Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
  1   2   3   4   5   6   7   8   9   ...   57


 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ
 
  
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi  (bundan  sonra 

Məcəllə) 
Azərbaycan  Respublikasında  gömrük  işinin  hüquqi,  iqtisadi  və  təşkilati  əsaslarını,  o 
cümlədən  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən,  bu  ərazidən  aparılan, 
tranzitlə  keçirilən  mallara  və  nəqliyyat  vasitələrinə  tətbiq  edilən  ümumi  qaydaları  və 
prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.
 
  
ÜMUMİ HİSSƏ
 
  
I BÖLMƏ
 
ÜMUMİ MÜDDƏALAR
 
  
FƏSİL 1
 
ƏSAS MÜDDƏALAR
 
  
M a d d ə
 1. 
Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
 
  
1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
 
1.0.1. bəyanetmə
 

 
Azərbaycan Respublikasının
 
gömrük sərhədindən (bundan sonra 

 
gömrük  sərhədi)  keçirilən,  gömrük  nəzarəti  altında  yerləşdirilən  mallar  və  nəqliyyat 
vasitələri  barəsində  məlumatların
 
gömrük  orqanına
 
şifahi,  kağız  üzərində  yazılı  və  ya 
elektron 
formalarda bəyan edilməsi;
 
1.0.2.  bəyannaməçi  –
 
gömrük  bəyannaməsini  təqdim  edən  və  ya  adından  g
ömrük 
bəyannaməsi verilən şəxs;
 
1.0.3. daxildə emal  –
 
müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra  ixrac 
edilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  (bundan  sonra 

gömrük  ərazisi)  gömrük  rüsumları  və  vergilər  alınmadan  gətirilməsindən  ibarət  xüsusi 
gömrük proseduru
1.0.4. daxili mallar 

 
Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud 
emala  məruzqalma  meyarlarına  uyğun  olaraq  kifayət  qədər  emal  edilmiş  və  ya  sərbəst 
dövriyyə üçün buraxılmış mallar;
 
1.0.5. daşıyıcı
 

 
malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük 
nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;
 
1.0.6.  elektron  sənəd  –
 
elektron  informasiya  sistemlərində  istifadə  üçün  elektron 
formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəd;
 
1.0.7.  emal  əməliyyatları  –
 
quraşdırılma,  yığılma  və  başqa  mallara  uyğunlaşdırılma 
da  daxil  olmaqla,  malın  hazırlanması;  malın  emalı  və  təkrar  emalı;  bərpa  olunma  və 
qaydaya salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu 
asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
 
1.0.8. emal məhsulları –
 
emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal 
əməliyyatlarından keçmiş mallar;
 
1.0.9.  fors-major  hallar 

 
baş  verməsi  əvvəlcədən  ehtimal  edilməyən  və  müvafiq 
şəraitdə  qarşısının  alınmasının  mümkün  olmaması  nəticəsində  şəxslərin  öz  öhdəliklərini 
yerinə  yetirməsinə  maneçilik  törədən,  ləngidən  fövqəladə  hallar,  təbii  fəlakətlər,  yaxud 
ictimai-
siyasi hadisələr;
 
 


1.0.10.  gömrük  auditi 

 
malların  və  nəqliyyat  vasitələrinin  buraxılışından  sonra 
gömrük  bəyannaməsində  göstərilən  məlumatların  düzgünlüyünün  müəyyən  edilməsi, 
eləcə  də,  şəxslərin  mal  və  nəqliyyat  vasitələri  barəsində  sərəncam  verilməsinə  dair 
məhdudiyyətlərə,  tələblərə  və  şərtlərə  riayət  edilməsi  haqqında  öhdəliklərinin  yerinə 
yetirilməsinin  yoxlanılması  məqsədi  ilə  gömrük  orqanları  tərəfindən  həyata  keçirilən 
tədbirlər;
 
1.0.11.  gömrük  bəyannaməsi  –
 
malların  müvafiq  gömrük  proseduru  altında 
yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd;
 
1.0.12.  gömrük  dəyəri  –
 
malların  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;
 
1.0.13.  gömrük  xidməti  –
 
gömrük  qanunvericiliyinin  tətbiqinə,  habelə 
gömrük 
ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti;
 
1.0.14.  gömrük  nəzarəti
 

 
gömrük  qanunvericiliyinə  riayət  olunmasını  təmin  etmək 
məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
 
1.0.15. gömrük nəzarəti altında olan mallar 

bu Məcəllənin tələblərinə uyğun olaraq 
üzərində gömrük nəzarəti başa çatmamış mallar;
 
1.0.16.  gömrük  orqanı
 

 
gömrük  xidmətinin  gömrük  rəsmiləşdirilməsini  və  gömrük 
nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi;
 
1.0.17.  gömrük  ödənişləri
 

 
bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallarda  gömrük 
orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və 
haqq; 
1.0.18.  gömrük  proseduru 

 
bu  Məcəllənin  müddəalarına  uyğun  olaraq  gömrük 
nəzarəti  altında  olan
 
mal  və  nəqliyyat  vasitələrinin  yerləşdirilə  biləcəyi  ixrac,  təkrar  ixrac, 
müvəqqəti  ixrac,  sərbəst  dövriyyə  üçün  buraxılış,  təkrar  idxal  və  xüsusi  gömrük 
prosedurlar
ından biri;
 
1.0.19. gömrük rəsmiləşdirilməsi –
 
bu Məcəllənin tələblərinə uyğun olaraq malların və 
nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun 
başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər;
 
1.0.20.  gömrük  r
üsumları
 

 
malların  gömrük  ərazisinə  gətirilməsi  və  bu  ərazidən 
aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
 
1.0.21. gömrük sahəsi –
 
bu Məcəlləyə uyğun olaraq müəyyən edilən gömrük sərhəd 
buraxılış məntəqəsi, gömrük terminalı, gömrük laboratoriyası, gömrük postu;
 
1.0.22. gömrük sərhədindən keçirmə
 

 
malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının  qanunvericiliyi  (bundan  sonra 

qanunvericilik)  ilə  müəyyən  edilmiş 
üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər 
vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlər;
 
1.0.23.  gömrük  tarifi 

 
gömrük  sərhədindən  keçirilən  mallara  tətbiq  edilən  və  xarici 
iqtisadi  fəaliyyətin  mal  nomenklaturasına  uyğun  olaraq  sistemləşdirilmiş  gömrük  rüsumu 
dərəcələrinin məcmusu;
 
1.0.24.  gömrük  təminatı
 

 
gömrük  nəzarəti  və  rəsmiləşdirilməsinin  nəticələrini  əks 
etdirmək  üçün  gömrük  sərhədindən  keçirilən  mallara  və  nəqliyyat  vasitələrinə  gömrük 
orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
 
1.0.25.  göndərən  gömrük  orqanı
 

 
tranzit  xüsusi  gömrük  prosedurunun  başlandığı 
gömrük orqanı;
 
1.0.26.  hasilat  norması  –
 
emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
malların emalı
 
nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi;
 
1.0.27.  xaricdə  emal  –
 
gömrük  ərazisində  sərbəst  dövriyyədə  olan  mallarla  emal 
əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması 
və  sonradan  idxal  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə,  yaxud  qismən  azad 
olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru;
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə