Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   ...   57

1.0.28.  xarici  mallar 

 
bu  Məcəllənin  1.0.4
-
cü  maddəsində  göstərilənlərdən  başqa, 
digər mallar və ya daxili mal statusunu itirmiş mallar;
 
1.0.29. idxalatçı –
 
malları idxal edən şəxs;
 
1.0.30. ixracatçı –
 
malları ixrac edən şəxs;
 
1.0.31.  qeyri-
rezidentlər
 

 
bu  Məcəllənin  1.0.44
-
cü  maddəsinin  şamil  edilmədiyi 
şəxslər;
 
1.0.32. mal sahibi 

 
mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti 
olan 
şəxs;
 
1.0.33.  malın  mənşə  ölkəsi  –
 
gömrük  tarifinin,  miqdar  məhdudiyyətlərinin,  yaxud 
ticarətə aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın 
tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə;
 
1.0.34.  mallar 

 
gömrük  sərhədindən  keçirilən  valyuta,  valyuta  sərvətləri,  qaz,  neft, 
elektrik  enerjisi  də  daxil  olmaqla,  istənilən  daşınar  əmlak,  o  cümlədən  bu  Məcəllənin 
1.0.42-
ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;
 
1.0.35. 
malların  buraxılışı  –
 
malların  yerləşdirildiyi  gömrük  proseduru  nəzərə 
alınmaqla,  onların  gömrük  orqanları  tərəfindən  şəxsin  istifadəsinə  və  ya  sərəncamına 
verilməsi;
 
1.0.36.  malların  gömrük  orqanına  təqdim  olunması  –
 
malların  gömrük  orqanının 
yerləşdiyi  yerə,  yaxud  gömrük  orqanı tərəfindən müəyyən edilmiş digər yerə  çatdırılması 
və  həmin  mallar  üzərində  gömrük  nəzarətinin  həyata  keçirilməsi  üçün  gömrük  orqanına 
verilməsi;
 
1.0.37. malların gömrük statusu –
 
malların xarici və yaxud daxili mallara aid edilmə
si; 
1.0.38.  malların  yoxlanması  –
 
malların  xassələrinin,  mənşəyinin,  vəziyyətinin, 
miqdarının  və  dəyərinin  gömrük  bəyannaməsində  göstərilən  məlumatlara  uyğunluğunu 
müəyyən  etmək  məqsədi  ilə  onların  fiziki  yoxlanması  üzrə  gömrük  orqanları  tərəfindən 
yerinə yetirilən hərəkətlər;
 
1.0.39.  müşayiət  olunan  baqaj  –
 
gömrük  sərhədindən  sərnişinlərin  özləri  tərəfindən 
keçirilən mallar;
 
1.0.40. müşayiət olunmayan baqaj –
 
sərnişinlərə məxsus olan, gömrük sərhədindən 
nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar;
 
1.0.41.  nəqliyyat  sənədləri
 

 
malların  və  nəqliyyat  vasitələrinin  daşınması  zamanı 
qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə 
(bundan sonra - 
beynəlxalq müqavilələr) nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, 
dəmiryol  qaiməsi,  baqaj  cədvəli,  baqaj  qəbzi,  aviaqaimə,  konosament,  habelə  malların 
boru kəmərləri və elektrikötürücü xətləri vasitəsilə nəqlində istifadə olunan digər müşayiət 
sənədləri;
 
1.0.42.  nəqliyyat  vasitələri  –
 
sərnişinlərin  və  yüklərin  beynəlxalq  daşınması  üçün 
istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən 
konteynerlər və digər nəqliyyat avadanlığı;
 
1.0.43.  prosedur  sahibi 

 
gömrük  bəyannaməsini hazırlayan və  ya adından gömrü

bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və 
öhdəliklərinin ötürüldüyü şəxs;
 
1.0.44.  rezidentlər  –
 
qanunvericiliyə  müvafiq  olaraq  yaradılmış  və  Azərbaycan 
Respublikasında  yerləşən  hüquqi  şəxslər  və  digər  idarə,  müəssisə  və  təşkilatlar, 
Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti 
ilə  məşğul  olan  şəxslər,  Azərbaycan  Respublikasının  vətəndaşları  və  Azərbaycan 
Respublikasında daimi yaşayan şəxslər;
 
1.0.45. risk 

 gömrük qanunver
iciliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
 
1.0.46. səlahiyyətli iqtisadi operator –
 
Ümumdünya Gömrük Təşkilatının normaları və 
standartlarına  uyğun  olaraq,  gömrük  nəzarətinin  sadələşdirilmiş  forma  və  üsullarından 
istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;
 


1.0.47.  sərbəst  dövriyyə  üçün  buraxılış  –
 
qanunvericilikdə  nəzərdə  tutulmuş  bütün 
gömrük  rüsumları  və  vergilər  ödənildikdən  və  lazımi  gömrük  rəsmiləşdirilməsi  yerinə 
yetirildikdən  sonra  gətirilən  malların  gömrük  ərazisində  sərbəst  dövriyyəyə 
buraxılmasından ibarət gömrük proseduru;
 
1.0.48.  sərbəst  zona
 

 
gömrük  ərazisinin,  gətirilən  mallara  gömrük  rüsumlarının  və 
vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi;
 
1.0.49. şəxsi əşyalar –
 fizi
ki şəxsin fərdi istifadəsi üçün zəruri olan əşyalar;
 
1.0.50. şəxslər
 - 
hüquqi şəxslər və fiziki şəxslər;
 
1.0.51.  şərti  buraxılış
 

 
mallardan  və  nəqliyyat  vasitələrindən  istifadə  və  onlar 
barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi 
haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış;
 
1.0.52.  tarif  kvotası  –
 
idxal  edilən  ayrı
-
ayrı  malların  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilmiş miqdarına (dəyərinə) qanunvericilikdə nəzərdə tutulduğundan 
d
aha aşağı idxal gömrük rüsumunun və həmin miqdardan (dəyərdən) artıq olan hissəsinə 
daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli tənzimlənmə üsulu;
 
1.0.53.  təyinat  gömrük  orqanı
 

 
tranzit  xüsusi  gömrük  prosedurunun  başa  çatdığı 
gömrü
k orqanı;
 
1.0.54. ticarət siyasəti tədbirləri –
 
Ümumdünya Ticarət Təşkilatının qərarlarının tətbiq 
olunmasının bir hissəsi kimi, malların idxalı və ixracını qanunvericiliklə müəyyən olunmuş 
formada tənzimləyən qeyri
-
tarif tədbirləri;
 
1.0.55.  tranzit 

  mall
arın  gömrük  nəzarəti  altında  bir  gömrük  orqanından  digər 
gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru;
 
1.0.56.  vergilər
 

 
malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi 
ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi 
və aksizlər.
 
  
M a d d ə
 2. 
Gömrük işi və gömrük tənzimlənməsi
 
  
2.1.  Gömrük  işi 

gömrük  sərhədindən  keçirilən  mallar  və  nəqliyyat  vasitələri 
barəsində gömrük
-
tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən 
gömrük  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qadağalara  və  məhdudiyyətlərə  riayət 
olunmasını təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər 
vasitələrindən ibarətdir.
 
2.2.  Gömrük  tənzimlənməsi 

gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini 
keçirmək  hüququndan  istifadə  edən  şəxslərin  riayət  etməli  olduğu  norma  və  qaydaların 
müəyyən olunmasıdır.
 
2.3.  Gömrük  tənzimlənməsi  gömrük  qanunvericiliyinə  və  xarici  ticarətin  dövlət 
tənzimlənməsinə  dair  qanunvericiliyə,  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  həyata 
keçirilir. 
2.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  işi  sahəsində  dövlət  siyasətini  və 
tənzimlənməsini həyata keçirir.
 
2.5. Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə 
təcrübənin  beynəlxalq  hüququn  normalarına  və  ümumi  qəbul  olunmuş  beynəlxalq 
təcrübəyə  uyğunlaşdırılması  məqsədi  ilə  gömrük  tənzimlənməsi  sahəsində  beynəlxalq 
əməkdaşlıqda iştirak edir.
 
  
M a d d ə
 3. 
Gömrük ərazisi və gömrük sərhədi
 
  
3.1. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.
 
3.2. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər 
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada 
yerləşən  adalar,  süni  adalar,  qurğular  və  tikililər)  və  onların  üzərindəki  hava  məkanı 
daxildir. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə