Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   2   3   4   5   6   7   8   9   ...   17

d)  qida maddələrinin yenidən torpağa qaytarmaq məqsədilə bitki və heyvan mənşəli 

tullantıların dövriyyəsini təmin etməli və bu yolla da bərpa edilə bilməyən ehtiyatlardan 

istifadəni minimuma endirmək;  

e)   yerli  kənd  təsərrüfatı  sistemlərində  olan  bərpa  edilə  bilən  ehtiyat  mənbələrinə 

istinad etməli;  

f)  torpaqdan, sudan və havadan  sağlam istifadəni inkişaf etdirmək və bu yolla da hər 

cür  çirklənmənin  qarşısını  almaq.  Bu,  kənd  təsərrüfatı  praktikasının  nəticəsi  kimi 

mümkün ola bilər;  

g)  bütün  mərhələlərdə  ekoloji  inteqrasiyanı  və    məhsulun  həyati  keyfiyyətini 

saxlamaq üçün kənd təsərrüfatı məhsulları və onların emal üsulları ilə diqqət və ehtiyatla 

davranmaq; 

h)  hər hansı bir mövcud təsərrüfatda yaranma müddəti təsərrüfatın spesifik faktorları 

ilə,  məsələn,    təsərrüfatda  torpağının  becərilmə    tarixçəsi  ilə,  becərilən    bitkilərin  və 

saxlanılan mal-qaranın növü ilə səciyyələnən konversiya (keçid) dövründə tətbiq edilə 

bilər.  

İstehlakçı və istehsalçı arasındakı sıx əlaqə konsepsiyası böyük bir təcrübədir. Böyük 

bazar  tələbatı,  istehsala  olan  böyük  iqtisadi  maraq,    istehlakçı  və  istehsalçı  arasındakı 

artan  məsafə  xarici  nəzarət  və  sertifikatlaşdırma  prosedurunun  tətbiq  edilməsini 

tənzimləyir.   

Sertifikatlaşdırmanın ayrılmaz komponenti ekoloji idarəetmə sisteminin yoxlanılması 

–  inspeksiyasıdır.  Müştərinin  sertifikatlaşdırması  prosedurları,  əsasən,  müştəri  və 

inspeksiya qurumları tərəfindən  hazırlanan kənd təsərrüfatı müəssisəsinin illik hesaba-

tına əsaslanır.   

Eyni zamanda emal mərhələsində də standartlar o səviyyəyə qədər inkişaf etdirilib ki, 

emal  əməliyyatları  və  bitkibecərmə  şəraitləri  də  yoxlanıla  və  təsdiqlənə  bilsin.  Əgər 

inspeksiya  –  yoxlama  sertifikatlaşdırma  qurumu  tərəfindən  aparılırsa,  inspeksiya  və 

sertifikatlaşdırma funksiyalarının çox aydın şəkildə ayrılması təyin olunmalıdır. Onların 

ədalətliliyini  təmin  etmək  üçün  sertifikatlaşdırma  qurumları  sertifikatladırma  prosesi 

keçən şəxslərdən iqtisadi maraqlar baxımından asılı olmamalıdır.  

Beynəlxalq  qanunvericilik  və  qaydaların  dəyişilməsi  zəminində  bu  standarta  

müntəzəm olaraq düzəlişlər edilə bilər.   

 

1. Əhatə dairəsi  

 

1.1. Bu standart ekoloji istehsal üsullarına əsaslanan etiketləri daşıyan və ya daşımağa 



hazırlaşan aşağıdakı məhsullara şamil edilir:  

a)  emal  edilməmiş  bitki  və  ya  bitki  məhsullarına,  heyvandarlığa  (ev  heyvanlarına), 

Əlavə  1  və  3-də  göstərilən    istehsal  və  spesifik  inspeksiya  qaydaları    çərçivəsində 

heyvandarlıq məhsullarına da şamil edilir.   

b)  emal edilmiş kənd təsərrüfatı  bitki məhsulları və a) bəndində qeyd olunan şərtlər 

əsasında insanın istifadəsi üçün nəzərdə tutulan heyvandarlıq məhsulları.  

1.2.  Məhsul  ekoloji  istehsal  üsulları  göstərişlərinə  əsaslanacaq,  etiketləmə  və  ya 

təsdiqləmələrdə, reklam materialında və ya kommersiya sənədlərində məhsul və ya onun 

inqrediyenti  “üzvi”,“ekoloji”,  “biodinamik”,  “bioloji”  kimi  qeyd  olunur    və  alıcıya 

məhsulun və onun inqrediyentinin ekoloji istehsal üsulları ilə becərildiyini göstərən digər 

oxşar sözlərdən istifadə olunur.  



1.3.  Maddə  1.2.  bu  terminlərin  istehsal  üsulları  ilə  aydın  şəkildə  əlaqəsi  olmadığı-

uzlaşmadığı  hallarda tətbiq edilir.  

1.4. Genetik dəyişdirilmiş orqanizmlərdən (GMO/GDO) alınan bütün materiallar və 

ya məhsullar ekoloji istehsal prinsipləri ilə uyğunlaşmır (becərmə, istehsal və ya emal) və 

həmçinin bu standartda da icazə verilmir.  

 

2. Təsvir   və  təriflər 

 

2.1. Təsvir    

Ekoloji təsərrüfat sistemindən əldə olunan ərzaq yalnız ekosistemin gücləndirilməsi 

məqsədini  güdən  ekoloji  istehsal  üsullarına    istinad  edə  bilər.  Bu  istehsal  sistemi 

biomüxtəlifliyə ziyan vurmayan davamlı məhsuldarlıq naminə alaq otları, zərərverici və  

xəstəliklərin  məhdudlaşdırılmasını  nəzərdə  tutur.  Bu  məqsədlə  bitki  qalıqlarının  və 

heyvan  tullantılarının  dövranı,    bitki  seçimi  və  növbəli  əkin,  suyun  idarə  edilməsi, 

şumlama və becərmə  lazımi səviyyədə aparılmalıdır.    

Bu  sistem  torpağın  bioloji  aktivliyini  və  onun  fiziki  və  mineral  tərkibini  

optimallaşdırır. Nəticə olaraq torpaq bitki və heyvanlar üçün lazım olan balanslaşdırılmış 

qidalı maddələrlə təmin edilmiş olur. İstehsal gübrələmə strategiyasının ən əsas hissəsi 

olan  bitkilərin  qidalı  elementlərinin  dövranı  hesabına  davamlı  ola  bilər.    Xəstəlik  və 

zərərvericilərə  qarşı  idarəetmədə    onlarin  təbii  düşmənlərin  populyasiyasının  inkişafı 

üçün  yaşayış  mühitinin  qorunması  vı  yaxşılaşdırılması,  bioloji  və  mədəni  nəzarət,  

bitkilərin zərərvericilərlə zədələnmiş hissələrinin  mexaniki yolla ləğv edilməsini nəzərdə 

tutur.   

Ekoloji  heyvandarlıqda  əsas  baza  prinsipi  torpaq,  bitki  və  bütün  növ  heyvanlar  

arasında  harmonik  əlaqələri  inkişaf  etdirmək  və  heyvanların  psixoloji  və  davranış 

ehtiyaclarına hörmət etməkdən ibarətdir. Bu isə heyvanların ekoloji üsulla yetişdirilmiş 

keyfiyyətli  yemlə  təmin  olunması  və  heyvandarlıq  sisteminin  sərbəst  davranış 

ehtiyaclarına uyğunluğu ilə əldə olunur. Bundan əlavə, heyvandarlığın idarə olunmasında 

stress hallarını azaltmaq, heyvanların sağlamlığı və rifahı qayğısına qalmaq, xəstəliklərin 

qarşısını almaq və kimyəvi allopatik baytarlıq vasitələrindən (həmçinin antibiotiklərdən) 

istifadəyə yol verməmək başlıca şərtlərdəndir.   

 

2.2. Təriflər 

“Kənd  təsərrüfatı  məhsulu  вя  йа  kənd  təsərrüfatı  mənşəli  məhsul”  o  deməkdir  ki, 

məhsul və ya ямтяя, istər xammal, istərsə də xammaldan emal edilmiş əmtəə insanların 

istifadəsi (bura su, duz və digər əlavələr daxil deyildir) və ya heyvanların yemləndirilməsi 

üçün nəzərdə tutulur.   

“Audit”  sistematik  və  funksional  olaraq  müstəqil  yoxlama  sistemidir.  Bu  sistem 

fəaliyyətlərin və ya nəticələrin qarşıya qoyulan məqsədə uyğunluğunu təyin edib aşkara 

çıxarır.   

“Sertifikatlaşdırma”  rəsmi  sertifikatlaşdırma  qurumları  və  ya  rəsmən  tanınan  

sertifikatlaşdırma qurumları tərəfindən aparılan bir prosedurdur. Bu prosedur yazılı və ya 

digər ekvivalent yollarla ərzağın və ya həmin ərzağa edilən nəzarət sisteminin tələblərə 

uyğunluğunu təsdiq edir. Ərzağın sertifikatlaşdırılması sistemli yoxlama  şəklində həyata 

keçirilə bilər,  yəni ardıcıl – mərhələli yoxlamalar, son məhsulun keyfiyyət sisteminin 

auditi və yoxlanması.  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə