Azərbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 43,75 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü43,75 Kb.
#1600


 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



DÖVLƏT İMTAHAN MƏRKƏZİ 

 

 

 

 

B A K A L A V R   Ü Ç Ü N  



Y A D D A Ş  

K İ T A B Ç A S I  

(magistratura səviyyəsinə qəbul imtahanlarının II mərhələsi üçün) 



 

 

Aşağıdakıları imtahana gətirmək qəti qadağandır: 



 

İmtahan  binasına  giriş  zamanı  üzərində  mobil  telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan bakalvrlar barədə akt tərtib olunur, bu vasitələr və onların 

imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.

 

2017



 


 

ƏZİZ BAKALAVRLAR! 

Dövlət  İmtahan  Mərkəzi  (DİM)  təhsilinizi  davam  etdirmək  istəyinizi  bəyənir  və  sizə  uğurlar 

arzulayır! 

DİM-in  məqsədi  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  eyni  şərait  yaratmaq,  imtahanda 

şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

Əgər  yüksək  bilik  nümayiş  etdirsəniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl  etsəniz, 

uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 



İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 

Siz buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli (bina 

haqqında məlumat imtahana buraxılış vərəqənizdə göstərilmişdir),   özünüzlə mütləq qara və ya 

tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB  sərtliyində  sadə 

karandaş, qələmyonan, pozan və aşağıdakı   sənədləri gətirməlisiniz:  

-

 

şəxsiyyəti  təsdiq  edən  sənədi  (Azərbaycan  Respublikasının  vətəndaşları  şəxsiyyət 

vəsiqələrini,  əcnəbilər  icazə  vəsiqələrini  və  pasportlarını,  vətəndaşlığı  olmayan 

şəxslər  yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  onlara  verilən 

sənədləri  və  icazə  vəsiqələrini,  Azərbaycan  Respublikasında  daimi  yaşayan 

vətəndaşlığı  olmayan  şəxslər  şəxsiyyət  vəsiqələrini, qaçqın  statusu  almış  şəxslər  və 

onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq 

müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini; 

-

 

imtahana  buraxılış vərəqəsini 

DİQQƏT!

 

Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında  uyğunsuzluq 

olduqda imtahana buraxılmayacaqsınız! 

2.

 

Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə 

əməkdaşlarına  təqdim  edib  yoxlamadan  keçdikdən  sonra  imtahana  buraxılış  vərəqənizdə 

göstərilmiş  müvafiq kodlu zala gedin. 



BAKALAVRIN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 

İmtahan  zalında  imtahana  buraxılış  vərəqəsində  göstərilən  sıra  və  yerdə  oturduqdan  sonra 

nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb  nəzarətçiyə  müraciət 

edin. 


2.

 

İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd göy rəngdə 

yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya sadə karandaşla doldurun. Cavab kartındakı 

məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də cavab kartı ilə işləyərkən  ehtiyatlı olun. 

Dairələri  tam  qaralayın  (nümunə),  kartın    əks  üzünün  qabarmaması  üçün  qələmi  bərk 

basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və ya cırmaq olmaz.  



DİQQƏT! KORLANMIŞ  CAVAB KARTI DƏYİŞDİRİLMİR. 

Cavab kartının 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap edilmişdir. 

Özünüz    haqqında  çap  edilmiş  həmin  məlumatları  yoxlayın.  Uyğunsuzluq  aşkar  etdikdə  mütləq 

nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.  



2-ci bölmədə özünüz haqqında məlumatı yazın və bu bölmədəki qaydalara zidd hərəkətə yol 

verməyəcəyiniz  barədə  bəyannamə  ilə  tanış  olun.  Cavab  kartında  çap  edilmiş  məlumatların 

düzgünlüyünü və bəyannamə ilə tanış olduğunuzu öz imzanızla təsdiq edin. 

Cavab kartının arxa üzündə iş nömrənizin hər bir rəqəmini nəzərdə tutulmuş damalara sol 

xanadan başlayaraq rəqəmlərin cavab kartında göstərilmiş nümunədəki şablonuna uyğun olaraq 

yazın,  hər  bir  damanın  altındakı  sütunda  uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni  tam 

qaralayın.  Bu  zaman  diqqətli  olun:  hər  sütunda  yalnız  bir  dairə  qaralanmalıdır.  Bu  bölmədə 

həmçinin soyadınızı, adınızı müvafiq sətirlərə yazın və imza edin. 

3.   Sonra  sizə  üzərində  iş  nömrəniz,  soyadınız,  adınız,  ata  adınız  və  qəbul  proqramınızın  nömrəsi 

qeyd olunmuş sual kitabçası  verilir.  






DİQQƏT! Sizə verilən sual kitabçasının üzərində çap edilmiş iş nömrəsi, soyad, ad, ata adı 

və proqram nömrəsi sizə məxsus deyilsə, dərhal  nəzarətçiyə müraciət edin.  

 

Nəzarətçi sual kitabçalarını açmağa icazə verdikdən sonra onu vərəqləyərək mətbəə qüsurlarının 



olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa, nəzarətçiyə  müraciət edin. 

4.  “İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  1  saat  30  dəqiqəlik 

vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd  olunması  (uyğun  dairələrin 

qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir. 

5.  Sizə  ixtisas  üzrə  biliklərinizi  yoxlamaq  üçün  50  test  sualı  təqdim  olunur.  1)  1-45  saylı  suallar 

qapalı  tipli  test  tapşırıqlarıdır.  Bu  sualların  hər  birinə  verilmiş  5  cavabdan  düzgün  hesab 

etdiyiniz  bir  cavabı  seçin.  “Cavab  kartı”nda  müvafiq  sualın  nömrəsini  tapın  və  nömrənin 

qarşısında seçdiyiniz cavaba uyğun ola dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq iki və 



daha  çox  dairə qaralanarsa,  həmin  cavab  səhv  hesab  edilir.  2)  46-50  saylı  suallar  açıq  tipli  test 

tapşırıqlarıdır. Bu test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər, və varsa, nöqtə ardıcıllığını) 

bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq “cavab kartı”ndakı nümunədə 

göstərilən şablona uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi tapıb 

onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Əgər  eyni  bir  sütunda  birdən  çox  dairə  qaralanarsa, 

onda cavab səhv hesab edilir. 

Hər  bir  sualın  düzgün  cavabı  bir  balla  qiymətləndirilir.  Səhv  cavabların  nəticəsi  düzgün 

cavabların nəticəsinə təsir etmir. 

Ballarınız hesablanarkən yalnız cavab kartında qaraladığınız cavablar nəzərə alınır. 



DİQQƏT! Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, sizin cavablarınızı 

heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar 

edilərsə, imtahan nəticələriniz ləğv olunacaqdır.

 

6.   

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçalarında  boş  yerlər  nəzərdə  tutulmuşdur. 

Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 



DİQQƏT!  Aşağıdakı  qəbul  proqramlarını  seçən  bakalavrlar  ixtisas  üzrə  test  tapşırıqlarını 

cavablandırmaq əvəzinə yazılı imtahan verirlər: 

*

 

41 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. 



Yazı işi bakalavrların ərizələrində qeyd etdikləri ixtisaslaşma dilində yerinə yetirilir; 

*

 



43  saylı  proqramı  seçən  bakalavrlar  təqdim  olunmuş  mətni  imtahanın  birinci 

mərhələsini  verdikləri  dildən  (Azərbaycan  və  ya  rus  dilindən)  ərizələrində  qeyd 

etdikləri ixtisaslaşma dilinə yazılı tərcümə edirlər; 

*

 



44 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. 

Yazı işi bakalavrların imtahanın birinci mərhələsini verdikləri dildə (Azərbaycan və 

ya rus dilində) yerinə yetirilir; 

*

 



12, 24, 25, 29, 30, 51, 52, 57, 60, 61-65 saylı proqramları seçən bakalavrlar təqdim 

edilmiş  suallara  yazılı  formada  cavab  verirlər.  Yazı  işi  bakalavrların  imtahanın 

birinci mərhələsini verdikləri dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir. 

    Yazı işləri  50 ballı şkalada qiymətləndirilir.  



Bu  bakalavrlara  sual  kitabçalarının  paylandığı  vaxtda  cavab  kartı  və  sual  kitabçası 

əvəzinə üzərində onun iş nömrəsi, soyadı, adı, ata adı, bina və zalın kodu, yazı işinin dili, 

ixtisas  üzrə  yazı  işinin  mövzusunun  (və  ya  tərcümənin  mətninin)  və  ya  ixtisas  üzrə 

sualların çap olunduğu yazı işi verilir.  

7.  “İmtahan  qurtardı!”  elan  olunduqda  cavab  kartınızı  və  sual  kitabçanızı  (və  ya  yazı  işinizi) 

nəzarətçiyə mütləq təhvil verin. 



8.  Cavab  kartının  və  sual  kitabçasının  (və  ya  yazı  işinin)  təhvil  verilməsinə  görə  bakalavr 

şəxsən məsuliyyət daşıyır. Cavab kartını və sual kitabçasını (və ya yazı işini) nəzarətçiyə təhvil 

verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə  imza etdirməlisiniz. Cavab kartını 

və  sual  kitabçasını  (və  ya  yazı  işini)  nəzarətçiyə  təhvil  verməsəniz,  imtahan  nəticələriniz  ləğv 

olunacaqdır.  






 9.  Siz  cavab  kartlarının  (və  ya  yazı  işlərinin)  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib, 

zərfin üzərindəki protokolu imzalaya bilərsiniz.  



BAKALAVRA QADAĞANDIR: 

-  


saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək; 

imtahana binasına (zalına) mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron 



cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa  yardımçı 

vasitələr gətirmək və onlardan istifadə etmək; 

-   yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına girmək, özü 

ilə siqaret gətirmək;

 

-   sual  kitabçaları  (yazı  işləri)  paylandıqdan  sonra  hər  hansı  bir  səbəbə  görə  imtahan  zalını  tərk 



edib yenidən geri dönmək; 

-   nizam-intizam qaydalarını pozmaq; 

-   zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane 

olmaq; 


-   başqasının  cavab  kartına,    sual  kitabçasına  (və  ya  yazı  işinə)  baxmaq  və  ya  öz  cavab  kartına, 

sual kitabçasına (və ya yazı işinə) başqasının baxması üçün şərait yaratmaq;  

-   “İmtahan  başlandı”  elan  olunan  andan  1  saat  keçənədək  və  imtahanın  son    15  dəqiqəsi 

ərzində imtahan zalını  tərk etmək;  

-   nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək. 

cavab kartını və sual kitabçasını (və ya yazı işini) nəzarətçiyə təhvil vermədən imtahan zalından 



çıxmaq. 

Belə hallar aşkar olunarsa, həmin bakalavr imtahandan  xaric olunacaq və onun  imtahan 

nəticələri  ləğv  olunacaqdır.  Bu  qərardan  inzibati  qaydada  və  ya  məhkəməyə  şikayət  verilə 

bilər.  

DİM-in bakalavrın imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da  aşkar etmək üçün 

müxtəlif üsulları vardır. 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə 

qəbul qaydalarına görə bakalavr öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar 

nəticəsində  müəyyən  pozuntular  (saxta  sənəd  təqdim  etmə,  köçürmə  və  ya  köçürməyə  şərait 

yaratma,  imtahana  öz  yerinə  başqasını  göndərmə  və  qaydalara  zidd  hərəkətlərə  və  digər 

saxtakarlıqlara  yolvermə)  aşkar  edildikdə  onun    imtahan  nəticələri  ləğv  olunur  və  onun  haqqında 

müvafiq  inzibati-hüquqi  tədbirlərin  görülməsi  nəzərdə  tutulmuşdur.  Siz  cavab  kartının  2-ci 

bölməsində  belə  hallara  yol  verməyəcəyiniz  barədə  öz  üzərinizə  öhdəlik  götürərək  Bəyannamə 

imzalayırsınız. 

Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq  nəzarətçiyə 

müraciət  edin,  nəzarətçi  lazımi  ölçü  götürməzsə,  imtahan  rəhbərinin  və  ya  DİM  nümayəndəsinin 

zala gəlməsini tələb edin. 

Nəzarətçi  müəllimlər  qeyri-fənn  müəllimləridir.  Onların  vəzifəsi  imtahanın  gedişi  zamanı 

nizam-intizam  yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra sizin onlara sual verməniz, 

onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq  üçün  müraciət  etməsi  imtahan  qaydalarına 

ziddir.  

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa,  bu  barədə 

imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan  binasından  çıxdıqdan  sonra  imtahanın 



gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 

 Sizə müvəffəqiyyətlər arzulayırıq! 

Yüklə 43,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə