Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
  1   2   3   4   5   6   7   8   9   ...   17


AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOJİ ÜSULLARLA 

TƏMIZ MƏHSUL ISTEHSALI, EMALI, ETIKETLƏNMƏSI VƏ 

MARKETİNQİ ÜÇÜN 

 

STANDARTLAR 

 

( Bu standartlar Beynəlxalq  Ekoloji Standartların əsasında  

Gəncə Aqrobiznes Assosiasiyasının işçi heyəti tərəfindən işlənib hazırlanmışdır ) 

 

Бу standartлар  aşağıdakılara əsaslanaraq tərtib olunub: 

•  Ekoloji  istehsal  və  kənd  təsərrüfatında  qida  məhsulları  üzrə  Avropa  Birliyi 

Əsasnaməsi (EEC № 2092/91), kənd təsərrüfatı məhsullarına və qida məhsullarına dair 

göstərişlər və bütün zəruri əlavələr

•   Amerika Birləşmiş Ştatlarının ekoloji kənd təsərrüfatı istehsalı və idarə edilməsi 

üzrə kənd təsərrüfatı milli standartları departamenti; 

• Ekoloji kənd təsərrüfatı məhsulları üzrə Yaponiya kənd təsərrüfatı standartı.  Bildiriş 

№ 59,  Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq  Nazirliyi; 

•  Ekoloji  üsulla  istehsal  olunmuş  qida  məhsullarının  emalı,  etiketlənməsi    və 

marketinqi üçün Codex Alimentarius standartı; 

•  Ekoloji istehsal  və emal üçün  IFOAM-ın (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı 

Hərəkatı Federasiyası) Baza Standartları.  

Bu  Standart  ekoloji  idarəetmə  sisteminə  malik  olan  istehsalçıların  ISO 

9001(Keyfiyyətin  idarəetmə  sistemləri  modeli),  SQF  2000  (Təhlükəsiz  və  keyfiyyətli 

qida) və ISO 14001 (Ətraf mühiti nəzərə alan idarəetmə sistemləri)  kimi   beynəlxalq 

standartlarda  istifadə  edilən  plan,  yoxlama  və  şərhlərə  əsaslanan  tələblərini  özündə 

cəmləşdirir. Bu standarta uyğunluq onların fəaliyyət dairələrini genişləndirməyə imkan 

verir.  

Ekoloji  sertifikatlaşdırma  ancaq  bu  standartlar  çərçivəsində  olan  ekoloji  istehsala 

şamil  edilə  bilər.  Yaxşı  Kənd  Təsərrüfatı  Təcrübəsi  (GAP)  prinsipləri  bu  standartlar 

çərçivəsində o vaxtadək davam edəcək ki, bu standartın tələblərinə əks çıxmasın.  



Bazara çixiş problemləri 

Ekoloji bazara çıxış əldə etmək istəyənlər bu standartların bütün aspektlərini yerinə 

yetirməlidir.   

Avropa Birliyi və İsveçrəyə çıxış  

Avropa Birliyi və İsveçrə bazarlarına çıxış arzuları bu standartların bütün aspektləri 

ilə razılıq zəminində mümkün ola bilər.  

Bu standartların məqsədləri aşağıdakılardır:  

 



İstehlakçıları  bazarda  yalan,  fırıldaq  və  məhsul  haqqında  əsassız    şikayətlərdən 

qorumaq;  

 

Ekoloji  məhsul  istehsalçılarını  digər  kənd  təsərrüfatı  məhsullarını  ekoloji  adı  ilə  



istehsal edən istehsalçılardan qorumaq;  

 



İstehsalın,  hazırlıq  işlərinin,  saxlanmanın,  daşınmanın  və  marketinqin  bütün 

mərhələlərinin  inspeksiya  olunması  və  bu  standartların  tələblərinə  uyğunluğuna 

əmin olmaq;  



 

GABA standartlarına əsasən istehsal, sertifikatlaşdırma, tanınma üçün təminatı və 



ekoloji yolla istehsal edilən məhsulların etiketlənməsını tənzimləmək. 

 

Bu standart  ekoloji məhsullara olan tələbləri istehsal və marketinq standartları baxı-



mından, inspeksiyaların planlaşdırılması və sertifikatlaşdırma qurumlarının etiketləməyə 

olan tələblərini  tənzimləyir.   

Bu standartlar təsərrüfatlarda ekoloji istehsalın prinsiplərini, hazırlıqları, saxlanmanı, 

daşınmanı etiketlənməni və marketinq mərhələlərini tənzimləyir, torpaqda əlverişli şərait 

yaratmaq  və    münbitliyi  artırmaq  üçün    istifadəsinə icazə  verilən  vasitələri qeyd    edir, 

bitki  zərərvericiləri    və  xəstəliklərinə  qarşı  nəzarəti,  qida  əlavələri  və  emala  köməkçi 

vasitələrin  tətbiqini  tənzimləyir.  Etiketlənmə  məqsədilə  “ekoloji  istehsal  üsullarından 

istifadə  edilib”  kimi  terminlərin  istifadəsi  sertifikatlaşdırma  qurumunun  və  digər 

səlahiyyətli şəxslərin nəzarəti olmadan becərilən məhsullar üçün qadağandır.    

Ekoloji kənd təsərrüfatı ətraf mühitin qorunmasına kömək göstərən ən geniş yayılmış 

metodologiyalardan  biridir.  Ekoloji  istehsal  sistemi  spesifik  və    dəqiq  istehsal 

standartlarına  əsaslanır ki, bu standartlar da sosial, ekoloji və iqtisadi cəhətdən optimal 

aqrosistemə  malik olmağı qarşıya məqsəd qoyur. Ekoloji sistemi daha aydın təsvir etmək 

üçün sinonim olan ”bioloji” və  “üzvi” terminlərindən də istifadə olunur.  

Ekoloji istehsal olunmuş ərzaqlar üçün olan tələblər digər istehsal prosedurlarına və 

özəlliklərinə  malik olan  və  fərqli identifikasiya  və  etiketlənməyə  malik  ərzaqlara olan 

tələblərdən  fərqlənir.   

“Ekoloji” – məhsulun ekoloji istehsal standartlarına müvafiq istehsal olunduğunu və 

müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikat almasını göstərən bir etiketləmə 

terminidir.  Ekoloji  kənd  təsərrüfatı  kənardan  gətirilən  vasitələrin  minimuma  endiril-

məsinə,  sintetik  kimyəvi  gübrələrin  və  pestisidlərin  istifadəsini  məhdudlaşdırılmasına 

əsaslanır.    

Eyni  zamanda  ekoloji  kənd  təsərrüfatı  praktikası    ümumi  ətraf  mühitin  çirklənməsi 

zəminində    məhsulların  tərkibində  kimyəvi  vasitələrin  qalıqlarının  olmamasına  tam 

zəmanət verə bilməz. Bununla belə, havanın, torpağın və suyun çirklənməsini minimuma 

endirmək üçün müxtəlif üsullardan istifadə edilməkdədir.   

Ekoloji ərzaq istehsalçıları, emalçılar və pərakəndə satıcılar ekoloji kənd təsərrüfatı 

məhsullarının inteqrasiyasını qoruyub saxlamaq üçün standartları dəstəkləyir və ona əməl 

edir.  Ekoloji  kənd  təsərrüfatının  ilkin  məqsədi  bir-biri  ilə  əlaqəli  olan  icmaların,  yəni 

torpaq  həyatı,  bitki,  heyvan  və  insanların  sağlamlığı  və  məhsuldarlığını  optimallaş-

dırmaqdan ibarətdir.   

Ekoloji kənd təsərrüfatı  aqrosistemin sağlamlığını, biomüxtəlifliyi, bioloji dövranı  və 

torpağın  bioloji  aktivliyini  artıran  və  inkişaf  etdirən  tam  bir  sistemdir.  O,  idarəetmə 

praktikasını  kənardan  gətirmə  vasitələrinin  tətbiqindən  üstün  tutur  və  bu  zaman  yerli 

sistemə adaptasiya  olunma da nəzərə alınır.   

 Bu  sintetik  materialların  tətbiqinə  və  hər  hansı  bir  spesifik  funksiyaların  sistem 

daxilində  həyata  keçirilməsinə  əks  olaraq    mümkün  olan  yerlərdə  mədəni,  bioloji  və 

mexaniki  üsulların  tətbiqi  ilə  həyata  keçirilir.  Ekoloji  istehsal  sistemi  aşağıdakı  kimi 

təsvir olunur:  

a)  bütün  sistem daxilində bioloji müxtəlifliyi canlandırmaq;  

b)  torpağın bioloji aktivliyini artırmaq;  

c)  torpaq münbitliyini uzun müddət saxlamaq;  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə