− kənd təsərrüfatı mənşəli, bu paraqrafın tələblərinə cavab verməyən bəzi inqrediyentlər
ümumi inqrediyentlər faizinin maksimum 5% m/m limitində istifadə oluna bilər. Son
məhsulda və Paraqraf 1.1.(b)-də göstərilən məhsulların hazırlıq proseslərində duzu və
suyu istisna etməklə.
− harada ki, kənd təsərrüfatı mənşəli bu cür inqrediyentlər əldə oluna bilmir və ya kifayət
miqdarda deyildir, bu standartın Bölmə 4-də göstərilən tələblərə müvafiq olaraq;
3.5 Yarlıklamada yuxarıda göstərilən paraqrafa müvafiq olaraq 95%-dən
az üzvi inqrediyentlərə malik olan məhsullar olduqda, istehsalçı aşağıda göstərilən
elementləri 95% və 70% üzvi inqrediyentlərə malik olan məhsullara şamil edə bilər:
a) məhsul paraqraf 3.3.(c), (d) (e), (f) və (g)-nin tələblərinə cavab verirsə;
b) ekoloji istehsal metodlarına istinad edən göstərişlər, qeydlər panelin ön hissəsində qeyd
olunur və inqrediyentlərin təxmini tərkibini ümumi inqrediyentlər arasında əlavələr də
daxil olmaqla verilir. Lakin su və duz bu sırada göstərilmir;
c) İnqrediyentlər tərkibin çoxluğu sırası ilə qeyd edilir;
d) Inqrediyentlər siyahısında verilən göstərişlər də eyni rəngdə verilir və lakin
inqrediyentlər siyahısının yazısından fərqlənən xüsusi identifikasiya və hərflərin yazı
forması ilə seçilir.
Ekoloji və keçid prosesində olan məhsullarin etiketlənməsi
3.6. Ekoloji istehsal metodlarına keçid prosesində olan təsərrüfatların məhsulları ancaq
12 ay müddətində bu istehsal metodlarından istifadə etdikdən sonra “ekolojiyə keçid”
kimi etiketlənə bilər. Bu zaman o, aşağıdakı ekoloji metodların tətbiqindən istifadə
etməlidir:
a) paraqraf 3.2. və 3.3. tələblərinə tam əməl olunmalıdır;
b) keçid dövrü məhsullarının üzərində edilən qeydiyyatlar alıcını bu məhsulları keçid
dövrünü tam başa çatdırmış təsərrüfatların məhsullarından ayırmağa kömək edir və bu
fərqi ortaya çıxarır;
c) bu cür qeydlər “ekoloji təsərrüfatçılığa keçid dövründə olan məhsullar” və ya GABA
tərəfindən qəbul edilən digər oxşar sözlərlə edilir və satışı təmsil edən qeydlərdən rəng,
ölçü və hərflərin stili, həcmi ilə üstün olmamalıdır;
d) yalnız bir inqrediyentdən ibarət olan ərzaqlar “ekolojiyə keçid” kimi etiketlənə bilər;
e)etiketləmə GABA-nın adına və ya kod nömrəsinə, həmçinin rəsmən təsdiqlənmiş
sertifikatlaşdırma qurumuna istinad edə bilər.
Heyvandarlıq məhsulları “ekolojiyə keçid” kimi etiketlənə bilməz. Heyvandarlıq
məhsulları ekoloji kimi ancaq keçid dövrünü tam bitirdikdən sonra etiketlənə bilər.
QEYRİ-PƏRAKƏNDƏ KONTEYNERLƏRİN ETİKETLƏNMƏSİ
3.7. Paraqraf 1.1.-də qeyd olunduğu kimi qeyri-pərakəndə ərzaq konteynerlərinin
etiketlənməsi Əlavə 3, paraqraf 11.-in tələblərinə cavab verməlidir.
4. Istehsal və hazirliq qaydalari
4.1. Ekoloji istehsal metodları məhsulların istehsalında paraqraf 1.1.(a)-ya istinad
olunmalıdır :
a) ən azı Əlavə 1-in istehsal tələbləri yerinə yetirilməlidir;
b) yuxarıda göstərilən (a) bəndində qeyd olunan tələblər effektiv olmazsa, Bölmə 5.1.-in
qarşıya qoyulan kriteriyalarına cavab verən Əlavə 2, Cədvəl 1.2.-də siyahıya alınan
maddələr bitki mühafizə məhsulları kimi, gübrələr kimi, torpaq strukturverici kimi,
istifadə oluna bilər;
4.2 Ekoloji emal metodları tələb edir ki, paraqraf 1.1.(b)-yə istinad edən məhsulların
hazırlanması prosesində:
a) ən azı Əlavə 1.-in emal tələblərinə əməl edilməlidir;
b) Bölmə 5.1.-in qarşıya qoyulan kriteriyalarına cavab verən Əlavə 2, Cədvəl 3.4.-də
siyahıya alınan maddələr qeyri-kənd təsərrüfatı mənşəli inqrediyentlər kimi, müvafiq
situasiyada, yaxşı emal praktikası sahəsində istifadəsi müvafiq milli tələblər ilə qadağan
edilməyən elementlər, qida məhsullarının hazırlanması və emal prosesində köməkçi
vasitələr kimi istifadə oluna bilər;
4.3. Ekoloji məhsullar Əlavə 1.-in tələblərinə müvafiq olaraq saxlanmalı və daşınmalıdır.
4.4. Paraqraf 4.1. (a) və 4.2. (a)-da göstərilən müddəaların zəifləməsi zamanı Əlavə 1.-
ə müvafiq olaraq heyvandarlıq məhsulları istehsalında GABA daha detallı şəkildə
qaydalar və göstərişlər verə bilər. Bu isə həyatakeçirmə mərhələsində ekoloji
təsərrüfatçılıq praktikalarının tədricən inkişafına imkan verəcək.
5. Maddələrin əlavə 2-yə daxiledilmə tələbləri
Bu standartların Əlavə 2. bəndinə edilən hər hansı bir dəyişikliklər European
Community's Regulation (EEC) No 2092/91- Avropa Birliyi Əsasnaməsinə uyğun olaraq
edilə bilər.
5.1. Ən azından aşağıdakı kriteriyalar Bölmə 4.-də qeyd olunan, istifadəsinə icazə verilən
maddələr siyahısının dəyişdirilməsi məqsədilə istifadə oluna bilər. Bu kriteriyalardan
ekoloji istehsalda istifadə edilə biləcək maddələrin qiymətləndirilməsindən istifadə
edərkən GABA bütün milli və beynəlxalq səviyyədə tətbiq edilə biləcək bütün qanunları
və tənzimləmələri nəzərə almalıdır. Hər hansı bir yeni maddə aşağıda göstərilən əsas
kriteriyalara cavab verməlidir:
a) onlar ekoloji istehsal prinsiplərinə zidd olmamalıdırlar
(“Bazara çıxış” paraqraf 9-10);
b) maddələrdən istifadə vacibdir/xüsusilə məqsədli istifadə zamanı;
c) maddələrdən istifadə ətraf mühitə zərərli təsir etməməlidir;
d) onlar insan və heyvan sağlamlığına və ya həyat səviyyəsinə ən az neqativ təsirə
malikdir;
e) əgər qəbul edilmiş alternativlər kifayət kəmiyyətdə və keyfiyyətdə əldə edilə bilmirsə.
Ekoloji istehsalın tamlığının qorunması məqsədilə yuxarıda göstərilən kriteriyalar
qiymətləndirilməlidir. Bundan əlavə aşağıda qeyd olunan kriteriyalar qiymətləndirmə
prosesində tətbiq olunmalıdır:
a) əgər onlar gübrələmə və torpağı yaxşılaşdırma məqsədi güdürsə − onlar torpağın
münbitliyini yüksəltmək və ya onu qorumaq üçün vacibdir və ya məhsulun xüsusi qida
tələbatlarını ödəmək üçün və ya xüsusi olaraq torpaq yaxşılaşdırıcı və növbəli əkin
məqsədləri daşıyırsa və Əlavə 1.-də göstərilən praktikalar və ya Cədvəl 2.-də Əlavə 2.-
də qeyd olunan digər məhsullarla kifayətlənə bilmirsə;
− inqrediyentlər bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olacaq və fiziki, (məs.
mexaniki, termiki) fermentativ, mikrobioloji təsirlərə məruz qala bilər və
− onların istifadəsi torpaq orqanizmlərinə/torpağın fiziki xassələrinə zərərli təsir etmir;