Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Gömrük  orqanları  tərəfindən  məlumatların  təqdim  olunması  və



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

M a d d ə
 39. 
Gömrük  orqanları  tərəfindən  məlumatların  təqdim  olunması  və 
məsləhətvermə
 
  
39.1. Hər bir şəxs sorğu vermək yolu ilə bu Məcəllənin 16.2
-
ci maddəsində nəzərdə 
tutulmuş  məlumatlar  istisna  edilməklə,  gömrük  qanunvericiliyinin  tətbiqinə  dair  istədiyi 
məlumatı gömrük orqanlarından əldə edə bilər.
 
39.2.  Gömrük  orqanları  gömrük  qanunvericiliyini,  ərizə  formalarını  və  xarici  ticarətə 
dair digər sənədləri İnternetdə yerləşdirməklə, həmin sənədlərin başqa şəxslər tərəfindən 
heç bir haqq ödənilmədən əldə edilməsini təmin etməlidirlər.
 
39.3.  Gömrük  orqanlarının  aşkar  etdiyi  hüquqpozmaların  araşdırılması  digər  hüquq 
mühafizə orqanlarının səlahiyyətlərinə aid olduğu hallarda, müvafiq məlumatlar və onlara 
dair sənədlər həmin orqanlara verilir.
 
39.4.  Gömrük  orqanları  digər  hüquq  mühafizə  orqanlarının  sorğuları  əsasında 
barəsində  inzibati  xətalar  haqqında  iş  üzrə  icraat  və  ya  cinayət  işi  başlanmış  şəxslər 
haqqında onlarda olan məlumatları həmin orqanlara verirlər.
 
39.5. Gömrük orqanlarının vəzifəli şəxsləri verdikləri məlumatların düzgünlüyünə görə 
cavabdehdirlər.
 
39.6.  Gömrük  orqanları  gömrük  işi  və  gömrük  orqanlarının  səlahiyyətlərinə  aid  ola

məsələlər üzrə məsləhətverməni həyata keçirirlər.
 
  
M a d d ə
 40. 
Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması
 
  
40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük 
orqanlarını  bu  Məcəlləyə  uyğun  olaraq  tələb  olunan  bütün  sənəd  və  məlumatlarla 
müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, 
onlara yardım göstərməlidirlər.
   
40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, 
sadələşdirilmiş  bəyannaməni
 
və  gömrük  orqanlarının  bu  Məcəlləyə  uyğun  olaraq  tələb 
etdiyi 
siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən
 
digər  sənədləri 
təqdim  edən  şəxs  onlarda  göstərilən  məlumatların  düzgünlüyünə  və  tamlığına,  malların
 
seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı 
üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
  
40.3.  Gömrük  bəyannaməsi,  təkrar  ixrac  bildirişi,  qısa  idxal  (ixrac)  bəyannaməsi, 
sadələşdirilmiş  bəyannamə
 
və  gömrük  orqanlarının  bu  Məcəlləyə  uyğun  olaraq  tələb 
etdiyi 
siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən
 
digər  sənədlər 
şəxsin  nümayəndəsi  tərəfindən  təqdim  olunduqda,  həmin  nümayəndə  də  bu  Məcəllənin 
40.2-
ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
  
40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə
 
səlahiyyəti 
olan  digər
 
şəxslərə
 
gömrük  bəyannaməsinin,  təkrar  ixrac  bildirişinin,  qısa  idxal  (ixrac) 
bəyannaməsinin,  sadələşdirilmiş  bəyannamənin
 
tərtib  edilməsində  və  malların  gömrük 
rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
  
40.5.  Bu  Məcəllə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktları  ilə  gömrük 
orqanlarına  təqdim  olunması  nəzərdə  tutulmuş  sənədlər,  o  cümlədən  gömrük 
bəyannamələri elektron formada təqdim oluna bilər.
 
40.6.  Sənədlərin  elektron  formada  təqdim  olunması  qaydaları  “Elektron  imza  və 
elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
 
  
M a d d ə
 41. 
Məlumatların mühafizəsi
 
  
41.1.  Gömrük  orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin 
digər  ölkələrin  gömrük  orqanlarından  əldə  etdikləri  məlumatlardan  yalnız  öz  xidməti 
vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
 


41.2.  Gömrük  orqanları  əldə  etdikləri,  yaxud  onlara  təqdim  olunan  məxfi  və 
konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar 
istisna  edilməklə,  həmin  məlumatlar  onları  təqdim  etmiş  şəxsin  və  ya  orqanın  birbaşa 
icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz.
 
41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfide
nsial 
məlumatlardan  qeyri
-
qanuni  istifadə  etmiş  və  ya  onları  açıqlamış  gömrük  orqanlarının 
vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
 
verilməsi  qaydası  “Dövlət  sirri  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
tənzimlənir.
 
41.5.  Məlumat  mübadiləsi  prosesində  iştirak  edən  subyektlərin  hüquqlarının  və 
məlumatların  mühafizəsi  gömrük  orqanlarının  xüsusi  proqramlardan  və  texniki 
vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur.
 
41.6.  Məlumatların  mühafizə  səviyyəsi  onların  kateqoriyasına  uyğun  olmalıdır. 
Məlumatların  kateqoriyasına  uyğun  olaraq  mühafizəsi  sərəncamında  informasiya 
ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilmə
lidir. 
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələrin istismarına dair 
tələblərə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
 
41.8.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bütün  maraqlı  şəxslərlə  informasiya 
te
xnologiyalarının tətbiqi barədə mümkün qədər geniş məsləhətləşmələr həyata keçirir.
 
  
  
FƏSİL 8
 
GÖMRÜK ORQANLARININ ELEKTRON MƏLUMAT SİSTEMİ
 
  
M a d d ə
 42. 
Ümumi müddəalar
 
  
42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması,
 
mühafizəsi  və  mübadiləsi,  o  cümlədən  risk  qiymətləndirilməsinin  və  idxalatçıların  risk 
qrupları  üzrə  bölgüsünün  aparılması
 
məqsədilə  gömrük  orqanlarının  elektron  məlumat 
sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir.
   
42.2.  Gömrük  orqanları  tərəfindən  qeydiyyata  alınan  məlumatların  məzmununu, 
onların  təqdim  olunma  müddətlərini,  mühafizəsi  məsələlərini  də  nəzərdə  tutan  elektron 
məlumat sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
 
  
M a d d ə
 43. 
Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə
 
  
Gömrük  orqanlarının  elektron  informasiya  sisteminə  məlumat  göndərmək  və  ya 
oradan məlumat almaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada gömrük orqanları tərəfindən gömrük orqanlarının elektron informasiya sisteminin 
istifadəçisi (bundan sonra 

istifadəçi) kimi təsdiq edilməlidir.
 
  
M a d d ə
 44. 
İstifadəçilər
 
  
44.1.  İstifadəçi  olmaq  üçün  şəxs  kağız  üzərində  yazılı,  yaxud  elektron  formalarda 
ərizə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər sənədlərlə müvafiq icra 
hakimiyyəti orqanına müraciət edir.
 
44.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə bir ay müddətində baxır, bu Məcəllənin 
42.2-
ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalara  uyğun  olaraq  şəxsin  müraciətinin  təmin 
edilməsi və ya edilməməsi barədə qərar qəbul edir və ona müvafiq bildiriş göndərir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə