Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix14.02.2018
ölçüsü0,9 Mb.
#27074
1   2   3   4   5   6   7   8   9   ...   27

təmin  edir,  habelə  bu  məlumatların  təhlükəsizliyinin  təmin  olunması  sistemini  təşkil 

edir. 


  

2. ƏSAS ANLAYIŞLAR 

  

2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 



2.1.1.

    


Maliyyə 

Monitorinqi 

Xidmətinin 

Avtomatlaşdırılmış 

Məlumat-

İnformasiya Sistemi (AMİS) - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

sahəsində  təqdim  olunmuş  məlumatların  avtomatlaşdırılmış  qaydada  qeydiyyata 

alınması,  vahid  şəkildə  toplanması,  emalı  və  sonrakı  təhlili  məqsədi  ilə  Maliyyə 

Monitorinqi Xidməti tərəfindən təşkil edilmiş xüsusi təyinatlı informasiya sistemidir; 

2.1.2.

    


məsul şəxs - hüquqi şəxs olan monitorinq subyektlərində rəhbərlik, habelə 

struktur  bölmələrinin  rəhbərliyi  səviyyəsində  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin 

və 


ya 

digər 


əmlakın 

leqallaşdırılmasına 

və 

terrorçuluğun 



maliyyələşdirilməsinə  qarşı  fəaliyyət  üzrə  daxili  qayda  və  prosedurların  həyata 

keçirilməsinə  nəzarət  etməyə,  Maliyyə  Monitorinqi  Xidməti  ilə  məlumat  mübadiləsini 

həyata  keçirməyə,  həmçinin  monitorinq  olunmalı  əməliyyatlarla  bağlı  müvafiq 

hesabatları hazırlamağa və təqdim etməyə məsul olan fiziki şəxsdir. 



  

3. MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNƏ TƏQDİM OLUNMALI 

MƏLUMATLAR 

  

3.1.

           

Monitorinq  iştirakçıları  20  000  (iyirmi  min)  manat  və  ya  ona  ekvivalent 

xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı pul vəsaitləri və ya digər 

əmlakla  nağd  şəkildə  həyata  keçirilən  əməliyyatlar  barədə  bu  Qaydalara  müvafiq 

olaraq Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməlidirlər. 



3.2.

           

Məbləğindən  asılı  olmayaraq  aşağıdakı  pul  vəsaitləri  və  ya  digər  əmlak, 

onlarla əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumatlar 

monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur: 

3.2.1.

    


pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  cinayət  yolu  ilə  əldə  edilməsi  və  ya 

terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  olmasına  şübhə  və  ya  belə  şübhə  üçün 

kifayət qədər əsaslar yaradan əməliyyatlar; 

3.2.2.

    


cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasında,  terrorçuluğun  maliyyələşdirilməsində,  transmilli  mütəşəkkil 

cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, 

narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsində  iştirakı 

ehtimal 

olunan, 


maliyyə 

əməliyyatlarının 

aparılması 

zamanı 


eyniləşdirmə 

məlumatlarının  açıqlanması  tələb  olunmayan  dövlətlərin  (ərazilərin)  vətəndaşları  ilə, 




qeydiyyat,  yaşayış  və  ya  əsas  fəaliyyət  yeri  həmin  dövlətdə  (ərazidə)  olan  şəxslərlə, 

eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik 

olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar; 

3.2.3.

    


xarici  dövlətlərin  siyasi  xadimlərinin  pul  vəsaitləri  və  ya  digər  əmlakla 

əməliyyatları; 



3.2.4.

    


Azərbaycan  Respublikasının  yurisdiksiyasından  kənardakı  anonim 

hesabdan  pul  vəsaitlərinin  daxil  olması  və  ya  Azərbaycan  Respublikasının 

yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi əməliyyatları; 

3.2.5.

    


Terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  çərçivəsində  barəsində 

sanksiya  tətbiq  edilməli  olan  şəxslərin,  habelə  bu  şəxslərin  sahibliyində  və  ya  nəzarətində  olan 

hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən 

fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar;

[1]

 

3.2.6.

    

tərəflərinin 



Qanunla 

müəyyənləşdirilmiş 

qaydada 

dəqiq 


eyniləşdirilməsinin  mümkün  olmadığı,  müştəri  və  ya  benefisiar  barədə  eyniləşdirmə 

məlumatlarının  təqdim  edilməsindən  imtina  olunduğu,  habelə  müştəri  və  ya 

benefisiarla  bağlı  əvvəllər  təqdim  edilmiş  eyniləşdirmə  məlumatlarının  doğru 

olmadığının aşkarlandığı əməliyyatlar; 



3.2.7.

    


 Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-

hökumət  təşkilatlarının,  o  cümlədən  xarici  dövlətlərin  qeyri-hökumət  təşkilatlarının  filial  və 

nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən 

verilən maliyyə vəsaitlərinin hərəkəti.

 [2]

 

3.3. Monitorinqdə  iştirak  edən  digər  şəxslər  tərəfindən  bu  Qaydaların  3.2-ci 

bəndində nəzərdə tutulmuş hallarda aşağıdakı əməliyyatlara dair məlumatlar Maliyyə 

Monitorinqi Xidmətinə təqdim olunur: 



3.3.1.

      


daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar

3.3.2.

      


müştərinin  pul  vəsaitlərinin,  qiymətli  kağızlarının  və  ya  digər  əmlakının 

idarə olunması ilə əlaqədar əməliyyatlar; 



3.3.3.

    


müştərinin  bank  və  ya  qiymətli  kağız  hesablarının  idarə  olunması  ilə 

əlaqədar əməliyyatlar; 



3.3.4.

    


hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, 

bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkil edilməsi, habelə hüquqi şəxslərin 

alqı-satqısı ilə əlaqədar əməliyyatlar. 

3.4. Monitorinq subyektləri aşağıdakı məlumatları Maliyyə Monitorinqi Xidmətinə 

təqdim edirlər: 



3.4.1.

    


əməliyyatın növü; 

3.4.2.

    


əməliyyatın  həyata  keçirilmə  tarixi  (əməliyyatın  icra  olunub-olunmaması, 

icra olunubsa il, ay və gün göstərilməklə əməliyyatın həyata keçirildiyi tarix); 



3.4.3.

    


həyata keçirilən əməliyyatın məbləği və valyuta növü


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə