Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix14.02.2018
ölçüsü0,9 Mb.
#27074
1   2   3   4   5   6   7   8   9   10   ...   27

5.8.6.14.11.1. 3.5.14.11.1-ci  yarımbənddə  -  Fiziki  şəxsə  dair  məlumatlar  (Adı,  soyadı, 

atasının adı, doğulduğu tarix, e-mail)

 

5.8.6.14.11.2. 3.5.14.11.2-ci yarımbənddə - Hüquqi şəxsə dair məlumatlar (Adı, qeydiyyat 



nömrəsi, VÖEN) 

5.8.6.14.11-1. 3.5.14.11-1-ci yarımbənddə - hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki 

şəxs haqqında aşağıdakı məlumatlar:

 [14]

 

5.8.6.14.11-1.1. 3.5.14.11-1.1-ci  yarımbənddə  -  adı  (bu  Qaydaların  5.8.5.2-ci 



yarımbəndində göstərilən qaydada); 

5.8.6.14.11-1.2. 3.5.14.11-1.2-ci  yarımbənddə  -  soyadı  (bu  Qaydaların  5.8.5.3-cü 

yarımbəndində göstərilən qaydada); 

5.8.6.14.11-1.3. 3.5.14.11-1.3-cü  yarımbənddə  -  atasının  adı  (bu  Qaydaların  5.8.5.4-cü 

yarımbəndində göstərilən qaydada); 

5.8.6.14.11-1.4. 3.5.14.11-1.4-cü yarımbənddə - doğulduğu tarix (il, ay, gün ardıcıllığı ilə 

"YYYY-MM-DD" formatında); 

5.8.6.14.11-1.5.  3.5.14.11-1.5-ci yarımbənddə - elektron poçt ünvanı. 

5.8.6.15. 3.5.15-ci yarımbənddə hesab üzrə imza hüququ olan fiziki şəxs haqqında 

məlumatlar daxil edilir (bu Qaydaların 5.8.5-ci yarımbəndində göstərilən qaydada); 



5.9. “Alan  tərəf”  bölməsi  vəsait  ödənilən  və  ya  vəsaiti  alan  tərəf  haqqında 

informasiyanı əks etdirir. Bu bölməyə aşağıdakı bəndlər daxildir: 



5.9.1.

          

4.1-ci  bənddə  bu  Qaydalara  4  nömrəli  Əlavədən  istifadə  edilərək  daxil 

olan vəsaitin növü qeyd olunur. 4.1-ci bənddə vəsaitin növü "Digər" seçildikdə, 4.1.1-ci 

yarımbənddə həmin vəsaitin növünə dair şərh qeyd olunmalıdır. 

5.9.2.

          

4.2-ci  bənddə  bu  Qaydalara  5  nömrəli  Əlavədən  istifadə  edilərək 

əməliyyatın başa çatdığı ölkənin adı daxil edilir. 



5.9.3.

          

Vəsait  xarici  valyutada  daxil  olduqda,  4.3-cü  bəndin  4.3.1-ci 

yarımbəndində  bu  Qaydalara  6  nömrəli  Əlavədən  istifadə  edilərək  xarici  valyutanın 

növü,  4.3.2-ci  yarımbəndində  həmin  valyutanın  məzənnəsi  və  4.3.3-cü  yarımbəndində 

vəsaitin xarici valyutada olan məbləği daxil edilir. 



5.9.4.

          

Alan  tərəf  əməliyyatın  növündən  asılı  olaraq  fiziki  şəxs  və  ya  hesab  ola 

bilər.  Hüquqi  şəxs  alan  tərəf  qismində  yalnız  hesabın  tərkib  elementi  olaraq  qeyd 

edilməlidir.  Bu  bölmənin  4.4-cü  və  4.5-ci  bəndləri  bu  Qaydaların  5.8.5,-ci  və  5.8.6-cı 

yarımbəndlərində göstərilən qaydada doldurulur. 



5.10.

      


"Nümayəndə"  bölməsi  "Göndərən  tərəfi"  və  ya  "Alan  tərəfi"  təmsil  edən 

nümayəndə  haqqında  informasiyam  əks  etdirir.  Bu  bölmə  bu  Qaydaların  5.8.5-ci 

yarımbəndində göstərilən qaydada doldurulur. 

5.11.

      


Formanın  mətnində  müvafiq  məlumatlar  Azərbaycan  dilində  çap  hərfləri 

ilə  daxil  edilməli  və  sözlər  arasında  məsafə  buraxılmalıdır.  “Göndərən  tərəf”  və  ya 

“Alan  tərəf”  haqqında  müvafiq  eyniləşdirmə  məlumatları  hər-hansı  xarici  dildə 

olduqda, sözügedən məlumatlar həmin xarici dildə daxil edilə bilər. 




5.12.

      


Məlumatlar əllə daxil edildikdə diyircəkli qələmdən (qara və ya göy rəngli) 

istifadə  edilməklə  səliqə  ilə  yazılmalıdır.  Məlumatların  əllə  doldurulması  zamanı 

düzəlişlərin edilməsinə yol verilmir. 

5.13.

      


Məlumat  kağız  daşıyıcıda  göndərildiyi  zaman  monitorinq  subyektinin 

məsul şəxsi tərəfindən imzalanır və monitorinq subyektinin möhürü vurulur. 



5.14.

      


Elektron formatda təqdim olunan məlumatlar elektron imza ilə təsdiqlənir. 

5.15.

      


Formanın  doldurulması  və  ya  göndərilməsi  ilə  bağlı  texniki  və  ya  digər 

problemlər  olduqda  monitorinq  subyekti  "qaynar  xətt"  vasitəsilə  telefonla  və  ya  yazılı 

qaydada Maliyyə Monitorinqi Xidmətinə müraciət edir. 

  

6. MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ İLƏ BAĞLI MÜDDƏTLƏR 

  

6.1. Bu  Qaydaların  3.1-ci  bəndinə  əsasən  icra  olunan  əməliyyatlara  dair 

məlumatlar  həmin  əməliyyatların  icra  olunması  haqqında  sifarişin  (tapşırığın) 

alınmasından 3 iş günü ərzində monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi 

Xidmətinə təqdim edilir. 



6.2. Bu  Qaydaların  3.2-ci  bəndində  nəzərdə  tutulmuş  hallarda  həyata  keçirilmiş 

əməliyyatlara  dair  məlumatlar  həmin  əməliyyatın  icra  olunmasından  əvvəl  təqdim 

edilməlidir.  Əməliyyatın  icra  olunmaması  mümkün  deyildirsə  və  ya  əməliyyatın  icra 

olunmamasının  benefisiarın  müəyyənləşməsinə  maneə  yaradacağı  məlumdursa, 

monitorinq  subyektləri  əməliyyatın  icrasından  dərhal  sonra  Maliyyə  Monitorinqi 

Xidmətinə məlumat verməlidirlər. 

  

7. MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN SORĞUSU ƏSASINDA 

MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ 

  

7.1.

           

Qanunla  nəzərdə  tutulmuş  hallarda  Maliyyə  Monitorinqi  Xidməti  həyata 

keçirilmiş  əməliyyatlara  dair  məlumatların  təqdim  edilməsi  barədə  sorğu  verdikdə,  monitorinq 

subyektləri sorğuda başqa müddət nəzərdə tutulmayıbsa, məlumatları sorğunun alındığı gündən 

bir iş günü müddətində təqdim etməlidirlər.

 [15]

 

7.2.

           

Maliyyə Monitorinqi Xidməti, həmçinin öz səlahiyyətləri daxilində cinayət 

yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sahəsində  xarici  dövlətin 

səlahiyyətli orqanları ilə qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi məqsədilə 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq 

monitorinq  subyektlərinə  həyata  keçirilmiş  əməliyyatlara  dair  məlumatların  təqdim 

edilməsi barədə sorğu verə bilər.



 [16]

 

7.3.

           

Maliyyə Monitorinqi Xidmətinin sorğusuna əsasən monitorinq subyektləri 

bu  Qaydaların  7.1-ci  və  7.2-ci  bəndlərində  nəzərdə  tutulmuş  məlumatları,  sorğuda 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə