Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

qəyyumların və ya qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin 



bu Konvensiyada tanınan hüquqların uşaqlar tərəfindən həyata keçirilməsində 

onu lazımınca idarə etmək və ona rəhbərlik etmək və bunu uşağın inkişaf 

etməkdə olan qabiliyyətinə müvafiq sürətdə yerinə yetirmək məsuliyyətinə, 

hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.  



Maddə 6  1. İştirakçı dövlətlər təsdiq edirlər ki, hər bir uşağın yaşamaq üçün 

ayrılmaz hüququ vardır.  

2. İştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini 

maksimum mümkün olan dərəcədə təmin edirlər.  



Maddə 7  1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan 

ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz 

valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.  

2. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata 

keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə 

uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik 

olmayacağı halda təmin edirlər.  

Maddə 8   1. İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, 

qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən 

vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi 

öhdələrinə götürürlər.  

2. Əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından 

qanunsuz məhrum edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda 

bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər.  

Maddə 9 1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların 

arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun 

olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq 

surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu 

müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya 

digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və 

ya onun qayğısına qalmadıqda və ya vali-deynlər bir-birindən ayrı yaşadıqda 

və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər.  

2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar 

tərəflərə araşdır-mada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı 

verilir.  

3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş 

uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr 

saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin 

uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.  



 

 

4. Belə ayrılıq iştirakçı dövlətin qəbul etdiyi hər hansı qərardan, məsələn, 



valideynlərdən biri-nin və ya hər ikisinin və ya uşağın həbsə alınması, 

həbsxanada saxlanması, ölkədən çıxarılması, deportasiyası və ya ölümü (o 

cümlədən həmin şəxsin dövlətin sərəncamında olduğu dövrdə hər han-sı 

səbəbdən baş vermiş ölümü) ilə əlaqədar qərardan irəli gəldikdə həmin iştirakçı 

dövlət ailənin qaib üzvünün, üzvlərinin olduğu yer barəsində valideynlərə

uşağa və ya, əgər lazım gələrsə, ailənin başqa üzvünə onların xahişi ilə zəruri 

məlumat verir, bir şərtlə ki, bu məlumatın verilməsi uşağın ri-fahına ziyan 

vurmasın. İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, özlüyündə bu cür 

xahişin verilməsi müvafiq şəxs, şəxslər üçün xoşagəlməz nəticələrə gətirib 

çıxarmasın.  



Maddə 10  1. İştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə 

uyğun olaraq uşağın və ya onun valideynlərinin ailənin birləşməsi məqsədilə 

iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə ərizələrinə iştirakçı 

dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İştirakçı 

dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və 

onların ailə üzvləri üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın.  

2. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna 

olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr 

saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 

2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun 

valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz 

ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək 

hüququ barəsində yalnız elə məhdu-diyyətlər qüvvədədir ki, onlar qanunla 

müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordre 



public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin 

hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan 

başqa hüquqlarla bir araya sığır.  

Maddə 11 1. İştirakçı dövlətlər uşağın qanunsuz aparılmasına və xaricdən 

qaytarılmamasına qarşı mübarizə üçün tədbirlər görürlər.  

2. Bu məqsədlə iştirakçı dövlətlər ikitərəfli və ya çoxtərəfli sazişlər bağlamağa 

və ya qüvvədə olan sazişlərə qoşulmağa kömək edirlər.  



Maddə 12  1. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan 

uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək 

hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə 

uyğun lazımi diqqət yetirilir.  

2. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya 

inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq 




Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə