Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix14.02.2018
ölçüsü0,9 Mb.
#27074
1   2   3   4   5   6   7   8   9   ...   27

4.10.

      


Monitorinq  subyekti  tərəfindən  bildirişdə  nəzərdə  tutulmuş  pozuntular 

aradan  qaldırılır  və  bildirişin  alındığı  gündən  2  iş  günü  müddətində  yenidən  tərtib 

olunmuş forma Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir. 

4.11.

      


Monitorinq  subyekti  konkret  əsas  göstərməklə  əvvəl  təqdim  etdiyi 

məlumata  düzəliş  edilməsi  üçün  Maliyyə  Monitorinqi  Xidmətinə  rəsmi  məktubla 

müraciət  edə  bilər.  Məktub  monitorinq  subyektinin  rəhbər  vəzifəli  şəxsi  tərəfindən 

imzalanmalıdır.  Müraciətə  Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  2  iş  günü 

müddətində  baxılır  və  müraciət  əsaslı  hesab  edildikdə,  Maliyyə  Monitorinqi  Xidməti 

tərəfindən monitorinq subyektinin məktubunda qeyd olunmuş məlumata düzəliş edilir 

və monitorinq subyektinə bu barədə məlumat verilir. Düzəliş edilmiş məlumatın  ilkin 

nüsxəsi Maliyyə Monitorinqi Xidməti tərəfindən saxlanılır. 



4.12.

      


Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  məlumatda  aşkar  edilmiş  səhvin 

düzəlişi  ilə  əlaqədar  monitorinq  subyektinə  müraciət  edildikdə,  təqdim  olunmuş 

məlumatda düzəlişlər bu Qaydaların 4.11-ci bəndinə müvafiq qaydada həyata keçirilir. 

  

5. FORMANIN DOLDURULMASI 

  

5.1. Kağız  daşıyıcıda  və  ya  elektron  formatda  göndərilməsindən  asılı  olmayaraq 

məlumatlar formaya daxil edilməklə təqdim olunur. 



5.2.

           

Forma beş bölmədən və qırx üç bənddən ibarətdir.

[5]

 

5.3.

           

Formada  bir  ulduzla  (*)  işarələnmiş  bəndlərin  və  onların  daxilindəki  bir 

ulduzla (*) işarələnmiş yarımbəndlərin doldurulması məcburidir. 

5.4.

           

Göndərən  və  ya  alan  tərəfin  monitorinq  subyektinin  müştərisi  olduğu 

hallarda  forma  üzrə  iki  ulduzla  (**)  işarələnmiş  bəndlərin  və  yarımbəndlərin,  habelə 

onların  daxilindəki  bir  ulduzla  (*)  işarələnmiş  yarımbəndlərin  doldurulması 

məcburidir. 



5.5.

           

Formada  üç  ulduzla  (***)  işarələnmiş  bəndlərdə  və  yarımbəndlərdə  tələb 

olunan  məlumatlar  mövcud  olduqda  həmin  bəndlərin  və  yarımbəndlərin,  eləcə  də 

onların  daxilindəki  bir  ulduzla  (*)  işarələnmiş  yarımbəndlərin  doldurulması 

məcburidir. 



5.6.

           

"Məlumat"  bölməsi  monitorinq  subyektinə  və  təqdim  olunan  məlumata 

dair informasiyanı əks etdirir. Bu bölməyə aşağıdakı bəndlər daxildir: 



5.6.1.

      


Formanın 1.1-ci bəndində monitorinq subyektinin adı göstərilir; 

5.6.2.

      


1.2-ci  bənddə  məlumatın  bilavasitə  Maliyyə  Monitorinqi  Xidmətinə 

göndərildiyi  tarix  il,  ay,  gün,  saat  ardıcıllığı  ilə  "YYYY-MM-DDTHH:MM:SS" 

formatında qeyd edilir

5.6.3.

      


1.3-cü  bənddə  monitorinq  subyektinin  təqdim  etdiyi  məlumatların 

ardıcıllığına uyğun olaraq "1" rəqəmindən başlayaraq məlumatın nömrəsi daxil edilir; 




5.6.4.

      


1.4-cü  bənddə  bu  Qaydalara  2  nömrəli  Əlavədən  istifadə  edilərək  bu 

Qaydaların  3.1-ci  və  ya  3.2-ci  bəndində  nəzərdə  tutulmuş  hallara  uyğun  gələn 

məlumatın təsnifat kodu daxil edilir

5.6.5.

      


1.5-ci  bənddə  monitorinq  subyektinin  məlumatı  tərtib  etmiş  filialının  adı, 

məlumat monitorinq subyektinin baş ofisi tərəfindən tərtib olunduqda isə baş ofisin adı 

daxil edilir; 

5.6.6.

      


Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  göndərilmiş  sorğulara  cavab 

olaraq  məlumatların  təqdim  olunması  zamanı,  1.6-cı  bənddə  Maliyyə  Monitorinqi 

Xidmətinin sorğusunun nömrəsinə istinad daxil edilir

5.6.7.

      


Bu Qaydalara 2 nömrəli Əlavədə nəzərdə tutulmuş "STR" və "TFR" təsnifat 

kodları  üzrə  məlumatlar  təqdim  edildikdə,  1.7-ci  bənddə  həmin  məlumatlar  üzrə 

şübhəlilik  üçün  əsaslar  icbari  qaydada  daxil  edilməlidir.  Bu  bənd  digər  təsnifat 

kodlarına aid məlumatlar üzrə icbari xarakter daşımır; 



5.6.8.

      


"STR"  və  "TFR"  təsnifat  kodları  üzrə  məlumatlar  təqdim  edildikdə,  1.8-ci 

bənddə  Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  müəyyən  edilmiş  şübhəlilik 

indikatorlarından biri seçilərək daxil edilir

5.6.9.

            

1.9-cu bənddə məlumatla bağlı əlavə qeydlər daxil edilir

5.6.10.

        


1.10-cu  bənddə  monitorinq  subyektinin  ünvanına  dair  məlumatlar  daxil 

edilir (bu Qaydaların 5.8.5.14-cü yarımbəndində göstərilən qaydada); 



5.6.11.

        


1.11-ci  bənddə  monitorinq  subyektinin  məsul  şəxsinə,  məsul  şəxs 

olmadıqda isə məlumatı təqdim edən digər şəxsə dair məlumatlar daxil edilir. 1.11.5-ci 

yarımbənddə  monitorinq  subyektinin  məsul  şəxsinin  telefonu  haqqında  məlumat  bu 

Qaydaların 5.8.5.15-ci yarımbəndində göstərilən qaydada daxil edilir. 



5.7. "Əməliyyat"  bölməsi  əməliyyatlar  haqqında  informasiyanı  əks  etdirir.  Bu 

bölməyə aşağıdakı bəndlər daxildir: 



5.7.1. 2.1.-ci  bənddə  monitorinq  subyekti  tərəfindən  hər  bir  əməliyyata  verilən 

unikal  nömrə  daxil  edilir.  Əməliyyatın  nömrəsi  qismində  monitorinq  subyekti 

tərəfindən  aparılan  əməliyyatların  müxabirləşmə  nömrəsi,  yaxud  "1"  rəqəmindən 

başlayaraq ardıcıllıqla davam edən digər nömrə və ya Maliyyə Monitorinqi Xidmətinin 

rəsmi  internet  səhifəsində  yerləşdirilmiş  "Məlumatların  təqdim  olunması  forması"nda 

avtomatik  qaydada  müəyyən  edilən  nömrə  istifadə  oluna  bilər.  Əməliyyatın  nömrəsi 

heç bir halda təkrarlanmamalıdır; 

5.7.2. 2.2-ci  bənddə,  əməliyyat  icra  olunmuşdursa,  əməliyyatın  həyata  keçirildiyi 

tarix  göstərilir.  Əməliyyat  icra  olunmamışdırsa,  bu  qrafada  əməliyyatın  aparılmasına 

dair müraciətin monitorinq subyektinə təqdim olunduğu tarix daxil edilir; 

5.7.3.

      


2.3-cü  bənddə  bu  Qaydalara  3  nömrəli  Əlavədən  istifadə  edilərək 

əməliyyatın  növü  daxil  edilir.  2.3.1-ci  yarımbənddə  əməliyyatın  növünə  dair  əlavə 

məlumatlar qeyd oluna bilər



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə