Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   2   3   4   5   6   7   8   9   ...   17

3. Əgər bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa, bu standarta müvafiq 

olaraq  təsərrüfat  sahəsinin  müvafiq  keçid  dövrü  keçən  yerlərində  bu  standartlar  tətbiq 

edilə bilər.    

Konvensional  sistemdən    ekoloji    istehsala    keçid    o  vaxt    effektli  olar  ki,  bu  keçid 

müddətində  standartlara  müvafiq  olaraq  icazə  verilən  üsullardan  istifadə  edilsin.  Əgər 

bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa o zaman  ərazi Əlavə 3, hissə A, 

paraqraf 3 və 11-də olduğu kimi hissələrə bölünməlidir.   

4. Keçid dövründə olan ərazilər  və ya artıq  ekoloji istehsala keçid dövrünü başa çatdırmış 

ərazilər  konvensional  və  ekoloji  istehsala  keçməklə  növbələşdirilə  (geriyə  və  irəli) 

bilməz.   

5.  Torpağın  münbitliyi  və  bioloji  aktivliyi    aşağıda  qeyd  olunan  müvafiq  vasitələrlə 

artırılmalıdır:   

a) Paxlalıların, yaşıl gübrələrin və ya dərin köklü bitkilərin becərilməsi müvafiq çoxillik 

növbəli əkin proqramıdır;  

b) torpaq kompostlaşdırılmış və ya kompostlanmamış üzvi maddələrlə qarışdırılmalıdır, 

burada istehsal standartlara müvafiq aparılmalıdır. Heyvandarlıq təsərrüfatları qalıqları, 

məsələn,  təsərrüfatyanı  peyin,  əgər  heyvanlar  bu  standartların  tələblərinə  müvafiq 

bəsləniblərsə, istifadə oluna bilər;  

Əlavə 2, Cədvəl 1.-də göstərilən maddələr o səviyyəyə qədər istifadə oluna bilər ki, bu 

səviyyə məhsulun qidalılıq səviyyəsinə müvafiq olsun və yaxud torpaq şəraiti   yuxarıda 

göstərilən  5(a)  və    (b)-yə  uyğun  olaraq  becərilə  bilməsin  və  ya    peyini  ekoloji 

təsərrüfatlardan əldə etmək mümkün olmasın.  

c)  kompostlaşmanı  fəallaşdırmaq  üçün  müvafiq  mikroorqanizmlər  və  ya  bitki  əsaslı 

preparatlar istifadə edilə bilər;  

d) daş unu kimi biodinamik preparatlardan, təsərrüfatyanı peyin və ya bitkilər paraqraf 

5.-də qeyd olunan məqsədlər üçün istifadə oluna bilər.    

6. Zərərvericilər, xəstəliklər və alaqlar aşağıda qeyd olunan tədbirlərin  hər hansı biri ilə 

nəzarət edilə bilər:  

− müvafiq növlərin və cinslərin seçilməsi; 

− müvafiq növbəli əkin proqramı; 

− mexaniki becərmə; 

− zərərvericilərin təbii düşmənlərinə müvafiq yaşam şəraiti qurmaq vasitəsilə, məsələn 

çəpər çəkməklə, yuvalar qurmaqla, ekoloji bufer zonalar yaratmaqla qorumaq;  

−  müxtəlif,  rəngarəng  ekosistemlər.  Bunlar  coğrafi  ərazilərdən  fərqlənəcək.  Məsələn, 

bufer zonalar eroziyalara, aqromeşəçiliyə, məhsul dövranına təsir göstərir və s.   

− alaqlara qarşı alovla mübarizə; 

−  təbii  düşmənlərin,  həmçinin  yırtıcıların  və  parazitlərin    buraxılması; 

−  Daş  unundan,  təsərrüfatyanı  peyindən  və  ya  bitkilərdən    hazırlanan  biodinamik 

preparatlar; 

− mulçalama və ya  otun biçilməsi; 

− heyvanların otarılması; 

− tələlər, maneələr, işıq və səs kimi müxaniki nəzarət üsulları; 

− əgər müvafiq  növbəli əkin vasitəsilə torpağın bərpa edilməsi aparıla bilmirsə, buxarla 

sterilizə etmək.  

7. Yalnız məhsulun gözlənilən ciddi təhlükə anında, 6-cı (yuxarıda) bənddə qeyd olunan 

tədbirlər səmərə verməzsə və effektiv sayılmazsa Əlavə 2-də göstərilən tədbirlərin həyata 

keçirilməsi məqsədəuyğundur.    



8.  Bu  standartın    Bölmə  4.1.-də  göstərilən  müdəalarına  müvafiq  olaraq  toxumlar  və 

vegetativ reproduktiv materiallar üçün heç olmazsa bir nəsil, çoxillik məhsullar üçün iki 

becərmə fəsili lazımdır.   

Əgər operator (sahibkar) GABA-ya sübut edə bilsə ki, yuxarıda qeyd olunan tələblərə 

cavab verən materiallar  əldə edilə bilən deyil, sertifikatlaşdırma qurumu razı ola bilər:  

a) ilk mərhələdə dərmanlanmamış toxumdan və reproduktiv materialdan  istifadə; 

b)  əgər  (a)  variantını  əldə  etmək  mümkün  deyilsə,  Əlavə  2-də  göstərilən    maddələrlə 

işlənmiş toxumlardan və reproduktiv materiallardan istifadə.   

GABA  proqramı  üzrə  sertifikatlaşdırma  qurumları  yuxarıda  8-ci  bölmədə  göstərilən 

tətbiqetmə limitini təyin edən  kriteriyaları  müəyyənləşdirə bilər.  

9.Yeməli bitkilərin və onların hissələrinin toplanması, həmçinin təbii ərazidə, meşələrdə, 

kənd təsərrüfatı ərazilərində  təbii surətdə yetişən məhsulların toplanışı aşağıdakı şərtlər 

daxilində ekoloji istehsal kimi qəbul edilir:  

-

 



məhsul aydın şəkildə müəyyən edilmiş, bu standartın Bölmə 6-da qeyd olunan  

yoxlamadan/sertifikatlaşmadan keçmiş yığım ərazisindən toplanmışdır;  

-

 

bu ərazilərdə yığımdan əvvəlki 3 il müddətində Əlavə 2-də  qeyd olunan maddə 



və məhsullardan başqa digər maddələrdən istifadəyə yol verilməyib; 

-

 



yığım təbii ətraf mühütin sabitliyinə, yığım ərazisində olan növlərin qorunub 

saxlanmasına  xələl gətirməməlidir;  

-

 

məhsullar yığımı əməliyyatına nəzarət edən və yığım ərazisinə yaxşı bələd olan 



müştərilərdən alındıqda; 

-

 



vəhşi növlərin toplanmasına icazə səlahiyyətli qurumlar və ya şəxslər tərəfindən 

verilməlidir, cavabdeh səlahiyyətli şəxs ayrıca hər bir növ üçün yığım qaydaları 

işləyib hazırlamalıdır; 

-

 



ekoloji  yabanı  yığım  davamlı  olmalıdır  və  ətraf  mühiti  dağıtmamalıdır.  O, 

çirklənməmiş təmiz ərazilərdə aparılmalıdır. Həmçinin o, yaxşı sənədləşdiril-

məlidir ki, lazım gəlsə, yığım ərazisinə qədər geriyə yoxlana bilsin. 

-

 



hansısa növün həddən çox yığımına yol verilməməlidir.  

-

 



Qırmızı  siyahıda  olan  hədsiz  toplanan  məhsulların  toplanmasına  yol 

verilməməlidir.  

-

 

bitkilərə vurulan ziyan minimuma endirilməlidir.  



-

 

yığım digər orqanizmlərin yaşam tərzinə və qidalanmasına zərər vurmamalıdır.  



-

 

yığımı  aparan  şəxslər  özlərindən  sonra  zibil  qoymamalıdır,  yanğına  səbəb 



olmamalıdır, qeyri-leqal ovçuluq etməməlidir və s.  

-

 



yığımı aparan şəxslər yaxşı hazırlanmalı və məlumatlanmalıdır. 

-

 



yığım böyük şəhərlərə yaxın ərazilərdə, sənaye mərkəzlərində, nüvə  istehsalı 

ərazilərinə yaxın yerlərdə və yola yaxın yerlərdə  aparılmamalıdır -  əgər yığım 

qrup  şəklində  aparılırsa,  yığımı  aparan şəxslər  məhsulu toplama  texnikasına,  

maksimum  məhsul  kəmiyyəti,  ətraf  mühitə  vurulan  zərər    və  müvafiq  yığım 

əraziləri ən müvafiq tərzdə seçilməlidir.   

-

 



cavabdeh kompaniya və ya şəxs ekoloji idarəetmə planını təqdim etməlidir.  

-

 



yığım  rayonunun  (  yaxşı  olardı  ki,  1  :  50.000  nisbətində  və  ya    1  :  250.000 

nisbətindən az olmayaraq) detallı şəkildə xəritəsi təqdim olunmalıdır.  

-

 

alınma, saxlanma, daşınma və  satış  nəticələrinin (miqdarla) qeydiyyatı bütün 



səviyyələrdə saxlanmalıdır.  

-

 



operatorlar (müştərilər) davamlılığa heç olmazsa yerli yığım səviyyəsində cəhd 

etməlidir.  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə