Azərbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 36,66 Kb.

tarix26.09.2017
ölçüsü36,66 Kb.


 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

Sınaq imtahanı iştirakçısının  



 

YADDAŞ 

KİTABÇASI 

 

Aşağıdakıları imtahana gətirmək qadağandır: 

 

 

 



 

 

 



 

 

 



2017

 

Sınaq imtahanının nəticələrini www.tqdk.gov.az internet səhifəmizdən öyrənə bilərsiniz






 

 

2



 

 İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 

ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 



Siz  imtahanın  başlanması  vaxtından  1  saat  30  dəqiqə  əvvəl  imtahan 

verəcəyiniz  binanın  qarşısına  gəlməli  (imtahan  binası,  imtahanın  tarixi  və 

vaxtı  haqqında  məlumat  imtahana  buraxılış  vərəqəsində  göstərilmişdir), 

özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan 

diyircəkli  qələm  və  (və  ya)  HB  sərtliyində  sadə  karandaş,  qələmyonan, 

pozan və aşağıdakı   sənədləri gətirməlisiniz:  

-

 

şəxsiyyət vəsiqəsi, 



-

 

imtahana buraxılış vərəqəsi. 



DİQQƏT!  Göstərilən  sənədlərdən biri olmadıqda və ya sənədlər arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız! 

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini 



həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən 

sonra imtahana buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



 

İŞTİRAKÇININ İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 



İmtahan  zalında  imtahana  buraxılış  vərəqəsində  göstərilən  sırada  və  yerdə 

oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda 

əlinizi qaldırıb nəzarətçiyə müraciət edin. 

2.

 



İzahat işi qurtardıqdan sonra sizə üzərində iş nömrəniz, soyadınız, adınız və 

atanızın  adı  çap  edilmiş  cavab  kartı  verilir.  Cavab  kartını  qara  və  ya  tünd 

göy  rəngdə  yazan  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  və  ya  sadə 

karandaşla  doldurun.  Cavab  kartındakı  məlumatlar  optik  qurğu  vasitəsilə 

oxunur. Ona görə də cavab kartı ilə işləyərkən ehtiyatlı olun. Dairələri tam 

qaralayın  (nümunə),  kartın  əks  üzünün  qabarmaması  üçün  qələmi  bərk 

basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  

DİQQƏT!  Korlanmış cavab kartı dəyişdirilmir. 

3.

 



Cavab kartının 1-ci bölməsində  iş nömrəniz, soyadınız, adınız və atanızın adı 

çap  edilmişdir.  Özünüz  haqqında  çap  edilmiş  həmin  məlumatları  yoxlayın. 

Uyğunsuzluq  aşkar  etdikdə  mütləq  nəzarətçiyə  müraciət  edib  məsələyə 

aydınlıq  gətirin.  2-ci  bölmədə  özünüz  haqqında  məlumatı  yazın  və  bu 

bölmədəki  qaydalara  zidd  hərəkətə  yol  verməyəcəyiniz  barədə  bəyannamə 

ilə  tanış  olun.  Cavab  kartında  çap  edilmiş    məlumatların  düzgünlüyünü  və  

bəyannamə  ilə  tanış  olduğunuzu  öz  imzanızla  təsdiq  edin.  3-cü  bölmədə 

ixtisas  qrupunuzun  nömrəsi,  sual  kitabçanızın  variantı  və  seçdiyiniz  xarici 

dil çap edilmişdir. 

Cavab  kartının  arxa  üzündə  soyadınızı  və  adınızı  müvafiq  sətirlərə 

yazıb, imza atın. İş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölmədə isə iş 



 

3

 



nömrənizin  hər  bir  rəqəmini  sol  xanadan  başlayaraq  rəqəmlərin  nümunədə 

göstərilən  şablonuna  uyğun  olaraq  yazın.  Sonra  hər  damanın  altındakı 

sütunda  uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Bu 

zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır.  

4.

 

Sonra  sizə  sual  kitabçaları  paylanır.  Sual  kitabçasının  üzərində  sizin  iş 



nömrəniz,  soyadınız,  adınız  və  atanızın  adı  çap  edilmişdir.  Sizə  təqdim 

olunan sual kitabçası sizə məxsus deyilsə, dərhal nəzarətçiyə müraciət edin. 

Belə  ki,  imtahan  nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  üzərində 

sizin  soyadınız,  adınız  və  ata  adınız  çap  edilmiş  və  cavab  kartınızda 

göstərilmiş  ixtisasa  və  varianta  uyğun  sual  kitabçasının  doğru  cavabları  ilə 

müqayisə  ediləcəkdir.  Sual  kitabçasının  sizə  düzgün  təqdim  olunduğuna 

əmin olun.  

Nəzarətçi  sual  kitabçalarını  açmağa  icazə  verdikdən  sonra  onu 

vərəqləyərək çap qüsurlarının olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa

nəzarətçiyə  müraciət edin. 

5.

 

“İmtahan başlandı!” elan edilən andan suallara cavab vermək üçün ayrılan 



saat  vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd 

olunması  (uyğun  dairələrin  qaralanması)  üçün  sərf  olunan  vaxt  da  bu 

müddətə daxildir. 

6.

 



Cavab  kartının  cavablar  üçün  ayrılmış  hissəsi  sual  kitabçasındakı  sualların 

ardıcıllığına uyğun olaraq sıralanmışdır. Sual kitabçasında 1-21, 26-46, 51-



71 və 76-125 saylı sualların hər birinə verilmiş  5 cavabdan (bunlar A, B, C, 

D,  E  hərfləri  ilə işarələnmişdir) düzgün  hesab  etdiyiniz  bir cavabı  seçin  və 

cavab  kartında  müvafiq  sualın  nömrəsini  tapın  və  seçdiyiniz  cavaba  uyğun 

dairəni  tam  qaralayın.  Əgər  bir  suala  cavab  olaraq  birdən  çox  dairə 

qaralanarsa, həmin cavab səhv hesab edilir. 

       Sual  kitabçasında  verilmiş  1)  22-24,  47-49  və  72-74  saylı  açıq  tipli 

test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) 

bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq nümunədə 

göstərilən şablona uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda 

uyğun  rəqəmi  (nöqtəni)  tapıb  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Əgər 

eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. 



2)  25,  50  və  75  saylı  açıq  tipli  test  tapşırıqlarında  təqdim  edilmiş  iki 

siyahının  elementləri  arasındakı  uyğunluqları  müəyyən  edin  və  cavab 

kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-

ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın.

 

 

Ballarınız  hesablanarkən  yalnız  cavab  kartında  qaraladığınız  cavablar 

nəzərə  alınır.  Ümumi  bal  hesablanarkən  suallar  üzrə  doğru  cavabların 

sayından  səhv  cavabların  sayının  ¼-i  çıxılır,  açıq  tipli  test  tapşırıqları  olan 

suallar üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir. 



 

 

4



 

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Diqqətli  olun  ki,  sizin 

cavablarınızı  da  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi 

araşdırma  zamanı  köçürmə  faktı  aşkar  edilərsə,  imtahan  nəticələriniz  ləğv 

olunacaqdır.  



DİQQƏT! İmtahanın gedişi zamanı hər bir şagird öz cavab kartının və sual 

kitabçasının qorunmasına və korlanmamasına şəxsən məsuliyyət daşıyır. 

7.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçanızda  boş  yerlər 



nəzərdə  tutulmuşdur.  Buna  görə  də  əlavə  kağızdan  istifadə  etməyə  icazə 

verilmir. 

8.

 

İmtahanı  bitirib  getmək  istəyən  iştirakçı  cavab  kartını  nəzarətçiyə  təhvil 



verir.  Cavab  kartının  təhvil  verilməsinə  görə  iştirakçı  şəxsən  məsuliyyət 

daşıyır. Cavab kartını nəzarətçiyə təhvil verdikdən sonra imtahana buraxılış 

vərəqənizdə  ona  bu  haqda  imza  etdirməlisiniz.

 

Cavab  kartını  nəzarətçiyə 



təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.  

İŞTİRAKÇIYA QADAĞANDIR: 

1.

 



İmtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər 

elektron cihazlar,  konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş 

qurğuları və başqa  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 

2.

 



Yandırıcı,  partlayıcı,  kəsici,  deşici  və  digər  bu  növ  əşyalarla  imtahan 

binasına girmək, özü ilə siqaret gətirmək

3.

 

Sual  kitabçaları  paylandıqdan  sonra,  hər  hansı  bir  səbəbə  görə,  imtahan 



zalını tərk edib yenidən geri dönmək

4.

 



Nizam-intizam qaydalarını pozmaq; 

5.

 



Zalda  yerini  dəyişmək,  gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla 

imtahanın gedişinə mane olmaq

6.

 

Başqasının  cavab  kartına,  sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına, 



sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

7.

 



Nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək

8.

 



“İmtahan  başlandı”  elan  olunan  andan  1  saat  müddət  keçənədək 

səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq; 

9.

 

Cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 



Belə  hallar  aşkar  olunarsa,  həmin  iştirakçı  imtahandan    xaric  olunacaq  və 

onun  imtahan nəticələri ləğv olunacaqdır. 

Əgər siz sınaq imtahanı zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, 

mütləq  nəzarətçiyə  müraciət  edin,  nəzarətçi  lazımi  ölçü  götürməzsə,  imtahan 

rəhbərinin zala gəlməsini tələb edin. 

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun 



olmazsa, bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin.  

Sizə müvəffəqiyyətlər arzulayırıq! 

: SINAQ
SINAQ -> Kompyuterlərin inkişaf tarixi test. Fərdi kompyuterlərin daxili və xarici qurğuları
SINAQ -> 5. Masaüstü fərdi kompyuterlərin tərkib hissələri və periferiya qurğuları
SINAQ -> Sınaq imtahanı №1
SINAQ -> Magistr sınaq imtahanı №1
SINAQ -> İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri
SINAQ -> İnformasiya mədəniyyəti: mahiyyəti və formalaşdırılması problemləri
SINAQ -> I. İNformasiya cəMİYYƏTİ haqqinda qisa məlumat
SINAQ -> SöZLӘ bağli (verbal) test tapşiriqlari analogiyaya görə sözün (sözlərin) seçilməsi
SINAQ -> Sinaq narod ru Sınaq imtahanı №2
SINAQ -> Bu sınaq imtahanı iqm az saytından götürülmüşdür


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə