Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   2   3   4   5   6   7   8   9   ...   17

“Sertifikatlaşdırma  orqanı”  məhsulun  “ekoloji”  kimi  satılmasına,  və  ya 

etiketlənməsınə  cavabdeh  qurumdur,  o  buna    nəzarət  edir  və  onun  standartlara  uyğun 

olaraq  istehsalını, emalını, qablaşdırılmasını və idxalını yoxlayır.  

“Müvafiq  səlahiyyətli  orqan”  inzibati  və  qanuni  hüquqlara  və  hakimiyyətə  malik 

olan rəsmi dövlət orqanı deməkdir.    

“Genetik dəyişdirilmiş orqanizmlər” və məhsullar genetik materialın dəyişdirilməsi 

yolu  ilə  əldə  edilən  məhsullardır  ki,  bu  zaman  təbii  çarpazlaşdırma  və  rekombinasiya 

üsullarından istifadə edilmir.   

Genetik  dəyişdirilmə  texnikasına  aşağıdakılar  daxildir,  lakin  bununla  da  onlar 

limitlənmir:  rekombinant  DNT,  hüceyrələr  toplusu,    mikro  və    makro  inyeksiyalar, 

hermetikləşdirmə, genin ləğv edilməsi və ikiləşdirilməsi. GDO-ya cütləşmə, transduksiya 

və hibridləşdirmə texnikasının nəticəsi olaraq əldə olunan orqanizmlər daxil deyildir.  

“İnqrediyent” əlavələr də daxil olmaqla  emalda və ya qida hazırlanmasında istifadə 

olunan və hazır məhsulun tərkib hissəsi olan  hər hansı bir maddəyə deyilir.    

“İnspeksiya”  qidanın  yoxlanılması  və  ya  qida  sisteminə,  xammalın,  emalın, 

daşınmanın, emal prosesində olan və hazır məhsulun  tələblərə uyğun olub-olmamasının  

yoxlanılmasıdır.  Ekoloji  qida  üçün  aparılan  yoxlamaya  istehsal  və  emal  sisteminin  də 

yoxlanılması daxildir.   

“Etiketləmə”  etiketın üzərində olan hər-hansı bir  yazılı, çap edilmiş, qrafik, birbaşa 

ərzağın üzərində qeyd olunan  və ya ərzağın yanında yerlışdirilərək  ərzağı təmsil edən 

simvolları  nəzərdə  tutur.  “Etiketləmə  ”    həmçinin  satışı  yaxşılaşdırmaq  və  artırmaq 

məqsədinə də xidmət edir.  

“Heyvandarlıq”  dedikdə qaramal (həmçinin camış və bizon), qoyun, donuz, keçi, at, 

quşlar  və  arılar  da  daxil  olmaqla  hər-hansı  bir  ev  heyvanı  və  yaxud  əhliləşdirilmiş  

heyvanlar nəzərdə tutulur.  

Vəhşi heyvanların ovçuluğu  və balıqçılığı bu tərifin bir hissəsi sayıla bilməz.   

“Marketinq”  satışı  təşkiletmə,  yerləşdirmə,  satış  üçün  təklif,  satış  və  ya  bazarda 

hansısa digər formalarda paylama və yerləşdirmə deməkdir.   

“Rəsmi akkreditasiya ” hökumət orqanına verilən hüquqi icazədir ki, o,  müfəttişə 

və ya sertifikatlaşdırma qurumuna yoxlama və ya sertifikatlaşdırma xidməti göstərmək 

üçün  səlahiyyət  versin.  Ekoloji  istehsal  üçün  səlahiyyətli  olan  şəxs  və  ya  qurum 

akkreditasiya  funksiyasını  özəl quruma həvalə edə bilər.   

“Rəsmən  tanınmış  inspeksiya  sistemi/rəsmən  tanınmış  sertifikatlaşma  sistemi”  

hüquqi  statusu  olan  hökumət  orqanı  tərəfindən    tanınmış    və  rəsmən  təsdiqlənmiş 

sistemlərdir.   

“Sahibkar” bazar tələblərinə müvafiq olaraq  maddə 1.1.-də qeyd olunanlara uyğun 

olaraq istehsal edən, hazırlayan, ixrac/idxal ilə məşğul olan və məhsulu bazara  çıxaran 

şəxsdir.   

“Bitki  mühafizə  məhsulları”  dedikdə  xəstəlik  və  zərərvericilərə  qarşı  qoruyucu, 

dağıdıcı, cəlbedici, qorxuducu təsirə malik, həmçinin istehsal, saxlama, daşınma, ərzağın, 

kənd  təsərrüfatı  məhsullarının,  heyvan  yemlərinin    emalı  və    daşınması  müddətində 

arzuolunmayan bitki növləri və heyvanlara qarşı işlədilən hər hansı bir maddə nəzərdə 

tutulur. 

“Paralel istehsal” eyni təsərrüfatda, eyni sexdə yaxud eyni anbarda ekoloji və qeyri-

ekoloji məhsulların istehsalı, emalı, saxlanması, daşınması, topdan və pərakəndə satışı. 



“Hazırlama” kəsim əməliyyatlarını, emalı, kənd təsərrüfatı məhsullarının saxlanması 

və  qablaşdırılması,  həmçinin  ekoloji  istehsal  üsullarına  müvafiq  etiketlərın 

dəyişdirilməsini nəzərdə tutur.   

“İstehsal” kənd təsərrüfatı məhsulları ilə təminatı, məhsulun ilkin qablaşdırılmasını 

və etiketlənməsini  nəzərdə tutur.  

“Vahid” kənd təsərrüfatı holdinq sistemində emal proseslərini emalı, qablaşdırmanı 

və ya ekoloji ərzağın saxlanmasına zəmin yaradan bir komponentdir.   

“Baytarlıq  dərmanı”  ət  və  ya  süd  istehsal  edən  heyvanlara,  quşçuluq  sahəsinə,  

terapevtik,  profilaktik  və  ya  diaqnostik  məqsədlərlə,  psixoloji  funksiyalara    və  ya 

davranışa təsir məqsədilə balıq və ya arı  məhsullarına, qida istehsal edən heyvana tətbiq 

edilən hər hansı bir vasitədir. 

“Yabanı yığım” təbii ərazilərdə, meşələrdə kənd təsərrüfatı ərazilərində təbii yolla 

yetişən və Əlavə 2-də siyahısı qeyd olunan bitkilərin kolleksiyasıdır, hətta bu bitkilərin 

bəzi  hissələrinin  yığımı  3  ildən  bir  aparılmalıdır,  əks  təqdirdə  bu  yığım  təbii  balansa, 

sabitliyə və yığım aparılan ərazidə növlərin təbii yaşam tərzinə  mənfi təsir göstərə bilər.  

 

3. Etiketləmə və tələblər  

 

3.1. Ekoloji məhsullar GABA standartlarına müvafiq olaraq etiketlənməlidir. 



3.2. Bölmə 1.1. (a)-da göstərilən  məhsulların etiketlənməsi və  müvafiq tələblər aşağıdakı 

hallarda ekoloji istehsal üsullarına istinad edə bilər:  

a)  belə  göstərişlər  onların  kənd  təsərrüfatı  istehsal  üsulları  ilə  bağlı  olduğunu    aydın 

göstərir;  

b) 

məhsul  Bölmə 4-ün tələblərinə müvafiq olaraq istehsal olunub və ya Bölmə7 –də 



qeyd olunan tələblərə müvafiq olaraq idxal olunub;  

c)    Məhsul  Bölmə  6–da  qeyd  olunan  yoxlama  tədbirlərinə  məruz  qalmış    operator 

tərəfindən  istehsal və ya idxal olunub;  

d)  İstehsal  və  ya  emalla  məşğul  olan  operator    etiketləmədə    AZEKOSERT-in    kod 

nömrəsinə  və ya digər rəsmi olaraq tanınan yoxlama və ya sertifikatlaşdırma qurumlarına 

istinad edir.   

3.3  Paraqraf  1.1(b)-yə  əsasən  məhsulun  etiketlənməsı  və  tələbləri  ekoloji  istehsal 

metodlarına aşağıdakı hallarda istinad edir:  

a) bu göstərişlər onların kənd təsərrüfatı istehsal metodları ilə bağlı olduğunu göstərir və 

o vaxtacan  sual altında olan kənd təsərrüfatı məhsulları ilə də əlaqəlidir ki, inqrediyent 

tərkibi barəsində aydın məlumat listi verilməsin;  

b)  məhsulun  kənd  təsərrüfatı  mənşəli    bütün  inqrediyentləri  Bölmə  4-ün  tələblərinə  

uyğunlaşdırılır;  

c) Məhsul  Əlavə 2-də Cədvəl 3-də siyahıya alınmamış və qeyri-kənd təsərrüfatı mənşəli  

inqrediyentlərə malik olmamalıdır;  

d) eyni inqrediyentlər  həm ekoloji həm də qeyri-ekoloji mənşəli ola bilməz;  

e) məhsul və ya onun inqrediyenti hazırlanma vaxtı ionlu radiasiyanın və ya Əlavə 2-də  

Cədvəl 4-də qeyd olunmayan  maddələrin təsirinə məruz qalmayıb;  

f) məhsul Bölmə 6-da göstərilən müntəzəm yoxlama sistemi əsasında operator tərəfindən 

hazırlanıb və idxal olunub;  

g)  etiketləmə  ada  və  ya  GABA-nın  kod  nömrəsinə  və  ya  rəsmən  tanınmış 

sertifikatlaşdırma qurumuna  istinad edir.  

3.4  Paraqraf 3.3. (b)-nin tələbləri yerinə yetirilə bilmədikdə,  



Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə