Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

32.0.1.  malların  təyinat  yerinə  çatdırılmasının  Ümumdünya  Gömrük  Təşkilatının 
müəyyən  etdiyi  təhlükəsizlik  normalarına  və  standartlarına  uyğun  olaraq  təmin  edilməsi 
imkanının mövcudluğu;
 
32.0.2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi;
 
32.0.3. gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat 
sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;
 
32.0.4.  gömrük  ödənişlərini  və  digər  ödənişləri  həyata  keçirmək  üçün  maliyyə 
imkanlarının olması;
 
32.0.5. fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması;
 
32.0.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;
 
32.0.7.  informasiya  mübadiləsini  lazımi  səviyyədə  təmin  edən  texniki  bazasının 
olması.
 
  
III BÖLMƏ
 
GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA 
TEXNO
LOGİYALARI
 
  
FƏSİL 6
 
GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİNİN VƏ İNFORMASİYA 
TEXNOLOGİYALARININ TƏTBİQİ
 
  
M a d d ə
 33. 
Gömrük 
işində 
informasiya 
sistemlərindən, 
informasiya 
texnologiyalarından və onların təminat vasitələrindən istifadə
 
  
33.1.  Gömrük  işində informasiya sistemlərindən,  informasiya texnologiyalarından və 
onların  təminat  vasitələrindən  istifadə  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.
 
33.2.  Gömrük  orqanları  tərəfindən  yaradılan,  alınan  informasiya  sistemləri, 
informasiya texnologi
yaları və onların təminat vasitələri dövlət mülkiyyətindədir.
 
33.3.  Gömrük  orqanları  onların  istifadəsində  olmayan  informasiya  sistemlərindən, 
informasiya  texnologiyalarından  və  onların  təminat  vasitələrindən  müqavilə  əsasında 
istifadə edə bilərlər.
 
  
M a d d
ə
 34. 
Gömrük  prosedurlarının  elektron  modellərinin  yaradılması  və 
tətbiqi
 
  
34.0. Gömrük orqanlarında gömrük prosedurlarının elektron modellərinin yaradılması 
və tətbiqi ilə əlaqədar normativ hüquqi aktların layihələri hazırlanarkən aşağıdakılar nəzərə 
alınmalıdır:
 
34.0.1.  bu  Məcəllədə  və  müvafiq  qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda, 
sənədlərin elektron formada təqdim edilməsi;
 
34.0.2. elektron və kağız üzərində yazılı formalarda sənədlər əsasında məlumatların 
dəqiqliyinin yoxlanılması üsullarının mövcudluğu;
 
34.0.3.  gömrük  xidmətləri,  habelə  onlar  ilə  başqa  istifadəçilər  arasında  gömrük 
məqsədləri üçün informasiya mübadiləsinin elektron üsullarından istifadə edildilkdə, alınan 
məlumatları saxlama hüququnun olması;
 
34.0.4.  gömrük  prosedurlarının  və  gömrük  ödənişlərinin  elektron  idarə  edilməsi 
sistemlərinin yaradılması və tətbiq edilməsi.
 
  
 
 


M a d d ə
 35. 
İnformasiya  sistemlərinin,  informasiya  texnologiyalarının  və 
onların təminat vasitələrinin sertifikatlaşdırılması
 
  
Gömrük  işində  tətbiq  olunan  informasiya
 
sistemləri,  informasiya  texnologiyaları  və 
onların təminat vasitələri, habelə informasiyanın mühafizəsi üçün istifadə olunan proqram 

texniki vasitələr müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır.
 
  
M a d d ə
 36. 
Gömrük orqanlarının informasiya ehtiyatları
 
  
36.1.  Gömrük  orqanlarının  informasiya  ehtiyatları  gömrük  əməliyyatlarını  həyata 
keçirən  şəxslərin  bu  Məcəlləyə  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  təqdim 
etdikləri sənədlər və məlumatlar əsasında formalaşdırılır.
 
36
.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə 
və informasiyanın sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir. 
36.3.  “İnformasiya  əldə  etmək  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə
 
informasiyanın  əldə  edilməsinə  qoyulmuş  məhdudiyyətlər  istisna  edilməklə,  gömrük 
orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.
 
36.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  orqanlarında  istifadə  üçün  nəzərdə 
tutulan informasiya eh
tiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini 
müəyyən edir.
 
  
  
FƏSİL 7
 
GÖMRÜK İŞİNƏ DAİR MƏLUMATLARIN MÜBADİLƏSİ VƏ MÜHAFİZƏSİ
 
  
M a d d ə
 37. 
Məlumatların mübadiləsi
 
  
37.1.  Gömrük  orqanları  ilə  dövlət  orqanları,  səlahiyyətli  iqtisa
di  operatorlar, 
sahibkarlıq  subyektləri,  habelə  gömrük  orqanlarının  özləri  arasında  sənəd  və  məlumat 
mübadiləsi  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallar  istisna  olmaqla, 
məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir.
 
37.2
.  Bu  Məcəllənin  37.1
-
ci  maddəsində  göstərilən  orqanlar  və  şəxslər  arasında 
məlumat  mübadiləsini  təmin  etmək  məqsədilə  elektron  məlumat  sistemi  yaradılır.  Bu 
sistem beynəlxalq standartlardan və ticarət təcrübəsindən istifadə etməklə, risklərin təhlili 
və  gömrük  nəzarətinin  müvafiq  qaydada  tətbiq  edilməsi  üçün  zəruri  olan  təfərrüatları 
özündə əks etdirməlidir.
 
  
M a d d ə
 38. 
Gömrük orqanları ilə səlahiyyətli iqtisadi operatorlar arasında əlavə 
məlumat mübadiləsi
 
  
38.1.  Gömrük  orqanları  və  səlahiyyətli  iqtisadi  operatorlar  xarici  ticarətdə  risklərin 
müəyyənləşdirilməsi  və  qarşısının  alınması  üzrə  tədbirlərin  hazırlanmasında  əməkdaşlıq 
məqsədi  ilə  öz  aralarında  təqdim  olunması  gömrük  qanunvericiliyi  ilə  bilavasitə  tələb 
edilməyən  məlumatların  da  mübadiləsini  həyata  keçirə  bilərlər.  Bu  mübadilə  müvafiq 
müqavilə  əsasında  həyata  keçirilir  və  səlahiyyətli  iqtisadi  operatorların  kompyuter 
şəbəkəsinə gömrük orqanları tərəfindən daxil olmaq hüququnu nəzərdə tuta bilər.
 
38.2.  Bu  Məcəllənin  38.1
-
ci  maddəsində  qeyd  olunan  əməkdaşlıq  zamanı  təqdim 
olunan  məlumatlar,  onların  açıqlanması  barədə  tərəflərin  razılığı  əldə  edilənədək  məxfi 
saxlanılır.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə