Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   ...   57

M a d d ə
 16. 
Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar
 
  
16.1.  Bu  Məcəlləyə  və  gömrük  işi
 
üzrə
 
digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 
dövlət  orqanları,  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  gömrük  orqanlarına  verilən 
məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.
 
16.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  qanunla  qorunan  sirləri,  konfidensial 
məlumatları  açıqlaya,  şəxsi  məqsədlər  üçün  istifadə  edə  bilməzlər.  Bu  sirlər  və 
konfidensial  məlumatlar  yalnız  qanunla  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  üçüncü 
şəxslərə verilir.
 
  
  
FƏSİL 2
 
GÖMRÜK ORQANLARININ HÜQUQ MÜHAF
İZƏ FƏALİYYƏTİ
 
  
M a d d ə
 17. 
Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması
 
  
17.1.  Gömrük  orqanları  gömrük  işi  sahəsində  cinayətlərə  dair  işlər  üzrə  təhqiqat  və 
istintaq orqanlarıdır.
 
17.2.  Gömrük  orqanları  tərəfindən  təhqiqat  və  istintaqın  aparılması  və  bu  zaman 
yerinə  yetirilən  prosessual  hərəkətlər  Azərbaycan  Respublikasının  Cinayət
-Prosessual 
Məcəlləsi ilə tənzimlənir.
 
  
M a d d ə
 18. 
Gömrük  orqanları  tərəfindən  gömrük  qaydaları  əleyhinə  olan 
inzibati xətalar üzrə icraatın aparılması və işlərə
 
baxılması
 
  
Gömrük  orqanları  tərəfindən  gömrük  qaydaları  əleyhinə  olan  inzibati  xətalar  üzrə 
icraatın  aparılması,  həmin  işlərə  baxılması  və  bu  zaman  yerinə  yetirilən  prosessual 
hərəkətlər,  inzibati  xətalar  törətməyə  görə  tətbiq  edilən  inzibati  tənbehin  növləri 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
 
  
M a d d ə
 19. 
Gömrük orqanlarının əməliyyat
-
axtarış fəaliyyəti
 
  
19.1.  Gömrük  orqanları  təhqiqatının  və  istintaqının  aparılması  səlahiyyətlərinə  aid 
edilmiş  cinayətlərin  qarşısının  alınması,  aşkar  edilməsi  və  açılması,  onları  hazırlayan, 
törədən  və  ya  törətmiş  şəxslərin  müəyyən  edilməsi  məqsədi  ilə  əməliyyat
-
axtarış 
fəaliyyətini həyata keçirirlər.
 
19.2.  Gömrük  orqanlarının  əməliyyat
-
axtarış  fəaliyyəti  Azərbaycan  Respublikasının 
Cinay
ət
-
Prosessual  Məcəlləsi,  “Əməliyyat
-
axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu və əməliyyat
-
axtarış fəaliyyətini tənzimləyən digər qanunvericilik 
aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
  
M a d d ə
 20. 
Gömrük orqanlarının təhlükəsizliyini təmin edən tədbirlər
 
  
20.1.  Gömrük  orqanlarının,  onların  vəzifəli  şəxslərinin  təhlükəsizliyini  təmin  etmək 
üçün  gömrük  orqanları  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  tədbirlər  həyata 
keçirirlər.
 
20.2. Gömrük orqanları bu tədbirlərin həyata keçirilməsi üçün digər hüquq mühafizə 
orqanları, eləcə də başqa dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlıq edirlər.
 
  
  
 
 


II BÖLMƏ
 
GÖMRÜK ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ
 
  
FƏSİL 3
 
GÖMRÜK TƏMSİLÇİLİYİ
 
  
M a d d ə
 21. 
Gömrük təmsilçisi
 
  
21.1. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi 
üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  fəaliyyəti  həyata  keçirmək  üçün 
gömrük təmsilçisi təyin edə bilər.
 
21.2.  Gömrük  təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin  tapşırığı  ilə onun adından və 
onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun 
mənafeyi üçün) ola bilər.
 
21.3.  Gömrük  təmsilçiliyi  fəaliyyətini  tənzimləyən  qaydaları  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.
 
21.4. Göm
rük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük 
təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.
 
21.5.  Gömrük  təmsilçisi  kimi  fəaliyyət  göstərdiyini  bildirməyən,  yaxud  bunu  bildirən, 
lakin 
müvafiq  səlahiyyəti  olmayan  şəxs,  öz  adından  və  özünün  mənafeyi  üçün  fəaliyyət 
göstərən hesab olunur.
 
21.6.  Gömrük  orqanı  gömrük  təmsilçiliyini  birbaşa,  yaxud  dolayı  həyata  keçirən 
şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb 
etməlidir.
 
  
M a d d ə
 22. Gömrük brokeri 
  
22.1. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, 
bu  ərazidən  aparılması,  yaxud  tranziti  ilə  əlaqədar  olaraq  dolayı  gömrük  təmsilçiliyini 
həyata keçirən hüquqi şəxs
dir. 
22.2.  Gömrük  brokeri  öz  fəaliyyətini  bu  Məcəlləyə  və  müvafiq  icra  hakimiyyəti 
orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir.
 
22.3.  Gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi  həyata  keçirilərkən,  gömrük 
brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir 
və onun kimi məsuliyyət daşıyır.
 
22.4.  Gömrük  brokerinin  təmsil  etdiyi  şəxslərlə  münasibətləri  tərəflər  arasında 
bağlanmış müqavilə ilə tənzimlənir.
 
22.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  brokerlərinin  dövlət  reyestrini  müvafiq 
icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir,
 
rəsmi 
internet saytında
 
yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir.
 
22.6.  Şəxs  gömrük  brokerinin  xidmətlərindən  imtina  edə  bilər.  Bu  halda  gömrük 
orqanının  vəzifəli  şəxsləri  bəyannaməçiyə,  mallar  barədə
 
səlahiyyəti  olan
 
digər  şəxslərə 
gömrük bəyannaməsinin bu Məcəllənin 151
-
ci maddəsinə uyğun olaraq tərtib edilməsində, 
ona  müvafiq  düzəlişlər  edilməsində  və  malların  gömrük  rəsmiləşdirilməsi  üzrə  digər 
əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
 
  
M a d d ə
 23. 
Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziya
 
  
23.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  brokeri  fəaliyyətini  həyata  keçirmək 
üçün  müraciətlərə  baxır  və  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə