Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 472)



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə90/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   86   87   88   89   90   91   92   93   ...   105

Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 472) ilə 210.2-ci maddədə “iki ilədək müddətə 
azadlığın  məhdudlaşdırılması”  sözləri  “cinayət  nəticəsində  vurulmuş  ziyanın  üç  misli 
miqdarında cərimə” sözləri ilə əvəz edilmişdir. 
  
[306]
 16 
may 
2008-ci 
il 
tarixli 607-IIIQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti  7  iyun  2008-ci  il,  №  123,  Azərbaycan  Respublikasının 
Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 212.1-ci maddənin sanksiyasında “şərti 
maliyyə  vahidi  məbləğinin  iki  min  mislindən  dörd  min  mislinədək”  sözləri  “iki  min 
manatdan dörd min manatadək” sözləri ilə əvəz edilmişdir. 
  
[307]
 16 
may 
2008-ci 
il 
tarixli 607-IIIQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti  7  iyun  2008-ci  il,  №  123,  Azərbaycan  Respublikasının 
Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 213.1-ci maddənin sanksiyasında “şərti 
maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min 
manatadək” sözləri ilə əvəz edilmişdir. 
  
[308]
 
16 
may 
2008-ci 
il 
tarixli 607-IIIQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti  7  iyun  2008-ci  il,  №  123,  Azərbaycan  Respublikasının 
Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  454) ilə  213-cü  maddənin  “Qeyd”inin  1-ci 
bəndində  “şərti  maliyyə  vahidi  məbləğinin  iki  min mislindən əlli  min  mislinədək”  və  “şərti 
maliyyə vahidi məbləğinin əlli min mislindən” sözləri müvafiq olaraq “iki min manatdan əlli 
min manatadək” və “əlli min manatdan” sözləri ilə əvəz edilmişdir. 
  
[309]
 
26  dekabr  2000-ci il  tarixli  49-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Cinayət  və 
İnzibati  Xətalar  Məcəllələrinə  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, 
maddə 24) ilə 213.1-ci maddənin dispozisiyası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada 
deyilirdi: 
213.1. Xeyli miqdarda vergilərdən yayınmaq məqsədi ilə vətəndaşlar tərəfindən gəlirlər və 
xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatların deklarasiyada göstərilməsi —
 
 
 
28  noyabr  2006-cı  il  tarixli 185-IIIQD nömrəli Azərbaycan  Respublikasının  Cinayət  və 
İnzibati  Xətalar  Məcəllələrinə  dəyişikliklər  edilməsi  haqqında Azərbaycan  Respublikasının 
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 12, maddə 1020) ilə 
213.1-ci və 213.3-cü maddələrində «başqa icbari ödənişləri» sözləri «məcburi dövlət sosial sığorta 
haqlarını»sözləri ilə əvəz edilmişdir.
 
26  dekabr  2000-ci il  tarixli  49-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Cinayət  və 
İnzibati  Xətalar  Məcəllələrinə  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, 
maddə 24) ilə 213.2-ci maddənin dispoziyası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada 
deyilirdi: 
213.2. Eyni əməllər külli miqdarda törədildikdə— 
 
 
26  dekabr  2000-ci il  tarixli  49-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Cinayət  və 
İnzibati  Xətalar  Məcəllələrinə  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, 


maddə 24) ilə 213.3-cü maddənin dispoziyası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada 
deyilirdi: 
213.3. Xeyli miqdarda vergilərdən yayınmaq məqsədi ilə gəlirlər və ya xərclər barədə bilə-
bilə təhrif olunmuş məlumatların təşkilatın mühasibat sənədlərinə daxil edilməsi—
 
 
 
31 may 2007-ci il tarixli 357-IIIQD nömrəli  Azərbaycan Respublikası qanunu (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  6,  maddə  579) ilə 213-cü  maddə  yeni 
redaksiyada verilmişdir.
 
Əvvəlki redaksiyada deyilirdi:
 
        Maddə   213. Vergi ödəməkdən yayınma
 
213.1.  Fiziki  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda gəlirlər haqqında bəyannamə təqdim  etməməklə, yaxud gəlirlər və ya xərclər 
barədə bilə-bilə təhrif olunmuş məlumatları bəyannamədə göstərməklə, yaxud digər üsulla xeyli 
miqdarda  vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma—
 
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
 
213.2. Eyni əməllər:
 
 213.2.1. külli miqdarda ziyan vurduqda;
 
 213.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
 
 213.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
 
şərti maliyyə vahidi məbləğinin iki min mislindən beş min mislinədək miqdarda cərimə və 
ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
213.3.  Gəlirlər  və  ya  xərclər  barədə  bilə-bilə  təhrif  olunmuş  məlumatları  təşkilatın 
mühasibat sənədlərinə daxil etməklə, yaxud digər üsulla xeyli  miqdarda vergiləri və ya məcburi 
dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma—
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni 
müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
 
213.4.  Bu  Məcəllənin  213.3-cü  maddəsində  nəzərdə  tutulan  əməllər  külli  miqdarda 
törədildikdə—
 
beş  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Qeyd:
 
1.  Bu  Məcəllənin  213.1.  və  213.2-ci  maddələrində  «xeyli  miqdar»  dedikdə, şərti  maliyyə 
vahidi məbləğinin iki min mislindən beş min mislinədək olan məbləğ, «külli miqdar» dedikdə isə 
beş min mislindən yuxarı olan məbləğ başa düşülür.
 
2.  Bu  Məcəllənin  213.3.  və  213.4-cü  maddələrində  «xeyli  miqdar»  dedikdə, şərti  maliyyə 
vahidi məbləğinin on beş min mislindən yuxarı olan, «külli miqdar» dedikdə isə iyirmi beş min 
mislindən yuxarı olan məbləğ başa düşülür.
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə