Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   ...   9   10   11   12   13   14   15   16   17

39. Heyvanların tövləsi düz, amma sürüşkən olmayan döşəməyə malik olmalıdır. Döşəmə 

tamamilə ensiz taxtalardan – reyka və ya məhəccərdən ibarət olmamalıdır. 

40.  Heyvanların  tövləsi  möhkəm  materiallardan  təşkil  olunmaqla  onların  uzanması  – 

istirahəti üçün kifayət ölçüdə və rahat, təmiz və quru olmalıdır.   

Kifayət qədər  quru döşənək  materialı  dincəlmək üçün olan əraziyə döşənir.   

41.  Danaların    individual  otaqlarda  saxlanılmasına  və  bağlanmasına  GABAın  qəbul 

etməsindən asılı olmayaraq icazə verilmir.    

42. Ana donuzlar qrup şəklində saxlanılmalıdır, müstəsna hal kimi boğazlığın sonuncu 

mərhələsi və əmizdirmə dövrü götürülür. Çoşqalar düz meydançalarda və ya qəfəslərdə 

saxlanıla  bilməz.  Saxlanma    ərazisi  onlara    ifraz  etməyə  və  yem  axtarmağa    imkan 

verməlidir.   

43. Dovşanların qəfəsdə saxlanmasına icazə verilmir.   

 

Quşçuluq  

 44. Ev quşları açıq şəraitdə saxlanmalıdır, hava şəraiti imkan verən hallarda  açıq havada 

gəzişmə imkanları olmalıdır. Ev quşlarının qəfəslərdə saxlanmasına icazə verilmir. 

45.  Ev  quşlarının  (qaz,  ördək)  hava  şəraiti  imkan  verən  yerlərdə  təbii  su  mənbələrinə, 

çaylara, göllərə, nohurlara və s. çıxışı olmalıdır.  

46. Bütün quşlar üçün hazırlanan yaşayış yerləri bərk konstruksiyadan ibarət olmalıdır və 

onun üzəri küləş, ağac ovuntuları, qum və ya torfla örtülü olmalıdır.  

Döşəmənin  kifayət  qədər  böyük  bir  hissəsi  ekskrementləri  (zıl)  toplamaq  üçün  və 

yumurtalar  toyuqların  yaşaması  üçün  boş  olmalıdır. Tarla  –  hündürlükdə  yatmaq  üçün 

olan  ərazi  növlərin  sayına  və  qrupun  ölçüsünə  görə  müvafiq  olmalıdır,  həmçinin  hər 

adekvat ölçülü belə yerlərin giriş-çıxış üçün müvafiq dəlikləri olmalıdır. 

47. Süni işıqlandırma nəticəsində təbii gün uzadılır ki, bu da toyuqların yumurtlamasını 

intensivləşdirmək məqsədi güdür, səlahiyyətli şəxslər və ya qurumlar cinslər və növlər 

üçün  coğrafi şəraiti və heyvanların sağlamlığını nəzərə alaraq maksimum uzatma saatı 

müəyyən etməlidir.   

 48. Sağlamlıq naminə hər partiya quşlar saxlanılan bina boşaldılmalı və yeni qrup quşlar 

üçün vegetasiyaya imkan yaradılmalıdır.   

 

 

 



Peyinin idarəedilməsi 

49. Peyinin idarəedilməsi praktikası heyvanların yerləşdirildiyi, salındığı və ya otarıldığı 

sahələri  ilkin  vəziyyətində  qoruyub  saxlamaq  üçün  istifadə  olunur.  Bu  aşağıdakı 

qaydalara müvafiq olaraq həyata keçirilməlidir:  

a) torpağın və suyun deqradasiyasını minimuma endirir; 

b) suyun nitratlarla və patogen bakteriyalarla  çirklənməsinə ciddi səbəb olmur;  

c) qida dövriyyəsini optimallaşdırır;  

d) yandırma və digər  təcrübələri ekoloji təcrübələrlə qarışdırmır.   

50. Peyin üçün bütün saxlanma və davranma alət və avadanlıqları, həmçinin kompostlaş-

dırma avadanlıqları elə konstruksiya edilməlidir ki, torpağın və 

suyun üst qatının çirkləndirilməsinin qarşısını alsın.  

51. Peyinin sahəyə verilməsinin səviyyəsi torpağın və suyun üst qatının çirkləndirilmə-

sinə səbəb ola biləcək səviyyəyə qədər artmamalıdır. GABA gübrə tətbiqində maksimum 

səviyyə  və  heyvanların  saxlanma  sıxlığı  barəsində  normalar  təyin  etmişdir.  Peyini 




tətbiqetmə vaxtı və tətbiqetmənin metodları  elə seçilməlidir ki, o, su hüvzələrinə, çaylara 

və göllərə yuyulub getmək riskini artırmasın.   

 

Qeydiyyatların aparılmasi və identifikasiya  

52.  Əlavə    3-də  paraqraf  7-15-də    göstərildiyi  kimi,   sahibkar gündəlik  görülən  işlərin 

qeydiyyatını aparmalıdır.   

 

Arıçılıq və arı  məhsulları 

Əsas prinsiplər  

53.  Arıçılıq  -  arıların  tozlandırma  fəaliyyətləri  nəticəsində  ətraf  mühitin,  kənd 

təsərrüfatının və meşəçiliyin zənginləşməsinə səbəb olan bir vacib fəaliyyət növüdür.    

54.  Arı  pətəkləri  ilə  davranma  və  istifadəetmə  ekoloji  təsərrüfatçılıq  prinsiplərinə 

müvafiq olmalıdır.   

55.  Toplam  əraziləri  kifayət  qədər  geniş  olmalıdır  ki,  lazımi  qədər  müvafiq  qida 

maddələri və su toplana bilsin.   

56.  Təbii  nektarların,  bal  şirələrinin  (ağacların  üzərində)  və  çiçək  tozunun  mənbələri  

ekoloji istehsal olunmuş bitkilər və ya yabanı bitkilər olmalıdır.   

57. Arıların sağlamlığı növlərin seçilməsi, yararlı və zəngin ətraf mühit, balanslaşdırılmış 

dieta və müvafiq heyvandarlıq praktikasına əsaslanmalıdır. 

58. Arı pətəkləri, əsasən, ətraf mühit və yaxud arı məhsullarını çirklənmə təhlükəsində 

qoymayan təbii materiallardan olmalıdır.  

59. Əgər arılar yabanı ərazilərdə yerləşdirilirsə, yerli həşəratların populyasiyası nəzərə 

alınmalıdır.   

 

Pətəklərin   yerləşdirilməsi  

60. Arıçılıqda istifadə olunan pətəklər mədəni bitkilər becərilən ərazilərdə və ya yabanı 

bitkilər olan ərazilərdə bu standarta əsasən Bölmə 4-də qeyd olnan istehsal qaydalarına 

müvafiq olaraq qoyulur.   

61.  GABA-nın  sertifikatlaşdırma  qurumu  sahibkar    tərəfindən  verilən  məlumata  və  ya 

digər inspeksiya proseslərinə  əsaslanaraq müvafiq bal şirəsi, nektarı  və çiçək tozu olan  

əraziləri təsdiqləyib, qəbul edəcək. 

 62. GABA-nın sertifikatlaşdırma qurumu  arıların kifayət qədər qida maddələr əldə edə 

biləcək  məsafəsini  arı  pətəyindən  3  km  radiusda  olan  ərazi  çərçivəsində  müəyyənləş-

dirmişdir.  

 63.  Sertifikatlaşdırma  qurumu  bu  tələblərə  cavab  verən  lakin  qadağan  olunmuş 

maddələrlə,  genetik  dəyişdirilmiş  orqanizmlərlə  və  ya  ətraf  mühit  çirkləndiriciləri  ilə 

potensial  çirklənmə  mənbələrində  bu  pətəkləri  yerləşdirməmək  üçün  belə  zonaları 

müəyyən etməlidir.   

 

Yemləmə   

64. İstehsal mövsümünün axırında pətəklərin  tərkibində arı ailəsinin qışlama dövründə  

qidalanması və yaşaması üçün ehtiyat bal  və tozcuq qoyulur.   

65.  Ailənin    yemləndirilməsi  hava  şəraiti    ilə  və  digər  müstəsna  hallarla  bağlı  olaraq 

qısamüddətli  qida  çatışmazlığını  aradan  qaldırmaq  üçün  həyata  keçirilə  bilər.  Belə 

hallarda əgər mümkündürsə, ekoloji istehsal olunmuş bal və şəkərdən  istifadə edilə bilər. 

Bununla belə, GABA-nın  sertifikatlaşdırma qurumu  qeyri-ekoloji yolla istehsal olunmuş 

bal və ya şəkərdən istifadəyə icazə verə bilər.  Belə istisna hallarında vaxt məhdudiyyəti 




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə