Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   ...   9   10   11   12   13   14   15   16   17

E551 

Silisium dioksid 

Otlar  və  ədviyyatlar  üçün  yapışma  əleyhinə 

vasitələr.  

E938  

Arqon  


E941  


Azot  

E948  



Oksigen  

 

 



3.2. Aromatizatorlar   

Kodeks  Alimentarius-un  Təbii  Aromatizatorlar  üçün  Ümumi  Tələbatlarında  (CAC/GL 

29-1987) qeyd edildiyi kimi, təbii aromatik maddələr və yaxud təbii aromatik preparatlar 

kimi etiketlənmiş məhsullar və maddələr.  

3.3. Su və duz   

İçməli su.  

Duzlar  (natrium xlorid və ya kalium xlorid əsas komponentlər kimi, əsasən də qida emalı 

sahəsində istifadə edilir).  

3.4. Mikroorqanizmlər və fermentlərdən hazırlanan preparatlar 

Qida  emalında  hər  hansı  bir  mikroorqanizmlər  və  fermentlərdən  alınan  preparatlar 

(genetik  dəyişdirilmiş  mikroorqanizmlər  yaxud  fermentlər  istisna  olmaqla)  normal 

şəkildə istifadə olunur.  

3.5  Minerallar  (mikroelementlər  daxil  olmaqla),  vitaminlər,  əvəzolunmaz  yağ  və  amin 

turşuları və digər azot birləşmələri.  

Ancaq indiyə qədər ərzaq məhsullarında qanuni şəkildə istifadə edilən və qəbul edilmiş 

maddələr.  

 

 

 



 

 

 



 

 

 



 

Bu standartin bölmə 3-nə əsaslanan   kənd təsərrüfatı mənşəli məhsulların  

hazırlanmasında  istifadə olunan  emal köməkçi vasitələri 

 

Maddə 

Xüsusi şərtlər 

Bitki və heyvan məhsulları üçün   

Su  

 

Kalsium xlorid  



Koaqulyasiya faktoru  

Qatılaşdırma, pendir hazırlanmasında koaqulyasiya 

vasitəsi kimi. 

Kalsium karbonat 

 

Kalsium hidroksid  



 

Kalsium sulfat  

Koaqulyasiya faktoru  

Maqnezium xlorid (yaxud niqari)  

Koaqulyasiya faktoru  

Kalium karbonat 

Üzüm kişmişinin qurudulması 

Limon turşusu 

Yağ istehsalı və nişastanın hidrolizi pH tənzimləyici 

Sulfat turşusu 

Şəkər  istehsalında  ekstraksiya  suyunun  pH 

nizamlayıcısı 

Karbon dioksid 

 

Azot  



 

Etanol  


Həlledici  


Aşılayıcı (дубильная) turşu  

Filtrasiya vasitəsi  

Yumurta ağı albumini 

 

Kazein  



 

Jelatin  

 

Jelatin 


(balığın 

hava 

qovuqcuğundan 

hazırlanmış

 

Tərəvəz yağları 



Yağlandırma,  ayrılma  üçün  və  yaxud    köpük 

əleyhinə vasitə 

Silisium dioksid geli yaxud kolloid məhlul 

 

Aktivləşdirilmiş karbon 



 

Talk  


 

Bentonit 

 

Kaolin  


 

Qumlu torpaq 

 

Perlit 


 

Fındıq qabığı 

 

Düyü unu 



 

Arı mumu  

Ayırıcı vasitə  

Karnauba mumu  

Ayırıcı vasitə 

Sulfat turşusu 

Şəkər  istehsalında  ekstraksiya  suyunun  pH 

tənzimləyicisi 

Natrium hidroksid  

Şəkər istehsalında pH tənzimləyicisi Raps (Brassica 



spp) toxumlarından yağ istehsalı  

Natrium karbonat 

Şəkər istehsalı 

 

Mikroorqanizmlərin və fermentlərdən hazırlanan preparatlar 

Mikroorqanizmlərin və fermentlərin hər hansı bir preparatları emala köməkçi vasitə kimi 

qida emalında normal olaraq işlədilir bir şərtlə ki, mikroorqanizmlər genetik dəyişdirilmiş 

olmasın  və  fermentlər  genetik  mühəndisliyin  nəticəsi  olan  orqanizmlərdən  alınmış 

olmasın.   

 

Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfati mənşəli, 

 istifadəsinə icazə verilən  inqrediyentlər 

 

Adı 

Botaniki adı 

Emal edilməmiş tərəvəz məhsulları 

Yeyilən meyvələr, qərzəkli meyvələr və toxumlar:  

Palıd qozası 



Quercus ssp. 

Kola ağacının qozası 



Cola acuminata 

Motmutu (qarağat fəsiləsindən) meyvəsi 



Ribes uva-crispa 

Həvəşçiçək (passiflora) meyvəsi 



Passiflora edulis 

Moruq (qurudulmuş) 



Rubus ideas 

Qırmızı qarağat (qurudulmuş) 



Ribes rubum 

Yeyilən ədviyyatlar və otlar: 

İstiot (Peru mənşəli) 



Schinus molle L. 

Qıtığotu (xren) toxumları 



Aromacia rusticana 

Dərman alpiniyası (ətirli kökləri



Alpina officinarum 

Günəbaxan çiçəkləri 



Carthamus tinctorius 

Dərman acıqıjısı 



Nasturcium officinale 

Digər 

Konvensional  ərzaq  məhsullarının  hazırlanmasında  icazə  verilən  yosunlar,  dəniz  yosunları  da  daxil 

olmaqla 



İcazə verilən proseslərlə emal edilmiş tərəvəz məhsulları 

Saflaşdırılmış  yaxud  saflaşdırılmamış  heyvan  və  bitki  yağları,  amma 

kimyəvi cəhətdən dəyişilməmiş, bu və ya digər bitkilərdən alınmış:  

 

Kakao 



Theobroma cacao 

Kokos palmasının qozası 



Cocos nucifera 

Zeytun 


Olea eoropea 

Günəbaxan 



Helianthus annuus 

Palma 


Elaeis guineesis 

Raps 


Brassica napus,rapa 

Boyaq safloru 



Carthamus tinctorius 

Küncüt 


Sesamum indicum 

Soya 


Glycine max 

Aşağıdakı şəkərlər, nişasta, taxıl və lifli bitkilərdən alınan digər məhsullar: 

Fruktoza 

 

Düyü küləşindən hazırlanmış kağız 



 

Preslənmiş çörək kağızı 

 

Kimyəvi dəyişilməmiş düyü və mum qarğıdalıdan alınmış nişasta 



 

Digər: 

 

Noxud proteini 



Pisum spp. 

Şəkər qamışının şirəsindən alınmış spirt 

 

Bu standartda göstərilən meyvə aromatizatorlardan əsasında hazırlanmış 



brendi (spirtli içki

 

Heyvani məhsullar: 

 

Konvensional  ərzaq  məhsullarının  hazırlanmasında  icazə  verilən  su 



heyvanları, akvakultura mənşəli olmayan 

 

Pendir suyu “herasuola” 



 

 

A. İstehsal vahidləri   

3. İstehsal bu standarta müvafiq olan torpaq ərazisi, istehsal sahələri, təsərrüfat binaları, 

bitkiçilik və heyvandarlıq məhsulları üçün saxlama avadanlıqları olan bir yerdə aparılma-

lıdır və bu standarta müvafiq olmayan üsullarla becərmə aparan hər hansı bir vahiddən 

tam  surətdə  ayrılmalıdır;  fəaliyyəti  öz  kənd  təsərrüfatı  məhsullarının  hazırlanması  və 

qablaşdırılması  ilə  limitləşdirildiyi  halda  hazırlama  və  qablaşdırma  emalatxanaları 

birliyin hansısa bir hissəsini təşkil edə bilər.   

4.  Əgər  inspeksiya  ilk  dəfə  həyata  keçirilirsə,  sertifikatlaşdırma  qurumunun  müştərisi 

(operator) məzmununa aşağıdakılar daxil edilən kontrakt imzalayır:  

a)  saxlama  və  istehsal  binaları,  torpaq  sahəsi    göstərilməklə  vahidin  və  ya  toplama 

ərazisinin,  həmçinin  müəyyən  hazırlama  və  yaxud  qablaşdırma  fəaliyyətlərinin  baş 

verdiyi yerlərin tam təsviri;  

b)  yabanı  məhsullar  toplandıqda  üçüncü  tərəfin  verdiyi  müvafiq  təminat  nəticəsində 

istehsalçı Əlavə 1 paraqraf 10-un tələblərinin əməl olunmasını təmin etməlidir; 

c)  bütün  praktik  tədbirlər  təsərrüfatdaxili  səviyyədə  edilməlidir  və  bu,  standarta 

uyğunluğu təmin etməlidir;  

d) torpaq sahəsində  və ya yığım ərazisində  bu standartın Bölmə 4-nə müvafiq olmayan 

məhsullar  üçün aparılan son tədbirlər;  

e) sahibkarın hətta çətin vəziyyətlərdə belə bu standartın Bölmə 3 və 4-də qeyd olunan 

tədbirləri yerinə yetirəcəyi barəsində öhdəlikləri.  

5. Hər il sertifikatlaşdırma qurumu tərəfindən təyin olunmuş tarixdən əvvəl  sahibkar öz 

bitkiçilik  və  heyvandarlıq  məhsullarının  istehsal  qrafiki,  torpaq  sahəsinin  planı  ilə 

sertifikatlaşdırma qurumunu tanış etməlidir.  



6. Yazılı və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, sertifikatlaşdırma 

qurumu istifadə olunan bütün xammalın mənşəyini və kəmiyyətini və bu cür material-

lardan  istifadəni  təftiş  edə  bilsin.  Bundan  əlavə  yazılı  və  sənədləşdirilmiş  hesablar 

saxlanmalıdır ki, istənilən vaxt  satılan  bütün kənd təsərrüfatı məhsullarının mənbəyini, 

kəmiyyətini  və  göndərilməsini    nəzarətdə  saxlaya  bilsin.  Birbaşa  istehlakçıya  satılan 

məhsulun  kəmiyyəti  yaxşı  olardı  ki,  göndəlik  hesablamalar  əsasında  aparılsın.  Əgər 

istehsal vahidi özü kənd təsərrüfatı məhsullarının emalını həyata keçirirsə, onun hasabı 

bu Əlavənin  B 2-də tələb olunan  məlumatları özündə cəmləşdirməlidir.   

7.  Hər  bir  heyvan  individual  şəkildə  identifikasiya  edilməlidir.  Əgər  bunlar  kiçik 

məməlilərdirsə və ya quşlardırsa, o zaman ya toplaşma və ya otlama xüsusiyyətlərinə görə 

identifikasiya  edilməlidir.  Arılar  isə  pətəyinə  görə  müəyyənləşdirilməlidir.  Yazılı  və 

sənədləşdirilmiş  bütün  hesablar  qorunub  saxlanmalıdır  ki,  mal-qaranın  və  ya  arıların 

sistem daxilində mütəmadi olaraq daşınmasına və nəzarətdə olmasına və lazım gələndə 

audit  məqsədilə  yoxlama  aparmağa  imkan  yaratsın.  Sahibkar  aşağıda  qeyd  olunan 

hesabatların təfsilatlı və yenilənmiş şəkildə nəticələrini qoruyub saxlamalıdır:  

a) heyvanların seleksiyası və mənşəyinin müəyyənləşdirilməsi; 

b) hər hansı alış əməliyyatının qeydiyyatı; 

c)  xəstəliklərin,  zədələnmələrin  və  reproduktiv  problemlərin  qarşısının  alınması  və 

idarəedilməsi məqsədilə tərtib olunan sağlamlıq haqqında plan;  

d) hər hansı bir məqsədlə istifadə olunan müalicə üsulları və dərmanlar, həmçinin karantin 

müddəti və müalicə olunmuş heyvanların və ya pətəklərin identifikasiyası;  

e) tətbiq olunan yem və yemin alınma mənbələri;  

f) mal-qaranın təsərrüfat daxilində hərəkəti və arı pətəklərinin xəritədə qeyd edildiyi kimi 

yem ərazisində hərəkəti; 

 g) daşınma, kəsim və ya satış. 

h) hər növ arı məhsullarının ekstraksiyası, emalı və saxlanması. 

8. Bu standartın paraqraf 4.1(b) bölməsində qeyd olunanlara əsasən istifadəsi qadağan 

olunan maddələrdən başqa təsərrüfata kənardan gətirilən maddələrin saxlanması.   

9. Sertifikatlaşdırma qurumu ildə ən azı bir dəfə təsərrüfatın tam inspeksiyasını öz üzərinə 

götürür.    

Məhsullardan  nümunələr  bu  standartda  siyahıda  olmayan  məhsulların  istifadəsindən 

şübhələndikdə götürülür. Hər inspeksiya aparıldıqdan sonra inspeksiya hesabatları tərtib 

olunur.   

Əlavə  olaraq  ehtiyac  olduğu  halda,  qeyri-müntəzəm,  xəbərdarlıqsız  inspeksiyalar  da 

aparılmalıdır.   

Sahibkar  sertifikatlaşdırma  qurumlarına  yoxlama  aparmaq,  saxlama  və  istehsal 

ərazilərinə,    ümumi  torpaq  sahəsinə    baxış  keçirmək,  həmçinin  uçot-hesabatlara  və 

sənədlərə  baxmaq üçün şərait yaratmalıdır.   

10. Sahibkar həmçinin yoxlama aparmaq məqsədilə yoxlama aparan qurumu onun üçün 

vacib hesab edilən hər hansı bir məlumatla təmin etməlidir. 

 11. Bu standartın Bölmə 1-nə əsaslanan və  istehlakçı üçün son qablaşdırma mərhələsini 

keçməyən    məhsullar  standarta  müvafiq  olmayan  maddələrlə  və  ya  məhsullarla 

çirklənmənin və dəyişdirilmənin qarşısı alınaraq və buna təminat verilərək daşınmalıdır. 

Qanuna əsasən aşağıda qeyd olunan məlumatlar verilməlidir:  

− istehsala və mıəhsulun hazırlanmasına cavabdeh olan şəxsin adı və ünvanı;  

− məhsulun adı; 

− məhsulun ekoloji statusa malik olması barəsində.  



12. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə (paralel istehsal), Bölmə 

1-də qeyd edilməyən istehsal vahidləri və istehsal edilən məhsullar paraqraf 4, 6 və 8-ə 

əsasən  inspeksiya  subyekti  olmalıdır.  Bu  istehsal  vahidlərində  yuxarıda  paraqraf  3-də 

qeyd edildiyi kimi fərqləndirilə bilinməyən sortlardan istifadə edilməməlidir. 

Əgər  sertifikatlaşdırma  orqanı  tərəfindən  bu  kənaraçıxmalara  icazə  verilirsə,  bu  halda 

əlavə  inspeksiya  tələbatları  –  xəbərdarlıqsız  sahə  səfərləri,  yığım  zamanı  əlavə 

inspeksiyalar,  əlavə  sənədləşmə  tələbatları,  sahibkarın  müxtəlif  statuslu  məhsulların 

qarışmasının  qarşısını  almaq  qabiliyyətlərinin  qiymətləndrilməsi  və  s.  kimi  tədbirlər 

görülməlidir.  

Gələcəkdə hətta fəqləndirilə bilinmədiyi halda belə eyni sortdan istifadə edilməklə paralel 

istehsaldan  istifadə  edilməsi  məsələsinə  bu  standartda  baxıla  bilər  və  ancaq  adekvat 

inspeksiya tətbiq olunması üçün subyekt olmalıdır. 

13.  Ekoloji  heyvandarlıqda  bütün  heyvanlar  bir  yaxud  oxşar  istehsal  vahidində  bu 

standartdan irəli gələn qaydalara uyğun saxlanılmalıdır. Bununla belə, bu standarta uyğun 

olmadan  saxlanan  heyvanlar  bu  standarta  uyğun  olaraq  saxlanan  heyvanlardan  aydın 

şəkildə ayrılmaq şərtilə ekoloji təsərrüfata gətirilə bilər. GABA müxtəlif növlər üzrə daha 

məhdudlaşdırıcı tədbirlər irəli sürür.  

14.  GABA  qəbul  edə  bilər  ki,  bu  standartın  müddəalarına  uyğun  olaraq  saxlanmış 

heyvanlar adi otlaq sahələrində otarılsın, bir şərtlə ki: 

a) bu sahədə ən azı son üç il ərzində bu standartın Bölmə 4.1 (a) və (b)-yə əsasən icazə 

verilən maddələrdən başqa digər məhsullar istifadə edilməmiş olsun

b)  bu  standartın  müddəalarına  müvafiq  olaraq  saxlanan  heyvanlarla  digər  heyvanlar 

arasında aydın ayrılma sistemi olsun.  

15.  Heyvandarlıq  məhsulları  istehsalı  üçün  sertifikatlaşdırma  bu  Əlavənin  digər 

müddəalarına  xələl  gətirmədən  istehlakçılara  təminat  vermək  üçün  istehsaldan  satışa 

qədər bütün mərhələlər üzrə inspeksiyalar təşkil etməlidir və texniki cəhətdən mümkün 

olduğu qədər heyvanların və heyvandarlıq məhsullarının istehsal olunduğu təsərrüfatdan, 

digər emal və hazırlıq işlərindən yekun qablaşdırma və yaxud etiketlənməyə qədər bütün 

mərhələlər üzrə yoxlanıla bilməsini təmin etməlidir. 

 

B. Hazırlama və qablaşdırma üzrə təsərrüfat vahidləri  

 1. İstehsalçı və yaxud sahibkar təmin etməlidir: 

− kənd təsərrüfatı məhsullarının hazırlanması, qablaşdırılması və saxlanması, onlardan 

əvvəl və sonra görülən işləri göstərməklə təsərrüfatın tam təsviri;  

−  bu  standarta  uyğunluğu  təmin  etmək  üçün  təsərrüfat  səviyyəsində  bütün  praktiki 

tədbirlər yerinə yetirilməlidir. 

Bu təsvir və tədbirlər təsərrüfatın cavabdeh şəxsi və sertifikatlaşdırma orqanı tərəfindən 

imzalanmalıdır.  

Sahibkarın  bu  standartın  Bölmə  4-ün  şərtlərinə  əməl  etməsi  və  onu  qəbul  etməsi, 

müqavilənin  şərtlərinin  pozulması  halında  standartın  6.4.  paraqrafında  göstərilən 

tədbirlərin  sahibkar  tərəfindən  həyata  keçirməsi  haqqında  hesabat  müqaviləyə  əlavə 

edilməlidir və hər iki tərəf bu müqaviləyə qarşılıqlı imza atmalıdır. 

2.  Yazılı  hesablar  sertifikatlaşdırma  orqanının  aşağıda  göstərilənləri  yoxlaması  üçün 

saxlanılmalıdır: 

− təsərrüfat vahidinə bu standartın Bölmə 1-ə müvafiq olaraq gətirilən kənd təsərrüfatı 

məhsullarının mənşəyi, təbiəti və miqdarı; 



− təsərrüfat vahidindən bu standartın Bölmə 1-ə müvafiq olaraq çıxarılan məhsullarının 

təbiəti, miqdarı və yükü alanın ünvanı; 

−  hər  hansı  digər  informasiya:  inqrediyentlər,  əlavələr  və  emala  yardımçı  vasitələrin 

mənşəyi, təbiəti və miqdarı və eləcə də sertifikatlaşdırma orqanı tərəfindən əməliyyatları 

düzgün inspeksiya etmək məqsədilə tələb edilən emal edilmiş məhsulların tərkibi. 

3.  Məhsulların  bu  standartın  Bölmə  1-ə  müvafiq  olmadan  emal  edilib  və  yaxud 

saxlanıldığı təsərrüfat vahidlərində müvafiq olaraq: 

− təsərrüfat vahidinin əməliyyatlardan əvvəl və sonrakı müddətdə bu standartın Bölmə 1-

ə müvafiq olaraq istehsal edilmiş məhsulların saxlanması üçün bina daxilində ayrıca yeri 

olmalıdır; 

− əməliyyatlar davamlı olaraq bu standartım Bölmə 1-ə müvafiq olmadan istehsalla bağlı 

oxşar əməliyyatlardan yer və zaman baxımından ayrı aparılmalıdır; 

− əgər belə əməliyyatlar tez-tez baş vermirsə, onlar əvvəlcədən məlumat verməlidir və 

sertifikatlaşdırma orqanı tərəfindən son tarix razılaşdırılmalıdır; 

− hər bir tədbir partiyanın fərqləndirilməsini təmin etməlidir və bu standartaın tələblərinə 

uyğun olmadan istehsal edilən məhsullarla qarışmaya yol verməməlidir. 

4. Sertifikatlaşdırma orqanı minimum ildə bir dəfə təsərrüfat vahidinin tam inspeksiyasını 

həyata keçirməlidir. Bu standartda adları verilməyən məhsulların analizi üçün nümunələr 

şübhə olan məqamlarda götürülə bilər. İnspeksiya olunmuş təsərrüfatın cavabdeh şəxsinin 

qarşılıqlı  imzalamasından  sonra  inspeksiya  hesabatı  yazılır.  Zərurətdən  asılı  olaraq  və 

yaxud təsadüfi seçim əsasında əlavə xəbərdarlıqsız səfərlər edilə bilər.  

5.  Sahibkar  sertifikatlaşdırma  orqanına  inspeksiya  məqsədləri  üçün  təsərrüfata  sərbəst 

giriş imkanı və eləcə də yazılı hesablar və digər müvafiq təsdiqləyici sənədləri yoxlamaq 

imkanı yaratmalıdır. Sahibkar həm də inspeksiya orqanını inspeksiya üçün zəruri olan hər 

bir informasiya ilə təmin etməlidir.  

6. Nəqliyyatla bağlı tələbatlar bu Əlavə-nin A.10 paraqrafında öz əksini tapmışdır.  

7.  Bu  standartın  Bölmə  1-ə  müvafiq  olaraq  istehsal  edilmiş  məhsulların  çeklərinin 

üzərində sahibkar yoxlamalıdır: 

− qablaşdırmanın bağlanması və yaxud lazım olan yerlərdə tərkibi; 

−  bu  Əlavə-nin  A.10  paraqrafına  müvafiq  olmaqla  göstəricilərin  mövcudluğu.  Bu 

əminliyin nəticələri B.2 bəndində birmənalı şəkildə qeyd olunmalıdır.  

Əgər məhsulun bu standartın Bölmə 6-ya müvafiq olan istehsal sisteminə görə ekoloji 

sayılması  şübhə  doğurursa,  onda  o,  üzərində  ekoloji  istehsal  metodlarını  əks  etdirən 

göstəricilər olmadan bazara çıxarılmalıdır.  




 

Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə