəkdə gəlirli bir işə düzələ 

bilməzlər. 

Sual:Kimin fikri doğrudur? 

                                             

II oyun   

 

A – orta məktəb tələbəsidir . Siz xarici ölkə tələbələri ilə birgə təhsil alırsınız 

amma onları xoşlamırsınız. Onlar öz dillərində danışır. Siz onları başa düşmürsünüz. 

Siz dostlarınızı onlarla danışmamağa, onların öz vətənlərinə getməkləri üçün 

çağırışlara qoşulmağa çağırırsınız. B-isə A dan fərqli olaraq onlarla ünsiyyət qurmağa,  

onlardan ölkələri haqqında məlumatlar əldə etməyə , hətta onların dillərini  belə 

öyrənməyə çalışır. 

       Sual : Hansı ədalətlidir?                                 

 

        



   ( Gənc oxuculrın ifasında hazırladığı səhnəyə tamaşa edək.)  

( Səhnəyə uşaqlar gəlir. Onlar hüquqları haqqında öz aralarında söhbətə başlayırlar)  

 

-

 



Uşaqlar bilirsiniz dünyada təxminən 130 milyon məktəbyaşlı uşaq hələdə məktəbə 

gedə bilmirlər.  

-

 

 12 milyona yaxın uşaq hər il müxtəlif qarşısı alınmaz xəstəliklərdən ( malyariya, 



pnevmaniya,)  əziyyət çəkir . 

-

 



On minlərlə uşaq istismara məruz qalir. 

-

 



Uşaqlar niyə belə əziyyət çəkirlər axı? Onlara belə laqeyidliyin səbəbi nədir 

görəsən? 

-

 

Bu uşaqlara necə kömək edə bilərik? Əsrlərlə davam edən müharibələr, onların 



törətdikləri fəsadlar. Bunun üçün uşaqların hər zaman müdafiəyə ehtiyacı vardır. 

Axı müharibələr zaman-zaman təkrarlanır. Hər bir uşağınsa firavan həyat sürməyə 

haqqı vardır. Şən,  qayğısız uşaqlıq illərindən onları mərhum etmək olmaz. Bunun 



Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə