Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 0,9 Mb.

səhifə1/27
tarix14.02.2018
ölçüsü0,9 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

  

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 



  

  

  



Aktın növü 

Azərbaycan 

Respublikası 

Mərkəzi 


Bankın 

İdarə 


Heyətinin Qərarı 

Qəbul edildiyi tarix 

18.04.2012 

Qeydiyyat nömrəsi 

Adı 


“Monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər 

şəxslər  tərəfindən  məlumatların  Azərbaycan  Respublikasının 

Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim 

olunması Qaydalarının təsdiq edilməsi barədə 

Rəsmi dərc edildiyi 

mənbə 


  

Qüvvəyə minmə 

tarixi 

03.05.2012 



Azərbaycan 

Respublikasının 

Vahid 

hüquqi 


təsnifatı  üzrə  indeks 

kodu 


090.140.020 

Hüquqi 


Aktların 

Dövlət 


Reyestrinin 

qeydiyyat nömrəsi 

23201204180008 

Hüquqi  aktın  Hüquqi 

Aktların 

Dövlət 


Reyestrinə 

daxil 


edildiyi tarix 

02.05.2012 

  

  

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununda  dəyişiklik  edilməsi  barədə”  Azərbaycan 

Respublikasının  2011-ci  il  15  noyabr  tarixli  249-IVQD  nömrəli  Qanununun  tətbiqi 



haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 2011-ci  il  22  dekabr  tarixli 

1918 nömrəli  Sərəncamının  2-ci  hissəsinə  əsasən  və  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2011-ci  il  11  noyabr  tarixli  184  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  normativ  xarakterli  aktlarının 

hazırlanması və qəbul edilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə  Monitorinqi  Xidmətinin  təklifləri 

nəzərə alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 

  

Q Ə R A R A   A L I R: 

  

1. “Monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər  tərəfindən 

məlumatların  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə 

Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur); 



2. Hüquq  departamentinə  (R.Məlikova) tapşırılsın  ki,  bu  Qaydaları  3  gün 

müddətində  Azərbaycan  Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin

3. Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə  Monitorinqi 

Xidmətinin  31.05.2010-cu  il  tarixli,  001  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  və  Ədliyyə 

Nazirliyində 03.06.2010-cu il  tarixdə  3867  nömrəli  şəhadətnamə  verilməklə  dövlət 

qeydiyyatına  alınmış  “Monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər 

şəxslər  tərəfindən  məlumatların  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında 

Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları” ləğv edilsin



4. Bu  Qərarın  icrasına  nəzarət  Mərkəzi  Bankın  Baş  direktoru  R.Orucova  həvalə 

edilsin. 

  

  

Sədr                                                                                            Elman Rüstəmov 



  

  



 

 

 



 

  

“Təsdiq edilmişdir”



 

Azərbaycan Respublikasının



 

Mərkəzi Bankı



 

Qərar № 8



 

18 aprel 2012-ci il



 

  

Sədr 

_____________________



 

Elman Rüstəmov 

 

 

MONİTORİNQ İŞTİRAKÇILARI VƏ MONİTORİNQDƏ İŞTİRAK EDƏN DİGƏR 



ŞƏXSLƏR TƏRƏFİNDƏN MƏLUMATLARIN AZƏRBAYCAN 

RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ 

XİDMƏTİNƏ TƏQDİM OLUNMASI 

QAYDALARI 

  

1. ÜMUMİ MÜDDƏALAR 

  

1.1.

          

Bu  Qaydalar  "Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında"  Azərbaycan  Respublikası  Qanununun  (bundan  sonra  -  Qanun)  11-ci 

maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 

184  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  "Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

normativ  xarakterli  aktlarının  hazırlanması  və  qəbul  edilməsi  Qaydası"nın  2.4-cü 

bəndinə əsasən hazırlanmışdır. 



1.2.

          

Bu  Qaydalar  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər 

şəxslər (bundan sonra birlikdə - monitorinq subyektləri) tərəfindən pul vəsaitləri və ya 

digər  əmlakla  əməliyyatlara  dair  Qanunun  11.1-ci  maddəsində  nəzərdə  tutulmuş 

məlumatların (bundan sonra - məlumatlar) Azərbaycan Respublikasının Mərkəzi Bankı 

yanında Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) 

təqdim olunması qaydalarını müəyyən edir. 



1.3.

          

Maliyyə Monitorinqi Xidmətinə verilən məlumatlar monitorinq subyektləri 

tərəfindən  məxfi  saxlanılır.  Qeyd  olunan  məlumatlar  monitorinq  subyektlərindən 

yalnız  cinayət  prosesini  həyata  keçirən  orqanlar  tərəfindən  cinayət  təqibi  ilə  əlaqədar 

tələb  edilə  bilər.  Bu  halda  göstərilən  məlumatlar  yalnız  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş qərarı əsasında verilir. 

1.4.

          

Maliyyə Monitorinqi Xidməti təqdim olunmuş məlumatların məxfiliyini və 

yalnız  Qanunla  nəzərdə  tutulmuş  məqsədlərin  həyata  keçirilməsi  üçün  istifadəsini 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə