Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix14.02.2018
ölçüsü0,9 Mb.
#27074
1   2   3   4   5   6   7   8   9   ...   27

3.4.4.

    


əməliyyat  bank  hesabı  vasitəsilə  həyata  keçirildikdə  həmin  hesabın 

nömrəsi  və  hesaba  xidmət  edən  bankın,  onun  filialının,  şöbəsinin  və  ya  digər  ayrıca 

bölməsinin adı; 

3.4.5.

    


əməliyyatı həyata keçirən fiziki və ya hüquqi şəxsin eyniləşdirilməsi üçün 

monitorinq subyektləri tərəfindən alınmış zəruri məlumatlar: 



3.4.5.1.

       


fiziki  şəxsə  münasibətdə  -  şəxsiyyəti  təsdiq  edən  sənəddə  əks  olunmuş 

məlumatlar  (şəxsin  soyadı,  adı  və  atasının  adı,  vətəndaşlığı,  onun  doğulduğu  yer  və 

tarix,  yaşadığı  və  ya  qeydiyyatda  olduğu  yer,  sənədin  növü,  seriyası  və  nömrəsi, 

verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı); 



3.4.5.2.

       


hüquqi şəxsə münasibətdə - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, 

hüquqi  ünvanı,  qeydiyyat  nömrəsi  və  ya  VÖEN-i,  qeydiyyat  tarixi,  mənsub  olduğu 

ölkə; 

3.4.5.3. fərdi  sahibkara  münasibətdə  -  bu  Qaydaların  3.4.5.1-ci  yarımbəndində 

nəzərdə tutulmuş məlumatlar və VÖEN



3.4.6. benefisiar  haqqında  məlumatlar  -  benefisiarın  hüquqi,  fiziki  və  ya  fərdi 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq bu Qaydaların 

3.4.4-cü,  3.4.5.1-ci,  3.4.5.2-ci  və  3.4.5.3-cü  yarımbəndlərində  nəzərdə  tutulmuş 

məlumatlar



3.4.7.

    


əməliyyat nümayəndə tərəfindən həyata keçirilirsə - bu Qaydaların 3.4.5.1-

ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar



3.4.8.

    


əməliyyatın  mahiyyətini,  məqsədini,  o  cümlədən  xronologiyasını  təsvir 

edən məlumatlar; 



3.4.9.

    


əməliyyatın şübhəli olmasını şərtləndirən əsaslar. 

3.5. Bu  Qaydaların  3.4-cü  bəndində  nəzərdə  tutulmuş  məlumatlardan  başqa 

monitorinq  subyektləri  tərəfindən  hüquqi  və  ya  fiziki  şəxsin  eyniləşdirilməsi  və 

verifikasiyası  üçün  əlavə  məlumatlar  əldə  edilmişdirsə  bu  məlumatlar  da  Maliyyə 

Monitorinqi Xidmətinə təqdim edilir. 



  

4. MƏLUMATLARIN TƏQDİM OLUNMASI FORMASI VƏ VASİTƏLƏRİ 

  

4.1. Monitorinq  subyektləri  tərəfindən  məlumatlar  bu  Qaydalara  1  nömrəli 

Əlavədə  nəzərdə  tutulmuş  formaya  (bundan  sonra  -  forma)  daxil  edilir  və  aşağıdakı 

vasitələrdən biri ilə təqdim olunur: 



4.1.1.

    


monitorinq  subyektinin  məsul  şəxsi  tərəfindən  imzalanmış  və  möhürlə 

təsdiq edilmiş kağız daşıyıcıda; 



4.1.2.

    


elektron imza ilə təsdiq edilmiş elektron formatda. 

4.2. Kağız daşıyıcıda forma aşağıdakı qaydada tərtib olunur:

 [3]

 

4.2.1. formanın elektron versiyası doldurularaq printerdə çap etməklə, və ya



[4]

 

4.2.2. formanın diyircəkli qələmdən istifadə edilməklə əllə doldurulması yolu ilə. 




4.3. Məlumatlar kağız daşıyıcıda aşağıdakı qaydada təqdim olunur: 

4.3.1.

    


məlumat  bütövlüyü  pozulmadan  açılması  mümkün  olmayan  və  işıq 

keçirməyən kağızdan hazırlanmış zərfə qoyularaq möhürlənir; 



4.3.2.

    


zərfin üz tərəfinin yuxarı sol küncündə monitorinq subyektinin adı, ünvanı 

və  məlumatın  müvafiq  forma  üzrə  nömrəsi  qeyd  olunur  -  zərfə  iki  və  ya  daha  artıq 

sayda məlumat qoyulduqda, hər bir məlumatın nömrəsi ardıcıl şəkildə qeyd olunur

4.3.3.

    


zərfin üz tərəfinin aşağı sağ küncündə Maliyyə Monitorinqi Xidmətinin adı 

və ünvanı qeyd olunur; 



4.3.4.

    


zərfin üz tərəfinin yuxan sağ küncündə "MƏLUMAT" qeydi aparılır; 

4.3.5.

    


zərf  rəsmi  təqdimetmə  qaydasında  və  ya  sifarişli  poçt  rabitəsi  vasitəsilə 

bildirişli məktubla Maliyyə Monitorinqi Xidmətinə göndərilir



4.3.6.

    


kağız  daşıyıcıda  bir  neçə  formanın  göndərildiyi  təqdirdə  müşayiət 

məktubunda qoşmaların sayı göstərilməlidir. 



4.4. Məlumatlar elektron formatda aşağıdakı qaydada təqdim olunur: 

4.4.1. Məlumatları  elektron  formatda  təqdim  edən  monitorinq  subyektlərinin 

məsul şəxsləri Maliyyə Monitorinqi Xidməti tərəfindən Elektron imza üzrə sertifikasiya 

mərkəzinin  Sertifikat  qeydiyyat  xidmətində  qeydiyyatdan  keçirilərək,  elektron  imza, 

habelə "İstifadəçi adı" və "Şifrə" ilə təmin olunurlar. 



4.4.2. Qeydiyyatdan  keçmiş  monitorinq  subyektlərinin  məsul  şəxsləri  Maliyyə 

Monitorinqi  Xidmətinin  rəsmi  internet  səhifəsində  onlara  verilmiş  "İstifadəçi  adı"  və 

"Şifrə"ni  daxil  etməklə  elektron  formatda  olan  məlumatları  yükləmək  və  ya  Maliyyə 

Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş "Məlumatların təqdim 

olunması  forması”nı  onlayn  rejimində  doldurmaq  yolu  ilə  Maliyyə  Monitorinqi 

Xidmətinə təqdim edirlər. 



4.5.

           

Bu Qaydalara əlavə edilmiş formadan başqa digər qaydada məlumatların 

Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsinə yol verilmir. 



4.6.

           

Elektron  formatda  təqdim  edilən  məlumatlar  AMİS-ə  ötürülür  və  AMİS 

vasitəsi ilə avtomatlaşdırılmış qaydada qeydiyyata alınır. 



4.7.

           

Hüquqi şəxs olan monitorinq subyektlərinin filialları, nümayəndəlikləri və 

ya  digər  ayrıca  bölmələri  bu  Qaydalarda  nəzərdə  tutulmuş  məlumatları  baş  ofisləri 

vasitəsi ilə Maliyyə Monitorinqi Xidmətinə təqdim edirlər. 

4.8.

           

Kağız daşıyıcıda və ya elektron formatda tərtib edilmiş forma monitorinq 

subyektləri tərəfindən ən azı 5 il müddətinə saxlanılmalıdır. 



4.9.

           

Formada  "ulduz"  işarəsi  ilə  qeyd  olunmuş  bəndlər  doldurulmadıqda, 

məlumatların  məzmununda  səhvlər  olduqda,  habelə  məlumatlar  bu  Qaydalara  əlavə 

edilmiş  formada  təqdim  edilmədikdə  Maliyyə  Monitorinqi  Xidməti  konkret  pozuntu 

halını  göstərən  bildirişlə  birlikdə  təqdim  olunmuş  məlumatı  dərhal  monitorinq 

subyektinə məlumatın təqdim olunduğu rabitə kanalı vasitəsilə geri qaytarır. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə