Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 367,3 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.09.2018
ölçüsü367,3 Kb.
#69572
1   2   3   4   5   6   7

9.7.  Valyuta  kontraktları  (forvard  kontraktları)  aşağıdakı  cədvəldə  verilmiş 

əmsallar üzrə kreditə konvertasiya olunur: 

  

Müqavilə  müddətinə  görə  bağlanmış  forvard  kontraktları 



(kontraktla  valyutanın  alınması  üçün  müəyyən  olunmuş  ilkin 

müddət) 


Kreditə 

konvertasiya faizi 

və ya əmsalı 

a) bir il və ondan az olan müddətə 

2 % və ya 0,02 

b) bir ildən iki ilə qədər olan müddətə 

5 % və ya 0,05 

c)  iki  ildən  artıq  olan  müddətə.  Üçüncü  ildən  başlayaraq  hər 

növbəti il üçün -3% (n-illərin sayı) 

5%+3%xn və ya 

0,05+0,03xn 

  

Forvard  kontraktının  məbləğinin  balans  aktivinə  konvertasiya  edilməsi  üçün, 



cədvəldə  verilmiş  kreditə  konvertasiya  əmsalı  müqavilə  məbləğinə  vurulur,  alınan 

hasil balansdankənar öhdəliyin balans ekvivalenti hesab edilir və həmin məbləğ bu 

Qaydaların  9.4-cü  bəndi  ilə  balans  aktivləri  üçün  müəyyən  olunmuş  müvafiq  risk 

qrupuna aid edilir. 



  

10. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərdən tutulmalar 

  

Kapitalın  adekvatlıq  əmsalları  hesablanmazdan  əvvəl  risk  dərəcəsi  üzrə 



ölçülmüş  aktivlərdən  aktivlər  üzrə  zərərin  ödənilməsi  üçün  yaradılmış  “məqsədli” 

ehtiyatlar (“tutulmalar”) çıxılır. 

  

11. Kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması 

  

11.1.       Bank məcmu kapitalın adekvatlıq əmsalım 10 (on) faizdən və I dərəcəli 



kapitalın adekvatlıq əmsalını 5 (beş) faizdən az olmayan səviyyədə saxlamalıdır.

[25]

 

11.2.       Məcmu  kapitalın,  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərin  və  kapitalın 



adekvatlıq əmsallarının hesablanması aşağıdakı düsturlarla aparılır: 

11.2.1.          Məcmu  kapital  = I dərəcəli  kapital  - I dərəcəli  kapitaldan 

“tutulmalar” + II dərəcəli kapital - məcmu kapitaldan “tutulmalar”; 

11.2.2.          Risk dərəcəsi  üzrə ölçülmüş aktivlər =  risk dərəcəsi  üzrə ölçülmüş 

balans  aktivləri  +  risk  dərəcəsi  üzrə  ölçülmüş  balansdankənar  öhdəliklər  -  risk 

dərəcəsi üzrə ölçülmüş aktivlərdən “tutulmalar”; 



11.2.2-1.  Banka  aidiyyəti  olan  şəxslərə  və  banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət 

edən  şəxslərə  (bundan  sonra  –  aidiyyəti  şəxslər)  verilmiş  kreditlər  məcmu  kapitalın  və  I 


dərəcəli  kapitalın  adekvatlıq  əmsallarının  hesablanmasında  aşağıdakı  qaydada  nəzərə 

alınır:

 [26]

 

11.2.2-1.1. 01.06.2015-ci il tarixindən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya 



restrukturizasiya olunmuş kreditlərin 100%-i; 

11.2.2-1.2. 01.01.2017-ci il tarixindən 01.01.2018-ci il tarixinədək – 01.06.2015-cı il 

tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 20%-i; 

11.2.2-1.3. 01.01.2018-ci il tarixindən 01.01.2019-cu  il tarixinədək – 01.06.2015-cı 

il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 40%-i; 

11.2.2-1.4. 01.01.2019-cu il tarixindən 01.01.2020-ci  il tarixinədək – 01.06.2015-cı 

il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 60%-i; 

11.2.2-1.5. 01.01.2020-ci il tarixindən 01.01.2021-ci il tarixinədək – 01.06.2015-cı il 

tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 80%-i; 

11.2.2-1.6. 

01.01.2021-ci 

il 


tarixindən 

başlayaraq 

aidiyyətişəxslərəverilmişkreditlərin 100%-i.



[27]

 

  



  

11.2.3. I dərəcəli kapitalın 

I dərəcəli kapital – I dərəcəli kapitaldan 

“tutulmalar” – aidiyyəti şəxslərə verilmiş 

kreditlər 

            adekvatlıq əmsalı = 

-----------------------------------------------------

X100% 


  

aidiyyəti şəxslərə verilmiş kreditlər 

istisna olmaqla risk dərəcəsi üzrə 

ölçülmüş aktivlər



[28]

 

  



  

  

  



məcmu kapital – aidiyyəti 

şəxslərə verilmiş kreditlər 

  

11.2.4. 


Məcmu 

kapitalın



[29]

             

  

                       adekvatlıq əmsalı = 



------------------------------- 

X100% 


  

aidiyyəti şəxslərə verilmiş 

kreditlər istisna olmaqla 

risk dərəcəsi üzrə ölçülmüş 

aktivlər

[30]

  

  



  

12. Leverec əmsalına dair tələb və onun hesablanması 

  

12.1.  Banklar  leverec  əmsalını  5  (beş)  faizdən  az  olmayan  səviyyədə 



saxlamalıdır.

[31]

 

12-1. Leverec əmsalında nəzərə alınması üçün balansdankənar öhdəliklərin icra 



məbləği aşağıda müəyyən olunmuş əmsallar ilə kreditə konvertasiya olunur: 


12-1.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam  və ya qismən 

yerinə  yetirməmək  hüququ  verən  və  yaranma  tarixində  müddəti  bir  ilədək  olan 

balansdankənar  öhdəliklərin  istifadə  olunmamış  hissəsi  –  30  (otuz)  faizlə (kreditə 

konvertasiya əmsalı – 0,3); 

12-1.2. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam  və ya qismən 

yerinə yetirməmək  hüququ  verən  və  yaranma tarixində müddəti bir ildən çox olan 

balansdankənar öhdəliklərin  istifadə olunmamış  hissəsi – 70 (yetmiş) faizlə (kreditə 

konvertasiya əmsalı – 0,7); 

12-1.3.  bütün  digər  balansdankənar  öhdəliklər  –  100  (yüz)  faizlə  (kreditə 

konvertasiya əmsalı – 1,0).



[32]

 

12.2. Leverec əmsalının hesablanması aşağıdakı düsturla aparılır (



[33]

) 

  

  

  

I dərəcəli kapital - I dərəcəli kapitaldan 

“tutulmalar” 

Leverec əmsalı=    ----------------------------------------------X100%” 

(balans aktivləri- Azərbaycan İpoteka 

Fondu tərəfindən yenidən 

maliyyələşdirilmiş ipoteka 

kreditləriX0.5) + balansdankənar 

öhdəliklər 

 

  



  

  

“Bank kapitalının və onun 

adekvatlığının hesablanması 

Qaydaları”na Əlavə 1 

  

  

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatları (İƏİT) ölkələri: 

İƏİT-nın  üzvü  olan  ölkələri  -  ABŞ,  Avstraliya,  Avstriya,  Almaniya,  Belçika, 

Birləşmiş  Krallıq,  Danimarka,  Çili,  Estoniya,  İrlandiya,  İsveç,  İsveçrə,  İslandiya, 

İspaniya,  İsrail,  İtaliya,  Yaponiya,  Yeni  Zelandiya,  Yunanıstan,  Kanada,  Koreya, 

Lüksemburq, Macarıstan, Meksika, Niderland, Norveç, Polşa, Portuqaliya,  Türkiyə, 

Çexiya Respublikası, Slovakiya Respublikası, Sloveniya, Finlandiya və Fransa. 

Beynəlxalq  Valyuta  Fondu  ilə  “Borc  haqqında  əsas  saziş”  bağlamış 

ölkələr: ABŞ,  Almaniya,  Birləşmiş  Krallıq,  Belçika,  İsveç,  İsveçrə,  İtaliya,  Yaponiya, 

Kanada, Niderland, Səudiyyə Ərəbistanı və Fransa. 

Qeyd:  Yuxarıda  adı  çəkilən  hər  hansı  bir  ölkə  axırıncı  beş  il  ərzində  xarici 

borcunu  yenidən  rəsmiləşdiribsə  (restrukturlaşdırıbsa),  həmin  ölkə  İƏİT 




Yüklə 367,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə