Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 367,3 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.09.2018
ölçüsü367,3 Kb.
#69572
1   2   3   4   5   6   7

9.4.1.5.         kreditin  bankın  hesablarında  girov  qoyulmuş  Azərbaycan 

Respublikasının  milli  valyutası  və  ya  İƏİT  ölkələrinin  sərbəst  dönərli  valyutası, 

yaxud bank metalları ilə təmin olunmuş hissəsi. 

9.4.1.6.         beynəlxalq  nüfuzlu  reytinq  agentlikləri  (Standard&Poor`s,  Fitch 

Ratings,  Moody`s)  (bundan  sonra  -  beynəlxalq  reytinq  agentlikləri)  tərəfindən 

verilmiş “AAA” kredit reytinqinə malik Çoxtərəfli İnkişaf Banklarına

[1]

 qarşı birbaşa 



tələblər,  yaxud  tələblərin  bu  təşkilatlar  tərəfindən  qeyd-şərtsiz  öhdəliyi  ilə  və  ya 

həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi;



[18]

 

9.4.2.  20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupu: 



9.4.2.1.          İƏİT ölkələrində qeydə alınmış depozit və ya digər maliyyə-kredit 

təşkilatlarına  qarşı  tələblər,  o  cümlədən  banklararası  kreditlər,  depozitlər,  bu 

təşkilatlarda  olan  müxbir  hesab  qalıqları  və  onlar  tərəfindən  qeyd-şərtsiz  təmin 

olunmuş digər aktivlər; 

9.4.2.2.          tələblərin  İƏİT  ölkələrinin  yerli  hakimiyyət,  yaxud  bələdiyyə 

orqanları  tərəfindən  buraxılan  qiymətli  kağızlarla  təmin  olunmuş  hissəsi  (bu 

tələblərin ödənilməsi mənbəyi kommersiya layihələrindən əldə edilən gəlirlər deyil, 

ümumi büdcə daxilolmaları hesabına formalaşmalıdır); 

9.4.2.3.              0 (sıfır) faizli risk qrupuna aid edilməyən  və beynəlxalq reytinq 

agentlikləri  tərəfindən  verilmiş  minimum  “BBB”  kredit  reytinqinə  malik  Çoxtərəfli 

İnkişaf  Banklarına  qarşı  birbaşa  tələblər,  yaxud  tələblərin  bu  təşkilatlar  tərəfindən 

qeyd-şərtsiz  öhdəliyi  ilə  və  ya  həmin  təşkilat  tərəfindən  buraxılmış  qiymətli 

kağızlarla təmin olunmuş hissəsi

 

[19]

 

9.4.2.4.          tələblərin  Dünya  Bankı,  Beynəlxalq  Valyuta  Fondu,  Avropa 



Yenidənqurma  və  İnkişaf  Bankı,  yaxud  Asiya  İnkişaf  Bankı  tərəfindən  buraxılmış 

qiymətli kağızların nominal dəyəri ilə deyil, bazar dəyəri ilə təmin olunmuş hissəsi; 

9.4.2.5.          tələblərin  dövlət  qiymətli  kağızlarının,  Mərkəzi  Bankın  buraxdığı 

qiymətli  kağızların,  yaxud  İƏİT  ölkələrinin  hökumətləri  və  ya  mərkəzi  bankları 

tərəfindən  buraxılmış  qiymətli  kağızların  nominal  dəyəri  ilə  deyil,  bazar  dəyəri  ilə 

təmin olunmuş hissəsi;



[20]

 

9.4.2.6.          aktivlərin  tam  və  ya  hər  hansı  bir  hissəsi,  əgər  onlar  üçüncü  şəxs 



tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuşsa və bu qiymətli kağızların 

ödənilməsinə  öz  növbəsində  Azərbaycan  Respublikası,  Mərkəzi  Bank,  yaxud  İƏİT 

ölkələrinin  hökumətləri  və  ya  mərkəzi  bankları  tərəfindən  qeyd-şərtsiz  təminat 

verilmişsə; 

9.4.2.7.          üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, 

Mərkəzi  Bank,  yaxud  İƏİT  ölkələrinin  hökumətləri  və  ya  mərkəzi  bankları 

tərəfindən qeyd-şərtsiz təmin olunmuş hissəsi. 

9.4.3.  50 (əlli) faizli (0,5 əmsallı) risk qrupu: 




9.4.3.1.         tələblərin  İƏİT  ölkələrinin  yerli  hakimiyyət,  yaxud  bələdiyyə 

orqanları  tərəfindən  buraxılan  qiymətli  kağızlarla  təmin  olunmuş  hissəsi  (bu 

tələblərin ödənilməsi mənbəyi kommersiya layihələri üzrə alınan gəlirlər olur); 

9.4.3.2.         Azərbaycan  İpoteka  Fondunun  vəsaiti  və  ya  eyni  şərtlərlə  digər 

mənbələr hesabına verilmiş ipoteka kreditləri.

[21]

 

9.4.4.  100 (yüz) faizli (1,0 əmsallı) risk qrupu: 



9.4.4.1. yuxarıdakı qruplarda göstərilən tələblərdən başqa bütün digər tələblər; 

9.4.4.2. Azərbaycan  Respublikasının  Naxçıvan  Muxtar  Respublikası,  yerli 

hakimiyyət  və  ya  bələdiyyə  orqanları  tərəfindən  buraxılmış  qiymətli  kağızlarla 

təmin edilmiş tələblər; 

9.4.4.3.         bütün  əsas  vəsaitlər,  o  cümlədən  bank  işində  istifadə  olunmayan 

əsas vəsaitlər; 

9.4.4.4.         yığılma  prosesində  olan  ödəniş  alətləri  (bank  tərəfindən  icra 

edilmiş, lakin pul əvəzi banka daxil olmamış ödəniş alətləri); 

9.4.4.5.         İƏİT-ə daxil olmayan ölkələrin  depozit və  ya  digər  maliyyə-kredit 

təşkilatlarına  qarşı  tələblər,  o  cümlədən  banklararası  kreditlər,  depozitlər,  bu 

təşkilatlarda olan müxbir hesab qalıqları və nağd valyuta; 

9.4.4.6.         yuxarıda  göstərilən  risk  qruplarına  aid  olmayan  digər  aktivlər (bu 

Qaydaların 9.4.5-ci yarımbəndində nəzərdə tutulmuş aktivlər istisna olmaqla).

[22]

 

       9.4.5. 120 (yüz iyirmi) faizli (1,2 əmsallı) risk qrupuna təminatı olmayan istehlak 



kreditləri aid edilir.

[23]

 

9.5.       Balansdankənar  öhdəliklərin  (aktivlərin)  risk  dərəcəsi  üzrə  ölçülməsi 



üçün  balansdankənar  öhdəliklərin  icra  məbləği  kreditə  konvertasiya  əmsalına 

vurulur,  alınan  hasil  balansdankənar  öhdəliyin  balans  aktivinin  ekvivalenti  hesab 

edilir  və  həmin  məbləğ  bu  Qaydaların  9.4-cü  bəndi  ilə  balans  aktivləri  üçün 

müəyyən olunmuş müvafiq risk qrupuna aid edilir. 

9.6.  Bu  hissədə  göstərilən  balansdankənar  öhdəliklər  aşağıda  müəyyən 

olunmuş əmsallar üzrə kreditə konvertasiya edilir: 

9.6.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən 

yerinə  yetirməmək  hüququ  verən  və  müddəti  bir  ilədək  olan  balansdankənar 

öhdəliklər – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2); 

9.6.2.  alınacaq  mallarla  təmin  olunmuş  müddəti  bir  ilədək  olan  bank 

tərəfindən açılan akkreditivlər – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5); 

9.6.3. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən 

yerinə  yetirməmək  hüququ  verən  və  müddəti  bir  ildən  çox  olan  balansdankənar 

öhdəliklər – 60 (altmış) faizlə (kreditə konvertasiya əmsalı – 0,6 ); 

9.6.1.4.         9.6.4.  digər  balansdankənar  öhdəliklər  –  100  (yüz)  faizlə  (kreditə 

konvertasiya əmsalı – 1,0).



[24]

 



Yüklə 367,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə