Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

Prinsip 3 

Uşaq doğulduğu andan ad və vətəndaşlıq hüququna malikdir. 

Prinsip 4 

Uşaq sosial təminatın imtiyazlarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf 

etmək hüququna malikdir, bu məqsədlə həm o özü, həm də onun anası, doğumdan 

əvvəl və doğumdan sonrakı lazımi qayğı da daxil olmaqla, xüsusi qayğı və müdafiə ilə 

təmin edilməlidir. Uşaq lazımi qaydada qidalanma, mənzil, əyləncə və tibbi xidmət 

hüququna malikdir. 



Prinsip 5  

Fiziki, əqli və yaxud sosial baxımdan qüsurlu uşaq, onun xüsusi vəziyyətinə görə 

zəruri olan xüsusi rəftar, təhsil və qayğı ilə təmin olunmalıdır. 

Prinsip 6 

Uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün sevgiyə və başa düşülməyə  ehtiyac 

duyur. O, mümkün olduğu qədər öz valideynlərinin himayəsi və məsuliyyəti altında və 

istənilən halda sevgi, mənəvi və maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, 

müstəsna hallar istisna edilməklə, öz anasından ayrılmamalıdır. Ailəsi olmayan 

uşaqlara və yaşamaq üçün kifayət qədər vəsaiti olmayan uşaqlara xüsusi qayğı 

göstərmək cəmiyyətin və ictimai hakimiyyət orqanlarının vəzifəsidir. Yaxşı olardı ki, 

çoxuşaqlı ailələrə uşaqları saxlamaq üçün dövlət müavinətləri və ya digər müavinətlər 

ayrılsın 

Prinsip 7 

Uşaq təhsil almaq hüququna malikdir, bu təhsilin heç olmazsa ibtidai mərhələləri

pulsuz və məcburi olmalıdır. Ona elə bir təhsil verilməlidir ki, bu, onun ümumi mədəni 

inkişafına kömək etsin və bu inkişaf sayəsində o, imkanların bərabərliyi əsasında öz 

qabiliyyətlərini və şəxsi mühakiməsini, habelə mənəvi və sosial məsuliyyət 

düşüncəsini inkişaf etdirə və cəmiyyətin faydalı üzvü ola bilsin.Uşağın maraqlarının ən 

yaxşı şəkildə təmin edilməsi onun təhsili və təliminə məsuliyyət daşıyanlar üçün 

rəhbər prinsip olmalıdır: bu məsuliyyət hər şeydən əvvəl onun valideynlərinin üzərinə 

düşür.Uşaq, təhsilin xidmət etdiyi məqsədlərə xidmət edən oyunlarda və əyləncələrdə 

iştirak etmək üçün tam imkanlarla təmin olunmalıdır; cəmiyyət və ictimai hakimiyyət 

orqanları göstərilən hüququn həyata keçirilməsinə imkan yaratmaq üçün səy 

göstərməlidirlər. 



Prinsip 8 

Uşaq bütün hallarda müdafiə və yardımı ilk növbədə alanların sırasında          

olmalıdır. 

Prinsip 9 

Uşaq laqeyd və amansız münasibətin, habelə istismarın bütün formalarından müdafiə 

olunmalıdır. O, heç bir formada alver obyekti olmamalıdır.Uşaq lazımi minimum yaş 

həddinə çatmayana qədər işə qəbul edilməməlidir; heç bir halda ona, sağlamlığı və ya 




 

 

təhsili üçün ziyanlı ola biləcək və yaxud onun fiziki, əqli və əxlaqi inkişafına mane ola 



biləcək hər hansı iş və ya məşğuliyyət tapşırılmamalı və tapşırılmasına icazə  

verilməməlidir. 



Prinsip 10 

Uşaq irqi, dini və yaxud hər hansı bir digər ayrı-seçkilik formasını təşviq edən 

təcrübədən uzaq tutulmalıdır. O, qarşılıqlı anlaşma, dözümlülük, xalqlar arasında 

dostluq, sülh və ümumi qardaşlıq ruhunda, həmçinin öz enerjisini və istedadını 

yoldaşlarının xeyrinə sərf etmək düşüncəsində tərbiyə olunmalıdı. 

Uşaqlara vermişik dünyanı bir illiyə, 

Sarsılmış əsəbləri dincəlib kainatın.  

Bal körpələr öyrətsin böyükləri birliyə, 

O südəmər çağları geri dönsün həyatın. 

 

Vədəsiz soluxmasın çəmən, çiçək, göy otlar. 



Qayıtsın nizamına qoy iqlim qurşaqları. 

Barıt-qurşun yükünü yerə qoysun buludlar, 

Əyilsin, qanadına mindirsin uşaqları. 

 

 Gözü bağlı işlərdən göz açanda gördük ki, 



 Bir körpə insafına möhtac qalıb dünyamız. 

 Dünyanı bir illiyə uşaqlara verdik ki: 

 Saflaşsın xəmirimiz, təmizlənsin mayamız. 

 

 Raketlər - körpələrin yalançı tapançası, 



 Lap milyonu yığılsa oldürəmməz milçəyi... 

  Barı çıxsın bir illik yerin ağrı-acısı, 

  Sonrada uşaqlara tapşıraq gələcəyi.  

                                                                                  Məmməd Aslan             



                                            Son 


 

 

İstifadə edilmiş ədəbiyyat:



 

1

www.migration.gov.az



 

2. Uşaq hüquqları və onların tədrisi / UNİCEF. Uşaq Hüquqları üzrə Azərbaycan QHT 

Alyansı Avropa Birliyi. - Bakı, 2006. - 110 s. 

 

3.    İnsan və uşaq hüquqlarının Avropa və BMT sistemi çərçivəsində müdafiəsi 

mexanizmləri = Механизмы зашиты прав человека и ребенка в рамках 

Организации Объединенных Наций и Совета Европы  / "Ümidli Gələcək" 

Gənclər Təşkilatı, 2005. - 214 s.  



4.   Uşaq hüquqları hamı üçün. – B, 2009. -  128 s. 

Redaktor:    Şəhla  Qəmbərova  -     F. Köçərli adına Respublika 

                     Uşaq  Kitabxanasının direktoru 

Tərtib edəni:  Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq 

                      Kitabxanası  elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

Korrektor:     Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq      

                      Kitabxanası elmi-metodika şöbəsinin müdiri.



 

 

ƏLAVƏ 



I Hissə  

Maddə 1 Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri 

üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə 

o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.  

Maddə 2  1. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni 

qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, 

siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak 

vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa 

hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların 

yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan 

bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər.  

2. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və ya 

digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri 

əsasında uşağın ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə 

olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri görürlər.  



Maddə 3  1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq 

mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial 

təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr 

tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik 

orqanları tərəfindən.  

2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə 

onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə 

alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi 

öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati 

tədbirləri görürlər.  

3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya 

müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli 

orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların 

işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından 

cavab versinlər.  

Maddə 4 İştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata 

keçirilməsi üçün bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər 

tədbirləri görürlər. İştirakçı dövlətlər iqtisadi, sosial və mədəni hüquqlar 

barəsində belə tədbirləri malik olduqları ehtiyatların maksimum çərçivəsində 

və lazım gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər.  

Maddə 5 İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu 

kimi, müvafiq hallarda genişləndirilmiş ailə və ya icma üzvlərinin, 




Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə