Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   10   ...   57

23.2.  Hər  gömrük  sərhəd  buraxılış  məntəqəsi  üzrə  ən  azı  iki  hüquqi  şəxsə  gömrük 
brokeri fəaliyyəti üçün lisenziya verilməlidir.
 
  
M a d d ə
 24. 
Gömrük  brokeri  fəaliyyətini  həyata  keçirmək  üçün  verilmiş 
lisenziyanın
 
fəaliyyətinin dayandırılması və
 
ləğv edilməsi
 
  
Gömrük  brokeri  fəaliyyətini  həyata  keçirmək  üçün  verilmiş  lisenziyanın
 
fəaliyyətinin 
dayan
dırılması  və  ləğv  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada həyata keçirilir.
 
  
 
 
M a d d ə
 25. 
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər
 
  
25.1.  Müvafiq  icra  hakimiyyəti  orqanından  ixtisas  attestatı  almış  mütəxəssislər 
gömrük broker
i adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək 
hüququna malikdirlər.
 
25.2.  Bu  Məcəllənin  25.1
-
ci  maddəsində  göstərilən  mütəxəssislər  gömrük 
rəsmiləşdirilməsi  ilə  əlaqədar  əməliyyatları  gömrük  brokerinin  adından  yerinə  yetirdikdə, 
onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.
 
25.3.  Gömrük  brokeri  gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərin  gömrük 
orqanları ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.
 
25.4.  İxtisas  attestatının  verilməsi  qaydalarını  və  gömrük  rəsmiləşdirilməsi  üçün 
mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 26. 
İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi
 
  
İxtisas  attestatlarının  fəaliyyətinin  dayandırılması  və  ləğv  edilməsi  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
 
  
M a d d ə
 27. 
Lisenziya və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu 
və yığım
 
  
27.1.  Gömrük  brokeri  fəaliyyətinə  lisenziyanın  verilməsinə  görə
 
qanunvericiliklə 
müəyyən edilmiş
 
məbləğdə dövlət rüsumu ödənilir.
 
27.2.  Gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərə  ixtisas  attestatının  verilməsinə 
görə ödənilən yığımın
 
məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
27.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş
 
lisenziyanın
 
fəaliyyəti 
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin 
ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların verilməsinə görə 
ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır.
 
  
  
FƏSİL 4
 
GÖMRÜK DAŞIYICISI
 
  
M a d d ə
 28. 
Gömrük daşıyıcısı
 
  
28.1.  Qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və  müvafiq  icra  hakimiyyəti 
orqanından  gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziya  almış  hü
quqi 
şəxslər gömrük daşıyıcısı ola bilərlər.
 


28.2.  Gömrük  daşıyıcısı  öz  fəaliyyətini  bu  Məcəlləyə  və  gömrük  işi
 
üzrə
 
digər 
qanunvericilik aktlarına uyğun həyata keçirir.
 
28.3.  Gömrük  daşıyıcısının  malları  və  onlara  aid  sənədləri  göndərənlərlə 
münasibətləri
 
müqavilə əsasında qurulur.
 
  
M a d d ə
 29. 
Gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyanın 
verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi
 
  
Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün
 
lisenziyanın
 
verilməsi, eləcə də 
on
un  fəaliyyətinin  dayandırılması  və  ləğv  edilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.
 
  
M a d d ə
 30. 
Gömrük 
daşıyıcısı 
fəaliyyətini 
həyata 
keçirmək 
üçün 
lisenziyanın
 
verilməsinə görə dövlət rüsumu
 
  
30.1.  Gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün
 
lisenziyanın
 
verilməsinə 
görə qanunvericiliklə müəyyən edilmiş
 
məbləğdə
 
dövlət rüsumu alınır.
 
30.2.  Gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyanın  fəaliyyəti 
dayandırıldıqda  və  ya  lisenziya  ləğv  edildikdə,  onun  verilməsinə  görə  ödənilmiş  dövlət 
rüsumu qaytarılmır.
 
  
  
FƏSİL 5
 
SƏLAHİYYƏTLİ İQTİSADİ OPERATORLAR
 
  
M a d d ə
 31. 
Səlahiyyətli iqtisadi operator statusu
 
  
31.1.  Ümumdünya  Gömrük  Təşkilatının  norma  və  standartlarına  uyğun  olaraq, 
səlahiyyətli iqtisadi operator 
- mall
arın təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin 
edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş 
forma və üsullarından istifadə edən hüquqi şəxsdir.
 
31.2. Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə
 
müəyyən olunmuş şərtlərə 
cavab verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunu almaq üçün müvafiq icra 
hakimiyyəti orqanına müraciət edə bilər.
 
31.3.  Səlahiyyətli  iqtisadi  operatorun  fəaliyyətini  tənzimləyən  tələbləri  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir.
 
31.4. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və 
ləğv olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
31.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı
 
bu  Məcəllədə  nəzərdə
 
tutulmuş  gömrük 
pr
osedurlarının  sadələşdirilmiş  forma  və  üsullarından  istifadə  etmək  üçün  səlahiyyətli 
iqtisadi operatora müəyyən hüquqlar verir.
 
31.6. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator 
statusu gömrük nəzarətinə xələl gətirməmək şərti ilə beynəlxalq müqavilə əsasında tanına 
bilər.
 
31.7.  Səlahiyyətli  iqtisadi  operator  statusu  almış  hüquqi  şəxs  sonrakı  fəaliyyəti 
dövründə  bununla  bağlı  müəyyən  edilmiş  şərtlərə  əməl  olunmasına  mane  olan  və 
fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.
 
  
M a d d ə
 32. 
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri
 
  
32.0. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi
 
üçün şərtlər
 
aşağıdakılardır:
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə