Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   2   3   4   5   6   7   8   9   ...   17

b)  əgər  onlar  bitki  xəstəlikləri,  zərərverici  və  alaqlara  qarşı  nəzarət  məqsədilə  istifadə 

edilirsə; 

−  onlar  zərərli  orqanizmlərə  qarşı  nəzarətdə,  həmçinin  xüsusilə    bioloji,  fiziki  və  ya 

seleksiya metodları və digər alternativ və effektiv mübarizə praktikaları olmadıqda  çox 

mühüm əhəmiyyət kəsb edir, 

−  maddələr  bitki,  heyvan,  mikrobioloji  və  ya  mineral  mənşəli  olmalıdır  və  aşağıdakı 

proseslərə  məruz  qala  bilər:  fiziki,  (məs.  mexaniki,  termiki)    fermentativ,  mikrobioloji 

(məs. Kompostlaşdırma, bioqas);  

−    buna  baxmayaraq,  əgər  onlar  xüsusi  şəraitdə  istifadə  olunan  kimyəvi  yolla  sintez 

olunmuş  aldadıcı  və  tutucu  məhsullardırsa  (feromonlar),    onlar  siyahıya  əlavə  kimi 

salınacaq (əgər həmin məhsullar öz təbii formasında təbiətdə kifayət qədər əldə edilən 

deyilsə), bir şərtlə ki, onların istifadəsi məhsulun yeməli hissəsində birbaşa və ya dolayısı 

ilə qalıqların yaranması ilə nəticələnməməlidir;  

c) əgər onlar ərzağın hazırlanmasında və saxlanmasında əlavə və ya emala köməkçi vasitə 

kimi istifadə olunurlarsa:  

−  bu  maddələr  təbiətdə  tapılıb  və  aşağıdakılara  təsir  göstərə  bilər:  mexaniki-fiziki 

proseslərə  (məs.,  ekstraksiya,  çökmə),  bioloji-fermentoloji  və  mikrobioloji  proseslərə, 

(məs., fermentləşdirmə),  

− və ya  yuxarıda göstərilən  maddələr bu cür metodlar və texnologiyaların nəticəsində 

kifayət  kəmiyyətdə  əldə  edilə  bilmirsə,  onda  kimyəvi  yolla  əldə  edilən  bu  maddələr 

müstəsna hallarda istifadə edilə bilər;  

−  bu  cür  məhsulları  hazırlamaq  üçün  onlar  çox  əhəmiyyətlidir,  çünki  başqa  mümkün 

texnologiya istifadədə yoxdur;  

− alıcı təbiət, maddə və ərzağın keyfiyyəti ilə bağlı aldanmayacaq.   

Son yekun  maddələr siyahısını tərtib edərkən  GABA-nın bu proseslərdə iştirak etmək 

və məsləhət vermək  imkanı olacaq. 

 

6. İnspeksiya və sertifikatlaşdirma sistemləri  

6.1.  İnspeksiya  və  sertifikatlaşdırma  sistemləri  ekoloji  yolla  istehsal  edilmiş  ərzağın  

etiketlənməsini  və  onlar  üçün  qoyulan  tələblərin  yerinə  yetirilməsini  yoxlamaq  üçün 

tətbiq olunur. 

6.2. İnspeksiya və sertifikatlaşdırma sistemləri  tədbirlərin tətbiqini və Əlavə 3.-də qeyd 

olunan digər ehtiyat tədbirlərini tətbiqini əhatə edir.   

6.3. Yoxlama və sertifikatlaşdırma funksiyaları eyni sertifikatlaşdırma qurumu tərəfindən 

həyata  keçirildiyi  üçün  yoxlama  və  sertifikatlaşdırma  fəaliyyətlərinin  ayrılıqda    izahı 

mövcuddur.  

6.4 GABA-da aşağıdakı məcburi kriteriyalar tətbiq edilir:  

a) standart ümumi inspeksiya/sertifikatlaşdırma prosedurlarına  əməl olunur, inspeksiya 

tədbirlərinin detallı şəkildə təsviri və təhlükəsizlik tədbirləri də bura daxildir, hansı ki, 

qurumlar yoxlanışa məruz qalan sahibkarın boynuna qoymağa təşəbbüs edir;  

b)qeyri-müntəzəmlik və  pozuntular  aşkar edilən hallarda cərimələr təyin edilir;  

c)  heyət  ixtisaslıdır,  administrativ  və  texniki  avadanlıq,  yoxlama  təcrübəsi  və  etibar  

mövcuddur;  

d) qurumun yoxlamaya məruz qalan işçi ilə üzbəüz obyektivliyi nəzərə alınmalıdır.   

e) məxfilik prinsipi tətbiq olunur.  



 

7. İxrac/idxal  


Bu standartda çox aydın işıqlandırılan  ixrac və idxal problemləri ölkənin mövcud 

beynəlxalq öhdəçiliklərinə  və beynəlxalq razılaşmalara  əsaslanır.     

Yuxarıda  qeyd  olunan  öhdəliklər,  ticarəti,  kənd  təsərrüfatını,  ətraf  mühiti, 

fitosanitariyanı, karantini, sağlamlığı, ekoloji kənd təsərrüfatını və istehsal standartlarını 

əhatə edir.  

Bu nöqteyi –nəzərdən  GABA öz fəaliyyəti zamanı, cavabdehliyi və vəzifələri ilə 

bağlı  işlərdə  EEC  2092/91  və  Kodeks  Alimentariusun  məsləhət  və  normalarına  əməl 

edəcək.  

7.1



GABA öz  müştərilərindən tələb edir ki, yerli, ixrac və idxal məhsullarını  bazara 



paraqraf  1.1.-də  qeyd  olunduğu  kimi  realizə  etsinlər,  harada  ki,  sertifikat  yoxlamanın 

nəticələrinə müvafiq olaraq istehsal sistemi, hazırlıqlar, marketinq sistemləri çərçivəsində 

və yoxlamaya əsasən bu standartların qaydalarına əməl edilərək  verilir.  

7.2.  Paraqraf 7.–yə  əsaslanan  orijinal nüsxədə  olan sertifikat   malı  müşayiət  etməlidir; 

bundan başqa GABA tələb edir ki, ixrac və idxalla məşğul olanlar sövdələşmə üçün olan 

sertifikatı yoxlama və audit üçün 2 ildən az olmamaq şərtilə saxlamalıdır.  

7.3. Əgər ixrac və idxalla məşğul olanların ekoloji məhsulları bu standartların tələblərinə 

cavab  vermirsə,  beynəlxalq  tənzimləmələrə  müvafiq  olaraq    təhlükəsizlik  təminatını 

qorumaq üçün həmin tərəflər öz ekoloji statuslarını itirmiş olur.   

 

8. Standartin cari şərhi  

Bu  standarta  ən  azı  ildə  bir  dəfə  daxili  audit  zamanı  düzəliş  edilir.  Avropa  İttifaqı 

Əsasnaməsi  2092/91,  USDA  NOP,  Kodeks  Alimentarius  və  İFOAM  kimi  beynəlxalq 

ekoloji qanun və standartlarda gedən dəyişikliklər nəzərə alınmalı və bu standartda da öz 

əksini  tapmalıdır.  Əgər  hansısa  dəyişikliklər  ekoloji  istehsalın  həyata  keçirilməsi 

prosesinə və sertifikatlaşdırma prosesinə mühüm və əhəmiyyətli təsir göstərirsə, o zaman 

daxili  yoxlama  üçün  qəbul  edilmiş  şərtlərdən  asılı  olmayaraq  standartda  bu  təcili 

dəyişikliklər aparılır. Bu yanaşma GABA keyfiyyət sistemində davamlı yanaşmanı təmin 

edir.  

GABA  sertifikatlaşdırma  qurumları  öz  müştərilərini  standartlarda  aparılan  bu 



dəyişikliklər barəsində məlumatlandırır.  

 

Ekoloji  istehsalin  prinsipləri  

 

A. Bitkilər və bitki  məhsullari 

  

1.  Bu  Əlavə-də  qeyd  olunan  prinsiplər  torpaq  sahələrində,  təsərrüfat  və  təsərrüfat 

birliklərində keçid dövrü zamanı, bu standartın paraqraf 1.1.(a)-da  qeyd olunduğu kimi 

səpindən ən azı 2 il əvvəl olmaqla və ya əgər çoxillik bitkidirsə, məhsul yığımından ən 

azı 3 il əvvəl tətbiq edilməlidir.  

GABA-nın  sertifikatlaşdırma  qurumları  bəzi  hallarda  (belə  ki,  iki  il  və  daha  artıq 

istifadəsiz  qaldıqla)  əvvəlki torpaqdan istifadə  fəaliyyətinə  müvafiq  olaraq  bu  müddəti 

uzada və ya azalda bilər, ancaq bu müddət 12 aya bərabər və ya ondan çox olmalıdır.   

2. Keçid dövrünün müddətindən asılı olaraq o istehsal vahidi  6.2.-də tələb olunduğu kimi 

istehsal  müddətində bir dəfə başlaya bilər, və bu  standartın Bölmə 4.-nə müvafiq olaraq 

istehsal qaydalarını həyata  keçirir.    



Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə