Azərbaycan respublikasinin döVLƏt neft fondu haqqinda əsasnamə



Yüklə 52,34 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü52,34 Kb.
#35934


 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT FONDU 

HAQQINDA ƏSASNAMƏ 

 

Azərbaycan Respublikası Prezidentinin  



2000-ci il 29 dekabr tarixli 434  

nömrəli Fərmanı ilə təsdiq edilmişdir  

 

Azərbaycan Respublikası Prezidentinin 

2003-cü il 7 fevral tarixli 849 nömrəli

 

2005-ci il 1 mart tarixli 202 nömrəli



2008-ci il 10 iyul tarixli 797 nömrəli



2011ci 

il 22 iyul tarixli 474 nömrəli



2011-ci il 26 iyul tarixli 478 nömrəli

,

2011-ci il 28 

oktyabr tarixli 520 nömrəli



2013-cü il 11 iyun tarixli 916 nömrəli

,

22 dekabr  

2014-cü il tarixli

 və 

16 iyun 2017-ci il tarixli 1461 nömrəli

 Fərmanlarına əsasən 

edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla  

 

 



1. 

ÜMUMİ MÜDDƏALAR  

 

 



1.1.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (bundan sonra - Fond) neft və 

qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti ilə (və ya müvafiq Səlahiyyətli Dövlət Orqanı ilə) 

sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə 

Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda 

neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış Sazişlərin 

həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli 

idarə olunması məqsədilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 

yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu 

il tarixli 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.  

 

1.2. 

Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və 

məsuliyyət daşıyır.  



1.3. 

Fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında 

hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin 

əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.  



1.4. 

Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət 

Müşahidə Şurası tərəfindən həyata keçirilir.  



 

1.5. 

Fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət 

hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla 

əməkdaşlıq edir.  



1.6. 

Azərbaycan Respublikası Prezidentinin Fərmanları və bu Əsasnamə ilə Fonda 

verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla: a) Fond Azərbaycan 

Respublikasının Hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən 

nazirliklər , dövlət komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları, 

maliyyə institutlarına münasibətdə və onların qarşısında, habelə Azərbaycan 

Respublikasının və digər ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai 

və digər qeyri-hökumət təşkilatlarına münasibətdə və onların qarşısında heç bir 

hüquqa, vəzifəyə malik deyildir və heç bir öhdəlik daşımır;  

b) Fond Azərbaycan Respublikası Hökuməti, digər dövlət hakimiyyəti orqanları, 

dövlət müəssisələri, təsisatları və təşkilatlarının öhdəlik və ya təminatları ilə bağlı 

heç bir məsuliyyət daşımır.  

 

1.7. 

Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, 

Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 

fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.  



1.8. 

Fond Bakı şəhərində yerləşir.  

 

2. 

FONDUN ƏSAS VƏZİFƏLƏRİ  

 

Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və 



gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və 

işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz 

fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə 

olunmasını təmin etməkdir.  

 

3. 

FONDUN FORMALAŞMASI MƏNBƏLƏRİ  

 

3.1. 

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:  

 

3.1.1. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət 

orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o 

cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan  



bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair 

Sazişlərin,habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı,                                                                                                                                       

işlənməsi və nəqlinə dair digər Sazişlərin həyata keçirilməsindən əldə edilən 

aşağıdakı gəlirlər:  



 

3.1.1.1. 

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından 

əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, 

gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta 

xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 

sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya 

iştirak payına düşən gəlirlər  

istisna olmaqla);  

 

3.1.1.2. 

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı  

AzərbaycanRespublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət 

orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);  



 

3.1.1.3. 

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər 

tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan  

Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən 

akrhesabı ödənişlər;  

 

3.1.1.4. 

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan  

Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə 

edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, 

payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına 

düşən gəlirlər istisna olmaqla);  



 

3.1.1.5. 

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, 

BakıTbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə 

ötürülməsindən əldə edilən gəlirlər(Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun 

sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);  



 

3.1.1.6. 

Neft-qaz sazişləri çərçivəsində səlahiyyətli dövlət orqanına sərmayəçilər 

tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;  

 

3.1.2. 

Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə 

aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin)  




yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim 

edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər,aktivlərinin                                                                                                                                                

balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan 

gəlirlər və sair;  



 

3.1.3. 

Qrantlar və digər təmənnasız yardımlar;  



 

3.1.4. 

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.  



 

3.3. 

Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi 

və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.  

 

4. 

FONDUN VƏSAİTİNİN İSTİFADƏ OLUNMASI  

 

4.1. 

Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin 

sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun 

olaraq həyata keçirilir.  

 

4.2. 

Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli 

problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və 

rekonstruksiya edilməsinə istifadə oluna bilər.  



 

4.3. 

Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri 

haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat 

mətbuatda dərc edilir.  



 

4.4. 

Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət 

müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də, Azərbaycan 

Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun 

(öhdəliyinin, təminatının) və/yaxud digər yüklənməsinin girovu qismində istifadə 

oluna bilməz.  



 

4.5. 

Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq 

olaraq azaddır.  

 

4.6. 

Fondun vəsaitindən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının 

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. 




5. 

FONDUN İDARƏ EDİLMƏSİ  

5.1. 

Fondun fəaliyyətinə operativ rəhbərliyi İcraçı direktor həyata keçirir.  



 

5.2. 

İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə 

təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun Azərbaycan Respublikasının 

Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. 

İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və 

bunun üçün şəxsən məsuliyyət daşıyır. 

 

5.3. 

Fondun İcraçı direktoru:  

 

- Fondun cari işini təşkil edir və ona rəhbərlik edir;  



- Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair 

təkliflər hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün 

Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; - Fondun fəaliyyəti barədə 

illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan 

Respublikasının Prezidentinə təqdim edir;  

- Fondun idarə edilməsi ilə bağlı (o cümlədən aparatın saxlanılması üçün) xərclər 

smetasının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan  

 

Respublikasının Prezidentinə təqdim edir;  



- Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən zəruri materialların 

hazırlanmasını təmin edir;  

- Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə 

təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh 

tədbirləri tətbiq edir;  

- Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən auditin 

keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir; - Fondun illik maliyyə 

hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il 

aprel ayının 30-dan gec olmayaraq  

 

Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet  



səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir;  

- Fondun fəaliyyəti ilə bağlı analitik arayışlar hazırlayır, onları Azərbaycan 

Respublikası Prezidentinə və Müşahidə Şurasına təqdim edir; - Fondun aparatının 

işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və 

dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün Müşahidə 



Şurasına təqdim edir; - Azərbaycan Respublikasının qanunvericiliyinə və bu 

Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.  

 

 

5.4. 



Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət 

orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən 

ibarət Müşahidə Şurası formalaşdırılır.  

5.5. 

Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

təsdiq olunur.  

 

5.6. 

Müşahidə Şurası İcraçı direktorun təqdimatına əsasən Fondun vəsaitinin 

istifadə edilməsinin əsas istiqamətlərini (proqramını), onun fəaliyyəti barədə illik 

hesabatını, habelə Fondun illik xərclər smetasının layihəsini nəzərdən keçirir və 

onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı xərclər smetasında nəzərdə 

tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin (Fondun 

İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə 

maaşlarının məbləğlərini təsdiq edir.  

5.7. 

Müşahidə Şurası öz iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az 

olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları İcraçı direktorun 

və ya Müşahidə Şurasının üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər.  



5.8. 

Müşahidə Şurası üzvlərinin fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla 

həyata keçirilir.  

 

6. 

UÇOT VƏ HESABAT 

 

 



6.1. 

Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. 

Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin 

etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.  

 

6.2. 

Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi 

hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının 

Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.  

 

 

 



7. 

FOND HAQQINDA ƏSASNAMƏYƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ 

 

 

Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan 



Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.  

 

8.



FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

 

Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinin 



qərarı ilə həyata keçirilir. 

Yüklə 52,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə