Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

M a d d ə
 65. 
Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması
 
  
65.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  nəzarətindən  keçməli  olan 
malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan 
prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.
 
65.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  gömrük  nəzarətindən  keçməli  olan 
malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən 
yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.
 
65.3. Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək 
və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.
 
65.4.  Malların  təyin  edilən  yerə  gətirilməsi  ilə  bağlı  yaranan  əsaslandırılmış  zəruri 
xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.
 
65.5.  Bu  Məcəllənin  65.1
-
ci  maddəsində  qeyd  olunan  səlahiyyətlər  əl  yüklərinə, 
müşayiət  olunan  və  olunmayan  baqajlara,  poçt  göndərişlərinə  (poçt  rabitəsi  xidmətindən 
istifadə  edənlərin  yazışma  sirrini,  poçt  vasitəsilə  ötürülən  məlumat  sirrinin  qorunması 
hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.
 
65.6.  Yoxlamaya  fiziki  və  kimyəvi  vasitələrlə  analiz  və  testlərin  aparılması,  malların 
çəkilməsi,  ölçülməsi  daxil  ola  bilər.  Yoxlamanın  sürətləndirilməsi  məqsədi  ilə  itlərdən, 
detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, 
mexaniki,  elektrik,  elektron  cihazlardan,  malların  yerləşdirildiyi  bağlamaların deşilməsi  və 
sökülməsi  üçün  tətbiq  olunan  digər  vasitələrdən  istifadə  edilə  bilər.  Həmin  vasitələrin 
siyahısını müvafiq icra hakimiyyəti
 
orqanı müəyyən edir.
 
65.7.  Gömrük  nəzarətindən  keçməli  olan  mallardan  prob  və  nümunələr  gömrük 
orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydada 
götürülür. 
65.8.  Götürülən  prob  və  nümunələr  onların  ekspertizasını  aparmağa  imkan  verən 
minimum miqdarda (sayda, ölçüdə) olmalıdır.
 
65.9.  Bu Məcəllə və gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş 
səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri gömrük 
nəzarətindən  keçməli  olan  malların  olduğu  və  ya  olması  ehtimal  edilən  bütün  ərazilərə, 
tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək hüququna 
malikdirlər.
 
65.10.  Yaşayış  binalarına  (sahələrinə)  orada  yaşayan  fiziki  şəxslərin  iradəsindən 
kənar  və
 
ya  iradəsinə  zidd  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  daxil  olmasına  yol 
verilmir. 
65.11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 
  
 
M a d d ə
 66. 
Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması
 
  
66.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  gömrük  nəzarəti  altında  olan  mallarla 
əlaqədar  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarının  tələblərinin 
pozulması  barədə  kifayət  qədər  əsası  olduqda,  şəxsdən  həmin  malların  əlavə 
yoxlanılması üçün təqdim olunmasını tələb edirlər.
 
66.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı 
bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara verilmiş 
səlahiyyətlərdən istifadə edirlər.
 
66.3.  Yoxlama  bəyannaməçinin  və  ya  bu  əməliyyatlara  birbaşa,  yaxud  dolayı  yolla 
aidiyyəti  olan,  habelə  bu  Məcəlləyə  uyğun  olaraq  tələb  olunan  sənədlərə  malik  istənilən 
şəxsin olduğu yerdə aparıla bilər.
 
  


M a d d ə
 67. Mallarla 
bağlı hesabatın təqdim olunması
 
  
67.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə 
tutulmuş  lisenziyalaşdırılan  fəaliyyəti  həyata  keçirən  şəxsə  bildiriş  göndərməklə,  ondan 
kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını 
tələb etmək hüququna malikdirlər:
 
67.0.1. gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı;
 
67.0.2. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı bu 
Məcəlləyə uyğun olaraq tələb olunan sənədi.
 
  
M a d d ə
 68. 
Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi
 
  
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu 
Məcəllənin  45
-
ci  fəslində  nəzərdə  tutulmuş  qaydada  şəxsdən  tələb  etmək  hüququna 
mali
kdirlər.
 
  
 
M a d d ə
 69. 
Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi
 
  
69.1.  Bu  Məcəlləyə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 
təmsil etdiyi şəxsin  adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət  göstərdiyini 
bildirən şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim etməlidir.
 
69.2.  Təmsilçiliklə  bağlı  sənədlər  təqdim  olunmadıqda,  gömrük  orqanlarının  vəzifəli 
şəxsləri həmin təmsilçiliyi tanımaqdan imtina edirlər.
 
  
M a d d ə
 70. 
Sənədlərin təqdim edilməsinə dair tələblə
r 
  
70.1.  Şəxsin  və  ya  onun  nümayəndəsinin  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər 
qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla  malları idxal 
və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı 
üzrə,  yaxud  düzgün  istifadə  etməməsi  barədə  kifayət  qədər  əsas  olduqda,  gömrük 
orqanlarının  vəzifəli  şəxsləri  yazılı  bildiriş  göndərməklə  onlardan  bu  Məcəllənin  70.2
-ci 
maddəsində  göstərilən  müddəti  əhatə  edən  müvafiq  sənədlərin  təqdim  olunmasını  tələ

edirlər.
 
70.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  70.1
-
ci  maddəsində 
göstərilən  bildirişin  təqdim  edildiyi  tarixdən  əvvəlki  3  (üç)  il  ərzində  gömrük  sərhədindən 
keçirilmiş  malların  gömrük  dəyəri,  gömrük  ödənişləri  və  ya  həmin  mallarla  bağlı  digər 
əməliyyatlara  dair  məlumatların  olduğu  və  ya  olması  ehtimal  edilən  mühasibat 
sənədlərinin  təqdim  olunmasını  şəxsdən,  yaxud  onun  nümayəndəsindən  tələb  etmək 
hüququna malikdirlər.
 
70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən 
və ya onların nümayəndələrindən bu Məcəllənin 70.2
-
ci maddəsində göstərilən sənədlərin 
surətlərinin  çıxarılmasına  və  ya  onlardan  çıxarışlar  edilməsinə  şərait  yaradılmasını, 
müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ 
vardır.
 
 
 
M a d d ə
 71. 
Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər
 
  
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması 
üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki 
və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada alırlar.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə