sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə
törədilməsi –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
273.3.1.
təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat)
tərəfindən törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun
hər hansı bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli
əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya
dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına
digər mühüm zərərin vurulması başa düşülür.
2. Bu Məcəllənin 273.2-ci maddəsində “kompyuter sisteminin işləməsinə
ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir
pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu
sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları
mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.
M a d d ə 273-1.
Kibercinayətlərin
törədilməsi
üçün
hazırlanmış
vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu
Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi
olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin
Saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter
məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter
məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və
ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin
(həqiqiliyinin) pozulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan üç min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
ON BIRINCI BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 2 7 4 .
Dövlətə xəyanət
Dövlətə
xəyanət,
yəni
Azərbaycan
Respublikasının
suverenliyi,
ərazi
toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən
tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına
qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların
nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin
törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət
tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və
vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının
alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət
məsuliyyətindən azad olunur.
M a d d ə
2 7 5 .
Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və
Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı
birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə
etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən
Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—