Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

Maddə 22   1. İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq 

edilən beynəlxalq və ya daxili hüquqa və qaydalara müvafiq surətdə qaçqın 

sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfindən istər müşayiət edilən, 

istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin iştirak 

etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə və ya humanitar 

sənədlərdə şərh olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi 

müdafiə və humanitar yardımla təmin etmək üçün zəruri tədbirləri görürlər.  

2. Bu məqsədlə iştirakçı dövlətlər belə uşağın müdafiəsi və ona kömək 

göstərilməsi, hər hansı qaçqın uşağın öz valideynlərini və ya digər ailə 

üzvlərini axtarıb tapması, öz ailəsinə qovuşmaqdan ötrü lazımi məlumat alması 

üçün Birləşmiş Millətlər Təşkilatının və onunla əməkdaşlıq edən digər 

səlahiyyəti hökumətlərarası təşkilatların və ya qeyri-hökumət təşkilatlarının 

bütün səylərinə zəruri saydıqları hallarda kömək edirlər. Valideynləri və ya 

digər ailə üzvlərini tapmaq mümkün olmadıqda belə uşaq, bu Konvensiyada 

nəzərdə tutulduğu kimi, hər hansı səbəbdən öz ailə mühitin-dən daimi və ya 

müvəqqəti məhrum olmuş istənilən digər uşaqla eyni dərəcədə müdafiə edilir.  

Maddə 23  

1. İştirakçı dövlətlər təsdiq edirlər ki, əqli və ya fiziki çatışmazlığı olan uşaq 

onun ləyaqətini təmin edən, özünə inamını artıran və cəmiyyət həyatında fəal 

iştirakını asanlaşdıran şəraitdə tam dəyərli və ləyaqətli həyat sürməlidir.  

2. İştirakçı dövlətlər çatışmazlığı olan uşağın ona xüsusi qayğı göstərilməsi 

hüququnu təsdiq edir və belə hüquqa malik olan uşağa və onun qayğısına 

qalmaq üçün məsuliyyət daşıyanlara mövcud ehtiyatlar daxilində xahiş edilmiş 

yardımın göstərilməsini, həm də uşağın vəziyyətinə və onun valideynlərinin və 

ya uşağa qayğını təmin edən digər şəxslərin vəziyyətinə uyğun olan yardımın 

göstərilməsini həvəsləndirir və təmin edirlər.  

3. Çatışmazlığı olan uşağın xüsusi ehtiyaclarının təsdiqi kimi, bu maddənin 2-

ci bəndinə uyğun olaraq imkan daxilində ona yardım valideynlərin və ya uşağa 

qayğını təmin edən digər şəxs-lərin maliyyə ehtiyatları nəzərə alınmaqla pulsuz 

verilir və çatışmazlığı olan uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, 

sağlamlığın bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərə-

li istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini elə təmin etmək 

məqsədi güdür ki, bunlar uşağın sosial həyata imkan daxilində daha tam cəlb 

edilməsinə və uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, 

şəxsiyyətinin püxtələşməsinə gətirib çıxarsın.  

4. İştirakçı dövlətlər çatışmazlığı olan uşaqların profilaktik səhiyyəsi və tibbi, 

psixoloji və funksional müalicəsi sahəsində müvafiq məlumat mübadiləsinə, o 

cümlədən reabilitasiya, ümumtəh-sil və peşə hazırlığı metodlarına dair 

məlumatın yayılmasına, habelə bu məlumatdan istifadə olunmasına beynəlxalq 



 

 

əməkdaşlıq ruhunda kömək edirlər ki, iştirakçı dövlətlərə bu sahədə öz 



imkanlarını yaxşılaşdırmağa, biliklərini zənginləşdirməyə və öz təcrübələrini 

artırmağa şərait yaratsınlar. Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin 

tələbatına xüsusi diqqət yetirilməlidir.  

Maddə 24  1. İştirakçı dövlətlər uşağın ən mükəmməl səhiyyə sistemi 

xidmətlərindən və xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən 

istifadə etmək hüququnu təsdiq edirlər. İştirakçı dövlətlər təmin etməyə 

çalışırlar ki, heç bir uşaq səhiyyə sisteminin belə xidmətlərindən istifadə etmək 

hü-ququndan məhrum olmasın.  

2. İştirakçı dövlətlər həmin hüququn tam həyata keçirilməsinə çalışır və lazımi 

tədbirlər görürlər ki:  

a) körpələr və uşaqlar arasında ölüm hallarının səviyyəsi aşağı düşsün;  

b) ilkin tibbi-sanitariya yardımının inkişafına birinci növbədə diqqət yetirmək 

şərtilə bütün uşaqlara lazımi tibbi yardım göstərilməsi və onların sağlamlığının 

mühafizəsi təmin edilsin;  

c) xəstəliklərə və doyunca yeməməyə qarşı mübarizə aparılsın, o cümlədən 

ilkin tibbi-sani-tariya yardımı çərçivəsində, digər vasitələrlə yanaşı, asanlıqla 

əldə olunan texnologiyanın tətbiq edilməsi və kifayət qədər qidalı ərzaq və 

təmiz içməli su verilməsi yolu ilə, ətraf mühitin çirklənməsi təhlükəsi və riski 

nəzərə alınaraq mübarizə aparılsın;  

d) analara doğuşqabağı və doğuşdan sonrakı dövrlərdə sağlamlığını qorumaq 

üçün lazımi xidmətlər göstərilsin;  

e) uşaqların sağlamlığı və qidalanması, əmizdirmənin üstünlükləri, gigiyena, 

uşağın yaşadığı mühitin sanitariyası və bədbəxt hadisələrin qarşısının alınması 

barədə cəmiyyətin bütün təbəqələrinə, xüsusən valideynlərə və uşaqlara 

məlumat verilməsi, habelə onların təhsil alması və belə biliklərdən istifadə 

etməkdə dəstəklənməsi təmin edilsin;  

f) profilaktik tibbi yardım və ailənin ölçüsünün planlaşdırılması sahəsində 

maarifçilik işi və xidmətlər inkişaf etdirilsin.  

3. İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən ənənəvi 

praktikanın aradan qaldırılması məqsədilə hər cür səmərəli və lazımi tədbirləri 

görürlər.  

4. İştirakçı dövlətlər bu maddədə təsdiq olunan hüququn tam həyata 

keçirilməsinə tədricən na-il olmaq məqsədilə beynəlxalq əməkdaşlığı 

həvəsləndirməyi və inkişaf etdirməyi öhdələrinə götürürlər. Bununla əlaqədar, 

inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.  



Maddə 25   İştirakçı dövlətlər uşağa qulluq, onun müdafiəsi və ya fiziki, yaxud 

psixi müalicəsi məqsədilə səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş 

uşağın keçdiyi müalicənin və onun üzərində belə qəyyumluqla bağlı bütün 



Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə