Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 396,72 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü396,72 Kb.
#69099


 

  

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 



  

  

  



Aktın növü 

Azərbaycan 

Respublikası 

Mərkəzi 


Bankın 

İdarə 


Heyətinin Qərarı 

Qəbul edildiyi tarix 

03.05.2016 

Qeydiyyat nömrəsi 

25/1 

Adı 


“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən 

banklara  kreditlərin  verilməsi  Qaydaları”nın  təsdiq 

edilməsi barədə 

Rəsmi dərc edildiyi 

mənbə 

  

Qüvvəyə minmə 



tarixi 

18.05.2016 

Azərbaycan 

Respublikasının 

Vahid hüquqi təsnifatı 

üzrə indeks kodu 

090.060.010 

Hüquqi 


Aktların 

Dövlət 


Reyestrinin 

qeydiyyat nömrəsi 

23201605030251 

Hüquqi  aktın  Hüquqi 

Aktların 

Dövlət 


Reyestrinə 

daxil 


edildiyi tarix 

17.05.2016 

  

  

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  İdarə  Heyəti  “Azərbaycan 



Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

22.0.17-ci, 33.2-ci, 49-cu və 49-1.1-ci maddələrinə əsasən 



Q Ə R A R A   A L I R: 

1.

      



“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin 

verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). 

2.

           



Hüquq  departamentinə  (R.Məlikova)  tapşırılsın  ki,  bu  Qərarın  3  gün 

müddətində  Azərbaycan  Respublikasının  Hüquqi  Aktların  Dövlət 




Reyestrinə  daxil  edilməsi  üçün  Azərbaycan  Respublikasının  Ədliyyə 

Nazirliyinə təqdim olunmasını təmin etsin. 



  

Sədr                                                                                                  Elman Rüstəmov 


  

“Təsdiq edilmişdir” 

Azərbaycan 

Respublikasının 

Mərkəzi Bankı 

Qərar № 25/1 

3 may 2016-cı il 

  

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara 

kreditlərin verilməsi Qaydaları 

1.

  

Ümumi müddəalar 

1.1.

             



Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında” 

Azərbaycan Respublikası Qanununun 33-cü və 49-cu və 49-1-ci maddələrinə əsasən 

hazırlanmış və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi 

Bank) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara kreditlərin 

verilməsi qaydalarını müəyyən edir. 

1.2.


       

Mərkəzi Bank banklara aşağıdakı növ kreditlər verir: 

1.2.1.

    


yenidənmaliyyələşdirmə kreditləri;

 

1.2.2.



   

sonuncu instansiya kreditləri.

 

1.2.3.


   

məqsədli kreditlər.

 

1.3. Yenidənmaliyyələşdirmə kreditləri banklara aşağıdakı müddətlərlə verilə 



bilər:

 

1.3.1. 30 günədək; 



1.3.2. 360 günədək; 

1.3.3. 360 gündən yuxarı. 

1.4.  Məqsədli  kreditlər  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  49-1-ci  maddəsinə  müvafiq 

qaydada verilir. 

1.5. Banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir. 



2.

  

Anlayışlar 

2.1.

  

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 




2.1.1.

 

birbaşa  hərrac  -  Mərkəzi  Bank  tərəfindən  kreditin  faiz  dərəcəsinin 



elan olunması üsulu ilə həyata keçirilən hərrac; 

2.1.2.


 

dolayı  hərrac  -  Mərkəzi  Bank  tərəfindən  veriləcək  kreditin  ümumi 

məbləğinin elan olunması üsulu ilə həyata keçirilən hərrac; 

2.1.3.


 

faiz  dərəcələri  dəhlizi  -  Mərkəzi  Bankın  açıq  bazarda  apardığı 

əməliyyatlar üzrə faiz dərəcələrinin müəyyən olunmuş aşağı və yuxarı həddi arasında 

dəhliz. 


3.

  

Yenidənmaliyyələşdirmə kreditləri 



3.1. 30 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri 

3.1.1.


 

30  günədək  yenidənmaliyyələşdirmə  kreditləri  Mərkəzi  Bankın  pul 

siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 

3.1.2. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı 

hərraclar vasitəsilə verilir. 

3.1.3.


 

30  günədək  yenidənmaliyyələşdirmə  kreditləri  Mərkəzi  Bankın  uçot 

dərəcəsi  ilə  faiz  dərəcələri  dəhlizinin  yuxarı  həddi  arasında  müəyyən  edilmiş  faiz 

dərəcəsi ilə verilir. 

3.1.4.

 

Kredit  hərraclarının  keçirilmə  tezliyi  və  forması,  hərraca  çıxarılan 



kreditlərin  həcmi,  müddəti  və  birbaşa  hərrac  üzrə  faiz  dərəcələri  Mərkəzi  Bankın 

daxili reqlamentinə uyğun olaraq müəyyən edilir. 

3.1.5.

 

Kredit hərracının keçirilməsinə dair məlumat hərracın keçirildiyi gündən 



ən azı 3 (üç) iş günü əvvəl Mərkəzi Bankın internet səhifəsində elan olunur. Elanda 

aşağıdakı məlumatlar göstərilir: 

3.1.5.1.

     


hərracın keçirilmə yeri, tarixi və vaxtı; 

3.1.5.2.


     

hərracın növü (birbaşa və ya dolayı hərrac); 

3.1.5.3.

     


kreditin müddəti; 

3.1.5.4.


     

birbaşa hərracda - kreditin faiz dərəcəsi; 

3.1.5.5.

     


dolayı hərracda - hərraca çıxarılacaq məbləğ. 

3.1.6.


  

Hərracda iştirak etmək istəyən bank ən geci hərracın keçirildiyi gündən 

bir iş günü əvvəl bu Qaydaların 5-ci hissəsində müəyyən olunmuş tələblərə uyğun 

olan təminat barədə məlumatı Mərkəzi Banka yazılı və ya elektron formada təqdim 

etməlidir.  Təminatla  bağlı  məlumat  vaxtında  və  tələb  olunan  qaydada  təqdim 

edilmədikdə  və  ya  təminat  bu  Qaydaların  tələblərinə  uyğun  olmadıqda  bankın 

hərracda iştirakına yol verilmir. 



3.1.7.

   


Hərrac  zamanı  hər  bir  bank  yalnız  bir  sifariş  verə  bilər.  Bank  kreditin 

alınması üçün verdiyi sifarişi hərracın keçirildiyi müddət ərzində dəyişdirə və ya geri 

götürə bilər. 

3.1.8.


 

Birbaşa  hərracda  banklar  tərəfindən  verilmiş  sifarişlərin  həcmi  hərraca 

çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca 

çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada təmin edilir. 

3.1.9.

   


Dolayı  hərracda  banklar  tərəfindən  verilmiş  sifarişlərin  həcmi  hərraca 

çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca 

çıxarılan  məbləğdən  artıq  olduqda,  daha  yüksək  faiz  dərəcəsi  ilə  verilən  sifarişlər 

ardıcıllıqla  təmin  olunur.  Dolayı  hərracda  eyni  faiz  dərəcəsi  ilə  verilmiş  sifarişlər 

mütənasib qaydada təmin edilir. 

3.1.10.


 

Yenidənmaliyyələşdirmə  kreditləri  aşağıdakı  aktivlərlə  təmin 

olunmalıdır: 

3.1.10.1.  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  siyahısı  təsdiq  olunmuş 

qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir); 

3.1.10.2. kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt 

sterlinqində olan müxbir hesablarındakı vəsaitlər. 

3.1.11.  30  günədək  yenidənmaliyyələşdirmə  kreditləri  birdəfəlik  kredit 

formasında verilir və müddəti uzadılmır. 

3.1.12.  Təminat  hərracın  keçirildiyi  gündən  5  (beş)  iş  günü  ərzində 

rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 

3.2. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri 

3.2.1.  360  günədək  yenidənmaliyyələşdirmə  kreditləri  Mərkəzi  Bankın  pul 

siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 

3.2.2.  360  günədək  yenidənmaliyyələşdirmə  kreditləri  Mərkəzi  Bankın  uçot 

dərəcəsi ilə verilir. 

3.2.3.  360  günədək  verilən  yenidənmaliyyələşdirmə  kreditləri  aşağıdakı 

aktivlərlə təmin olunmalıdır: 

3.2.3.1. dövlət zəmanəti

3.2.3.2.  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  siyahısı  təsdiq  olunmuş 

qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir); 

3.2.3.3. kredit alan bankın Mərkəzi Bankda  ABŞ dolları, Avro və İngilis funt 

sterlinqində olan müxbir hesablarındakı vəsaitlər; 

3.2.3.4. daşınmaz əmlak; 

3.2.3.5. qızıl külçə formasında bank metalı. 



3.3. 360 gündən yuxarı müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri 


3.3.1.  Makroiqtisadi  vəziyyət  nəzərə  alınmaqla  360  gündən  yuxarı 

müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. 

3.3.2. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti 

tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın 

İdarə Heyətinin qərarı ilə müəyyən edilir. 

4.

  

Sonuncu instansiya kreditləri 

4.1. Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və 

likvidlik  çatışmazlığı  hallarında  Azərbaycan  Respublikasının  Maliyyə  Bazarlarına 

Nəzarət Palatasının müraciəti əsasında banklara 6 (altı) aydan artıq olmayan müddətə 

sonuncu instansiya kreditləri verə bilər. 

4.2.  Mərkəzi  Bank  müraciət  daxil  olduqdan  sonra  2  (iki)  iş  günündən  gec 

olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir. 

4.3.  Mərkəzi  Bankın  İdarə  Heyəti  sonuncu  instansiya  kreditinin  verilməsinə 

dair qərar qəbul edərkən aşağıdakıları nəzərə alır: 

4.3.1.

  

pul siyasəti hədəfləri



4.3.2.

  

kreditin məbləği, müddəti və ödəmə qrafiki. 



4.4. Sonuncu instansiya kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. 

4.5.  Sonuncu  instansiya  kreditinin  verilməsi  forması,  müddəti  və  ödəniş 

şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. 

4.6. Sonuncu instansiya kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır: 

4.6.1.

   


dövlət zəmanəti; 

4.6.2.


  

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli 

kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir); 

4.6.3.


 

kredit  alan  bankın  Mərkəzi  Bankda  ABŞ  dolları,  Avro  və  İngilis  funt 

sterlinqində olan müxbir hesablarındakı vəsaitlər; 

4.6.4.


   

daşınmaz əmlak; 

4.6.5.

   


qızıl külçə formasında bank metalı. 

            4.7. Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan 

bankın  sistem  əhəmiyyətini  və  sektorun  maliyyə  sabitliyinin  qorunmasına  təsirini 

nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti bu Qaydaların 4.1-ci bəndində göstərilən 

müddət  çərçivəsində  digər  şərtlərlə  də  sonuncu  instansiya  kreditinin  verilməsi 

barədə qərar qəbul edə bilər. 



 


5. Kreditlər üzrə təminata dair tələblər 

5.1.


 

Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) 

nisbəti ən azı aşağıdakı kimi olmalıdır: 

5.1.1.


  

dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%; 

5.1.2.

  

müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla 



Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və 

qızıl külçə formasında bank metalı - 110%; 

5.1.3.

   


daşınmaz əmlak - likvid qiymətinin 150%-i. 

5.2.


 

Təminat  qismində  təklif  edilən  daşınmaz  əmlak  barədə  müstəqil 



qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir. 

 

Yüklə 396,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə